Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-361/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cəlil Nəbiyev (sədrlik edən və məruzəçi), İlkin Abdullayev və Müşfiq Məmmədov) 15 mart 2021-ci il tarixli, 1(099)60/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 mart 2020-ci ildən hesablanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Kamil Bəşirov) 23 fevral 2022-ci il tarixli, 1(106)-16/2022 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. 21 iyun 2023-cü il tarixdə Məhkum Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli, 1(106)-16/2022 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyev) 02 avqust 2023-cü il tarixli 1(106)-16/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına da ir vəsatət təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, prosessual qanunvericiliklə apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün nəzərdə tutulan müddətin 12 aya endirilməsindən məlumatsız olmuşdur. Bundan əlavə, özünün ümumilikdə xəstə və əmək qabiliyyətini itirmiş vətəndaş olmasını, Birinci Qarabağ müharibəsində kəllə beyin travması aldığını, sağ əl və ayağının yaralandığını qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-16/2022 nömrəli 02 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəy yən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli, 1(106)-16/2022 saylı qərarı elan olunarkən Məhkum müdafiəçisi X2 ilə birlikdə məhkəmə iclasında iştirak etmi ş, ona və həmçinin məhkəmə iclasında iştirak edən digər proses iştirakçılarına qərardan kassasiya şikayəti verilmə müddəti və qaydası izah olunmuşdur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarının surəti 15 aprel 2022-ci il tarixdə Məhkum qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizəsi 08 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur. O, ərizəsində müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarı ilə müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti baxılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Qüvvədə olan qanunvericiliyə əsasən Şirvan Apelyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 1(106)-16/2022 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 12 aylıq prosessual müddətin axımı məhkuma münasibətdə 15 aprel 2022-ci il tarixdən başlamış 15 aprel 2023-cü il tarixdə başa çatmışdır. Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayəti 21 iyun 2023-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası ha qqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə ra zılaşaraq qeyd edir ki, hazırki iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 12 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-16/2022 nömrəli 02 avqust 2023-cü il qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətini n dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-16/2022 nömrəli 02 avqust 2023-cü il arixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-16/2022 nömrəli, 02 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-361/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-361/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver