Məhkəmə qərarları › İş №1(102)-361/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-361/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-361/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmündən apellyas iya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(099)596/2023 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrliyi ilə), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1983-cü il tarixdə x rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 mart 2023-cü ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin, iş üzrə maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən müddətin bərpasına dair vəsatət verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 1(099)-596/2023 nömrəli (hakim: Məmmədov Müşfiq Vaqif oğlu) qərarı ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan Məh kum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli 1(106)834/2024 nömrəli (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayəti ilə Lənkəran Ağır Cinayə tlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, hüquqi savadının olmadığı üçün prosessual müddəti ötürdüyünü bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, v erilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsb it edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkumun məhkəmə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə ( xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materialında olan sənədlərdən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü 31 oktyabr 2023-cü il tarixində çıxarılmış, hökmün surəti 27 noyabr 2023-cü il tarixində Məhkum tərəfindən qəbzə imza edilməklə şəxsən qəbul edilmişdir. Lakin, məhkəmənin hökmündən apellyasiya şikayəti yalnız 27 iyun 2024-cü il tarixdə Azərb aycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin müdiriyyəti vasitəsilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərmiş, yəni təqribən 7 (yeddi) ay müddət keçdikdən sonra verilmişdir. Həmçinin, iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(099)-596/2023 nömrəli hökmü Məhkum və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmışdır. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddəti üzrsüz səbəbdən buraxılmış və məhkumu bu müddət ərzində apellyasiya şikayəti vermək imkan ından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmü elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətin buraxılması ilə bağlı üzrlü hesab edilə bilən səbəb qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin hökmü elan edilərkən məhkəmə iclasında Məhkum müdafiəçisinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar