Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-362/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2018-ci il tari xli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.Ə.Mikayılov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və M.M.Ağalarov ibarət tərkibdə) 1(101)-90/2018 nömrəli 31 iyul 2018-ci il tarixli hökmü ilə 11 may 1964-cü ildə Tovuz rayonunun Böyükqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşamış; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 179.3.2- ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 5 (beş) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq ona 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 22 (iyirmi iki) gün cəzadan çıxılmaqla üzərində 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 8 (səkkiz) ay 8 (səkkiz) gün azadl ıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, 2014-cü ilin aprel ayında tanışı Məmmədli kənd sakini X5 vasitəsi ilə Abşeron rayonu, Məmmədli kəndi ərazisində X12yə məxsus evin yerləşdiyi 2,6 sot torpaq sahəsinin müvafiq 2 sənədlərinin rəsmiləşdirilməsinə dair etdiyi müraciət əsasında, sonuncunu həmin torpaq sahəsinin satmaq istədiyi X13ün adına rəsmiləşdirilməsi imkanlarının olma sına inandırıb, bu məqsədlə hərracın keçirilməsi üçün işlədiyi bələdiyyənin hesabına rüsum kimi ödəniləcək 3500 manat pulun müqabillində göstərilən məsələni qısa müddət ərzində həll edəcəyini yalandan vəd verib, qulluq mövqeyinə görə sonuncuların ona olan inam və etimadından istifadə edərək həmin ilin aprel ayının ortalarında qeyd olunan bələdiyyənin inzibati binasındakı xidməti iş otağında X15dən 3500 manat pulu X14 vasitəsi ilə alıb, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs X15ə həmin məbləğdə ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə onun əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, 2014-cü ilin may ayında tanışı Məmmədli kənd sakini X8 həmin kəndin ərazisində torpaq sahəsinin satın alınması ilə bağlı müraciətinə əsasən, bələdiyyə mülkiyyətində olan 2,0 hektar torpaq sahəsini satacağına sonuncunu inandırıb, qulluq mövqeyinə və həmyerli kimi aralarında olan münasibətlərə görə X9un ona olan inam və etimadından istifadə edərək, qeyd olunan məsələnin qısa müddət ərzində həll edəcəyini, 2,0 hektar torpaq sahəsinə dair sənədləri onun adına rəsmiləşdirəcəyini yalandan vəd verərək, həmin ilin iyun ayının ortalarında Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evin həyətində X9dan 100.000 (bir yüz min) manat pulu şəxsən alaraq, zərərçəkmiş şəxsə məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə iş ləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, 2014-cü ilin may ayında tanışı Məmmədli kənd sakini X8 həmin kəndin ərazisində torpaq sahəsinin satın alınması ilə bağlı müraciətinə əsasən, bələdiyyə mülkiyyətində olan hər biri 1 hektar olmaqla 2 ədəd torpaq sahəsini satacağına sonuncunu inandırıb, qulluq mövqeyinə və həmyerli kimi aralarında olan münasibətlərə görə X9un ona olan inam və etimadından istifadə edərək, qeyd olunan məsələnin qısa müddət ərzində həll edəcəyini, 2,0 hektar torpaq sahəsinə dair sənədləri onun adına rəsmiləşdirəcəyini yalandan vəd verərək, həmin ilin may ayının ortalarında bələdiyyənin müfəttişi X6 vasitəsi ilə X9dan 14.800 manat pulu alıb, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs X9a xeyli miqdarda ziyan vurmaqla aldatma və e tibardan sui-istifadə etmə yolu ilə onun əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, 2014-cü ilin yay aylarında tanışı Məmmədli kənd sakini X9a məxsus 14.000 manat dəyərində olan «Ford Tranzit» markalı yük avtomobilini satın almaq üçün aralarında razılaşaraq, bu məqsədlə sonuncuya 5.000 manat verərək qalan 9.000 manat pulu da, qısa vaxt ərzində ödəyəcəyinə sonuncunu inandırıb, qulluq mövqeyinə və həmyerli kimi aralarında olan münasibətlərə görə X9un ona olan inam və etimadından istifadə edərək, qeyd olunan avtomobili qardaşının övladı X10 adına **-HL-*** dövlət qeydiyyat nömrəsi ilə rəsmiləşdirilməklə, 2015-ci ildə həmin avtomaşının Quba rayon sakininə 12.000 (on iki m in) manata satılmasına baxmayaraq, vəd etdiyi 9000 (doqquz min) manat pulu ödəməyib, qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs X9a xeyli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə onun əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni məqsədlə, 2015-ci ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhər sakini X11 Abşeron rayonu, Məmmədli kəndi ərazisində torpaq sahəsini satın almaqla bağlı müraciətinə əsasən, bələdiyyə mülkiyyətində olan 0,30 ha torpaq sahəsini satacağına sonuncunu inandırıb, qeyd olunan məsələnin qısa müddət ərzində həll edəcəyini, həmin torpaq sahəsinə dair sənədləri adına rəsmiləşdirəcəyini yalandan vəd verərək, 2016-cı ilin may ayının o rtalarında Sumqayıt şəhərində X12dən 15.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 23.250 manat pulu şəxsən alaraq, bundan sonra törətmiş olduğu əməlini ört-basdır etmək və eyni zamanda X12yə verdiyi vədlərinə, özünün etibarlı şəxs olmasına inandırmaq üçün Sumqayıt şəhəri 3 saylı Notariat kontorunda sonuncu ilə aralarında 26 may 2016- cı il tarixli borc müqaviləsi bağlamaqla zərərçəkmiş şəxs X12yə məxsus xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ 3 keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, 2016-cı ilin mart ayında Ucar rayon sakini X7 Abşeron rayonu, Məmmədli kəndi ərazisində torpaq sahəsini satın almaql a əlaqədar etdiyi müraciətinə əsasən, bələdiyyə mülkiyyətində olan 0,6 ha torpaq sahəsini satacağına sonuncunu inandırıb, həmin məsələni qısa müddət ərzində həll edəcəyini, 0,6 ha torpaq sahəsinə dair sənədləri adına rəsmiləşdirəcəyini yalandan vəd verərək, həmin ilin mart ayının ortalarında Abşeron rayonu, Məmmədli kəndində X10dan 4.500 manat pulu şəxsən alaraq, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla özgə əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə təkrarən talama məqsədilə, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 04 mart 2015-ci il tarixli 03 saylı iclasında üzvlərinin Məmmədli kəndi ərazisində yeni uşaq bağçasının tikintisi ilə əlaqədar qəbul edilmiş qərarından sonra, vəzifəli şəxs kimi təmsil etdiyi bələdiyyə ilə “xxxx” MMC arasında bağlanmış 01 mart 2015-ci il tarixli 04 №-li müqavilənin şərtlərinə görə, bağça tikintisi üçün tikinti materiallarının satın alınması məqsədilə 04 mart 2015-ci il tarixli 31 №-li ödəniş tapşırığına əsasən bələdiyyənin “xxxx” ASC-nin Abşeron filialında olan bank hesabından 195.000 manat, 10 mart 2015-ci il tarixli 37 №-li ödəniş tapışırığına əsasən 60.200 manat pul vəsaitinin “xxxx” MMC-nin “xxxx” ASC-də olan hesablaşma hesabına köçürülməsini təmin edərək, bunun müqabilində rəsmi sənədlər, yəni 04 mart 2015-ci il tarixli 692152 №li qaimə-fakturaya əsasən 195.000 manat, 10 mart 2015-ci il tarixli 692153 №-li qaimə fakturaya əsasən isə 60.200 manat olmaqla cəmi 255200 (iki yüz əlli beş min iki yüz) manat, eyni zamanda bələdiyyə ilə «xxxx» MMC arasında bağlanmış 09 mart 2015-ci ıl tarixli 17 №-İİ müqavilənin şərtlərinə görə, qeyd olunan bağçanın tikintisinin aparılması üçün tikinti materiallarının satın alınması məqsədilə 10 mart 2015-ci il tarixli 37 №-li ödəniş tapşırığına əsasən bələdiyyənin “xxxx” ASC-nin Abşeron filialında olan bank hesabından 30.000 manat, 31 mart 2015-ci il tarixli 46 N2-İİ ödəniş tapışırığına əsasən isə 12000 (on iki min) manat vəsaitin «xxxx» MMC-nin “xxxx” ASC-də olan hesablaşma hesabına köçürülməsini təmin edərək, bunun müqabilində rəsmi sənədlər, yəni 09 mart 2015-ci il tarixli 295955 №-li qaimə fakturaya əsasən 30.000 manat və 27 aprel 2015-ci il tarixli 296093 №-li qaimə fakturaya əsasən isə 12.000 manat olmaqla cəmi 42.000 manat pulun müqabilində, müvafiq olaraq “xxxx” MMC-nin təchizatçısı X1 255.200 manat və «xxxx» MMC-nin direktoru X2 42000 (qırx iki min) manat dəyərində tikinti materiallarını təhvil alaraq, sonradan həmin tikinti materiallarını Abşeron rayonu ərazisində yerləşməklə istintaq zamanı müəyyən edilməmiş ayrı-ayrı Mənzil-Tikinti Kooperativlərinə satmaqla, qanunsuz və əvəzsiz olaraq əldə etdiyi ümumilikdə 297.200 manat pulu özünün şəxsi ehtiyaclarına sərf etməklə, Abşeron rayonu Məmmədli bələdiyyəsinə məxsus ona etibar edilmiş qeyd olunan külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə edərək mənimsəməklə təkrarən talamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər N.R.Mövsümov (sədrlik edən və məruzəçi), H. Ə.Nəbiyev və E.M.Əhmədovdan ibarət tərkibdə) 31 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 22 fevral 2018-ci il tarixdən 31 iyul 2018-ci il tarixədək həbsdə olduğu 5 (beş ) ay 9 (doqquz) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 2 (iki) il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası ona şərti olaraq tətbiq edilmiş və 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu verdiyi kassasiya protestində xahiş edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2018-ci il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Kassasiya protestinin dəlilləri: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanı şərti hesab edərkən cinayət qanununun normalarının, eləcə də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini nəzərə almamışdır. Dələduzluq və mənimsəmə cinayətinin bilavasitə obyektini fiziki və hüquqi şəxslərin mülkiyyəti, əlavə obyektini isə iqtisadi sahədə dövlətin maraqları təşkil edir. Təsnifatına görə ağır cinayətlər kateqoriyas ına aid olan bu cinayətlər yalnız birbaşa qəsdlə törədilir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, hazirki iş üzrə Məhkum tərəfindən törədilmiş dələduzluq və mənimsəmə cinayətləri ağır cinayətlər kateqoriyasına aid olmaqla təqsirləndirilən şəxs hərəkətlərini əvvəlcədən planlaşdıraraq zərər çəkmiş şəxslərə ümumilikdə 429 000 (dörd yüz iyirmi doqquz min) manat miqdarda ziyan vurmuşdur. Göstərilən hallar məhkum edilmiş şəxsin törətdiyi əməllərin və onun özünün şəxsiyyətinin ictimai təhlükəliliyini xarakterizə edən və məhkəmə kollegiyası tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, cinayət kollegiyası bu halları cəza təyini zamanı nəzərə almamışdır. Məhkum cinayət əməllərini birbaşa qəsdlə, külli miqdarda və təkrarən törətməsi sözsüz ki, əməlin i ctimai təhlükəlilik dərəcəsini artıran hallardır. Məhkum cinayət əməllərini bələdiyyə sədri olduğu müddətdə törətmişdir. Bununla da o, öz quluq səlahiyyətlərindən qulluluq mənafeyinə zidd istifadə etmiş, onun hərəkətləri ilə vətəndaşların və bələdiyyənin qanunla qorunan mənafelərinə xələl gəlmiş, Məhkum hərəkətləri bələdiyyənin nüfuzuna ciddi zərbə vurmuşdur. Mübahisəsizdir ki, təqsirkarın islah olunacağı barədə əminlik işin digər halları ilə bərabər onun şəxsiyyətini səciyyələndirən hallara da əsaslanmalıdır. İş materiallarına əlavə edilmiş Abşeron rayonu Məmmədli bələdiyyəsinin arayışından görünür ki, məhkum mənimsədiyi 297.200 manat məbləğində vəsaiti bələdiyyəyə ödəmişdir. Qeyd olunan arayış sübut növü kimi məhkəmə tərəfindən tədqiq edilməmişdir. Məhkəmə kollegiyası müəyyən etməmişdi r ki, qeyd edilən vəsait bələdiyyə büdcəsinə həqiqətən məhkum tərəfindən ödənilib, yoxsa həmin arayışda əks olunun məlumatlar formal xarakter daşıyır və məhkumun cəzadan azad edilməsinə yönəlmişdir. Çünki Abşeron rayonu, Məmmədli bələdiyyəsinin sədri vəzifəsində işləmiş bir şəxsin özünü məsuliyyətdən qurtarmaq üçün münasibətlərindən istifadə edib həmin bələdiyyədən ziyanın ödənilməsi barədə həqiqətə uyğun olmayan arayış alması istisna edilmir. Eyni sözləri məhkumun dələduzluqla bağlı cinayət əməllərinə aid etmək olar. Yəni məhkəmə kollegiyası zərərçəkmiş şəxslərinə ərizələrinə əsaslansa da, onları məhkəmə iclasına dəvət edib dəymiş ziyanın tam şəkildə, real ödənilməsi məsələsini araşdırmamışdır. Bundan başqa, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Məhkum eyni əməli törətməyə görə təqsir lənidirilməsinə başqa bir cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir ki, bu da heç də onun səmimi peşman olmasına deyil, əksinə törətmiş olduğu cinayətə görə layiq olduqları cəzadan bu yolla yayınmasına dəlalət edir. Törətdiyi əmələ bu cür münasibət bəsləyən təqsirkara təyin edilmiş cəzanın əhəmiyyətli dərəcə azaldılması nə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, nə də V,Nəbiyevin şəxsiyyətinə, habelə təqsirkarın islah olunmasına xidmət etmir. Məhkum törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzanın şərti tətbiq edilməsi CMnin 41.2-ci maddəsində müəyyən edilmiş cəzanın məqsədlərinə xidmət etmir. Belə ki, CMnin 41.2-ci maddəsinə görə, cəza sos ial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı S.Əkbərovun protestin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsinin qanunsuz və ədalətsiz olmasıdır. Kassasiya kollegiyası kassasiya protestinin qeyd edilən dəlili bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların mənasına görə, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə apell yasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə əməl edilməmişdir. Belə ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəza nın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsas lı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Şərti məhkum etmənin tətbiqi zamanı cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin düzgün nəzərə alınmaması barədə kassasiya protestinin dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi qiymətləndirilərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticələrə səbəb olması və sairə kompleks halda qiymətləndirilməlidir. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçir miş, xeyli və külli miqdarda ziyan vurmaqla və təkrarən törədilməklə dələduzluq etmiş, həmçinin qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını vahid qəsdlə mənimsəməklə təkrarən talamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o dələduzluq cinayətini dəfələrlə (6 epizod üzrə) törətmişdir. Həmçinin, dələduzluq və mənimsəmə cinayətini bələdiyyə sədri olaraq qulluq mövqeyindən istifadə etməklə həyata keçirməsi vətəndaşların özünüidarə orqanı sayılan bələdiyyə orqanlarına olan inamının sarsıdılmasına şərait yaratmışdır. Məhkum əməlləri öz növbəsində yerli özünüidarə orqanlarının ictimai nüfuzuna da xələl gətirmişdir. Bu da əməlin ictimai-təhlükəlilik dərəcəsinin daha yüksək olmasına dəlalət edən haldır. Təqsirləndirilən şəxs Məhkum əməlinin ictimai təhlükəlilik dərəcəsinin düzgün müəyyən edilməsi üçün əhəmiyyətli olan halların nəzərə alınmaması səbəbindən əməlin ictimai-təhlükəlik dərəcəsi düzgün qiymətləndirilməmiş, nəticə etibarı apellyasiya instansiyası məhkəməsi kifayət qədər əsaslar olmadığı halda Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzanı çəkmədən də islah oluna biləcəyi barədə qənaətə gəlmişdir. Cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin bu məsələ üzrə gəldiyi nəticəni də tam əsaslandırılmış qənaət kimi qəbul etmək olmaz. Belə ki, bu və ya digər cəza, başqa cinayət-hüquqi xarakterli tədbir vasitəsi ilə islah olunmaq perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlini etiraf edərək peşmançılığını bildirməsi, əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Lakin işdən görünür ki, Məhkum ona verilmiş ittihamları qismən qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza ci nayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində şərti məhkum etmənin tətbiqini kifayət qədər əsaslandırılmış nəticə hesab etmir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33- cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 ma y 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nö qsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə işə baxaraq qərar qəbul edərkən qanunla üzərinə qoyulmuş vəzifələri lazımınca yerinə yetirməmişdir. Bu da həmin qərarın kassasiya qaydasında ləğvi üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfini n təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2018-ci il tarixli Məhkum haqqındakı qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı aparılmaqla tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2, 416.0.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2018-ci il tarixli Məhkum haqqındakı qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-362/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-362/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver