Məhkəmə qərarları › İş №1(102)-362/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-362/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-362/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkumun müdafiəçiləri, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Abdullayev Loğman Qüdrət oğlu və Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Mirzəyev Ramiz Məmməd oğlunun iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisa s təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan qeydiyyatda olan, ünvan 1 yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçiləri, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Abdullayev Loğman Qüdrət oğlu və Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Mirzəyev Ramiz Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum Azərbaycan Respubli kası CM-nin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 17 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçiləri X21 və X16 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.Y.Şamayev (sədrlik edən), S.A.Mirzəyev və F.A.Qasımov) verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilməklə, Məhku m təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 17 ildən 14 ilə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xx xxxx 2017-ci il tarixdə, saat 19:00 radələrində tanışları X11, X14, X18 və X10 birlikdə tibbi spirti suya qatıb spirtli içki düzəldərək, əvvəlcə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 20 nömrəli binanın qarşısında yerləşən besedkada, daha sonra isə həmin binanın 24 nömrəli mənzilində içki məclisi təşkil edərək birlikdə spirtli içki qəbul etmiş, həmin gün saat 21.00 radələrində içki məclisinin bitməsinə görə X, X1 və X2in oradan çıxaraq evlərinə getməsinə baxmayaraq, orta dərəcəli sərxoşluq vəziyyətində olan və evin qonaq otağındakı stulda yatmış vəziyyətdə olan x3i təxminən saat 23:00 radələrində yuxudan oyadaraq onun da e vinə getməsini tələb etdikdə, sonuncunun ondan borc pul istəməsi, pulu olmadığı təqdirdə telefonunu sataraq ona lazım olan pulu verməsini bildirməsi, habelə ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib cüzi səbəbdən sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək üçün x3in bərk sərxoş vəziyyətində olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olması və ona müqavimət göstərmək imkanından məhrum olmasından istifadə edib əvvəlcə yumruqla onun sifət nahiyəsinə bir neçə zərbə vurub sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, daha sonra isə stolun üzərində olan mətbəx bıçağını götürüb həmin bıçaqla x3in qəsdən boğaz, sinə və bədənin digər nahiyələrinə xüsusi amansızlıq və qəddarlıqla, ona xüsusi əzab verdiyini dərk etməklə çoxsaylı zərbələr vu raraq, ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid olan boyunun sol yan səthinin qida borusunun zədələnməsi ilə müşayiət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin ön səthinin sol yarısının boşluğa nüfuz edərək sol ağciyərin zədələnməsi ilə müşayiət olunmuş bir ədəd deşilmişkəsilmiş yarası və ümumilikdə sağlamlığa yüngül zərərvurmaya aid olan boyunun mərkəzi hissəsinin bir ədəd, sağ qaş nahiyəsinin bir ədəd və sağ qulaqaltı nahiyələrin iki ədəd kəsilmiş-deşilmiş yara xəsarətlərini yetirməsi nəticəsində qida borusunun və sol ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə ilə nəticələnib sonuncunun ölümünə səbəb olan xüsusi ağrılar verməklə xəsarətlər yetirib onu qəsdən öldürmüş, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X5 xuliqanlıq niyyəti ilə v ə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum qarşı elan olunmuş ittihamlar üzrə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri hesab edirlər ki, müdafiə etdikləri şəxsə qarşı elan olunmuş ittiham əsassız və qərəzli olmuş, onun təqsirliliyi nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Kassasiya şikayətində qeyd edilir ki, Məhkum tərəfindən ölümün onun mənzilində baş verməsinə məhz şübhə ilə yanaşılmış və bu onun sonrakı ifadələrində də öz əksini tapmışdır. İş üzrə qətldə istifadə edilmiş bıçaq haqqında lazımınca sübutların olmaması və ən əsası bıçaq üzərində əl izlərinin olmaması, bundan əlavə iş üzrə təyin edilmiş biolojiekspertiza rəyində Məhkum paltarları üzərində qan ləkələrinin qətlə yetirilən X6 məxsus olduğu halda ona məxsus paltar liflərinin onun paltarları üzərində olmaması nə ilkin istintaq və nə də məhkəmə istintaqı zamanı aydınlaşdırılmamışdır. İstintaq zamanı həmin ərazidə quraşdırılmış kameraların görüntülərinin olmaması da obyektiv araşdırılmamış və bunun səbəbləri müəyyənləşdirilməmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza rəylərində də, iş üçün mühüm əhəmiyyət kəsb edən ziddiyyətlər olsa da, həmin ziddiyyətlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin d əlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçilər L.Abdullayev və R.Mirzəyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin v ə ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instans iyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində qəbul edilmiş hökmün qanunsuz və əsassız olduğu mübahisə edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X22rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrin ə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumun, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellya siya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət m ühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini CM-nin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutla ra düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum hökmün təsviri hissəsində qeyd edilən cinayət əməlini törətməsi, onun ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və şahidlər X19, X14, X18, X12, X17, X4 və X2 ifadələri, həmçinin “Baxış keçirilməsi haqqında” xx xxxx 2017-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının xx xxxx 2017-ci il tarixli ekspert rəyi, məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2017-ci il tarixli ekspert rəyi, məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2017-ci il tarixli ekspert rəyləri və digər istintaq hərəkətlərinin aparılması haq qında protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxxxx 2002-ci il tarixli 03 nömrəli qərarının 3-cü bəndinə görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-nin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Həmçinin, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmi ş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin tö rədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018 -ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar