Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-363/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Quliyev Emil Tərail oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Fədail oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 oğlunun müdafiəçisi Quliyev Emil Tərail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) xx xxx 1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respubli kasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-ın 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-c ü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ona 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli may 2020-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunması hökm edilmişdir. Eyni hökmlə Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Əli yev Elşad ibiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 20 sentyabr 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1oğlunun müdafiəçisi Quliyev Emil Tərail oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 oğlu tanışı Təqsirləndirilən şəxs2 ilə öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınması barədə razılaşaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran islam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilmiş 01 ədəd bağlamanın içərisində külli miqdarda-1871 qram narkotik vasitə olan heroinin Cəlilabad rayonunun “Qarakazımlı, Zərbiəlli” sözləri yazılmış lövhə quraşdırılmış elektrik dirəyinin yaxınlığında gizlədilməsi barədə Təqsirləndirilən şəxs2 məlumat verildikdən sonra aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında o, tanışı Təqsirləndirilən şəxs2la birlikdə 07 may 2020-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi VAZ-21011 markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ocaqlı-Bayxanlı avtomobil yolunun Cəlilabad ra yonunun Qarakazımlı kəndi ərazisindən keçən hissəsində, yolun sol kənarında olan və üzərində Qarakazımlı, Zərbiəlli” sözləri yazılmış lövhənn vurulduğu elektrik dirəyinin yaxınlığına getmiş, orada Təqsirləndirilən şəxs2 avtomobildən düşüb yolun sol kənarındakı üzərində “Qarakazımlı, Zərbiəlli” sözləri yazılmış lövhə olan elektrik dirəyinin yaxınlığında gizlədilmiş 01 ədəd bağlamanın içərisində külli miqdarda-1871 qram narkotik vasitə olan heroini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb avtomobıl ilə daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının 3-cü Sərhəd Dəstəsinin xidməti ərazisində-Cəlilabad ray onunun Qarakazımlı kəndinin ərazisində, yolun sol kənarında yerləşən üzərində “Qarakazımlı, Zərbiəlli” sözləri yazılmış lövhə vurulmuş elektrik dirəyinin yaxınlığında Təqsirləndirilən şəxs2 tutulub saxlanılıb ondan 01 ədəd bağlamanın içərisində, 3 ədəd bükümdə ayrı-ayrılıqda 500 qram 500 qram və 871 qram olmaqla, cəmi, külli miqdarda 1871 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, özü isə avtomobili sürüb hadisə yerindən qaçıb uzaqlaşmış, lakin o, 08 may 2020-ci il tarixdə saat 00:15-də Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutulub Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilmişdir. Bundan başqa o, 07 may 2020-ci il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhəd xəttindən təxminən 2500 metr məsafədə, 3-cü Sərhəd Də stəsinin xidməti ərazisində “Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edən icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının 3-cü X3-axtarış şöbəsininin rəisinin 07 may 2020-ci il tarixli “Əməliyyat tədbirinin həyata keçirilməsi barədə" qərarına əsasən orada keçirilən əməliyyat-axtarış tədbiri çərçivəsində DSX-nın SQ-nın 3-cü Sərhəd Dəstəsinin əməkdaşlarının onları cinayət başında yaxalamaq üçün idarə etdiyi avtomobilə və qrup üzvü Təqsirləndirilən şəxs2 yaxınlaşdıqlarını görüb avtomobili əməliyyat-axtarış tədbirində iştirak edən hakimiyyət nümayəndələri-Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının 3-cü X3-axt arış şöbəsinin əməliyyat müvəkkili, kapitan Zərərçəkmiş şəxs1 və həmin hərbi hissənin Çevik hərəkət bölüyünün 2-ci Taqımının 3-cü manqa komandiri işləyən, baş gizir Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirib ona qanuni olaraq “Dayan” əmri vermələrinə baxmayaraq tabe olmayıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yüksək sürətlə onların üzərlərinə sürərək zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ əlin 2-ci Darmağında bir ədəd kəsilmiş yara və Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol mil-bilək oynağında kəsilmiş səthi yaradan ibarət xəsarət yetirməklə hakimiyyət nümayəndəsi olan şəxslərə xidməti vəzifələrini yerinə yetirərkən zor tətb iq etməklə müqavimət göstərmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Quliyev Emil Tərail oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən olunmuş azadlqdan məhrumetmə cəzasının ağır həddində cəza təyin etmişdir. Belə ki, nə Lənkəran Ağır Cinayətlər Məhkəməsi nə də Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yüngülləşdirən hallardan Zərərçəkmiş şəxs1 ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirlən şəxsdən heç bir şikayətinin və tələbinin olmamasını, ailə vəziyyətini, səhhətini (aq ciyər vərəmi, parçalanma), ailənin yeganə qazanc gətirən şəxs olmasını, himayəsində iki az yaşlı uşağının olmasını, arvadı Tabəs Süleymanova onkoloji xəstə olmasını nəzərə almamışlar. Odur ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları nəzərə alaraq cəzasının azaldılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən müdafiəçisi E.T.Quliyev, məhkəmələrin hüquqlarını müdafiə etdiyi şəxs barəsində nəticəyə gələrkən cəza üzrə yüngülləşdirici halları nəzərə almadığını, cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58 və 59-cu maddələrinin tələblərini pozduğunu, himayəsində iki az yaşlı uşağın olmasını, həyat yoldaşının onkoloji, özünün isə vərəm xəstəliyinin olduğunu bildirib kassasiya şikayətinin təmin edilməsini, yüngülləşdirici halları nəzərə alaraq şəxsin barəsində daha yüngül cəzanın verilməsini, bu mümkün olmadıqda isə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarını ləğv edərək cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, barəsində təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 oğluna verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 oğlunun əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, hə min əməl Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşd ıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitə si kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətl i cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində 2 azyaşlı övladının olması ), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 oğlunun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdi r. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Quliyev Emil Tərail oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Quliyev Emil Tərail oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Fədail oğluna Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs1 oğlunun müdafiəçisi Quliyev Emil Tərail oğlunun kassasiya şikayətinə əsasən ona aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-363/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-363/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver