Məhkəmə qərarları › İş №1(102)-363/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-363/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-363/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonr a mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 127.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 1(106)-43/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.2005-ci il tarixdə Masallı rayonu, Sığdaş kəndində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama gör ə, Məhkum xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Sığdaş kəndində yerləşən mübahisəsi gedən otlaq sahəsinə sahiblik hüququ ilə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əri Şahid1 orada olmasına əhəmiyyət verməyərək onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Şahid1 aşkar surətdə xüsusi əzab verib iztirab çəkdirdiyini dərk edib bunu arzulayaraq Zərərçəkmiş şəxs ağac parçası ilə qəsdən vuraraq sonuncuya sağ almacıq nahiyəsində şişkinlik, qançır və sağ almacıq sümüyünün yerini dəyişməyən sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olm uş az ağır bədən xəsarətləri yetirmişdir.

3. Masallı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 6 sentyabr 2023-cü il tarixli, 1(050)-169/2023 nömrəli hökmü ilə Məhkum CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinməsi və onun 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmənin əvvəlinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunu n ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, hökmün icrasının Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin hökmündən Zərərçəkmiş şəxs nümayəndəsi apellyasiya şikayəti verərək Məhkum azadlıqdan məhrum etmə növdə cəza təyin edilməsini, Məhkum apellyasiya şikayəti və müdafiəçisi apellyasiya şikayətinə əlavə verərək ona bəraət verilməsini xahiş etmişlər.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət məhkəmə tərkibində) 3 sentyabr 2024-cü il tarixli, 1(106)43/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və onun vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin edilməməsi, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Məhkum CM-in 127.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 1(050)-169/2023 nömrəli hökmünün, həmin hökmdən Zərərçəkmiş şəxs Şəfa qızı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsi, Məhkum Masallı Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 1(050)169/2023 nömrəli hökmü ilə təqsirli bilindiyi CM-in 127.2.2-ci maddəsi ilə təyin edilm iş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il 6 (altı) ay müddətə qədər artrılmaqla ağırlaşdırılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 1(106)-43/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi tərəfindən isə kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində bir sıra qanunvericilik normalarına istinadlar edərək protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət qanununun və cinayət-pr osessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar Məhkum cəza təyininə dair hissədə əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs Məhkum cinayət əməlini on səkkiz yaşına çatmadığı, yəni yetkinlik yaşına çatmadığı dövrdə törətməsinə və cinayət qanununun tələbinə əsasən ona ən yuxarı halda 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməsinə baxmayaraq, məhkəmə bu halı nəzərə almadan, əsassız olaraq ona yuxarı həddən də artıq, yəni 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Belə olduğu halda isə təqsirləndirilən şəxsə təyin edilmiş cəza qanuni və əsaslı hesab edilə bilməz.

8. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən məhkəmədən M əhkum CM-in 127.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 sentyabr 2024-cü il tarixli qərarının Məhkum cəza təyininə dair hissədə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

9. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə, məzmununda cinayət işinin faktiki hallarına, sübutlara, aşağı instansiya məhkəmələrinin mövqeylərinə və bir sıra qanunvericilik normalarına istinadlar edərək şikayətini onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmişdir. İstintaq materiallarında buraxılmış kobud pozuntular qərəzli şəkildə birinci instansiya məhkəməsi tərəfində araş dırılmamış, həmin xüsusatlara qiymət verilməmiş, apellyasiya instansiya məhkəməsi isə göstərilən halları araşdırmaq üçün məhkəmə baxışını qismən istintaqla keçirtməmiş və həmin hallara yuxarı instansiya məhkəməsi kimi hüquqi qiymət verməmişdir, bu isə o deməkdir ki, məhkəmənin gəldiyi nəticə işin bütün faktiki halları ilə açıq-aşkar uyğunsuzluq təşkil edir. Apellyasiya instansiya məhkəməsi qərəzli olaraq müdafiə tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərdən heç birini araşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq qəbul edilmiş ittiham hökmünü qanunsuz və əsassız olaraq təsdiq etmişdir.

10. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 1(106)-43/2024 nömrəli qərarının ləğv edilməsini, bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

11. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

12. Hökmdən zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi, tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər, eyni zamanda kassasiya protestinin həllini məhkəmə kollegiyasının mülahizə sinə buraxır.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X7 müdafiə tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzr ə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

18. Dövlət ittihamçısı kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən qərar qəbul edilərkən cinayət qanununun normasının düzgün tətbiq edilmədiyini iddia edərək, mübahisələndirilən qərarın cinayət qanununun normasının düzgün tətbiq edilməsi məqsədi ilə ləğv edilib yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb irəli sürsə də, onu məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halla əlaqələndirməmişdir.

19. Həmçinin, Məhkum müdafiəçisi kassasiya şikayətində məhkəmələr tərəfindən cinayətprosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, hökün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda onun əsassız olaraq CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və məhkum barəsində cinayət işi üzrə ic raata bəraətverici əsaslarla xitam verilməsini iddia edərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 1(106)-43/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Belə ki, kollegiya ilkin olaraq məhkumun müdafiəçisi tərəfin dən verilmiş kassasiya şikayətinin dəlilləri qismində qeyd edilən məsələlərə münasibətdə aşağıdakıları qeyd edir.

22. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

25. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Azərbaycan Respublikası CPM-in 145.1-c i maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

28. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

29. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, o, Məhkum cinayət işi materiallarında olan əməlinin CM-in 127.2.2-ci maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, Məhkum əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 127.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət tərkibinin olmaması haqqında mülahizəsini və həmin mülahizələrdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

30. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyi xahiş edir.

31. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələ lərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

32. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilm əsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

33. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya, müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

34. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, apellyasiya məhkəməsi apellyasiya müraciəti əsası nda aparılmış apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərinə münasibətdə əldə edilmiş sübutları cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edərək, Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum barəsində CM-in 127.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibinin olmadığından və təqs irliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair müdafiə tərəfinin mövqeyi ilə razılaşmayıb, məhkumun CM-in 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin qənaətini qanuni və ədalətli hesab etmişdir.

35. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi nin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəməyədək və məhkəmə icraat zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri, o cümlədən istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

36. Adı çəkilən və digər sübutlar apellyasiya instansiya məhkəməsinin yekun qərarında təsvir edilib ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

37. Kollegiya eyni zamanda, kassasiya protestinin cəza təyini zamanı cinayət qanunu normasının düzgün t ətbiq edilməməsi barədə dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini pozaraq səhvə yol vermiş, cəza məsələsinin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə cəza təyin edərkən mövcüd qaydalara düzgün riayət etməmiş, bununla da cinayət qanunu normasını düzgün tətbiq etməmişdir.

38. Belə ki, cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum xx xxxxxxxx 2005-ci il təvəllüdlü olmaqla, cinayət əməlini törədərkən yetkinlik yaşma çatmayan şəxs hesab olunurdu.

39. Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-in 127.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

40. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 1(106)-43/2024 nömrəli qərarından görünür ki, Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-in 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti ağırlaşdırılaraq 2 il 6 ay həddində müəyyən edilmişdir.

41. CM-in 52-1.4-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir.

42. CM-in 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.

43. Göründüyü kimi qanunverici həm yetkinlik yaşına çatmış, həm də yetkinlik yaşına çatmayanlara azadlığın məhdudlaşdırılması cəzasının aşağı və yux arı hədlərini müəyyən etmiş, konkret əmələ görə isə azadlığın məhdudlaşdırılması cəzasının aşağı və yuxarı hədləri CM-in Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən etmişdir.

44. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-in 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz.

45. Lakin hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi Məhkum 2 il deyil, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin e tməklə Cinayət Qanunu və Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 10-cu bəndinin tələblərini pozmuşlar.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 127.2.2-ci maddəsi üzrə barəsində cəza təyini zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən yol verilmiş cinayət qanunu müddəalarının pozulması aradan qaldırılaraq, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 il həddində müəyyən edilməlidir.

47. Məhkəmə kollegiyası törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə b ağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.

48. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

49. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onun təmin edilməməsini, eyni zamanda kassasiya protestinin dəlilləri ilə qismən razılaşaraq, həmin protestin qismən təmin edilməsini, Məhkum haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 1(106)-43/2024 nömrəli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilərək Məhkum barəsində ona istinad olunan maddənin sanksiyası çərçivəsi ndə nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, qalan hissədə həmin qərarın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir.

50. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 1(106)-43/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli, 1(106)-43/2024 nömrəli qərarı ilə təyin edilmiş a zadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) ilə endirilsin. Qərar kassasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti qismən təmin edilsin. Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar