Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-364/2019 26.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 364/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9 və müdafiəçi X7 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət almış Təqsirləndirilən şəxs İqoryeviçin barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim –Əliyeva Aytən Heydər qızının sədrliyi ilə) 17 aprel 2017-ci il tarixli hökmü ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs İqoryeviç, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraə t verilmişdir. İşin halları: Təqsirləndirilən şəxs İqoryeviç ittiham olunaraq məhkəməyə verilmişdir ona görə ki, o, 13 sentyabr 2014-cü il tarixdə, saat 23:27-də idarə etdiyi “Mercedes Benz E320” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Neftçilər prospektinin sağdan 6-cı hərəkət zolağı ilə 50 km/saat sürətlə “Hökümət Evi”-nin qarşısından keçdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə ehtiyatsızlıqdan Neftçilər prospektini Bulvar tərəfdən qarşı tərəfə keçmək istəyən piyada 1971-ci il təvəllüdlü X4 vuraraq, sonuncunun alın sümüyünün çox qəlpəli yerdəyişmiş sınığı, baş beyin toxumasının əzilməsi və yumşaq qişası altına geniş qansızmalarla müşayət olunan açıq kəllə-beyin travması, alın nahiyyəsinin sol yarısının, sol qaş qövsünün və üst göz qapağının əzilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı, sol said və sol baldır sümüklərinin yuxarı 3/1-nin açıq, sağ baldır sümüklərinin yuxarı 3/1-nin qapalı, qəlpəli yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sıyrıqları ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuş, piyada Z.F.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İqoryeviçin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi sübuta yetirilməməsi nəticəsinə gələrək barəsində bəraət hökmü çıxarmışdır. Hökmdən dövlət ittihamçısı V üsal Abdullayev apellyasiya protesti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs İqoryeviçə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiya həddində cəza təyin edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2017-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2017-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvan Şəmmədov kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi 20 dekabr 2017-ci il tarixli qər arı ilə kassasiya protestini təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2017ci il tarixli qərarını ləğv edərək cinayət işini baxılması üçün yeni məhkəmə baxışına təyin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (Sədrlik edən və məruzəçi Şamayev Elşad Yaquboviç, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin apel lyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ittiham tərəfin təqdim etdiyi sübutları, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tam və hərtərəfli yoxlanmamış, habelə əldə olunmuş sübutlar müqayisəli şəkildə təhlil edilməmiş və əsassız olaraq ittiham sübutlarının mötəbərliyi şübhə altına alınmış, ekspert rəyləri ilə Təqsirləndirilən şəxs İqoryeviçin ifadəsi təkzib olunduğu halda, məhkəmə həmin rəyi deyil, məhz O x2 ifadəsini daha mötəbər sübut kimi qəbul edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 263.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması barədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Yeni apellyasiya baxışı zamanı iş üzrə istintaq eksperimenti keçirilmədən, birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı keçirilmiş istinaq eksperimentinin nəticələri əsasında yol-nəqliyyat hadisələri ekspertizası təyin edərək, rəy almış,həmçinin məhkəmə tibbi-ekspertizası təyin edərək rəy almışdır.Məhkəmə iş üzrə təkrar istintaq ekspermenitinin keçirilməsi barədə vəsatət əsassız olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə dövlət ittihamçısının, qərarın dəyişdir ilmədən saxlanması barədə müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları ar aşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya protesti əsassız olmaqla təmin edilməməlidir. İş materiallarından görünür ki, məhkəmələr Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilməsi nəticəsini Təqsirləndirilən şəxsun işin faktiki hallarına uyğun ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə və işdəki sübut əhəmiyyətli sənədlərə əsaslanmışdır. Bəraət almış Təqsirləndirilən şəxs İqoryeviç apellyasiya protestinə etiraz edərək və elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 13 sentyabr 2014-cü il tarixdə saat 23:20 radələrində idarə etdiyi “Mercedes Benz E320” markalı, **SF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinin Neftçilər prospekti ilə “Azneft” meydanından “Dəniz Vağzalı” istiqamətinə sağdan yolun 6-cı zolağı ilə saatda 50 km. sürətlə hərəkət etmiş və “Hökümət evi”nin qarşısında “Abşeron” otelinə çatmamış Dənizkənarı Bulvar tərəfdən “Abşeron” oteli istiqamətində bir nəfər piyadanın iti addımlarla yolu keçdiyini təxminən 70-80 metr məsafədə görmüşdür. Həmin vaxt piyada, artıq onun hərəkət zolağına daxil olmuşdur. Piyadanın hərəkəti bir qədər qəribə olmuş, “aşa-aşa”, qabağa və arxaya tərəf hərəkətini dəyişmişdir. Piyada onun hərəkət zolağını tam keçdikdən sonra dayanmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobillə piyadanın arasında təxminən 20 metr məsafə qalmış və o, hərəkətinə həmin sürətlə dava etmişdir. Lakin o, piyadaya çatanda sonuncu qəfildən geriyə doğru, yəni dal-dala 1-2 addım ataraq avtomaşının qarşısına çıxmışdır. O, dərhal əyləcə basmaq istəsə də, aralarında kifayət qədər məsafə qalmadığı üçün avtomaşının qabaq sol küncü həmin piyadanın sol ayaq nahiyəsinə dəymiş, piyada kapotun üstünə qalxmış və başı ön şüşənin sol yuxarı küncünə dəymiş, ön şüşə çartlamışdır. O, dərhal maşını saxlamış, qəza siqnalını yandırmış və maşından düşmüşdür. Piyada nın vəziyyətinin pis olduğunu görüb hadisə yerinə həkim çağırmışdır. Birinci instansiya məhkəməsinin hökmdən görünür ki, Təqsirləndirilən şəxs İqoryeviçin barəsində bəraət hökmü çıxarılarkən iş üzrə ibtidai istintaq zamanı keçirilmiş ilkin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının, məhkəmə istintaqı zamanı keçirilmiş istintaq eksperimenti və təyin olunaraq keçirilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəylərinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin tapşırığına əsasən istintaq orqanı tərəfindən keçirilmiş istintaq ekspertimenti ilə aşağıdakılar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs İqoryeviçə təklif edilmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobilin hərəkət istiqamətini göstərsin və piyadanın hansı şəraitdə avtomobillə vurulmasını göstərsin. O, bildirmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobili Neftçilər prospekti ilə hökümət evi tərəfindən “Dəniz” Vağzalına doğru saatda 55-60 km surətlə hərəkət etmişdir. Yeraltı piyada keçidinin üstünə çatmamış hərəkət istiqamətinin sağ tərəfindən sol tərəfə piyada kişinin yolu keçib hərəkət istiqamətinin sol tərəfində dayandığını görmüşdür. O, piyadanın dayanmış vəziyyətdə olduğunu görüb piyadanın onun keçməsini gözləyəcəyini nəzərə alıb hərəkətini davam etdirmişdir. Piyadanın yanından keçməyə az qalmış piyada dayandığı yerdən qəflətən arxaya doğru 2-3 addım atıb avtomobilin qabaq sol qanadının tininə dəyib yerə yıxılmışdır. İstintaq eksperimenti zamanı hadisə yerinə dəvət edilmiş sürücü X8 təklif edilmişdir ki, ona məxsus “Mersedes Benz” markalı **-HE-*** nömrəli avtomobili sürücü Təqsi rləndirilən şəxs göstərdiyi yerdə, yəni hadisə vaxtı avtomobili idarə etdiyi yerdə saxlasın. Bundan sonra piyada X2un yerinə davət olunmuş, 1977-ci il təvəllüdlü X2 təklif edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs göstərdiyi yerə yəni hadisə vaxtı mərhum X2un dayandığı yerdə arxaya yeriyib avtomobilin qabaq sol küncü ilə vurulduğu yerə qədər 1 metr 50 sm məsafə qət etmişdir. Sonra mərhum piyada X2un yerinə dəvət olunmuş X1a bildirilmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi yerə keçsin və müəyyən edilmişdir ki, X1 1-ci dəfə 1 metr 50 sm məsafəni 0,9 saniyəyə, 2-ci dəfə 0,9 saniyəyə, 3-cü dəfə isə 0,8 saniyəyə keçdi və surəti iti addımlarla olmuşdur. (cild-1, 402-410) Təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza təyin olunmuş və ekspertin 16 noyabr 2016-cı il tarixli 23573 saylı rə yinə əsasən məhkəmə tərəfindən istintaq eksperimentinin nəticələrinə görə təqdim olunan məlumatlar nəzərə alınmaqla yəni piyada X2un onu vuran avtomobilin hərəkəti üçün təhlükə yaratdığı andan vurulma yerinə qədər iti yerişlə qət etdiyi 1,5 metr məsafəyə 0,9 və ya 0,8 saniyə vaxtın sərf olunması və avtomobilin hərəkət surətinin 55-60 km/saat olması şəraitində “Mercedes Benz E320” markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs İqoryeviçin hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 dekabr 2016-cı il tarixli 28317 saylı rəyinə əsasən: İ variant: istintaq tərəfindən müəyyən edildiyi kimi, piyadanın yolu sağdan sola keçərkən vurulması, təhlükənin hərəkət hissəsini sağdan sola keçən piyadanın sağdan 3cü zolaqla 4-cü zolağın arasındakı qırıq xətlərin üzərindən keçdiyi andan yaranması və həmin andan yerinə kimi piyadanın iti yerişlə 9 metr məsafə qət etməsi şəraitində “Mercedes Benz-320” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs İqoryeviçin hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İİ variant: məhkəmə tərəfindən istintaq eksperimentinin nəticələrinə görə təqdim olunan məlumatlara əsasən, yəni təhlükənin piya danın avtomobilin hərəkəti istiqamətinin sol tərəfində dayandığı yerdən arxaya doğru hərəkətə başladığı andan yaranması, təhlükə yaranan andan vurulmaya kimi piyadanın iti yerişlə 1,5 metr məsafə qət etməsi və həmin məsafəyə 0,8-0,9 saniyə vaxtın sərf olunması şəraitində “Mersedes Benz-320” markalı, **SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs İqoryeviçin hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Göründüyü kimi iş üzrə ibtidai istintaqla və birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutlarla baş verən yol-nəqliyyat hadisəsinin mexanizmində kəskin ziddiyyətlər mövcud olduğundan həmin hadisənin baş verməsində Təqsirləndirilən şə xs İqoryeviçin təqsiri olub-olmamasında 2 variantda ekspert rəyi verilmiş və məhkəmələr məhz məhkəmə istintaqı zamanı toplanmış sübutları mötəbər sübut kimi qiymətləndirərək, bəraət hökmü çıxarmışdır. İş üzrə apellyasiya icraatı qaydasında əlavə araşdırma aparılarkən təkrar komission yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspert komissiyasının 24 aprel 2018ci il tarixli, 9029 saylı rəyinə əsasən yenidən iki varianta nəticə verilmişdir: İ variant: İstintaq tərəfindən müəyyən edildiyi kimi, piyadanın yolu sağdan sola keçərkən vurulması, təhlükənin hərəkət hissəsini sağdan sola keçən piyadanın sağdan 3cü zolaqla 4-cü zolağın arasındakı qırıq xətlərin üzərindən keçdiyi andan yaranması və həmin andan yerinə kimi piyadanın iti yerişlə 9 metr məsafə qət etməsi şəraitində “Merce des Benz-320” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs İqoryeviçin hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İİ variant: Məhkəmə tərəfindən istintaq eksperimentinin nəticələrinə görə təqdim olunan məlumatlara əsasən, yəni təhlükənin piyadanın avtomobilin hərəkəti istiqamətinin sol tərəfində dayandığı yerdən arxaya doğru hərəkətə başladığı andan yaranması, təhlükə yaranan andan vurulmaya kimi piyadanın iti yerişlə 1,5 metr məsafə qət etməsi və həmin məsafəyə 0,8-0,9 saniyə vaxtın sərf olunması şəraitində “Mersedes Benz-320” markalı, **SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirl əndirilən şəxs İqoryeviçin hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Həmin rəylə əlaqədar apellyasiya instansiya məhkəməsində dindirilmiş ekspertlər X11 və X5 ifadələrində göstərmişdir ki, iştirakları ilə tərtib olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi iki variantda: istintaq orqanın təqdim etdiyi şəraitə, yəni piyadanın yolu soldan-sağa keçərkən vurulması şəraitində və birinci instansiya məhkəməsinin hadisənin yerində yoxlanılması zamanı müəyyən olunmuş şəraitində, yəni piyadanın yolu keçdikdən sonra dayanıb və geri qayıtması şəraitində verilmişdir. Hadisənin yerində yoxlanılması zamanı daha dolğun məlumatlar əldə olunmuşdur. Bundan başqa, apell yasiya instansiyası məhkəməsinin qərarı ilə iş üzrə əlavə məhkəmə-tibb ekspertizası təyin olunmuş və ekspert komissiyasının 16 iyul 2018-ci il tarixli, T 178/2018 saylı rəyinə əsasən mərhum X3 meyitinin müayinə zamanı alın nahiyəsində solda, sağ qaş qövsü və üst göz qabağında əzilmiş yara, alın sümüyünün çoxqəlpəli sınığı, baş beyin toxumasının əzilməsi, yumşaq qişa altına qansızma, döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı, sol said və sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı, sol qalça nahiyəsində sıyrıq, sol saiddə sıyrıq və əzilmiş yaralar, sağ baldırda sıyrıqlar qeyd edilmişdir. Qeyd edilən xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın təsirindən törənmiş və 14 sentyabr 2014-cü ildə hərəkətdə olan a vtomaşınla piyadanın vurulması zamanı yaranmışdır, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakter, yerləşdiyi nahiyələr hərəkətdə olan avtomaşınla piyadanın toqquşmasının onun addım atdığı vəziyyətində deyil, piyadanın bədəninin sol yan səthi ilə avtomaşının qabağ hissəsinə yönəlmiş və hər iki ayaq pəncəsinin yer səthi ilə tam təmasda olması zamanı yaranmasına uyğun gəlir. Bunu mərhum Z.F.Əsgərovun hər iki aşağı ətrafında baldır sümüklərinin yer səthində eyni hündürlükdə sınması sübut edir. Apellyasiya məhkəməsinin iclasında dindirilmiş məhkəmə-tibbi ekspert X6 göstərilən ziddiyyətlərə açıqlama verə bilməmiş və verilən rəyə zidd olaraq göstərmişdir ki, rəydə səhv olaraq hər iki ətrafin sümüklərinin bir səviyyədə sınmasın ın göstərildiyi halda, bir (sol) ətrafin iki sümüyü eyni səviyyədə sınmışdır. O, həmçinin həmin xəsarətlərin mərhumun arxaya hərəkət edərkən baş verən toqquşma nəticəsində yaranmasının inkar edilməməsini göstərmişdir Məhkəmə kollegiyası hesab edir ki, hadisənin birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş istintaq ekspertimenti şəraitində baş verməsi və həmin şəraitə uyğun olaraq Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmamasına dair məhkəmələrin gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası hadisənin Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə baş verməsinin mümkünlüyünü qiymətləndirərkən həmçinin mərhum Z.F.Əsgərovun hadisə zamanı güclü dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmasını, hadisə baş verən yerdə yeraltı keçid mövcud olduğu halda, zərərç əkmiş şəxsin həmin keçiddən istifadə etməklə deyil, çoxzolaqlı intesiv hərəkətə malik olan yolu bilavasitə keçməsinə cəhd etdiyini nəzərə almışdır Məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq sübutları tam, hərtərəflı və obyektiv tədqiq etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsi təsbit edir ki, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinin əsas prinsiplərindən biri olan təqsirə görə məsuliyyət prinsipinə uyğun olaraq yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş ş əxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət Məcəlləsinin cinayətin anlayışını təsbit edən 14-cu maddəsi müəyyən edir kı bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının CPM-nın 55.1-cı maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmələr X3in hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv və subyektiv cəhətləri olmaması nəticəsinə gəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146, 33, 21, 42.1 və 42.2.2-ci maddələrinə müvafiq cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək Təqsirləndirilən şəxs İqoryeviçə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilmənsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Kollegiya məhkəmələrin gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab e dir. İşin şərh olunan hallarına əsasən kollegiya hesab edir ki, məhkəmənin qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs İqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-364/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-364/2019
26.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver