Məhkəmə qərarları › İş №1(102)-364/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-364/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-364/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X10, zərərçəkmiş şəxs və mülki iddiaçı X3, onun nümayəndəsi X8 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 31 avqust 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs və mülki iddiaçı X11 və onun nümayəndəsi X14 tərəfindən birgə verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı X9 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Kazımov) 1(042)-3/2020 nömrəli, 21 may 2020-ci il tarixli hökmü ilə 12 noyabr 1981-ci ildə Gədəbəy rayonu, Səbətkeçməz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, təqaüdçü, Gədəbəy rayonu, Səbətkeçməz kəndində qeydiyyatda olmaqla yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib ona qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası na məhkum edilmişdir. İşin halları: İttiham orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, 02 noyabr 2018-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, Səbətkeçməz kəndində qonşuluğunda yaşayan əmisi oğlu X19 evində olmadığı vaxt rayonun Əlinağılar kənd sakini X2 onun evindən çıxdığını görüb Vüsal Eminovun arvadı X4 onunla intim münasibətdə olmasına əmin olaraq sonuncunun azyaşlı uşaqları - 30.08 2012- ci il təvəllüdlü X12 və 19.12.2013cü il təvəllüdlü X13 gördüyünü və analarına zor tətbiq edəcəyi zorakılığın onların psixikasına pis təsir edəcəyini və onlara əzab verəcəyini dərk edərək xüsusi amansızlıqla qəsdən əlləri ilə onu vuraraq sol göz ətrafı yumşaq toxumaların qançırı və sol almacıq sümüyünü n dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid və sağ mil bilək oynağının əziyi və postravmatik artiti ilə əlaqədar baş vermiş ağrı sindromu və aypara sümüyünün aseptik nekrozu kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. Lakin, birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum 02 noyabr 2018-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu Səbətkeçməz kəndində Vüsal Eminova məxsus evin həyətində aralarında yaranmış münaqişə zamanı X6 əlləri ilə qəsdən vuraraq alın nahiyəsinin sol yarısının, sol qaşın bayır bucağı nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nın arxa səthinin qançırları, üst dodağın selikli qişasına qansızma, sol göz ətrafı yumşaq toxumaların və sol almacıq nahiyyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Çingiz Məmmədovdan ibarət tərkibdə) 1(104)-238/2020 nömrəli 31 avqust 2020-ci il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin 1(042)-3/2020 nömrəli 21 may 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum və zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş apelyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi nin bu qərarından narazı qalan Məhkum Otkay oğlu verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsini və barəsində bəraət qərarı qəbul edilməsini xahiş etmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı Tamilla Eminova və onun nümayəndəsi Ruhiyə Kərimli birgə verdikləri kassasiya şikayətində və dövlət ittihamçısı Rəşad Alıkişiyev verdiyi kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarı ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlilərini Məhkum onunla əsaslandırırlar ki, məhkəmələr qərar qəbul edərkən hadisənin qeyd edilən ki mi olmaması, tərəfindən Zərərçəkmiş şəxs heç bir xəsarət yetirilməməsi v iş üzrə dindirilmiş digər şahidlərin ifadələri nəzərə alınmamışdır. Kassasiya şikayətinin dəlilərini, zərərçəkmiş şəxs və mülki iddiaçı Tamila Eminova və sonuncunun nümayəndəsi Ruhiyə Kərimli onunla əsaslandırırlar ki, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə ittiham irəli sürülərək Gədəbəy Rayon Məhkəməsinə verilsə də məhkəmə ona istinad edilən cinayət əməlini CM-in 128-ci maddəsinə tövsif edərək 1 il müddətinə islah işi cəzasına məhum etmişdir. Baxmayaraq ki, iş materiallarında ekspert rəyində sağ biləyində yaranmış ağırlaşmanın hadisə zamanı kəskinləşmənin olması inkar olunmasada məhkəmə komissiyon ekspertizanın rəyini ondan əvvəl verilmiş rəylərlə şübhə altına almışdır. O, məhkəmə iclasında məhk əmə kollegiyasının diqqətinə çatdırmışam ki, hadisədən uzun müddət əvvəl mənim sağ biləyimdə sərpmə olmuşdur. Ancaq bundan tam sağalmışdım. Qeyd edirəm ki, məhkəmənin bu mövqeyindən sonra hadisədən əvvəl 30 iyul 2018-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına müraciət etdiyimi nəzərə alıb ora müraciət edərək MR müayinəsindən keçdiyim rəyi əldə etmişəm, həmin 30.07.2018-ci il tarixli rəydə biləyimdə hər hansı xəsarət və travma olmadığı açıq aşkar qeyd olunmuşdur. Qeyd edim ki, mən Hayat klinikdə də 30 avqust 2018-ci ildə həkim müayinəsindən keçmişəm. Kassator hesab edir ki, məhkəmə qərəzli şəkildə onun Məhkum tərəfindən rəydə qeyd olunan şəkildə amansızlıqla, azyaşlı uşaqlarımın gözü qarşısında az ağır xəsarət almağımla bağlı faktiki halları nəzərə almamış, mülki iddiaya baxmama sının səbəbi də mənim məhkəməyə məhz bu xəsarətlə bağlı aldığım müalicə və müayinə ilə bağlı təqdim etdiyim sübutlardan qaçmaq məqsədi güdmüşdür. Halbuki, həmin ağırlaşmanın nəticəsində mən cərrahiyyə əməliyyatı olmuşam və hazırki müddətə qədər sağlamlığıma qovuşa bilməmişəm. Əl biləyimdə keçirilmiş cərrahiyə əməliyyatının da nəticələrini məhkəməyə təqdim etmişəm. Məhz həmin həkim rəyləri əsasında məhkəmə kollegiyası sübutların tam və dəqiq araşdırmasını həyata keçirə biləcəyi halda bunu etməmiş, mənim hüquqlarımı məhdudlaşdırmışdır. Gədəbəy Rayon Məhkəməsinə bu iş üzrə məhkəmə iclas protokoluna qeyddə vermişdir. Məhkəmə kollegiyası məhz komisyon tibbi ekspertiza rəyində biləyimdə olan ağırlaşmanın təkrar travmatizmlə bağlı olması halına subyektiv münasibət bildirmiş, hadisə zamanı kəskinl əşmənin olması kimi rəyinə qiymət verməməklə mənim hüquqlarımı pozmuşdur. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Rəşad Atakişiyev onunla əsaslandırır ki, apelyasiya instansiya məhkəməsinin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Məhkəmə hökmdə bir tərəfdən zərərçəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş az ağır dərəcəli xəsarətin sonuncuya təqsirləndirilən şəxs tərəfindən deyil zərərçəkmiş şəxsin ondan əvvəl aldığını göstərdiyi halda digər tərəfdən həmin xəsarətin təqsirləndirilən şəxs tərəfindən yetirildiy i halda isə həmin xəsarəti təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə qəsdən deyil, ehtiyatsızlıqdan yetirdiyini göstərmişdir. Zərərçəkmiş və şahidlərin istər ibtidai istintaq istərsə də, məhkəmə istintaqında verdikləri ifadələrdən və işdə olan tibbi ekspertizanın rəylərindən də göründüyü kimi zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş “Sağ mil bilək oynağının əziyi və postravmatik artiti ilə əlaqədar baş vermiş ağrı halında sindrom və aypara sümüyünün asseptik nekrozu xəsarətlərini(az ağır dərəcəli xəsarəti) 02 noyabr 2018-ci il tarixdə baş vermiş hadisə zamanı məhz təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə yetirmişdir. Qeyd edilən faktla bağlı məhkəmə nəzərdən qaçırmışdır ki, işdə olan komisiyon məhkəmə tibbi ekspertizanın 116 saylı, 06 mart 2019-cu il tarixli rəyində də e kspertlər qeyd etmişdir ki, zərərçəkmiş X4 bədən səthində aşkar edilmiş sağ mil bilək oynağının əziyi və postravmatik artiti ilə əlaqədar baş vermiş ağrı halında sindromu və aypara sümüyünün asseptik nekrozu xəsarətinin yaranma mexanizminə əsasən təkrar travmatizmlə bağlı olması baxımından 02.11.2018-ci il tarixdə baş vermiş hadisə zamanı kəskinləşməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. Beləliklə, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun əməlində cinayət tərkibinin qeyd olunan əlamətlərinin hamısı mövcuddur. Lakin məhkəmə sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, iş üzrə toplanmış sübutları birtərəfli qaydada şərh edər ək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, müəyyən halları qabardaraq ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyib Məhkum əməlində qəsdən bədənə az ağır xəsarət yetirmə cinayətinin olmaması qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz və əsassız olaraq CM-nin 128-ci maddəsinə tövsif etmişdir. Məhkəmənin iş materiallarında olan kifayət qədər dəlillərlə və işin faktiki halları ilə təkzib edilən subyektiv mülahizələrinə əsaslanan mövqeyi ilə razılaşmaq mümkün deyil. Sübutların qiymətləndirilməsi ümumbəşəri dəyərlərə və həqiqətə, ədalətə, mənəviyyata, əsaslanmaqla şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatdırılmalıdır. Lakin məhkəmə iş materialları ilə təsdiq edilən işin faktiki hallarını, ay rı-ayrı faktları, işin əsl mahiyyətini (Məhkum zərərçəkmiş şəxsə qəsdən az ağır zərər vurmasını) inkar edə bilməsə də formal əsaslarla qiymətləndirmə aparmaqla əsassız və qanunsuz olaraq hökmdə birbaşa göstərməsə də gəldiyi nəticəyə əsasən Məhkum zərərçəkmiş şəxsə az ağır xəsarət yetirməsini dolayısıyla qəbul edib həmin faktı təsdiq edən zərərçəkmiş və şahidlərin ifadələrini həmçinin ekspertiza rəylərini formal əsaslarla əsassız və qanunsuz olaraq yekun məhkəmə qərarında sübut kimi qəbul etməmişdir. Yuxarıda qeyd edilənlərdən də məlum olur ki, məhkəmə nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini, ittihamın bir hissəsi əsassız hesab edilməsinə baxmayaraq bunun əsaslarını, təqsirli şəxsin hərəkətlərinin tövsifi dəyişdirilsə də bunun motivlərini hökmdə göstərməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi q iymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin başlıca dəlili təqsirsiz olması əsası ilə barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əm əldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin və zərərçəkmiş şəxsin ifadələri ilə, ekspertiza rəyləri, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası mə hkəməsi təqsirləndirilən şəxs Məhkum əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin bu dəlili ilə ra zlaşmayaraq, həm birinci, həm də apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İşin materiallarından göründüyü kimi 02 oktyabr 2018-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, Səbətkeçməz kəndində Məhkum ilə əmisi oğlu Vüsal Eminovun arvadı X11 arasında baş vermiş mübahisə və dalaşma onların şəxsi münasibətlərinin pozulması nəticəsində yaranmış konflikt olmuşdur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, cəmiyyətə açıqc a hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma edişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əs aslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İş materiallarından görünür ki, Məhkum ona Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, atası Mehvalıyev Oktay Dəmir oğlu, anası Mehvalıyeva Bəsti, arvadı və iki nəfər az yaşlı övladı ilə birlikdə Gədəbəy rayonu, Səbətkeçməz kəndində yaşayır. X17 və X6 tanıyır. Vüsal Eminov əmisi oğlu, həm də xalası oğludur. Tamilla isə Vüsalın arvadıdır. Onlar qonşuluqda yaşayırlar. X5 tanıyır. O, Gədəbəy rayonu İHB-nin Əlinağılar kənd icra nümayəndəsi vəzifəsində işləmişdir. Onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Kənd sakinlərindən eşitmişdir ki, Vüsal evdə olmayan vaxt Tamilla Şahinlə görüşür. Ona görə Tamillanın Şahinlə görüşəcəyindən şübhələnmiş və izləməyə başlamışdır. 02 noyabr 2018-ci il tarixdə saat 16 radələrində Vüsal işə getmişdir. Saat 21 radələrində Şahinin maşınının Vüsalın məhləsinin qurtaracağında dayandığını görmüşdür. Vüsalın evinin darvazasının qapısı açıq olmuşur. Şahin gəlib həyətə keçmiş, sonra Tamilla evin qapısını açıb Şahini evə keçirmişdir. Həmin vaxt atası Oktay da yanında olmuşdur. O, təcili Vüsala zəng etmiş, arvadının Şahini evə saldığını demişdir. Vüsal Şahinin çıxıb getməsinə imkan verməməyi tapşırmış, özünün isə tezliklə gələcəyini ona demişdir. Şahinin qaçacağını bilmiş, ona görə xəbər verməməsi üçün Tamillanı tutmuşdur. Şahin isə bunu görüb evin pəncərəsindən tullanıb qaçmağa başlamışdır. O, Tamillanı buraxı b, Şahinin arxası ilə getmək istəyərkən Tamilla onu tutub saxlamağa çalışmışdır. Tamillanın əlindən çıxmış və Şahinin arxası ilə getmiş, onu tutub evin həyətinə gətirmişlər. Bu vaxt Tamilla üzərinə cumub, onu vurmağa başlamış, Şahinin heç bir günahı olmadığını bildirmişdir. O isə özünü müdafiə etmiş, lakin Tamillanı vurmamışdır. İş materiallarından görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2011-ci ildə X19 ilə ailə həyatı qurmuş və birgə nigahlarından iki övladları dünyaya gəlmişdir. Böyük oğlu Röyal 2012-ci ildə, kiçik oğlu Ayxan isə 2013-cü ildə anadan olmuşdur. X23 2014-cü ildən münasibətləri pisləşmişdir. Belə ki, tez-tez ailədə söz-söhbətləri olmuş, münasibətləri korlanmış və ər-arvad kimi yaşamamışlar. O, kəndə hadisədən 10 ay əvvəl qayıtmışdır. Özü Gədəbəy rayonu, Səbətkeçməz kənd Bələdiyyəsinin üzvü olmuşdur. X5 üç ildir tanıyır. Şahin Gədəbəy rayonu İHB-nın Əlinağılar kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləmişdir. O işi ilə əlaqədar Şahin müəllimlə danışmış, Şahin onlara gələsi olmuşdur. Şahin 02 noyabr 2018ci ildə saat 20 radələrində onlara gəlib zəng vurmuş, o düşüb darvazanı açmışdır. Şahin evə gəlmişdir. Bir az keçmiş Şahin Abdullayev ona “çöldən səs-küy gəlir, mənim üstümdə möhür var gör çöldə kim var” -demişdir. Üzərindəki pencəyi stolun başına asmışdır. O, evin qapısını açarkən Məhkum, atası Oktay Mehvalıyev və anası Bəsti Mehvalıyeva onu vurmağa başlamışlar. Məhkum onu ağacla vurmuşdur. Əlini yuxarı qaldırmış, biləyində bərk ağrı hiss etmişdir. O, təxminən 2 il əvvəl sağ biləyindən zədə almışdır. Həmin zədəyə görə müalicə almışdır. Asəf onu vurarkən həmin hissədən bərk ağrı hiss etmişdir. Sonra Asəf və onun atası Oktay Şahinin arxasınca qaçmış, Asəf, Asəfin qayınatası Nofəl və Asəfin atası Oktay Şahini həyətə gətirmişlər. Bir müddət sonra Vüsal gəlmiş, Asəf və Vüsal yenidən onu vurmaq istəmişlər. Həmkəndliləri Mahirə və Zöhrə onu uzaqlaşdırıb evə salıb qapını bağlamışlar. Həmin vaxt uşaqları da onun yanında olmuş və hadisəni görmüşlər. O, DİNnin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qeyd edilən münaqişə iki saata yaxın davam etmişdir. Törədilmiş cinayət ona qarşı xüsusi amansızlıqla baş vermişdir. Məhkum təqsirli hərəkətləri nəticəsində az ağır bədən xəsarəti almışdır. Əmək qabiliyyətini itirmişdir. Əl bilək nahiyəsində hərəkət məhdudluğu və quruma baş verdiyind ən cərrahiyə əməliyyatı keçirilməsinə zərurət yaranmış və şəxsi vəsaiti ilə həmin əməliyyatın keçirilməsinə nail olmuşdur. Hadisədən 1 il 6 aydan artıq müddət keçməsinə baxmayaraq hələ də sağlamlığına qovuşmamışdır. Az ağır xəsarət alması ilə əlaqədar həm səhhətində ağırlaşma baş vermiş, həm də əmək qabiliyyətini itirdiyindən uzun müddət işləyə bilməmişdir. Hadisəyə qədər o, bələdiyyədə və kitabxanada işləmiş və aylıq əmək haqqı almışdır. Həmin əmək haqqından da, məhrum olmuşdur. Sağlamlığına qovuşmaq üçün 1 ildən artıq müddət Bakı şəhərində xəstəxanalara müraciət etmişdir. Səhhəti bərpa olunana qədər heç bir iş görə bilməmişdir. Qeyd edir ki, o ali təhsillidir və hadisəyə qədər kənddə müsbət nüfuza malik olmuşdur. Hadisə günü Məhkum bütün kənd sakinlərinin yanında ona az ağır xəsarət yeti rməklə, onu ən ağır söyüşlərlə təhqir etməklə şərəf və ləyaqətini alçaltmışdır. Məhz həmin insanların gözü qarşısında ona mənəvi iztirab vermişdir. Hazırda o, Mingəçevir şəhərində yaşayır. Əvvəlki işindən azad olunmuşdur. Hazırda məhkəməyə sağlamlığına qovuşma üçün keçirilən əməliyyatlarla bağlı ödəniş qəbzləri, laboratoriya analizləri ilə bağlı 15 ədəd sənəd təqdim etmiş, bundan əlavə 800 manat və 294 manat mədaxil qəbzini sonradan əldə etdiyindən təqdim edir. Həmçinin 42 ədəd avtobus biletini təqdim edir. Ancaq bu xərclər daha çoxdur. Hazırki cinayət işi ilə əlaqədar 20 dəfədən artıq Gədəbəy rayonuna gəlməli olmuşdur. Təqdim etdiyi mədaxil qəbzlərindəki məbləğ 5000 manatdan artıq təşkil edir. İş yerindən azad olunmağı ilə əlaqədar 3000 manatdan artıq gəlirindən azad olunmuşdur. Ona vurul muş mənəvi ziyan isə daha çox təşkil etsə də, məhkəmədən Məhkum barəsində həbslə bağlı cəza verilməsini, həmçinin ona vurulmuş 10000 manat maddi və 10000 manat mənəvi ziyan kimi vəsaitin alınıb ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş edir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tibbi ekspertizanın 03.11.2018- ci il tarixli, 1229 saylı ekspert rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər alın nahiyyəsinin sol yarısının, sol qaşın bayır qurtaracağının, sol bazu yuxarı üçdə birinin arxa səthinin qançırları, üst dodağın selikli hissəsinə qansızma, sol göz ətrafı yumşaq toxumaların və sol almacıq nahiyyəsinin dərialtı hematoması, sağ mil bilək nahiyyəsinin ağrı halında əziniyi küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsv iri hissəsində göstərilən 02 noyabr 2018-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol göz ətrafı yumşaq toxumaların və sol almacıq nahiyyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Alın nahiyyəsinin sol yarısının, sol qaşın bayır qurtaracağının, sol bazu yuxarı üçdə birinin arxa səthinin qançırları, üst dodağın selikli hissəsinə qansızması və sağ mil bilək oynağının ağrı halında əziniyi isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq olunmuş təkrar məhkəmə tibbi ekspertizanın 20.12.2018-ci il tarixli, T/376/2018 saylı ekspert rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər alın nahiyyəsinin sol yarısının, sol qaşın bayır qurtara cağının, sol bazu yuxarı üçdə birinin arxa səthinin qançırları, üst dodağın selikli qişasında qansızma, sol göz ətrafı yumşaq toxumaların və sol almacıq nahiyyəsinin dərialtı hematoması, sağ mil bilək oynağının yumşaq toxumalarının əziyi küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 02 noyabr 2018-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol göz ətrafı yumşaq toxumaların və sol almacıq nahiyyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Digər xəsarətlər isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Həmin xəsarətlərin yerləşmə nahiyələrinə, xarakterinə və sayına görə onların şəxslərin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. Cinayət işind ə olan və məhkəmə iclasında tədqiq olunmuş komisiyon məhkəmə tibbi ekspertizanın 116 saylı, 06 mart 2019-cu il tarixli ekspert rəyindən görünür ki, X4 bədən səthində alın nahiyyəsinin sol yarısının, sol qaşın bayır bucağı nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nın arxa səthinin qançırları, üst dodağın selikli qişasına qansızma, sol göz ətrafı yumşaq toxumaların və sol almacıq nahiyyəsinin dərialtı hematoması, sağ mil bilək oynağının əziyi və postravmatik artiti ilə əlaqədar baş vermiş ağrı halında sindromu və aypara sümüyünün asseptik nekrozu xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən alın nahiyyəsinin sol yarısının, sol qaşın bayır bucağı nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nın arxa səthinin qançırları, üst dodağın selikli qişasına qansızma, sol göz ətrafı yumşaq toxumaların v ə sol almacıq nahiyyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər, sağ mil bilək oynağının əziyi və postravmatik artiti ilə əlaqədar baş vermiş ağrı halında sindromu və aypara sümüyünün asseptik nekrozunun isə anamnestik məlumatlara (Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda 28.11.2018-ci il tarixdə müraciət edərkən bildirmişdir ki, 1,5 il ərzində iki dəfə sağ biləyindən zədə almışdır) və yaranma mexanizminə əsasən təkrar travmatizmlə bağlı olması baxımından müddəti haqqında kontret fikir söyləmək mümkün deyildir, lakin 02.11.2018-ci il tarixdə baş vermiş hadisə zamanı kəskinləşməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa;" vurmaya aiddir. Azərbaycan Respublikası C PM-nin 140.0 və 140.0.1 -ci maddəsinə əsasən, cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilir. Komisiyon məhkəmə tibbi ekspertizanın 116 saylı, 06 mart 2019-cu il tarixli ekspert rəyini təhlil edərkən müəyyən edilir ki, Tamilla Eminovanm bədən səthində aşkar edilmiş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərin dərəcəsi dəqiq müəyyən edilmiş, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərin yaranma tarixi barədə isə konkret nəticəyə gəlmək mümkün olmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində 2 il əvvəl sağ biləyindən yük qaldırarkən zədə aldığını bildirmiş, eləcə də onun keçmiş əri V.X.Eminov ifadəsində bu faktı təsdiqləyərək Zərərçəkmiş şə xsnm biləyindən aldığı zədə ilə əlaqədar dəfələrlə Bakı şəhərinə müayinə və müalicəyə apardığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum 02 noyabr 2018-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu Səbətkeçməz kəndində Vüsal Eminova məxsus evin həyətində aralarında yaranmış münaqişə zamanı X6 əlləri ilə qəsdən vuraraq alın nahiyəsinin sol yarısının, sol qaşın bayır bucağı nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nın arxa səthinin qançırları, üst dodağın selikli qişasına qansızma, sol göz ətrafı yumşaq toxumaların və sol almacıq nahiyyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutl ara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs X7 qarşı sağlamlığa az ağır zərər vurulması əməlini törətməsi sübuta yetirilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət i həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya də yişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 31 avqust 2020-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 31 avqust 2020-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə, zərərçəkmiş şəxsin kassasiya şikayətinə və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar