Məhkəmə qərarları › İş №1(102)-364/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-364/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-364/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 1(106)-291/2020 nömrəli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 11 fevral 1978-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Quba rayonu, Susay kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu, Türklər qəsəbəsində yaşamışdır. 2. 03 avqust 2019-cu il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.2.1, 120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 sentyabr 2019-cu il tarixdə Lənkə ran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Əsədov Şahsuvar Şükür oğlu Sadiqova Əzizə Telmanovna ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncunun əri Fəhradov İldırım Kərəm oğlunu Məhkum sifarişi ilə qəsdən öldürmək barədə razılığa gəlmişlər. Məhkum əri İldırımın onu və övladlarını mütəmmadi döyüb təhqir etməsi, dini ayinləri yerinə yetirməyə, hicab geyinməyə məcbur etməsi, onların öz istədikləri kimi yaşamalarına imkan verməməsinə görə İldırım Fəhradovu qisas almaq niyyəti ilə qəsdən öldürmək istədiyini 2018-ci ilin may ayında Şahsuvar Əsədova bildirmiş və bu işdə kömək göstərəcəyi halda ona 8000 manat pul verəcəyini vəd etmişdir. Əldə olunmuş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq 2018-ci ilin may ayında Şahsuvar Əsədov Beyləqan rayonu, Dünyamalılar kəndində yaşadığı evdə İldırım Fəhradovu qəsdən öldürmək üçün Məhkum 8000 manat pulu alıb öz məqsədlərini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmişlər. İldırım Fəhradovu qəsdən öldürmək barədə qəti qəarara gəldikdən sonra 27 iyul 2018-ci il tarixdə Şahsuvar Əsədov onun yaşadığı Beyləqan rayonu, Türklər kəndindəki evinə getmiş, Məhkum hadisəsinin şahidinin olmaması üçün 15 yaşlı oğlu Süleymanı saçını kəsdirmək adı ilə Beyləqan rayonu, Bünyadlı kəndinə göndərmiş, əri İldırıma məxsus, rəsmi qeydiyyatda olmayan, 20 mm kalibr li, «B» modelli, 3 185519-61 nömrəli, əl damında saxlanılan qoşalüləli ov tüfənginin yerini Şahsuvara söyləmiş, özü isə ərinin fikrini yayındırmağdan ötrü mətbəxdə ev işləri və çay hazırlamaqla məşğul olmuşdur. Həmin günü saat 23 radələrində Şahsuvar Əsədov qoşalüləli ov tüfəngini evin əl damından götürüb, cinayətkar niyyətini həyata keçirmək üçün hadisədən bir neçə gün əvvəl Beyləqanda yerləşən ovçular mağazasından aldığı iki ədəd patronu tüfəngin lülə yatağına yerləşdirərək həmin vaxt eyvanda oturub istirahət edən İldırım Fəhradovun kürək nahiyəsinə qəsdən iki dəfə atəş açıb ona daxili orqanların zədələnməsindən törənmiş kəskin qanitirmə ilə müşayiət olunan xəsarətlər yetirməklə tamah niyyəti ilə sifarişlə qəsdən öldürmüş, bundan sonra Məhkum ilə birlikdə zərərçəkmişin meyitini həyətdə b asdıraraq törətdikləri cinayətin izlərini itirmək üçün üzərində kürə tikdirmişlər.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-09/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 09 sentyabr 2018-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Əsədov Şahsuvar Şükür oğlu da təqsirli bilinərək məhkum edilmişdir.

7. Təqsirləndirilən şəxs Sadiqova Əzizə Telmanovnanın müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək, Məhkum barəs ində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Məhkum həm ibtidai, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş, təqsirsiz olduğunu təsdiq edən sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını xahiş etmişdir. Lakin qeyd edilən sübutlar araşdırılaraq düzgün hüquqi qiymət verilmək əvəzinə Məhkum əleyhinə şərh edilmişdir. Həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində işə baxılarkən tam, hərtərəfli və obyektiv istintaq aparılmamış, Məhkum ifadələrində göstərdiyi xüsusatlar araşdırılmamış və onun əməllərinə düzgün hüquqi qiymət verilməmiş, bununla da işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Bundan başqa hökmlə müəyyən edilmiş hissədən də aydın görünür ki, Məhku m elan edilmiş ittihamın əsası kimi çıxış edən xüsusatlar iş materiallarında olmayan və heç bir formada təsdiqini tapmayan sadəcə müstəntiqin ehtimalları əsasında müəyyən etdiyi məlumatlara əsaslanır. Təqsirləndirilən şəxs Məhkum barəsində irəli sürülmüş ittihamlar yalnız şübhələrdən ibarətdir və digər heç bir sübutla aradan qaldırılmır. Həmçinin məhkəmə təqsirsizlik prezumpsiyasnın tələblərini pozaraq bütün şübhəli məqamları təqsirləndirilən şəxs Məhkum ziyanına şərh etmişdir. Məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxs Məhkum təqsirliliyinə dair heç bir sübut təqdim edə bilməmişdir. Məhkum ilk gündən bildirmişdir ki, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayəti törətməmiş, ilkin ifadələrini isə polis əməkdaşlarının təzyiqləri altında verməyə məcbur olmuşdur.

8. Hö kmdən məhkum edilmiş şəxs Əsədov Şahsuvar Şükür oğlu və müdafiəçisi Rüstəmov Fəxri Sərvaz oğlu tərəfindən ayrı ayrılqda apellyasiya şikayətləri verilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 1(106)-291/2020 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)09/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli hökmündən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-09/2020 nömrəli, 25 fevral 2020-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri, şikayətə qa rşı etirazlar

11. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 1(106)-291/2020 nömrəli qərarı işin faktiki hallarına uyğun olmadığından, Məhkum təqsiri sübuta yetirilmədiyindən, ümumiyyətlə ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməlləri törətmədiyindən, barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir.

12. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlinə düzgün hüququ qiymət verilməsini və cəzasının yüngülləşdirilməsini xahiş edir.

13. Kassasiya şikayətlərinə qarşı et iraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsin in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhk əməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını qeyd edərək ona bəraət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

19. Məhkum kassasiya şikayətində əməlinin hüquqi tövsifini mübahisələndirmiş, həmçinin ona daha yüngül cəza təyin edilməsini xahiş etmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar k imi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası məhkum və müdafiəçisinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 1(106)-291/2020 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmi ş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

22. Məhkum qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu, o cümlədən digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi Hissəsinin müddəalarından çıxış edərək, onun əməlində həmin Məcəllənin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPMnin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və pro sessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini əsaslandırmaqla həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sü butlar üzərində qurulmuş həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.

25. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, onların cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğunğundur. Məhkəmələr Məhkum cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən cəzanı yüngülləşdirən, cinayətin odlu silahdan istifadə edilməklə törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi və məhkumum şəxsiyyətini səciyyələndirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

26. Məhkumun müdafiəçisinin Məhkum məhkəməyədək istintaq dövründə təzyiqlər altında özünə qarşı ifadə verməsi barədə iddiaları ilə bağlı məhkəmə kollegiyası “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 25-ci bəndinə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndiri lən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seç imi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər məhkum özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respubli kası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Müdafiəçi ayrı ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 1(106)-291/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 1(106)-291/2020 nömrəli qərarı onlar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar