Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-365/2019 29.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 365/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "29" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Cinayət məsuliyyətindən azad olunmuş Təqsirləndirilən şəxs5, Zərərçəkmi ş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 145.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş, CM-nin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə bəraət almış Təqsirləndirilən şəxs1, X17, Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası CM-nin 307.3, 145.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş, CM-nin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə bəraət almış Təqsirləndirilən şəxs4, X18 və Azərbaycan Respublikası CM-nin 307.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuş, CM-nin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə bəraət almış T əqsirləndirilən şəxs5 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Cavid İbadulla oğlu, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, «BSKOM» firmasında işləmiş, bir uşaq atası, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-c ı və 145.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.1 və 120.2.6-cı maddələri ilə 14 il müddətə, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs1 bəraət verilmişdir; xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı və 145.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.1 və 120.2.6-cı maddələri ilə 14 il müddətə, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs2 bəraət verilmişdir; xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təh silli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı və 145.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.1 və 120.2.6-cı maddələri ilə 14 il müddətə, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs3 bəraət verilmişdir; xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 4 ünvanında yaşamış Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 145.2.4, 307.3 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 307.1-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü m addələri ilə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs4 bəraət verilmişdir; xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər Suraxanı Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli hökmü üzrə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 5 ünvanında yaşamış Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 145.2.4, 307.3 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 145.2.4-cü maddəsi ilə 03 il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 307.1-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs6 bəraət verilmişdir; xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 5 ünvanında yaşamış Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulan əsaslarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 145.2.4, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddə ləri ilə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs5 bəraət verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 ibarət qabaqcadan əlbir olan bir qrup şəxs zərərçəkmiş X5 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs olaraq başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 xüsusilə ağır cinayətin başqa cinayəti gizlətmək məqsədi ilə qabaqc adan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayətinin hazırlanmasını və qəsdən həmin cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmiş, eyni zamanda qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmiş, Təqsirləndirilən şəxs5 isə doğma qardaşının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini, həmçinin doğma qardaşının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək məqsədilə qəsdən adamöldürmədə ehtiva olunan xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmişdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqs irləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və mərhum zərər çəkmiş X12 qabaqcadan əlbir olub 2013-cü ilin fevral-mart aylarında, Təqsirləndirilən şəxs6 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış sahəsində tikdiyi təmirsiz və nömrəsiz evdə həm özlərinin istifadəsi və həm də qanunsuz olaraq satmaları üçün marixuana narkotik vasitəsi əldə etmək məqsədi ilə tərkibində narkotik maddələr olan bitkilər kultivasiya etmək (əkib-becərmək) barədə razılığa gələrək, planlaşdırdıqları məqsədi həyata keçirmək üçün Təqsirləndirilən şəxs6 Qala qəsəbəsindəki təmirsiz evində yaşamaq üçün minimum şərait yaratmaq məqsədilə evi əhatə etmiş yarımçıq hasarı hördükdən və evdə kiçik təmir işləri apardıqdan sonra təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tərəfindən internet vasitəsilə Hollandiya və İngiltərədən pul ödənilməklə tərkibi müəyyənləşdirilməmiş bitki toxumları alınıb əldə edilmişdir. Bundan sonra, planlaşdırılmış məqsədin davamı olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4, həmçinin mərhum zərər çəkmiş X5 bitki toxumları əkib becərmək üçün yerli mağazalardan alınmış dibçəkləri və torfu Təqsirləndirilən şəxs4 etibarnamə əsasında idarə etdiyi **-DR-*** dövlət qeydiyyat nişanlı, VAZ2106 markalı avtomaşınla Təqsirləndirilən şəxs6 Qala qəsəbəsindəki evinə apararaq otaqların birində yerləşdirmiş və marixuana narkotik vasitəsi əldə etmək məqsədi ilə xarici dövlətlərdən internet vasitəsi ilə əldə olunmuş bitki toxumlarını əkib-becərməyə başlamış, həmçinin bitkilərə qulluq və təhlükəsizlik məqsədləri ilə aralarında növbətçilik yaradıb gündəlik mühafizəni həyata keçirmişlər. Marixuana narkotik vasitəsi əldə etmək məqsədi ilə bitki toxumlarını əkib-becərməyə başladıqdan təxminən 2 ay sonra mərhum zərər çəkmiş X5un həmin evi tərk edib, bir müddət geri qayıtmaması, olduğu yer barədə məlumat verməməsi, sonuncunun onların narkotik tərkibli bitkilər əkib-becərməsi barədə hüquq-mühafizə orqanlarına və ya qeyri şəxslərə məlumat verməsindən və ya belə məlumatı verə biləcəyindən şübhələndirmiş, eyni mövzuda müzakirələr zamanı Təqsirləndirilən şəxs1 törətdikləri qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini gizlətmək məqsədi ilə X5u öldürməklə zərərsizləşdirmək barədə təklifi Təqsirləndirilən şəxs3 tərəfindən müsbət qarşılansa da, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 zərər çəkmiş X5un öldürülməsinin əleyhinə çıxaraq onun olduğu yeri müəyyənləşdirib, Təqsirləndirilən şəxs6 məxsus Qala qəsəbəsindəki evə gətirərək marixuana narkotik vasitəsi yetişənədək orada saxlanılması ilə cəzalandırılmasını təklif etmişlər. Həmin söhbətdən bir neçə gün sonra, 21 may 2013-cü il tarixdə, saat 16-18 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birlikdə, sonuncunun idarə etdiyi **-DR-*** dövlət qeydiyyat nişanlı, "VAZ2106" markalı avtomaşınla Suraxanı rayonu ərazisində hərəkətdə olarkən, təsadüfən X20 yol kənarında dayandığını görüb avtomaşını saxlamış, ona bağa, yəni Təqsirləndirilən şəxs6 məxsus Qala qəsəbəsindəki evə gedəcəklərini bildirib onlarla birlikdə bağa getməyi ona təklif etmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və digərlərinin niyyətini başa düşməyən mərhum zərər çəkmiş X5 təklifi qəbul edib avtomaşına oturmuş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə, sonuncunun idarə etdiyi avtomaşınla Təqsirləndirilən şəxs6 məxsus Qala qəsəbəsindəki evə getmişdir. Bundan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, eləcə də həmin vaxt evdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 ibarət qabaqcadan əlbir olan bir qrup şəxs zərər çəkmiş X5 marixuana narkortik vasitəsi əldə etmək məqsədilə birlikdə əkdikləri bitkilərin məhsulunun yetişib y ığılmasına və satılmasınadək həmin evdə qalacağı şərti altında, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azaldıqdan məhrum edib 22 may 2013-cü il tarixədək Təqsirləndirilən şəxs6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış sahəsində olan nömrəsiz evdə saxlamışlar. Bundan başqa, 22 may 2013-cü il tarixdə, saat 13 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və adam oğurluğu ilə bağlı olmayan qanunsuz azaldıqdan məhrum edilmiş zərər çəkmiş X12 Təqsirləndirilən şəxs6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış sahəsində olan nömrəsiz evdə olarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 avtomaşınla gedib sellofan torbalar və skoç (burada: yapışqanlı lent) almaq məq sədilə göndərdikdən sonra, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la mərhum zərər çəkmiş şəxs X5 arasında sonuncunun onların narkotik tərkibli bitkilər əkib-becərməsi barədə hüquq-mühafizə orqanlarına və ya qeyri şəxslərə məlumat verib-verməməsi ətrafında baş vermiş mübahisə zəminində Təqsirləndirilən şəxs2, bir neçə gün əvvəl Təqsirləndirilən şəxs1 X5u öldürmək barədə təklifinin əleyhinə çıxmasına baxmayaraq, törətdikləri qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini gizlətmək məqsədi ilə zərər çəkmiş şəxs X5un boğazından tutub yerə yıxaraq onu boğmağa başlamış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə X5un müqavimətini qırmaq üçün onun əllərindən və aya qlarından tutmuş, sonra dəsmalla boğmuş, daha sonra balışı üzünə sıxmaqla onun dilaltı sümüyünün böyük buynuzunun patoloji hərəkətliliyi və ətraf toxumalarda qansızmalarla müşahidə olunan boyun üzvlərinin əllə, ilgəklə (dəsmalla) sıxılması nəticəsində əmələ gəlmiş həyat üçün təhlükəli ağır bədən xəsarəti olan ölümünə səbəb olmuş mexaniki asfiksiya vəziyyətinə salaraq onu qabaqcadan əlbir olan bir qrup şəxs olaraq qəsdən boğub öldürmüş, yəni zərər çəkmiş şəxs X5 qəsdən həyatdan məhrum etmişlər. Bundan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 X20 meyitini Təqsirləndirilən şəxs4 alıb gətirdiyi sellofan torbaya qoyub yapışqanlı lentlə sarımış, evin həyətində su anbarı hazırlanması məqsədilə əvvəlcədən qazılmış quyunu daha da dərinləşdirərək cinayətinin ba ş verdiyi 22 may 2013-cü il tarixdə, qaranlıq düşdükdən sonra hadisə yerinə çağırdıqları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 köməkliyi ilə 23 may 2013-cü il tarixə keçən gecə X20 meyitini həmin quyuya atıb üstünə beton tökdükdən sonra qum torpaqla örtüb gizlətmişlər. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tərəfindən zərər çəkmiş şəxs X5 həyatdan məhrum edilməsi başa çatdıqdan sonra 22 may 2013-cü il tarixdə, saat təqribən 14 radələrində sellofan torba və yapışqanlı lent alıb hadisə yerinə - Təqsirləndirilən şəxs6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış sahəsində olan ünvana qayıdan Təqsirləndirilən şəxs4 zərər çəkmiş şəxs X5 öldürüldüyünü görüb sellofan torba və yapışqanlı lenti verib hadisə yerindən çıxıb getmişdir. Elə həmin gün, yəni 22 may 2013-cü il tarixdə, axşam təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən hadisə yerinə çağrılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 X20 meyitinin quyuda betonlanmaqla üzərinə torpaq töküb gizlədilməsində iştirak etmiş və bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayətin - zərər çəkmiş şəxs X5 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini gizlətmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öldürülməsi cinayətinin hadisədən bir neçə g ün əvvəl hazırlanmasını və həmin cinayətin 22 may 2013-cü il tarixdə törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmiş, həmçinin qabaqcadan vəd etmədən X20 meyitini gizlətməklə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayəti gizlətmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs5, baxılan iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, X12 və doğma qardaşı Təqsirləndirilən şəxs3, həmçinin mərhum zərər çəkmiş Təqsirləndirilən şəxs4 tərəfindən Təqsirləndirilən şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsindəki təmirsiz və nömrəsiz evdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini, həmçinin doğma qardaşı Təqsirləndirilən şəxs3 da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini gizlətmək məqsədilə zərər çəkmiş şəxs X5 öldürülməsində ehtiva olunan, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X12 və Təqsirləndirilən şəxs4 ibarət qabaqcadan əlbir olan bir qrup şəxs X5 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azaldıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxslə başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, qabaqcadan əlbir olan bir qrup şəxslə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda marixuana əkib yetişdirmiş, qanunsuz olaraq satmış, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş, qanunsuz yolla əldə edib satmışdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, X12 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub 2013-cü ilin fevral-mart aylarında, Təqsirləndirilən şəxs6 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış sahəsində tikdiyi nömrəsiz evdə narkotik vasitə olan marixuana əkibbecərmək barədə razılığa gələrək, həmin məqsədi həyata keçirmək üçün internet vasitəsilə Hollandiya və İngi ltərədən 350 avro dəyərində aldığı marixuana toxumunu əldə edərək alınmış dibçək və torfu Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2106 markalı avtomaşınla həmin dibçəkləri və torfu Qala qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs6 məxsus evə gətirib otaqların birində yerləşdirməklə əkib-becərmiş, təxminən 2 ay sonra onların narkotik vasitələrin əkib-becərməsi barədə X5un hüquq-mühafizə orqanlarına və ya digər şəxslərə məlumat verməyindən şübhələndiyi üçün, törətdikləri cinayəti gizlətmək məqsədi ilə X5u öldürmək qərarına gələrək, bu məqsədlə Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2106 markalı avtomaşınla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs3la birlikdə 21 may 2013-cü il tarixdə Suraxanı rayonu ərazisində hərəkətdə olarkən X5u yolda görüb, narkotik vasitəl əri əkib-becərdikləri ünvana gətirib bir gün həmin evdə qanunsuz saxlamış, 22 may 2013-cü il tarixdə saat 13 radələrində öz aralarında gəldikləri razılıq əsasında rolları bölməklə X5u öldürəndən sonra meyitini sellofan torbalara qoyub yapışqanlı lentlə sarıyıb basdırmaq məqsədilə, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs5la birlikdə Qala qəsəbəsində yerləşən mağazaların birinə gedib sallofan torba və yapışqanlı lent almaq üçün evdən çıxdıqdan sonra, Təqsirləndirilən şəxs2 X5u boğazından tutub yıxmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 X5un əllərindən və ayaqlarından tutub dəsmal ilə, sonra isə balışı üzünə sıxıb onun dilaltı sümüyünün böyük buynuzunun patoloji hərəkətliliyi və ətraf toxumalarda qansızmalarla müşahidə olunan boyun üzvlərinin əllə, ilgəklə (dəsmalla) sıxılm ası nəticəsində əmələ gəlmiş həyat üçün təhlükəli ağır bədən xəsarəti olan ölümünə səbəb olmuş mexaniki asfiksiya yetirib boğub öldürmüş, sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5la birlikdə X5un meyitini sellofan torbaya qoyub həmin yapışqanlı lentlə sarıyıb, evin həyətində quyu qazaraq meyiti həmin quyuya atıb üstünə beton tökdükdən sonra qum torpaqla örtüb gizlətmişlər. Bundan sonra onlar həmin ilin iyul-avqust aylarında yetişdirdikləri 40 kq marixuananı qurudaraq kibrit qutularına qablaşdırıb, istintaqa məlum olmayan şəxslərə sataraq əldə edilmiş 15.000 manat pulu öz aralarında bölmüşlər. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxsin h üquqi varisi X1, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi X23 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 04 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət iş ini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1, X17, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və X9 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 145.2.4, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirli bilinmələri üçün kifayət qədər sübutlar toplanmasına baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq bütün təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə bəraət vermiş, mövqeyini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı heç bir növdən olan narkotik vasitə, tərkibində narkotik maddələr olan bitkilər, həmin n arkotik vasitə və ya tərkibində narkotik maddələr olan bitkilərin miqdarı, əkilib-becərilildiyi konkret yer, narkotik vasitə və ya tərkibində narkotik maddələr olan bitkilərin izləri, o cümlədən bitkilərin əkildiyi dibçəklər müəyyən edilməmiş, narkotik vasitə və ya tərkibində narkotik maddələr olan bitkilərin növünün, tərkibinin, miqdarının müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar keçirilməmiş, maddi sübut kimi tanınmamış, həmçinin qanunsuz narkotik vasitələr əldə olunduğu təqdirdə kimə və ya kimlərə, hansı qiymətə satılması müəyyənləşdirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunur ki, şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Birinci instansiya məhkəməsi göstərilən maddələrlə təqsirləndirilən şəxslərə bəraət verərkən nəzərə almamışdır ki, təqsirləndirilən şəxslərin tərkibində narkotik maddələr olan bitkiləri əkmələri, kultivasiya etmələri və külli miqdarda satmaları bu bitkilərin satılması məqsədlilə Qala qəsəbəsində Təqsirləndirilən şəxs6 məxsus evin kirayə götürülməsi, xarici ölkədən həmin bitkilərin toxumlarının sifariş verilməsi, çəkiləcək xərclərin qarşılanması üçün qabaqcadan əlbir olan şəxslərin müəyyən məbləğdə pul əldə etmələri, müxtəlif qablar, elektrik avadanlıqları almaları, X5un həmin narkotik vasitələrin əkilməsi ilə bağlı məlumat sızdırılması ilə bağlı öldürülməsi, cinayət işinə əlavə edilmiş poçt və internet sənədləri, həmin bitkilərdən əldə olunan narkot ik vasitələri 15.000 manata satmaları ilə, o cümlədən təqsirləndirilən şəxsləriən hər birinin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə təsdiq olunur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər X5un öldürülməsi ilə bağlı ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli ifadələr versələr də narkotik bitkilərin əkiləməsini məhkəmə istintaqı zamanı da təsdiq etmişlər. Hər iki məhkəmə instansiyası bu hallara əhəmiyyət vermədən, toplanmış sübutları qiymətləndirmədən, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsini və kultifasiya edilməsini, tərkibində narkotik maddələr olan bitkilərin satışını gizlətməni X5un qəsdən öldürülməsinin motivi kimi qəbul etsələr də, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair c inayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 3-cü bəndində göstərilən tövsiyyəni hərfi mənada qəbul edib, ziddiyyətli nəticəyə gəlmişlər. Halbuki Cinayət-Prosessual Məcəllənin 10.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyyə xarakteri daşıyır. Göründüyü kimi, hər iki məhkəmə instansiyası qanunvericiliyin tələblərini deyil, əkilmiş narkotik tərkibli bitkilərin və ondan hazırlanmış narkotik vasitələrin barəsində müvafiq eksperiza rəyi olmamsı barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair tövsiyyə xarakterli mövqeyini nəzərə alaraq nəticəyə gəlmiş, iş üzrə toplanmış digər sübutları, o cümlədən təqsirləndirilən şəxslərin ifadələrini, cinayət işinə əlavə olunmuş sənədləri, ifadələrin yerində yoxlanması, hadisə yerinə baxış protokollarını tam, hərtərəfli və obyektiv yoxlamamış, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə etməmişlər. Həmçinin protestdə qeyd edilmişdir ki, məhkəmələr tərəfindən nəzərə alınmalı idi ki, təqsirləndirilən şəxslər tərəfindən narkotik tərkibli bitkilər əkilməsə, həmin bitkilərin əkilməsi ilə bağlı X5 informasiya sızdırması ilə bağlı təhlükə olmasa təqsirləndirilən şəxslər tərəfindən ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə kimi xüsusilə ağır cinayətin törədilməsi üçün motiv də olmazdı. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs6 Cinayət Məcəlləsinin 1 20.2.1 və 120.2.6-cı maddələri ilə bəraət verərək onu Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirli bilərkən, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.6-cı maddələri ilə bəraət verərək onu Cinayət Məcəlləsinin 307.1 və 307.3-cü maddələri ilə təqsirli bilərkən və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.6-cı maddələri ilə bəraət verərək onu Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə həmin maddənin qeyd hissəsini nəzərə almaqla məsuliyyətdən azad edərkən də haqlı olmamış, apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə əsassız olaraq razılaşmışdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüs usi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 3 saylı Qərarının 8-ci bəndində göstərilmişdir: «Məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır kimi, cinayətin tövsifini n belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Beləliklə, birinci instansiya məhkəməsi 3 may 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.6-cı maddələri ilə bəraət verərək, onlara Cinayət Məcəlləsinin 307.1 və 307.3-cü maddələri ilə ittiham verilməməsinə baxmayaraq onları göstərilən maddələrlə təqsirli bilməklə Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinin tələblərini pozmuş, apellyasiya instansiya məhkəməsi isə bu xüsusata heç bir qiymət verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6-cı maddələri ilə bəraət verərkən onların bilavasitə X5un öldürülməsində ona zor göstərməmələri, müqavimətini qırmaqda iştirak etməmələrini əsas götürsə də onların qabaqcadan X5un öldürülməsi ilə bağlı razılaşma əldə etmələrinə, X5 aldadılaraq öldürüləcəyi bağ evinə gətirilməsində iştirak etmələrinə, Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs5 qabaqcadan X5un əl-qolunu bağlamaq məqsədilə yapışqanlı lent və torba almaq üçün getmələrinə, X5un öldürüldükdən sonra basdırılmasında iştirak etmələrinə düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri və cinayət işinin materialları ilə təsdiq olunan ifadələrini deyil, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrini sübut kim qəbul etməsinin səbəblərini hökmündə əsaslandırmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hansı səbəbdən təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələrini təsdiq edən ifadələrini, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanması protokollarını sübut növü kimi qəbul etməməsini hökmündə əsaslandırmadan işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmiş, protestdə mübahisələndirilməyinə baxmayaraq apellyasiya məhkəməsi də həmin xüsusatlara heç bir hüquqi qiymət verməmişdir. Halbuki, Cinayət-Prosessual Məcəllənin 399.1.2-ci madd əsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Bundan başqa, protestdə göstərilmişdir ki, məhkəmə-narkoloji ekspertizasının 20 oktyabr 2016-cı il tarixli, müvafiq olaraq 1761 və 1764 saylı rəyləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin olunması, onların həmin xəstəlikdən əzab çəkmələri və hər ikisinin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması müəyyən edilsə də birinci instansiya məhkəməsi öz hökmündə həmin şəxslər barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq etməmişdir. Halbuki, Cinayət Məcəlləsinin 5-ci maddəsinin təəbinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət Məcəlləsinin cinayət-hüquqi xarakterli digərlər tədbirlər nəzərdə tutulan 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsi 03 may 2018-ci il tarixli hökmündə cinayət qanunu normasını da düzgün tətbiq etməmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən hazırkı cinayət işi üzrə yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq toplanmış sübutlar məcmu qaydada qiy mətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərarında yalnız birinci instansiya məhkəməsinin hökmünə istinad etmiş, həmin hökmü öz qərarına köçürmüş və yalnız sonda bir cümlə ilə qeyd etmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli. və obyektiv araşdıraraq sübutlara düzgün qiymət vermişdir, çıxarılmış hökm cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hall arına uyğundur”. Halbuki, birinci instansiya məhkəməsi öz hökmündə iş üzrə bütün digər sübutları kənara qoyaraq, yalnız təqsirləndirilən şəxslərin məntiqi-hüquqi əsası olmayan, uydurma məzmunlu ifadələrinə digər sübutlardan üstün qiymət verilməklə onlara bəraət verilməsini əsaslandırmağa çalışmışdır. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə bəraət verilməsini onunla əsaslandırmışdır ki, “Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs4 zərər çəkmiş X5un öldürülməsi prosesində hadisə yerində bir başa iştirak etməmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 tələbi ilə yapışqanlı lent almaq üçün göndərilmiş, qayıtdıqda artıq cinayət hadlisəsifıin baş verdiyini görüb hadisə yerini tərk etmiş, zərər çəkmiş X5un həyatdan məhrum edilməsində maraqlı olmamış, əksinə bun un əleyhinə çıxmış, belə bir cinayətin icra olunmasında hər hansı formada iştirak etməmiş, bu cinayətin törədilməsi məqsədilə təkliflər, alətlər və s. verməmiş, yalnız cinayət hadisəsinin törədilməsindən sonra onun alıb gətirdiyi kisələrdən və yapışqanlı lentdən istifadə olunmaqla zərər çəkmiş X5un meyiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən sarınmaqla qablaşdırılmışdır. Hadisə günü, gecə saat 23 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tələbi ilə hadisə yerinə gələn Təqsirləndirilən şəxs6la Təqsirləndirilən şəxs4 əvvəlcədən vəd etmədən X20 meyitinin basdırılmaqla gizlədilməsində iştirak etmişlər”. Məhkəmənin yuxarıda göstərilən ifadələrdən istifadə etməklə təqsirləndirilən şəxsin xüsusilə ağır cin ayət hadisəsini törətməkdə təqsirli olmaması barədə gəldiyi nəticələr tamamilə ziddiyyətlidir. Belə ki, yuxarıda qeyd edilənlər ilə təsdiq olunur ki, şəxsə bəraət verən məhkəmə öldürülmüş şəxsin meyitinin məhz bəraət almış Təqsirləndirilən şəxs4 alıb gətirmiş olduğu sellofan torbaya qoyularaq, yapışqanlı lentlə sarındığını qəbul etmişdir. Həmçinin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 X20 qanunsuz olaraq azadlıqdan məhrum edilməsində təqsiri olmasını da qəbul və sübut edilmiş hesab etmişdir. X20 da öldürülməsi barədə plan məhz onun qanunsuz olaraq azadlıqda məhrum edilməsi zamanı təqsirləndirilən şəxslər arasında razılaşdırılmış və həmin cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs4 qəsdən adam öldürmə cinayətində istifa də edilmək üçün sellofan torba və yapışqanlı lent almaq üçün göndərilmiş və Təqsirləndirilən şəxs4 həmin alətləri almasından sonra X5 öldürülməklə, meyiti də Təqsirləndirilən şəxs4 almış olduğu lent, sellofan torba kimi alətlərlə gizlədilmişdir. Belə olan halda necə olur ki, şəxsi qanunsuz olaraq azadlıqdan məhrum edən, sonradan onun ölümünü planlaşdıran, bunun üçün yapışqanlı lent və sellofan torba alan şəxsin sonradan həmin ölümdən xəbəri olmur? Əlbətdəki bütün bu hərəkətləri edən şəxsin sonradan törədilmiş qəsdən adam öldürmə cinayətində iştirak etməməsi tamamilə absurddur. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında tərtib olunan 05 sentyabr 2016-cı il tar ixli protokoldan görünür ki, baş vermiş cinayət hadisəsi ilə əlaqədar təcridxanada həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 ilə aparılmış əməliyyat xarakterli söhbətlər nəticəsində o, 22 may 2013-cü il tarixdə, saat təxminən 1800 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində həbsdə saxlanılan şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X17 və X13 ilə birləşərək X8 qəsdən öldürdüklərini göstərmişdir. Göründüyü kimi, cinayətin iştirakçıları özləri bir-birini ifşa edən məlumatları əməliyyat orqanına vermişlər, nəticədə hazırki iş üzrə cinayətin üstü açılmış, ilkin istintaq və əməliyyat tədbirləri zamanı onlar öz izahat və ifadələrində törədilmiş cinayət hadisəsində iştirakları barədə geniş məlumatlar vermişlər. Həmin ifadə və izahatl ardan görünür ki, bəraət almış şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 da daxil olmaqla bu cinayətin iştirakçıları olmuşlar. Sözsüz ki, ibtidai istintaqın sonuna yaxın və məhkəmə istintaqı ərəfəsində onlar bir-birlərini müdafiə etmək məqsədilə yalan alibilər düzəltməklə, biri-digərinin cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə əsası olmayan özünü müdafiə xarakterli, uydurma məzmunlu ifadələr vermişlər. Çox təəssüflər olsun ki, onların həmin yalanlarına məhkəmədə mötəbər sübut kimi inanılmışdır. Həmçinin şikayətdə göstərilmişdir ki, qətl cinayət hadisəsinin üstü açıldıqdan sonra, hələ cinayətin digər iştirakçıları ilə görüşüb alibilər düzəldə bilmədiyi şəraitdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxslərin hər birinin törətdilmiş olduğu cinayətdə iştirakı barədə ətraflı ifadə vermişdir. Məhz təqsirləndirilən şəxslərin birinin digərini ifşa edən ifadələri əsasında ibtidai istintaq zamanı törədilmiş qəsdən adam öldürmə cinayətində onların hər birinin rolu müəyyən edilmiş və məhkəmə məsuliyyətinə verilmişlər. Lakin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən ifadəsini təkzib edən mötəbər sübutlar olmadığı halda, məhkəmə tərəfindən onun həmin ifadəsi ümumiyyətlə nəzərə alınmamış və qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 bəraət verilməsi ilə bağlı dəlillərdən açıq-aydın görünür ki, birinci instansiya məhkəməsinin öz hökmündə gəldiyi yekun nəticələr işin faktiki hallarına uyğun deyildir. M əhkəmənin hökmündə əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmir, məhkəmə onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsi öz hökmündə bir sübutun (təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsinin) qəbul edilməsinin və digər sübutun (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin) rədd edilməsinin səbəbini hökmündə şərh etməmiş və göstərməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etməmiş, sübutlara onların mənsubiyyəti, m ümkünlüyü və mötəbərliyi üzrə düzgün hüquqi qiymət verməmiş və nəticədə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 bəraət verərkən qanunsuz və əsassız hökm və qərar qəbul etmişdir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs4 baş vermiş adam öldürmə cinayətində iştirakı olmaması barədə nəticəyə gələn birinci apellyasiya instansiyası məhkəmələri məhkum ilə Təqsirləndirilən şəxs4 qohum olmalarını, 3 ildən artıq müddətdə X20 meyitinin tapılmamasmı, bu barədə Təqsirləndirilən şəxs4 mərhumun ailəsinə və əmisi qızı olan mərhumun anasına heç bir məlumat verməməsi kimi halları da nəzərə almamışdır. Belə ki, əsl həqiqətdə Təqsirləndirilən şəxs4 öz əmisi nəvəsi olan X5un öldürülməsində iştirak etməmiş olsa idi, o, 3 il müddətində öz oğlu nun axtarışına çıxan X5un anasına bu barədə məlumat verməli idi. X3 3 il müddətində susması və X5un öldürülməsini və Təqsirləndirilən şəxs6 evinin həyətində basdırılmasını bildiyi halda, bu barədə məlumat verməməsi onu göstərir ki, o, həqiqətən məhz X5un qətlə yetirilməsinin şahidi olmuşdur. Məhkəmələrin hazırkı iş üzrə hökmündə və qərarında işin bu kimi hallarına ümumiyyətlə heç bir qiymət verilməmişdir. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protest inin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməsinə, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə, cinayət məsuliyyətindən azad olunmuş Təqsirləndirilən şəxs5 isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiy a instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində və kassasiya şikayətində ittiham tərəfi məhkəmədə verilmiş ifadələrə üstünlük verən birinci instansiya məhkəməsinin məhz həmin ifadələrə və əsaslandığı digər sübutlara üstünlük verməsinin səbəblərinin hökmdə göstərmədiyini, bu məsələdə mövqeyini əsaslandırmadığını iddia edir. Kassasiya şikayətində konkret olaraq göstərilmişdir ki, “...birinci inst ansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 bəraət verilməsi ilə bağlı dəlillərdən açıq-aydın görünür ki, birinci instansiya məhkəməsinin öz hökmündə gəldiyi yekun nəticələr işin faktiki hallarına uyğun deyildir. Məhkəmənin hökmündə əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmir, məhkəmə onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsi öz hökmündə bir sübutun (təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsinin) qəbul edilməsinin və digər sübutun (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin) rədd edilmə sinin səbəbini hökmündə şərh etməmiş və göstərməmişdir...”. Kassasiya protestində bu məsələlərlə bağlı iddia edilir ki, “...birinci instansiya məhkəməsinin hansı səbəbdən təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələrini təsdiq edən ifadələrini, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanması protokollarını sübut növü kimi qəbul etməməsini hökmündə əsaslandırmadan işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmiş, protestdə mübahisələndirilməyinə baxmayaraq apellyasiya məhkəməsi də həmin xüsusatlara heç bir hüquqi qiymət verməmişdir. Halbuki, Cinayət-Prosessual Məcəllənin 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır... məhkəmə, təqs irləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri və cinayət işinin materialları ilə təsdiq olunan ifadələrini deyil, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrini sübut kim qəbul etməsinin səbəblərini hökmündə əsaslandırmamışdır...”. Məhkəmə kollegiyası ittiham tərəfinin irəli sürdüyü bu dəlillər baxımından iş materiallarını, o cümlədən prosessual sənədlərin məzmununu təhlil edərək belə qənaətə gəlir ki, həmin dəlilər əsassız hesab oluna bilməz. İbtidai istintaq orqanı ittiham aktında məhkumlara qarşı irəli sürdüyü ittihamı əsaslandırmaq üçün sübutlarda olan müvafiq məlumatlara istinad etmişdir. Hökmdən isə görünür ki, ittiham aktında istinad edilən ifadələr deyil, onları vermiş şəxslərin məhkəmədəki ifadələrinə üstünlük verilmiş və onlara əsaslanılmışdır. Lakin belə möv qedə olan məhkəmə məhkumların ibtidai istintaq zamanı bir-birlərini ifşa edən ifadələr vermələrinin, məhkəmədə isə onlardan fərqli, hətta onlarla kəskin ziddiyyət təşkil edən məlumatlar göstərdiklərinin səbəbini araşdırmamış, məhkumların belə məlumatlara dair izahlarının inandırıcı olub-olmadığını yoxlamamış, buna münasibət bildirməmişdir. Hökmdə məhkəmədə verilən ifadələrə üstünlük verilməsinə dair nəticənin əsaslandırılması üçün bir neçə fikir əks etdirilsə də, həmin fikirlər məhkəmənin buna dair mövqeyini faktiki olaraq əsaslandırmır. Kassasiya protestində həm də göstərilmişdir ki, “... məhkəmə Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6-cı maddələri ilə bəraət verərkən onların bilavasitə X5un öldürülməsində iştirak etməmə ləri, ona zor göstərməmələri, müqavimətini qırmaqda iştirak etməmələrini əsas götürsə də onların qabaqcadan X5un öldürülməsi ilə bağlı razılaşma əldə etmələrinə, X5 Həmmətovun aldadılaraq öldürüləcəyi bağ evinə gətirilməsində iştirak etmələrinə, Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs5 qabaqcadan X5un əl-qolunu bağlamaq məqsədilə yapışqanlı lent və torba almaq üçün getmələrinə, X5un öldürüldükdən sonra basdırılmasında iştirak etmələrinə düzgün hüquqi qiymət verməmişdir...”. Kassasiya şikayətində də buna uyğun dəlil irəli sürülmüşdür. Məhkəmə kollegiyası sübutlarda olan məlumatları və ifadələrin məzmununu təhlil edərək vurğulayır ki, məhkumların hadisədən qabaq razılaşmalarını, aralarında cinayətdə (X5un öldürülməsində) iştirakla əlaqədar sövdələşmənin olub-olmadığı məsələsi kifayət qədər ətraflı araşdırılmamış, hökmdə birinci instansiya məhkəməsinin bu məsələdə mövqeyi kifayət qədər ətraflı şərh edilməmiş, faktiki olaraq əsaslandırılmamışdır. Kassasiya protestində həm də iddia edilir ki, “...birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs6 Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.6-cı maddələri ilə bəraət verərək onu Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirli bilərkən, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.6-cı maddələri ilə bəraət verərək onu Cinayət Məcəlləsinin 307.1 və 307.3-cü maddələri ilə təqsirli bilərkən və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.6-cı maddələri ilə bəraət verərək onu Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə həmin maddənin qeyd hissəsini nəzərə almaqla məs uliyyətdən azad edərkən də haqlı olmamış, apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə əsassız olaraq razılaşmışdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 3 saylı Qərarının 8-ci bəndində göstərilmişdir: «Məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır kimi, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Beləliklə, birinci instansiya məhkəməsi 3 may 2018-ci il tarixli hökmü il ə Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.6-cı maddələri ilə bəraət verərək, onlara Cinayət Məcəlləsinin 307.1 və 307.3-cü maddələri ilə ittiham verilməməsinə baxmayaraq onları göstərilən maddələrlə təqsirli bilməklə Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinin tələblərini pozmuş, apellyasiya instansiya məhkəməsi isə bu xüsusata heç bir qiymət verməmişdir. Məhkəmə kollegiyası iş materiallarına uyğun olan protestin bu dəlillərini də əsaslı sayır. Hökmdən göründüyü kimi, həmin məhkumlara Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.6-cı maddələri ilə bəraət verilmiş (məhkumlara həm də CM-nin 234.4-cü maddəsi ilə də bəraət verilmiş), bununla onların bütün hərəkətlərinə qiymət verilmiş, buna baxmayaraq məhkumlar Azə rbaycan Respublikası CM-nin 307.1 və 307.3-cü maddələri ilə təqsirli bilinmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin bu məsələdə ziddiyyətli nəticəyə gəlməsi və qanun pozuntusuna yol verilməsi mübahisəsizdir. Apellyasiya məhkəməsi də bu çatışmazlıqları aradan qaldırmamış, iş üzrə araşdırma aparmamış, həmin məsələ ilə əlaqədar qanunvericiliyin tələblərinə, bununla bağlı vəzifələrin icrasına səthi yanaşmışdır. Apellyasiya məhkəməsinin qərarında işin mahiyyəti, həmin məhkəmənin iş üzrə mövqeyi ilə əlaqədar yalnız aşağıdakılar göstərilmişdir: “... məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən büt ün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və təqsirləndirilən şəxslərin əməllərini düzgün tövsif etmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən konkret olaraq hansı sübutlara, onlarda olan hansı məlumatlara, işin hansı faktiki hallarına əsaslandığını açıqlamamış, ittiham tərəfinin apellyasiya protestində və apellyasiya şikayətində irəli sürdüyü çoxsaylı dəlillərinin heç birinə münasibət bildirməmiş, onların işin düzgün həlli üçün vacib məsələlərə (birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən hallara) aid olduğuna əhəmiyyət belə verməmiş, həmin dəlilləri heç cür cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübah isəsizdir ki, belə çatışmazlıqlarıa çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Belə ki, “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kim i baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın ə saslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsas lara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Göründüyü kimi, Avropa Konvensiyasının 6-cı maddəsi (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşınalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbayca n Respublikası CPM-nin 416.0.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya protesti və kassasiya şikayəti isə qismən təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 145.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş, CM-nin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri bəraət almış Təqsirləndirilən ş əxs1, X17, Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası CM-nin 307.3, 145.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş, CM-nin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri bəraət almış Təqsirləndirilən şəxs4, X18 və Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuş, CM-nin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə bəraət almış Təqsirləndirilən şəxs5 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edi lsin. Kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-365/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-365/2019
29.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver