Məhkəmə qərarları › İş №1(102)-365/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-365/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-365/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər E.İ.Rüstəmov və X.H.Səmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1965-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü mаddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 19 sentyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.G.Abdullayev, hakimlər S.B.Hüseynov və Ş.Q.Rzaquliyevdən ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi X19 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 18 sentyabr 2018-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan4ndəki evə qonaq gəlmiş həmkəndlisi və qohumu X20 ilə yemək yeyib spirtli içki qəbul etdikdən sonra orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində arvadı, X20in qohumu olan X3 haqqında nalayiq ifadələr işlətmiş, sonuncu onun həmin sözlərindən əsəbiləşərək cavab qaytarmış və aralarında həmin məsələ ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qarşılıqlı olaraq bir-birlərinin ailə üzvlərini əxlaqsızlıqda ittiham etmiş, bundan sonra otaqda X20 onun yaxasından tutaraq mübahisəni davam etdirmiş, lakin hadisə vaxtı evdə olan arvadı X3 və gəlini X13 onları ayıraraq X20i evin həyətinə çıxartmış, onun ünvanına nalayiq ifadələr işlətməsini davam etdiyindən onların arxasınca çıxaraq orada yenə də X20lə əlbəyaxa olduqları vaxt onun ailə üzvlərinin yanında onu söyərək alçaltdığı üçün üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ola n soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə sonuncunun hadisə vaxtı evdə olmuş və onlarla birlikdə həyətə çıxmış azyaşlı aşaqlarına, yəni 10 fevral 2013-cü il təvəllüdlü X8 və 12 dekabr 2013-cü il təvəllüdlü X14 həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onların gözü qarşısında xüsusi qəddarlıq nümayiş etdirməklə qisas məqsədilə X20in boğaz nahiyəsindən qəsdən vuraraq ona insan həyatı üçün təhlükəli olan, kəskin xarici qan itirməyə səbəb olduğu üçün ölümünə səbəb olmuş dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid boyun nahiyəsinin sol yan səthində sol yuxu arteriyasının, boyunun səthi və dərin əzələlərinin, dilaltı sümüyün sol böyük buynuzunun, İİİ boyun fəqərəsinin sol yan çıxıntısının zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş deşilmi ş yara, sağ qaşüstu, sol dirsək və sağ baldır nahiyələrinin sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirildiyindən dərəcəsi təyin edilməyən xəsarətlər yetirib X17 xüsusi amansızlıqla qəsdən öldürərək, qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, zərərçəkmiş qismində tanınmış X9 müdafiə olunarkən təsadüfən əlindəki bıçaq X20in boğazına dəydiyi üçün zərərçəkmiş şəxsin ölümü ehtiyatsızlıqdan baş vermişdir. Həmçinin, hadisə baş verən vaxt X20in uşaqları həyətdə olmasalar da, o, əsassız olaraq uşaqların gözü qarşısında, yəni xüsusi amansızlıqla onların atasını qəsdən öldürməkdə təqsirli bilinmişdir. Həmin hallara görə Məhkum hesab edir ki, onun əməlində Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi oladuğu halda, o, əsassız, yəni sübutların ziddinə olaraq, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və əməlinə müvafiq olmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarının dəyişdirilməsini, cinayətin xüsusi amansızlıqla törədilməsi əlaməti xaric edilməklə onun əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 126.3-cü maddəsinə tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Mə hz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə zərərçəkmiş şəxsin ölümü ehtiyatsızlıqdan baş verdiyi üçün əməlində Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin tərkibi oluğu halda, əsassız olaraq xüsusi amansızlıqla qəsdən adam öldürmədə - Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilindiyini və ona əməlinə müvafiq olamayan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 41 6.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizl iyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətini törətməsi və həmin əmələ görə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirliliyi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzla şan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. O cümlədən, Məhkum əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsifini şərtləndirən onun zərərçəkmiş şəxsi qəsdən boynundan bıçaqla vuraraq həyatdan məhrum etməsi və bunu zərərçəkmiş şəxsin azyaşlı (2013-cü il təvəllüdlü) uşaqlarının gözləri qarşısında edərək cinayəti xüsusi amansızlıqla törətməsi barədə nəticələr də sübutlara və cinayət-hüquq normasının düzgün təfsirinə əsaslanan nəticədir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş hadisəni bilavasitə müşahidə etmiş şahidlər məhkumun arvadı, zərərçəkmiş şəxsin isə xalası X2 və məhkumun gəlini X4 ifadələrinə görə Məhkum evində X20lə birlikdə yemək yeyib spirtli içki qəbul etdikləri vaxt məhz Məhkum X 3nın ünvanına nalayiq ifadə işlətməsinə görə onların arasında əvvəlcə evdə mübahisə başlayıb daha sonra evin həyətində davam etmiş, X20 və Məhkum qarşılıqlı surətdə bir-birilərini söymüş və həyətdə əlbəyaxa olmuşlar, dalaşmanın gedişində X28 İsmayılovun boğazından tutmuş, X3 onları aralamaq istədikdə, məhz Məhkum onu kənara itələyərək üzərində gəzdirdiyi bıçağı çıxardıb onunla X20in boğazına zərbə endirmiş və bundan sonra X20 üzü üstə yerə yıxılıb qalmış, Məhkum isə ətrafdakıların onu tutub saxlamaq cəhdlərinə baxmayaraq, hadisə yerindən qaçmışdır. Həmin şahidlərin, eləcə də X3nın qışqırmasından sonra hadisə yerinə gəlmiş birinci instansiya məhkəməsində dindirilən digər şahidlərin (X21munun, X15, X5) ifdələrinə görə X28 İsmayılov tərəfindən boğazının kəsilməsi səbəbindən elə hadisə yerin də ölmüşdür. Məhkəmə-tibbi ekspertizasının 18 oktyabr 2018-ci il tarixli 80 saylı rəyinə əsasən X20in ölümünə səbəb ekspertizaya təqdim edilmiş deşici – kəsici alətlə (bıçaqla) yetirilməsi istisna edilməyən, dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilən sol ümumi yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn kəskin xarici qanitirmə olmuşdur. Qeyd olunan xüsusatlar Məhkum tərəfindən kassasiya şikayətində irəli sürülmüş onun X20dən müdafiə olunması, bıçağın təsadüfən X20in boğazına dəyməsi və sonuncunun ölümünün ehtiyatsızlıqdan baş verməsi haqqında dəlillərinin əsassız olduğunu göstərir. Məhkumun irəli sürdüyü hadisə yerində X20in uşaqlarının olmaması və atalarının Məhkum tərəfind ən öldürülməsini görməmələri, yəni cinayətin xüsusi amansızlıqla törədilməməsi barədə dəlil isə yuxarıda adı qeyd edilən şahid X4 ifadəsi ilə yanaşı azyaşı şahid (zərərçəkmiş şəxsin qızı) X7 ifadəsi ilə təkzib edilir. Belə ki, şahid XX33 ifadəsində göstərmişdir ki, Məhkum bıçaqla X20i vurmasını onun özü, X3 ilə yanaşı X20in azyaşlı uşaqları XXXX999 və XXX666 görmüşdür. Birinci instansiya məhkəməsində dindirilmiş azyaşlı şahid X18 da ifadəsində özünün və qardaşı XXX55in Məhkumla onların atası X20in əvvəlcə evdə, sanra isə həyətdə mübahisə edib dalaşdıqlarını və həyətdə Məhkum bıçaqla onların atasını vurmasını, bundan sonra atasının yerə yıxılaraq boğazından qan gəlməsini, Məhkum isə qaçıb getdiyini gördüklərini təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən ada m öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Baxılan iş üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizalar ının 11 dekabr 2018-ci il tarixli 637 və 238 saylı rəyləri ilə Məhkum psixi cəhətdən sağlam olması, öz hətəkətlərinin mənasını dərk etməsi, onları ölçüb-biçmək iqtidarında olması, fizioloji affekt halında isə olmaması müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası Məhkum öz hərəkətlərinin mənasını dərk etməsini, o cümlədən bıçağın xassələrini bilməsini, bıçaqla bədənə vurulan zərbənin hansı nəticələr doğura biləcəyini, uşaqların gözü önündə atanın öldürülməsi ilə onların güclü sarsıntı və ağır iztirab keçirmələrini anlamasını, yəni onun hərəkətlərində “xüsusi amansızlıq” əlamətinin olmasını şübhə altına almaq üçün əsas görmür. Xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayəti isə məhz Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində təsbit olunmuşdur. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum əməlinin düzgün tövsif olunmaması haqqında dəlili əsassız olduğundan, onun əməlinə müvafiq olmayan həddindən artıq ağır cəzaya məruz qalması haqqında iddiası da əsaslı hesab edilə bilməz. Bu məsələ üzrə məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, cəzanın həddindən artıq ağır olması haqqında iddianın əksinə olaraq, birinci instansiya məhkəməsinin Məhkum öz əməlindən peşman olması kimi cəzanı yüngülləşdirən haldan, cəzanı ağırlaşdıran halların ol mamasından çıxış etməklə ona təqsirli bilindiyi maddənin saksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmənin aşağı həddinə yaxın cəza təyin etməsindən, apellyasiya məhkəməsinin isə təyin olunmuş cəzanı dəyişdirilmədən saxlamasından və bununla əlaqədar gətirdiyi dəlillərdən görünür ki, məhkəmələr tərəfindən cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlər inə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti t əmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar