Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-365/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, Məhkum, zərərçəkmiş şəxsin nümayəndəsi X5 və məhkumun müdafiəçisi M üdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (hakim Zamin İbrahimov) 1(018)-09/2021 nömrəli 23 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1988-ci ildə Astara rayonu Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkum olunmamış, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 187.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş üzrə mülki iddia qismən təmin edilmiş Məhkum 23.000 (iyirmi üç min) manat pulun alınaraq X4 verilməsi, iddianın mənəvi ziyan tələbinə dair hissədə təmin olunmaması, iş üzrə ekspertiza xərci olan 252 (iki yüz əlli iki) manat pulun Məhkum alınaraq dövlət büdcəsinə keçirilməsi, hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 28 yanvar 2020-ci il tarixindən 31 yanvar 2020-ci il tarixinədək olan müddət ərzində atası Muqabil Rəhimova məxsus rayonun Təngərüd kəndi ərazisində yerləşən torpaq sahəsini traktor vasitəsilə alaq ot-kollardan təmizlətdirib torpaq sahəsi ilə həmsərhəd olan, Astara şəhər sakini X2 rayonun Şiyəkəran kəndindəki fermasının ərazisin i ayıran su kanalının kənarına yığdıraraq 31 yanvar 2020-ci il tarixdə saat 12:30 radələrində yığdırdığı kolları yandırmış, yanan alovu söndürmədən və alovun tam sönməsinə əmin olmadan həmin ərazini tərk edərək getmiş, onun odla ehtiyatsız davranması səbəbindən cənub istiqamətli 8 m/san surətli, 5 (beş) bal gücündə olan külək yanan kollardan bir neçəsini 25 metr yaxınlıqdakı Şahverən Cavadova məxsus fermaya uçuraraq, fermada yığılmış ümumi dəyəri 8000 (səkkiz min) manat olan 2000 (iki min) ədəd ot bağlamasını, fermanın içərisində olan bir ədəd 144 manat dəyərində yüksək hava təzyiqi ilə çalışan dərman səpən aparatı, bir ədəd 30 manat dəyərində təkərli əl arabasını, ümumi dəyəri 350 manat olan 10 ədəd 4 metrlik azbest boruları, ümumi dəyəri 1800 manat olan 6 kub taxtanı, bir kub 300 (üç yüz ) manat dəyərində reykanı yandıraraq məhv etmiş, fermanın yenidən bərpasından ötrü ayrılmalı təmir-tikinti işləri üçün 9376 (doqquz min üç yüz yetmiş altı) manat, həmçinin fermanın bərpasına sərf olunacaq fiziki işçi qüvvəsi üçün ayrılmalı olan məbləğ 3000 (üç min) manat olmaqla odla ehtiyatsız davranması nəticəsində zərərçəkmiş şəxs Şahverən Cavadova xeyli miqdarda, ümumilikdə 23000 (iyirmi üç min) manat məbləğində ziyan vurmaqla özgə əmlakını məhv etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Rafiq Cəfərov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)362/2021 nömrəli 24 may 2021-ci il tarixli qərarı ilə Astara Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmi ş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarı ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etməmiş və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarmışdır. Zərərçəkmiş şəxsin və şahid ifadələri tədqiq edilməmiş və zərərçəkmişin ifadəsini sübut kimi düz gün qiymətləndirməmişdir. Çünki zərərçəkmişin ifadəsi iş materiallarında heç bir digər sübutla təsdiq olunmur. Zərərçəkmiş həqiqətən də həmin əmlakların yanğın zamanı fermada olmasında dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarda olan Azərbaycan Respublikası FHN-in DYNX Cənub Regional DYNİ tərəfindən tərtib olunmuş 03 fevral 2020-cı il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, fermada yalnız ot bağlamalarının yanaraq yanarsız hala düşdüyü müəyyən olmuşdur. Lakin hadisə yerinə baxış protokolu ilə həqiqətən də ot bağlamalarının sayının 2000 ədəd olması müəyyən olunmur. Belə ki, protokolda bu bağlamalarının sayılıb-sayılmaması, hansı qayda da sayılması və sayının 2000 ədəd olmasının necə müəyyən olması öz əksini tapmamışdır. Həmçinin baxış pro tokolundan görünür ki, zərərçəkmiş şəxs Cavadov Şahverənin öz ifadəsində göstərdiyi fermanın içərisində olan bir ədəd 144 (yüz qırx dörd) manat dəyərində yüksək hava təzyiqi ilə çalışan dərman səpən aparatı, bir ədəd 30 manat dəyərində təkərli əl arabasını, ümumi dəyəri 350 (üç yüz əlli) manat olan 10 ədəd 4 metrlik azbest boruları, ümumi dəyəri 1800 (min səkkiz yüz ) manat olan 6 kub taxtanı, bir kub 300 (üç yüz) manat dəyərində reykanın yanmış qalıqları aşkar edilməmiş və protokolda öz əksini tapmır. Belə olan halda məhkəmənin yalnız zərərçəkmişin hadisə yerinə baxış protokolu ilə təsdiqlənməyən ifadəsini əsas götürməklə hadisə nəticəsində zərərçəkmişə 23.000 manat məbləğində ziyan dəyməsi nəticəsinə gəlməsi əsassızdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 22 may 2020-ci il tarixli, 19/17 rəyindən görünür ki, Astara rayon, Şiyəkəran kəndində yerləşən fermada baş vermiş yanğın nəticəsində, tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 9376 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin məhkəmə bu rəyi tədqiq etməmiş və düzgün qiymətləndirməmişdir. Belə ki həmin rəydə qiymətləndiricinin hansı qiymətləndirmə metodundan istifadə etməsi, müqayisəli bazar qiymətlərinin mənbəsi və s. öz əksini tapmamış, həmçinin fermanın bərpası üçün layihə smeta tərtib edilməmişdir. Yəni əslində qiymətləndirici bu tədqiqatda xərc metodundan istifadə etməklə fermanın bərpası üçün layihə smeta sənədləri hazırlayıb ümumi smeta dəyəri hesablayaraq rəyə əlavə edərək öz rəyini əsaslandır ılmalı idi. Yalnız bu halda rəydə göstərilən məbləğ inandırıcı ola bilərdi. Rəy qanunvericiliyin tələbinə müvafiq tədqiqatın nəticələrini əks etdirmədiyinə görə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirə bilməzdi. İş materiallarında olan Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş 07 may 2020- ci il, 20/237 saylı məktubundan görünür ki, 2020-ci ilin 31 yanvar tarixində saat 13:00, 16:00 müşahidə müddətlərində Astara hidrometeoroloji stansiyasında qeydə alınmış hava şəraiti haqqında məlumat saat 13:00 müşahidə müddətində hava buludsuz, görünüş 50 km-dən çox, havanın temperaturu 16,07 dərəcə selsi, külək cənub istiqamətli olub maksimum surəti 8 m s olmuşdur. Azərbaycan Respublikası FHN-in DYNX Cənub Regional DYNİ tərəfindən tərtib olunmuş 03 fevral 2020-cı il tarixli hadisə yerinə baxış protokolu 03 fevral 2020-ci il tarixli protokoldan görünür ki, yanğın hadisəsi fermanın qərb tərəfində dam örtüyündə başlamışdır. Təqsirləndirilən şəxsin pay torpaq sahəsi isə fermanın şimal-qərbində yerləşir. Göründüyü kimi, bu sübutlar məhkəmənin gəldiyi nəticəni təkzib edir. Belə ki, zərərçəkmişə məxsus fermanın həmin fermanın şimal-qərbində yerləşən pay sahəsindəki yanğının cənub küləyi ilə 25 metrlik məsafədə qərb tərəfə keçməklə yanması mümkünsüz idi. Fermanın şimal-qərbində 25 metrlik məsafədə yanğın mövcud idisə sürəti saniyədə 8 metr olan cənub küləyinin bu yanğını təqsirləndirilən şəxsə məxsus pay torpağının şimal şərqində yerləşən fermaya aparması mümkünsüz idi və adi coğrafi biliklərlə öz təsdiqini tapmır. Məhkəmə yuxarıda göstərilən sübutları müqayisəli şəkildə t ədqiq etmədən, sübutlardakı ziddiyyətləri araşdırmadan əsassız nəticəyə gəlmişdir. Bütün bunlardan əlavə məhkəmənin hadisə nəticəsində dəymiş zərərin məbləği ilə bağlı nəticəsi də qanunsuz və əsassız olmaqla sübutlara söykənmir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normaların ın tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin ilkin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar kassasiya k ollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanun normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 349.4cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinin tələblərınə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həmin sübutların məcmusunun Məhkum əməlində Azərbaycan Respublikası CM-in 187.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olmasını müəyyən etmək üçün kifayət olmasına dair məhkəmələrin gəldiyi nəticəni də əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 187.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız sayır. Kassatorun kassasiya şikayətinin digər dəlili isə Məhkum hazırkı cinayət işində təqsirinin sübuta yetirilməməsi və təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda əsa ssız və qanunsuz olaraq ittiham hökmünün cıxarılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələ ri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum qarşı irəl i sürülmüş özgənin əmlakını odla ehtiyatsız davranma üzündən məhv etmə ilə bağlı ittiham birinci instansiya məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, məhkəmə tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 187.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kol legiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh ol unan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zama nı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlayır. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 187.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Bundan başqa məhkəmə kollegiyası cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın miqdarının düzgün müəyyən edilməməsi və bunun nəticə olaraq cinayət işi üzrə mülki iddianın məbləğinin əsassız artırılması barədə kassasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, cinayət nəticəsində vurulmuş ziyanın miqdarı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və hadisə yerinə baxış protokolu ilə müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin mülki iddiasının məhkəmənin hökmü ilə təmin edilmiş hissəsinin miqdarını təsdiq edən sübutlar məhkəmə iclasında tədqiq edilmiş, həmin sübutların mötəbərliliyini şübhə altına almaq üçün heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-365/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-365/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver