Məhkəmə qərarları › İş №1(102)-365/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-365/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-365/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Xüsusi ittihamçı - 1nın, Nümayəndə - “Medleks” Vəkil Bürosunun vəkili Muradov Elsevər İsmayıl oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət verilməsinə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhku m olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarından məhkum olunmuş şəxs Məhkum və xüsusi ittihamçı 1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 1(003)-58/2023 nömrəli (hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi ilə) hökmü ilə xx xxxx-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, ali təhsilli, evli, XXX yerləşən ünvan 2 əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 4 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirli bilinməsi və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması, hökmün icrasının Məhkum yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Hökmdən xüsusi ittihamçının nümayəndəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Tanrıverdiyev Anar Vəzir oğlu (sədrliyi və məruzəsi ilə), Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) 12 sentyabr 2023- cü il tarixli 1(103)-1786/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarından Məhkum və xüsusi ittihamçı 1 tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: 1 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Məhkum Azərbaycan Respublikasını CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs 1 şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 3 ünvanında yerləşə n ünvan 6iyi tərəfindən sosial internet şəbəkəsi hesab edilən və 42 nəfər iştirakçısı olan "WhatsApp" müəllimlər qrupu yaradılmışdır. Bu məktəbdə müəllimə işləyən Məhkum ünvan 7 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 8n 12 nömrəli mənzilində yaşayır. Məhkum 2022-ci il 4 iyul tarixində 42 nəfər iştirakçısı olan "WhatsApp" müəllimlər qrupunda aşağıda göstərilən məlumatları yerləşdirməklə Bakı şəhəri Yasamal rayonu ərazisində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayaraq, onun şərəf və ləyaqətini qəsdən nalayiq formada alçaldaraq ona qarşı Azərbaycan Respublikasının CM-in 147.1.-ci və 148-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətmişdir. Belə ki, Məhkum 2022-ci il 4 iyul tarixində "WhatsApp" müəllimlər qrupunda onun ünvanın a bildirmişdir ki, “sən ərli ola-ola sevgili tapıb onun vasitəsilə ərinin xəbəri olmadan boşanıb uşaqlarının, dədəsinin, atasının adını belə dəyişdirən insansan". Yəni Məhkum onu ərinə xəyanət etməkdə ittiham edərək onun şərəfini və nüfuzunu ləkələmişdir. Bundan başqa, Məhkum 2022-ci il 4 iyul tarixində yuxarıda qeyd edilən "WhatsApp" müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, "onun anası kiminsə, hansısa bir kişinin evinə girib o kişinin başına oyun açıb, onu çölə atıb, bomj gününə onun evini əlindən almayıb. Onun anası kiməsə faizə pul verib, qızıllarını əlindən alıb, sonra faizə verdiyi pulu alandan sonra da o qızılları geri qaytarmayıb. Bunların hamısını sən danışmısan". Bundan başqa, Məhkum 2022-ci il 4 iyul tarixində yaşadığı ünvan 8n 12 nömrəli mənzilində yuxarıda qeyd edilə n "WhatsApp" müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, “oğlun səni alt paltarında döyüb, bloka atıb, başında stol sındırıb, ağızburnunu küçə söyüşləri ilə söydüyü kimi, mənim oğlum o hərəkətləri mənə etməyib, çünki bilir ki, anası ona layiq qadın deyil. Xəstə ananı, uşağını atıb hansısa sevgilidən ötrü küçəyə düşməmişəm. Bir sevgilidən ötrü az qalmışdın dəli olub çöllərə düşəsən". Bundan başqa, Məhkum "WhatsApp" müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, "mən sənin arxivini heç vaxt araşdırmamışam, çünki bu, mənim ümumiyyətlə marağımda olan bir şey deyil ki, mən kiminsə arxivini qurdalayım. Mənim həyatda öz prinsiplərim var, öz prinsiplərimlə yaşayan adamam. Sən isə ömür boyu onunla-bununla şantaj, ana-bala birbirinizi məhkəməyə verməklə, anan ömür boyu məhkəmələrdə, ana -bala bir-birinizin üzünə şahid keçə-keçə məhkəmələrdə ömür boyu bütün nəsil-kökü, sən danışmısan, anam qurğuşun töküb atamı öldürmək istəyirdi, ona görə anamı boşadılar." Bundan əlavə, Məhkum "WhatsApp" müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, "sən boz rəngdə bir əski parçasısan, onun yanına bir ağ parça qoyanda bozun yanına o ağın yanında o boz kirli görsənir, amma o ağı qapqara qaraya boyayanda o boz təmiz görsənir qaraya baxanda. Sən mənim üçün o boz tryapkasan". Bununla da Məhkum onun şərəfini və nüfuzunu yalan olduğunu bilə-bilə ləkələyici məlumatlarla ləkələmiş, onun ləyaqətini nalayiq formada alçaltmışdır. Bu qrupda iştirak edən müəllimlərin bir çoxu həm də həmin məktəbin valideynləridir. Buna görə də bu səsləri müəllimlərlə yanaşı həm də şagirdlər də dinləmişlər. Qeyd ol unanlara əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1.-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş edir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum olunmuş şəxs Məhkum kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işə səthi baxmış, sübutları təhlil etməmiş, səs yazısını məhkəmə iclasında səsləndirməmiş, həmin səs yazısına heç qulaq da asmamış, bundan başqa ədalətli araşdırma aparmamış, birinci instansiya məhkəməsinin hökmünü eyniliklə özünün qəbul etdiyi qərarına köçürmüşdür. Xüsusi ittihamçı şikayətində qeyd edir ki, guya ki, səs yazıları müəllimlər qrupunda olan 42 nəfər iştirakçılarının çoxu, müəllimlər, valideynlər və şagirdl ər dinləmişlər. Əgər səs yazılarını müəllimlər, valideynlər və şagirdlər dinləmişlərsə onda bütün bunların sübutunu məhkəməyə təqdim edilməli idi, lakin xüsusi ittihamçı belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Səs yazılarını nə vaxt, kimlər tərəfindən dinlənilməsinə dair sübutlar mövcud deyildir. 42 nəfər şəxs kimlərdir, onlardan heç olmasa ikisi məhkəmə iclasında şahid qismində dindirilməli idi. Ona görə də, səsləndirilən səs yazılarını müəllimlər, valideynlər və şagirdlər tərəfindən dinlənilib-dinlənilməməsinə, dinləyən şəxslərin şəxsiyyətlərinin bəlli olmasına dair sübutlar (habelə şahid ifadələri) məhkəməyə təqdim edilmədiyindən və əməl sübuta yetirilmədiyindən barəsində ittiham hökmü çıxarıla bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum olunmasına dair hissədə ləğv edilməsi, barəsində həmin maddə ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Xüsusi ittihamçı 1 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Məhkum onun şərəfini və nüfuzunu yalan olduğunu bilə-bilə ləkələyici məlumatlarla ləkələmiş, onun ləyaqətini nalayiq formada alçaltmışdır. Bu qrupda iştirak edən müəllimlərin bir çoxu həm də həmin məktəbin valideynləridir. Buna görə də, bu səsləri müəllimlərlə yanaşı həm də şagirdlər də dinləmişlər. Qeyd olunanlara əsasən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məcmu qaydasında ittiham hökmü çıxarılmalıdır. Odur ki, gös tərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilməsi və həmin maddə ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə prosesində Məhkum çıxış edərək, x uzun illərdi tanıdığını, heç vaxt ona pisliyinin dəymədiyini, “Whatsapp” sosial şəbəkəsində yazılan sözü ona aid etmədiyini, ad çəkmədiyini bildirib, özünün verdiyi kassasiya şikayətinin təmin edilməsini, xüsusi ittihamçı tərəfindən verilən kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə prosesində nümayəndə Muradov Elsevər İsmayıl oğlu çıxış edərək, xüsusi ittihamçı tərəfindən verilən kassasi ya şikayətinin təmin edilməsini, məhkum tərəfindən verilən kasasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə prosesində xüsusi ittihamçı 1 çıxış edərək, özü tərəfindən verilən kassasiya şikayətinin təmin edilməsini, məhkum tərəfindən verilən kasasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əsassız olaraq məhkum edildiyi, məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud də yişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi bar ədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qə rarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirili r. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmaya n şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarında qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndiri lməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilərək, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda və kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin dispozisiyası – böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – isə cəmiyyətdə, kolle ktivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CM-in 148-ci maddəsi isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi nəzərdə tutulmuşdur. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütlə vi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olubolmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdiril məklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə - hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sairə) başa düşülür. Media və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər teleradio proqramları və kinoxronika proqramları, sosia l internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Qeyd edilən Plenum Qərarının 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zam anda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb hər iki kassasiya şikayətlərinin dəlillərini yuxarıda sadalanan normaların tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş böhtan atma və təhqir ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş əldə edilməsi və həqiqiliyi şübhə doğurmayan, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, o cümlədən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət verilmiş və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsi nin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını kassasiya şikayətlərinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməli xüsusi ittihamçının, Məhkum ifadələri, "WhatsApp" müəllimlər qrupuna atılmış səs yazısını əks etdirən CD disk, məhkəməlinqvistik ekspertizasının 4 may 2023-cü il tarixli 4/534 nömrəli rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi nəzərdə tutulmuş əməlləri törətməsi isə heç bir vasitə ilə sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmünün ehtimallara əsaslana bilməməsi və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılması ilə bağlı qanunun tələbinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərində qeyd edilən cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən hər iki məhkəmə instansiyasının Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət verilməsinə dair gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Mübahisələndirilən apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Bundan əlavə məhkəmə kollegiyası xüsusi ittihamçının kassasiya şikayətində irəli sürülmüş şəxs barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə ittiham hökmü çıxarılması, məhkumun isə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməli olması barədə tələblərinin əsaslılığını (çox geniş məzmunlu təkrarlanan dəlillərini) yoxlayarkən müəyyən olunur ki, kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə to planmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edilir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etm əyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və xüsusi ittihamçının və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi fakt iki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onlar tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmiş, Məhkum əməllərindən, eyni zaman da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 147.1 maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması və Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin isə tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-linqvistik ekspertizasının 4 may 2023-cü il tarixli 4/534 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 1(003)-58/2023 nömrəli cinayət işinə tədqiqat materialı olaraq daxil edilmiş "sən ərli ola-ola sevgili tapib onun vasitəsilə ərinin xəbəri olmadan boşanib, uşaqlarının dədəsinin, atasinın adinı b elə dəyisdirən İnsansan”, "oğlun səni alt paltarında döyüb, bloka atıb, bașında stol sindırib, ağız-burnunu küçə söyüşləri ilə söydüyü kimi, onun oğlu o hərəkətləri ona etməyib, çünki bilir ki, anası ona layiq qadın deyil, "Xəstə ananı, uşağını atıb hansısa sevgilidən ötrü küçəyə düşməmişəm. Bir sevgiliden ötrü az qalmışdin dəli olub çöllərə düşəsən", "sən boz rəngdə bir əski parçasısan, onun yanına bir ağ parça qoyanda bozun yanına o ağın yanında o boz kirli gorsənir, amma o ağı qapqara qaraya boyayanda o boz təmiz görsənir qaraya baxanda. Sən mənim üçün o boz tryapkasan" kimi məlumatlar 1nın șərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məļumatlar hesab edilir. Məlumatlarda göstərilən "mənim anam kiminsə, hansısa bir kişinin evinə girib, o kişinin başına oyun açib, onu çölə atıb, bom j günunə salıb onun evini əlindən almayıb. Mənim anam kiməsə faizə pul verib qizıllarını əlindən alıb, sonra faizə verdiyi pulu alandan sonra da o qizilları geri qaytarmayıb"; "Sən isə ömür boyu onunla-bununla şantaj, ana-bala bir-birinizi məhkəməyə verməklə, anan ömür boyu məhkəmələrdə, ana-bala bir-birinizin üzünə şahid keçə-keçə məhkəmələrdə ömür boyu bütün nəsil-kökü sən danışmısan, anam qurğuşun töküb atamı öldürmək istəyirdi, ona görə anamı boşadılar" kimi məlumatlar böhtan olduğu təqdirdə 1nin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar hesab edilir. Həmin məlumatların böhtan olub-olmamasının araşdırılması məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Kassasiya məhkəmə kollegiyası müəyyən edir ki, 4 iyul 2022-ci il tarixdə "WhatsApp" müəllimlər qrupuna barəsində şikayət verilmiş şəxs Məhkum atdığı səs yazısında ümumiyyətlə X-ın şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardan istifadə edilməmiş, həmçinin, həmin fikirlərdə X-ə ağır və xüsusilə ağır cinayətdə ittiham edilməyərək ona böhtan atılmamış, lakin X-ın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. Bu səbəbdən də, Məhkum atdığı həmin səs yazısında böhtan cinayətinin tərkibi yox, təhqir cinayətinin tərkibi olmuş və sübuta yetrilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etd iyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sü butların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum CMin 148-ci maddəsinə aid hissədə bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübut lara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl ol unduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsinə dair göstərilən dəlillərini əsasız hesab edərək belə nəticəyə gəlir ki, həmin dəlillər mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə mə hkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; hökm və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, Məhkum isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum olunması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gə lən sübutların məcmusu ilə əsaslandırılmışdır. Cəza məsələsini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi) olması və ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, kifayət qədər ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsas lanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, kassasiya məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və xüsusi ittihamçı 1 tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şər h edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və xüsusi ittihamçı 1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət verilməsinə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar