Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-365/2025 14.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə, xx xxxxxxxx 1962-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətənda şı, ali təhsilli, evli, həbs olunanadək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 1(101)-122/2021 nömrəli hökmünə əsasən (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törət məkdə təqsirli bilinmiş, ona CM-in 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 306.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla və CM-in 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona Cinayət Məcəl ləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 22 noyabr 2019-cu il tarixdən 8 fevral 2021-ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət ona təyin edilmiş əsas cəzaya daxil edilərək həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Yasam al Rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmuş, Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın və sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sent yabr 2021ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq olunmasına dair müddəalar xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə CM-in 46.2ci maddəsi tətbiq olunmaqla, 2 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum e tmə cəzası təyin edilmiş, CM-in 306.2-ci maddəsi ilə hökmlə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilə endirilmiş, CMin 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar qismən toplanılmıqla, Məhkum 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 22 noyabr 2019-cu il tarixdən 8 fevral 2021-ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün təyin edilmiş əsas cəzadan çıxıl maqla, onun üzərində qəti olaraq 4 (dörd) il 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 16 sentyabr 2021-ci il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər Ş.Y.Yusifov və İ.Ə.Rəcəbovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər C.V.Hüseyn və R.M.Abdulovdan ibarət məhkəmə tərkibi) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmiş, CM-nin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70.1-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.L.Kazımov, hakimlər Ə.C.Seyidov və Ə.Ə.Novruzovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmü ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2023-cü il tarixli 1(103)-759/2023 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim F.İ.Əyyubov, hakimlər E.Ə.Mehdiyev və E.E.Rəhimovdan ibarət məhkəmə tərkibi) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya prot esti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə isə o, barəsində CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 2 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70.1-ci maddəsinə əsasən 2 (iki) il s ınaq müddəti müəyyən olunmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, onun davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, Məhkum üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2024cü il tarixli 1(102)-445/2024 nömrəli qərarı ilə (hakimlər: H.Q.Nəsibov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov, R.S.Nəbizadə) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmü ləğv edilərək cinayə t işi yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2024-cü il tarixli 1(103)829/2024 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 1(101)-122/2021 nömrəli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi üzrə həmin Məcəllənin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum təqsirli bilindiyi CM-in 306.2-ci maddəsi ilə ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 1(103)-587/2021 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məh rum olunmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin olunmuş cəza ilə qismən toplanılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 22 noyabr 2019-cu il tarixdən 8 fevral 2021 ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 3 (üç) il 11 (ay) 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və o məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Söz ügedən qərarla həmçinin Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 4 iyul 2024-cü il tarixdən hesablanması, hökmün Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə bağlı digər hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmiş, bundan başqa, vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Belə ki, Məhkum 27 yanvar 2010-cu il tarixdən ünvan 4 ünva nda fəaliyyət göstərən "xxxx" MMC-nin qanuni təmsilçisi, yəni direktoru vəzifəsində işləyərkən həmin MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, məhəllə 558 ünvanda inşa olunmuş hündürmərtəbəli yaşayış binasından vətəndaşlara «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqavilələrə əsasən satılmış mənzilləri yenidən başqa şəxslərə satmaqla, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin yaşayış binasının 2-ci girişinin 3-cü mərtəbəsində yerləşən və sahəsi 156 kv.m təşkil edən 82 nömrəli mənzili 19 iyun 2010-cu il tarixli müqavilə ilə Şahid5 117.000 (yüz on yeddi min) manata satıldığını bildiyi halda, həmin binadan mənzil almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 qeyd olunan mənzili təqdim etməklə həmin mənzilin satılmadığını bildirib aldatmaqla qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından istifadə edərək 28 iyul 2012-ci il tarixdə göstərilən mənzili yenidən 156.000 (yüz əlli altı min) manata Zərərçəkmiş şəxs1 qanunsuz olaraq satıb, həmin pul vəsaitini MMC-nin göstərilən ünvandakı ofisində sonuncudan aldıqdan sonra qeyd olunan mənzilin ilkin olaraq guya cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri- 28 iyul 2012 ci il tarixli «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqaviləni və eyni tarixli maliyyə arayışını tərtib edib, həmin sənədləri cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq etdikdən sonra Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Zərərçəkmiş şəxs1 2017-ci ilin əvvəllərində özünə məxsus olduğunu hesab etdiyi həmin mənzildə təmir işlərini aparmaq istəyərkən mənzilin Şahid5 aid olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 bunu bildikdən sonra Məhkum ona binanın mərtəbələrinin dəyişik salınmasını bəhanə gətirərək həmin mənzili səhv nəticəsində satdığını bildirib, Zərərçəkmiş şəxs1 inandırmaq məqsədilə qeyd olunan binanın 4-cü mərtəbəsində faktiki olaraq 9 may 2011-ci il tarixli «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqavilə ilə Şahid2 89.820 (səksən doqquz min səkkiz yüz iyirmi) manata satılmış ümumi sahəsi 156 kv.m təşkil edən 3 otaqlı 86 nömrəli mənzilin ilkin olara q guya cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə cəmiyyətin yuxarda göstərilən ünvanda yerləşən ofisində tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri- 28 iyul 2012-ci il tarixli «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqaviləni və eyni tarixli maliyyə arayışını tərtib edib, həmin sənədləri cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 təqdim edib, sonuncuya məxsus 156.000 (yüz əlli altı min) manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq cinayətini törətmiş, həmçinin tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatla rı daxil etməklə vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan başqa, Məhkum 11 fevral 2005-ci il tarixdən ünvan 4 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-nin 27 yanvar 2010-cu il tarixdən direktoru vəzifəsində işləyərkən 7.011.450 (yeddi milyon on bir min dörd yüz əlli) manat məbləğində borcun Zərərçəkmiş şəxs2, 261.450 (iki yüz altmış bir min dörd yüz əlli) manat məbləğində borcun Zərərçəkmiş şəxs3, 743.900 (yeddi yüz qırx üç min doqquz yüz) manat məbləğində borcun Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli, 2(004)-176/2014 saylı qətnaməsinin, 45.000 (qırx beş min) ABŞ dolları (manatla məzənnəsi ilə 41.301 (qırx bir min üç yüz bir) manat) məbləğində borcun Zərərçəkmiş şəxs9 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasam al Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli, 2(004)-1066/2016 saylı qətnaməsinin, 36.000 (otuz altı min) ABŞ dolları (manatla məzənnəsi ilə 33.040,8 (otuz üç min qırx manat səkkiz qəpik) məbləğində borcun Zərərçəkmiş şəxs8 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(004)-1062/2016 saylı qətnaməsinin, 39.600 (otuz doqquz min altı yüz) ABŞ dolları (manatla məzənnəsi ilə 36.344,88 (otuz altı min üç yüz qırx dörd manat səksən səkkiz qəpik) məbləğində borcun Zərərçəkmiş şəxs10 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli, 2(004)-1078/2016 saylı qətnaməsinin, 72.600 (yetmiş iki min altı yüz) ABŞ dolları (manatla məzənnəsi ilə 66.632,28 (altmış altı min altı yüz otuz iki manat iyirmi səkkiz qəpik) məbləğində borcun Zərərçəkmiş şəxs7 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 mart 2016-cı il tarixli, 2(004)-1079/2016 saylı qətnaməsinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3088/2016 saylı, 14 noyabr 2016-cı il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, "xxxx" MMC-nin üzərinə Zərərçəkmiş şəxs5 tərəfindən ödənilmiş 150.000 (yüz əlli min) manat və Zərərçəkmiş şəxs6 tərəfindən ödənilmiş 175.000 (yüz yetmiş beş min) manat pul vəsaitinin qaytarılması vəzifəsinin qoyulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-467/2018 saylı, 20 aprel 2018-ci il tarixli qərardadının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1542/2018 saylı, 24 oktyabr 2 018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunmasına baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək qətnamələr üzrə borcdan heç bir məbləğdə pul vəsaitini qeyd edilən zərərçəkmiş şəxslərə ödəməməklə sonunculara maddi ziyan vurmaqla vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini və qərardadını qərəzli olaraq icra etməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 4.07.2024-cü il tarixli qərarının ləğv edilməsi, ona CM-in 306.2-ci maddəsi ilə bəraət verilməsi, təqsi rli bilindiyi CM-in 178.3.2-ci maddəsi üzrə təyin edilmiş cəzanın şərti olaraq təyin edilməsi barədə qərar qəbul edilməsi, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə həbsdə olmasının nəzərə alınması xahiş edilmişdir. Kassasiya şikayətində həm təyin edilmiş cəza mübahisələndirilmiş, həm də məhkumun əməlində CM-in 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmadığı göstərilmişdir. Qeyd edilmişdir ki, icra edilməyən icra sənədləri üzrə borclu "xxxx" MMC-dir. Belə çıxır ki, həmin MMC borcu ödəməmək üçün hər dəfə yeni bir direktor təyin edib, onların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olmaqla özü cinayət məsuliyyətindən yayına bilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları a raşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona CM-in 306.2-ci maddəsi ilə bəraət verilməsi və həmçinin təyin edilmiş cəzadan onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddətin ona təyin edilmiş cəzadan çıxılması xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutur; CM-in 306.2-ci maddəsində “eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə” əməlinə görə cinayət mə suliyyəti nəzərdə tutulur və həmin əməl üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cin ayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edi lmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandı rma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqi bini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkuma CM-in 306.2-ci maddəsi ilə bəraət verilməsinə dair şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifa dələri, məhkəmə qətnamələri, icraata başlamaq haqqında qərarlar və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Birinci intansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ilə bağlı hesab etmişdir ki, iş üzrə digər zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında onlarla "xxxx" MMC arasında daşınmaz əmlakların alınması ilə bağlı mülki hüquq münasibətlərindən irəli gələn məsələlərlə bağlı məhkəməyə müraciət etmiş və onların lehinə məhkəmə qətnamələri çıxarılmış və həmin qətnamələr qanuni qüvvəsini almaqla icraya yönəldilmişlər. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin Məhkum əməlində Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri əlamətlərinin olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiall arını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumun törətdiyi əməldə vəzifəli şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayətinin olmamasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 306.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, m əhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 306.2-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Bundan başqa məhkəmə kollegiyası müəyyən edib ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində göstərilən əməlin törədilməsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə qiymət verilmiş və qərar o hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət-prosessual qanunvericiliyinin müddəalarına tam uyğundur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı məhkəmə kоllеgiyаsı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cina yət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şə raitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin hə yat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsipləri nə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası məhkumun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsə olduğu müddətin cəza təyini zamanı nəzərə alınmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə Məhkum 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerliözünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum 2 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70.1-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2024-cü il tarixli 1(103)-829/2024 nömrəli qərarı ilə Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 22 noyabr 2019-cu il tarixdən 8 fevral 2021 ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 3 (üç) il 11 (ay) 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək həbsə olduğu müddət ona təyin edilmiş qəti cəzadan çıxılmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən yanlışlığa yol verilmişdir. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 8 (səkkiz) ay 21 (iyirmi bir) gün müddət Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2024-cü il tarixli 1(103)829/2024 nömrəli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2024cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edisin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2024-cü il tarixli 1(103)829/2024 nömrəli qərarı ilə Məhkum qəti olaraq təyin edilmiş 03 (üç) il 11 (ay) 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 16 sentyabr 2021-ci il tarixdən 7 iyun 2022-ci il tarixədək həbsdə olduğu 8 (səkkiz) ay 21 (iyirmi bir) gün müddət çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 (üç) il 2 (ay) 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-365/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-365/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver