Məhkəmə qərarları › İş №1(102)-366/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-366/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-366/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum3 və onun müdafiəçisi, Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Azadov Fikrət Gülqardaş oğlunun, Məhkum4 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Abdullazadə Ziyad İsax oğlunun iştirakları ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vət əndaşı, evli, 1 azyaşlı uşağı olan, natamam ali təhsilli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taborunun 3-cü bölüyündə qarovul rəisi vəzifəsində xidmət etmiş, ünvan qediyyatda olan, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə xx.xx.1978-ci il tarixdə Qazı-Məmməd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 azyaşlı uşağı olan, fərdi sahibkarlıqla məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum3 Azərbaycan Respublikası CM-nin 32.5, 304.2.1 və 32.5, 312.2-ci maddələri ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taborunun 3-cü bölüyünün mühafizəçisi vəzifəsində xidmət etmiş, ünvan 2 qeydiyyatda olan, hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə xx.xx.1970-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 yetkinlik yaşına çatmamış uşağı olan, ali təhsilli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy taborunun komandiri vəzifəsində işləmiş, ünvan 3 qeydiyyatda olan Məhkum4 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi, Bakı şəhəri 04 sayl ı Vəkil Bürosunun vəkili X22, Məhkum3 oğu və onun müdafiəçisi, Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Azadov Fikrət Gülqardaş oğlu, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə və onun müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X40 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə, Məhkum4 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Abdullazadə Ziyad İsax oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Məhkum1 CM-nin 308.2, 311.3.1, 311.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 308.2-ci maddəsi ilə 02 (i ki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 311.3.1, 311.3.2-ci maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx xxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 CM-nin 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanları nda rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum3 CM-nin 304.2.1, 307.3, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-nin 304.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 307.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 312.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum3 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum4 CM-nin 308.2, 311.3.1, 311.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 311.3.1, 311.3.2-ci maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum4 CM-nin 179.3.1-ci maddəsi ilə verilmiş ittiham təqsir liliyi sübuta yetmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Məhkum4 qarşı irəli sürülmüş ittihamdan 1800 manat pul vəsaitinin təkrarən rüşvət alma epizodunun çıxarılması, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum4 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçin in X48, X17, X24, X14, X25, X26, X18 və X55 da təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 «cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi» kimi tövsifedici əlamət verilmiş ittihamdan xaric edilmişdir. Məhkum1 CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 4 (dörd) il 06 (altı) ay müddətə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən CM-nin 311.3.1, 311.3.2 -ci maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum2 «cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi» kimi tövsifedici əlamət verilmiş ittihamdan xaric edilmişdir. Məhkum2 CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəz ası yüngülləşdirilərək 4 (dörd) il 09 (doqquz) ay müddətə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən CM-nin 32.5, 311.3.1, 32.5, 311.3.2-ci maddələri ilə 01 (bir) il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum3 CM-nin 307.3-cü maddəsi və «cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi» kimi tövsifedici əlamət verilmiş ittihamdan xaric edilmişdir. Məhkum3 əməlləri CM-nin 304.2.1, 312.2-ci mad dələrindən həmin Məcəllənin 32.5, 304.2.1 və 32.5 312.2-ci maddələrinə tövsif edilmiş və ona CM-nin 32.5, 304.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 32.5, 312.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum3 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum4 CM-nin 311.3.1, 311.3.2-ci maddələri verilmiş ittihamdan xaric edilmişdir. Məhkum4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif olunmuş, CM-nin 314.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə, Məhkum1 tabor k omandirinin müvafiq əmrləri ilə müntəzəm və sonuncu dəfə isə xx.xx.2017-ci il tarixli, 125 nömrəli əmri ilə «Bakı-AstaraBakı» planlı dəmir yol qarovulu üzrə təyin olunduğu qarovul rəisi kimi vəzifəli şəxs qismində qarovul rəisinin köməkçiləri, ədliyyə kiçik giziri X48, ədliyyə baş çavuşu Məhkum2 və Konvoy taborunun komandiri Məhkum4 ilə mütəşəkkil dəstədə birləşərək, tabeçiliyində olan dəstə üzvlərinə göstərişləri ilə rəhbərlik etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 dekabr tarixli, 31-N nömrəli Qərarı ilə təsdiq edilmiş «Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında» Təlimatın 3.44, 3.46.3, 3.53, 4.12, 6.7.3, 6.16, 13.1, 13.3.1, 13.3.7-ci, “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 30-31, 33-cü bəndlərinə əsa sən həbs edilmiş şəxslərin X34lı mühafizə və müşayiətinə cavabdeh kimi qarovulun işini təşkil edərək onun fəaliyyətinə rəhbərliyi həyata keçirməli, müşayiət zamanı şəxsi işlərdəki arayışlara əsasən şəxsiyyətini müəyyənləşdirdiyi eyni cinayət işi üzrə keçən şəxsləri, həmçinin müvafiq qeydiyyatı olan xüsusi təhlükəli həbs edilmiş şəxsləri bir-birindən ayrı saxlamaqla onların yerləşdirilməsi üçün kameraları hazırlamalı, təyin olunmuş saxlama rejiminə riayət olunmasını, hüquq pozuntularının törədilməsinin qarşısının alınmasını təmin etməli, sutkada dörd dəfədən az olmayaraq vaqona daxili və xarici baxış keçirməli, xüsusi təhlükəli və qaçmağa meyilli şəxslər üzərində gücləndirilmiş nəzarəti təşkil etməli, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsini və telefon danışıqlarının təmin edi lməsini cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş qaydalar üzrə həyata keçirməli olduğu halda qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, etap zamanı həbs edilmiş şəxslərdən onların iki nəfərlik kamerada saxlanılmaları, vaqonun dəhlizində sərbəst gəzə bilməyə, yaxın qohumları ilə telefon əlaqəsi saxlamağa, qatarın dayandığı stansiyalarda vaqonun pəncərəsindən danışmağa, eləcə də qarovul heyətinə aid sektorda kənar şəxslərlə görüşməyə, əlavə qida və içkilər əldə etməyə görə pul vəsaitləri əldə etmək məqsədilə vahid niyyətlə cinayətkar aləmdə “Qoca” ləqəbi ilə tanınmaqla əvvəllər dəfələrlə, o cümlədən zor tətbiq etməklə cəzaçəkmə müəssisəsindən qaçmağa görə məhkum olunaraq xüsusi təhlükəli residivist hesab edilmiş, qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah əldə edib saxlama, narkotik vasitələrin satışı əməllərinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(089)-133/2017 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.1, 228.2.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan X19 və onunla eyni cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş X56 məhkəmə heyəti tərəfindən qəbul edilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və müvafiq ərazi polis şöbələrinə həvalə olunmuş xx xxxxxxx 2 017-ci il tarixli etap qərarlarına əsasən məhkəmənin xx xxxxxxx 2017-ci il saat 15-ə təyin olunmuş növbəti iclasında iştiraklarının təmin olunması üçün xx xxxxxxx 2017-ci il tarixdə “Bakı-Astara” qatarının 75046 saylı xüsusi vaqonunda etap apararkən saat 23:30 radələrində Biləcəri dəmir yol stansiyasında onlarla yaxın münasibətlərdə olmaqla cinayət əlaqəsinə girmiş Məhkum3 və X17 ilə görüşərək sonuncunu, üzərinə və əlindəki əşyalara baxış keçirmədən vaqona qəbul edib, vəzifəli şəxs kimi dəstə üzvləri Məhkum2, Xlə birlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə, yəni qulluq səlahiyyətlərindən sui-istifadə edərək X20 birlikdə vaqonun bələdçi otağında gecələyərək cinsi əlaqədə olmaları, sonuncunun X2 və digərləri ilə maneəsiz görüşə bilməsi, sərbəst surətdə mobil tel efonla danışıq aparmasına şərait yaradılması və ümumi himayədarlıq müqabilində X3dan 5 ədəd 20 manat, 1 ədəd 50 manat əskinaslarda olmaqla 150 manat nağd pul vəsaitlərini şəxsən rüşvət almış, Liman dəmir yol stansiyasında X5nı qatardan düşürərək, X4 və X3ni etap olunduqları Lənkəran şəhər-rayon və Masallı rayon polis şöbələrindən həmin gün göstərilən qatarla Bakı şəhərinə qaytarılmaları ilə əlaqədar 2017-ci ilin oktyabr ayının 22də dəstə üzvü Məhkum2 istifadəsində olan ********** №-li mobil telefon nömrəsindən saat 20:50-dən saat 22:55-dək olan müddət ərzində Masallı rayonunda olan X5nın istifadəsində olan ********** №-li mobil telefonuna 13 dəfə zəng vuraraq Liman dəmir yol stansiyasına gəlməsini bildirməsindən və həmin stansiyada yenidən vaqona mindirməsindən sonra, bir daha onun üzərinə və əşyalarına baxış keçirmədən xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə görə Məhkum2, X2 və digərləri ilə birlikdə X12dan mütəşəkkil dəstə tərkibində təkrarən 150 manat rüşvət alaraq, Şirvan dəmir yol staniyasına kimi vaqonun bələdçi otağında onların birlikdə, o cümlədən X11 ilə birgə üzərlərində nəzarət təşkil edilmədən getmələri, həmçinin qeyd olunan stansiyada vaqona Məhkum3 mindirməklə görüşmələrinə yaratdığı şəraitdən istifadə edən sonuncunun X5 vasitəsilə X12a çatdırdığı xüsusi formalı üçkünc açarla onun və X11nin xx xxxxxxx 2017-ci il tarixdə saat 05:17-də Biləcəri dəmir yol stansiyası ərazisində həmin otağın pəncərəsi üzərindəki dəmir barmaqlıqları çıxararaq pəncərəni açıb mühafizə altından qaçmaları nəticəsində onların barələrində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinin məhkəmə baxışının təxirə salınması ilə vətəndaşların dövlət hakimiyyəti və hüquqmühafizə orqanlarına, ədalət mühakiməsinə olan etimadına xələl gətirilməsi, normal qanuni fəaliyyəti üçün Azərbaycan Respublikası tərəfindən təminat verilən Penitensiar Xidmət üzrə qərarlaşmış mövcud qanunçuluq və cəzanın məqsədlərinə nail olunmasında iştirak funksiyasının ciddi zədələnməsi ilə müşayiət olunan, fiziki şəxslərin, cəmiyyətin və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Məhkum2 tabor komandirinin müvafiq əmrləri ilə müntəzəm və sonuncu dəfə isə xx.xx.2017-ci il tarixli 125 nömrəli əmri ilə «Bakı-Astara-Bakı» planlı dəmir yol qarovulu üzrə təyin olunduğu qarovul rəisinin köməkçisi kimi vəzifəli şəxs qismində Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Məhkum4, həmçinin qarovul rəisi, ədliyyə giziri Məhkum1 və qarovul rəisinin köməkçisi, ədliyyə kiçik giziri X48 ilə mütəşəkkil dəstədə birləşərək, Məhkum4 və Məhkum1 dəstə üzvlərinə göstərişləri ilə rəhbərlikləri əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 dekabr tarixli, 31-N nömrəli Qərarı ilə təsdiq edilmiş «Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında» Təlimatın 3.44, 3.46.3, 3.53, 4.12, 6.7.3, 6.16, 13.1, 13.3.1, 13.3.7-ci, “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 30-31, 33-cü bəndlərinə əsasən həbs edilmiş şəxslərin X34lı mühafizə və müşayiətinə cavabdeh kimi Məhkum1la birlikdə qarovulun işini təşkil edərək onun fəaliyyətinə rəhbərliy i həyata keçirməli, müşayiət zamanı şəxsi işlərdəki arayışlara əsasən şəxsiyyətini müəyyənləşdirdiyi eyni cinayət işi üzrə keçən şəxsləri, həmçinin müvafiq qeydiyyatı olan xüsusi təhlükəli həbs edilmiş şəxsləri bir-birindən ayrı saxlamaqla onların yerləşdirilməsi üçün kameraları hazırlamalı, təyin olunmuş saxlama rejiminə riayət olunmasını, hüquq pozuntularının törədilməsinin qarşısının alınmasını təmin etməli, sutkada dörd dəfədən az olmayaraq vaqona daxili və xarici baxış keçirməli, xüsusi təhlükəli və qaçmağa meyilli şəxslər üzərində gücləndirilmiş nəzarəti təşkil etməli, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsini və telefon danışıqlarının təmin edilməsini cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş qaydalar üzrə həyata keçirməli olduğu halda qulluq səla hiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə etap zamanı həbs edilmiş şəxslərdən onların iki nəfərlik kamerada saxlanılmaları, vaqonun dəhlizində sərbəst gəzə bilməyə, yaxın qohumları ilə telefon əlaqəsi saxlamağa, qatarın dayandığı stansiyalarda vaqonun pəncərəsindən danışmağa, eləcə də qarovul heyətinə aid sektorda kənar şəxslərlə görüşməyə, əlavə qida və içkilər əldə etməyə görə pul vəsaitləri əldə etmək məqsədilə vahid niyyətlə cinayətkar aləmdə “Qoca” ləqəbi ilə tanınmaqla əvvəllər dəfələrlə, o cümlədən zor tətbiq etməklə cəzaçəkmə müəssisəsindən qaçmağa görə məhkum olunaraq xüsusi təhlükəli residivist hesab edilmiş, qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah əldə edib saxlama, narkotik vasitələrin satışı əməllərinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsin in icraatında olan 1 (089)-133/2017 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.1, 228.2.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan X19 və onunla eyni cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş X56 məhkəmə heyəti tərəfindən qəbul edilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və müvafiq ərazi polis şöbələrinə həvalə olunmuş xx xxxxxxx 2017-ci il tarixli etap qərarlarına əsasən məhkəmənin xx xxxxxxx 2017-ci il saat 15 radələrinə təyin olunmuş növbəti iclasında iş tiraklarının təmin olunması üçün xx xxxxxxx 2017-ci il tarixdə “Bakı-Astara” qatarının 75046 saylı xüsusi vaqonunda etap olunarkən saat 23:30 radələrində Biləcəri dəmir yol stansiyasında onlarla yaxın münasibətlərdə olmaqla cinayət əlaqəsinə girmiş Məhkum3 və X17 ilə görüşərək sonuncunu, Məhkum1, dəstə üzvü X2 və digərləri ilə birlikdə üzərinə və əlindəki əşyalara baxış keçirmədən vaqona qəbul edib, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə, yəni qulluq səlahiyyətlərindən sui-istifadə edərək X20 Məmmədovla birlikdə vaqonun bələdçi otağında gecələyərək cinsi əlaqədə olmaları, sonuncunun X11 və digərləri ilə maneəsiz görüşə bilməsi, sərbəst surətdə mobil telefonla danışıq aparmasına şərait yaradılması və ümumi himayədarlıq müqabilində X12dan 5 ədəd 2 0 manat, 1 ədəd 50 manat əskinaslarda olmaqla 150 manat nağd pul vəsaitlərini Məhkum1 vasitəsilə rüşvət alınmasında iştirak etmiş, Liman dəmir yol stansiyasında X5nı qatardan düşürərək, X12 və X11ni etap olunduqları Lənkəran şəhər-rayon və Masallı rayon polis şöbələrindən həmin gün göstərilən qatarla Bakı şəhərinə qaytarılmaları ilə əlaqədar 2017-ci ilin oktyabr ayının 22-də saat 20:50-dən saat 22:55-dək özünün istifadəsində olan ********** №-li telefon nömrəsindən 13 dəfə Masallı rayonunda olan X5nın ********** nömrəli mobil telefonuna zəng vurub Liman dəmir yol stansiyasına gəlməsini bildirməsindən və həmin stansiyada yenidən vaqona mindirməsindən sonra, bir daha onun üzərinə və əşyalarına baxış keçirmədən xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə görə X12dan mütəş əkkil dəstə tərkibində, təkrarən, 150 manat rüşvət alınmasında iştirak etmiş, Şirvan dəmir yol staniyasına kimi vaqonun bələdçi otağında onların birlikdə, o cümlədən X11 ilə birgə üzərlərində nəzarət təşkil edilmədən getmələri, həmçinin qeyd olunan stansiyada vaqona Məhkum3 mindirməklə görüşmələrinə Məhkum1, X2 və qeyriləri ilə birlikdə yaratdığı şəraitdən istifadə edən Məhkum3 X5 vasitəsilə X12a çatdırdığı xüsusi formalı üçkünc açarla onun və X11nin xx xxxxxxx 2017-ci il tarixdə, saat 05:17-də qatar Biləcəri dəmir yol stansiyasına çatdıqdan sonra həmin ərazidə bələdçi otağının pəncərəsi üzərində olan dəmir barmaqlıqları çıxararaq pəncərənin özünü açıb mühafizə altından qaçmaları nəticəsində onların barələrində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinin məhkəmə ba xışının təxirə salınması ilə vətəndaşların dövlət hakimiyyəti və hüquqmühafizə orqanlarına, ədalət mühakiməsinə olan etimadına xələl gətirilməsi, normal qanuni fəaliyyəti üçün Azərbaycan Respublikası tərəfindən təminat verilən Penitensiar Xidmət üzrə qərarlaşmış mövcud qanunçuluq və cəzanın məqsədlərinə nail olunmasında iştirak funksiyasının ciddi zədələnməsi ilə müşayiət olunan, fiziki şəxslərin, cəmiyyətin və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Məhkum4 verdiyi əmrlərlə ədliyyə giziri Məhkum1 “Bakı-Astara-Bakı” planlı dəmiryol qarovulunun rəisi, ədliyyə kiçik giziri X48 və ədliyyə baş çavuşu Məhkum2 qarovul rəisinin köməkçiləri vəzifəsinə təyin etməklə, onlarla mütəşəkkil dəstədə birləşib verdiyi göstərişlərlə fəaliyyətl ərinə rəhbərliyi həyata keçirib Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 dekabr tarixli, 31-N nömrəli Qərarı ilə təsdiq edilmiş «Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında» Təlimatın 1.4, 3.44, 3.46.3, 3.53, 4.12, 6.7.3, 6.16, 13.1, 13.3.1, 13.3.7-ci bəndlərinə, “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 125-141, 145-146-ci bəndlərinə əsasən həbs edilmiş şəxslərin X34lı mühafizə və müşayiətinə cavabdeh olan qarovulun işinin təşkilini, onun fəaliyyətinə rəhbərliyi, müşayiət zamanı şəxsi işlərdəki arayışlara əsasən şəxsiyyəti müəyyənləşdirilən eyni cinayət işi üzrə keçən şəxslərin, həmçinin müvafiq qeydiyyatı olan xüsusi təhlükəli həbs edilmiş şəxslərin bir-birindən ayrı saxlanılmaqla onların yerləşdirilməsi üçün kame raların hazırlanmasını, təyin olunmuş saxlama rejiminə riayət olunmasını, hüquq pozuntularının törədilməsinin qarşısının alınmasını, sutkada dörd dəfədən az olmayaraq vaqona daxili və xarici baxış keçirilməsini, xüsusi təhlükəli və qaçmağa meyilli şəxslər üzərində gücləndirilmiş nəzarətin təşkilini, həbs edilmiş şəxslərə görüşlərin verilməsinin və telefon danışıqlarının müəyyən edilmiş qaydalar üzrə həyata keçirilməsini təmin etməli olduğu halda, vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib rəhbərlik etdiyi mütəşəkkil dəstədə etap zamanı həbs edilmiş şəxslərdən onların iki nəfərlik kamerada saxlanılmaları, vaqonun dəhlizində sərbəst gəzə bilməyə, yaxın qohumları ilə telefon əlaqəsi saxlamağa, qatarın dayandığı stansiyalarda vaqonun pəncərəsindən danışmağa, e ləcə də qarovul heyətinə aid sektorda kənar şəxslərlə görüşməyə, əlavə qida və içkilər əldə etməyə görə vahid niyyətlə cinayətkar aləmdə “Qoca” ləqəbi ilə tanınmaqla əvvəllər dəfələrlə, eləcə də zor tətbiq etməklə cəzaçəkmə müəssisəsindən qaçmağa görə məhkum olunaraq xüsusi təhlükəli residivist hesab edilmiş, qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah əldə edib saxlama, narkotik vasitələrin satışı əməllərinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1 (089)-133/2017 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.1, 228.2.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan X19 və onunla eyni cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş X56 məhkəmə heyəti tərəfindən qəbul edilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və müvafiq ərazi polis şöbələrinə həvalə olunmuş xx xxxxxxx 2017-ci il tarixli etap qərarlarına əsasən məhkəmənin xx xxxxxxx 2017-ci il tarixə təyin olunmuş növbəti iclasında iştirak üçün 21-xx xxxxxxx 2017-ci il tarixlərdə “Bakı-Astara-Bakı” qatarının 75046 saylı xüsusi vaqonunda etap aparılıb-qaytarılarkən onların kameradan kənarda, bələdçi otağında saxlanılmaları, kənar şəxslərlə görüşmələri, mobil telefonla əlaqə saxlamaları və ümumi himayədarlıq kimi imtiyazlı şəraitin yaradılmasında ifadə olunan qanunsuz hərəkətlərin müq abilində Bakı-Astara istiqamətində 150 manat, geri qaytarılarkən təkrarən 150 manat məbəğində nağd pul əskinaslarını dəstə üzvləri Məhkum1, Məhkum2 və X2 vasitəsilə qəbul olunmasını təşkil etməklə mütəşəkkil dəstə tərkibində rüşvət almış, yaradılan imtiyazlı şəraitdən istifadə edən X12 və X11nin daxil olduqları mütəşəkkil dəstənin üzvlərinin köməyindən istifadə etməklə əldə edib vaqona keçirdikləri üçkünc formalı xüsusi açarla xx xxxxxxx 2017-ci il tarixdə saat 05:17 radələrində Biləcəri dəmir yol stansiyası ərazisində vaqonun bələdçi otağının barmaqlıqlarının və pəncərəsinin kilidini açıb mühafizə altından qaçmaları nəticəsində onların barələrində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinin məhkəmə baxışının təxirə salınması ilə vətəndaşların dövlət hakimiyyəti və hüquqmühafizə orqanlarına, ədalət mühakiməsinə olan etimadına xələl gətirilməsi, normal qanuni fəaliyyəti üçün Azərbaycan Respublikası tərəfindən təminat verilən Penitensiar Xidmət üzrə qərarlaşmış mövcud qanunçuluq və cəzanın məqsədlərinə nail olunmasında iştirak funksiyasının ciddi zədələnməsi ilə müşayiət olunan, fiziki şəxslərin, cəmiyyətin və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Məhkum3 2017-ci ilin sentyabr ayında yaxın münasibətlərdə olduğu, cinayətkar aləmdə “Qoca” ləqəbi ilə tanınmaqla əvvəllər dəfələrlə məhkum olunaraq xüsusi təhlükəli residivist hesab edilmiş, qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah əldə edib saxlama, narkotik vasitələrin satışı əməllərinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icra atında olan 1(089)-133/2017 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.1, 228.2.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan X7 onunla eyni cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş X59, X17 ilə birlikdə saxlanıldıqları həbs yerlərində və müşayiət olunarkən kənar şəxslərlə görüşə bilmələri, sərbəst surətdə hərəkət etməklə mobil telefon danışıqları aparmaları, xüsusi təyinatlı etap vaqonlarında bələdçi otaqlarında gecələmələrində ifadə olunan imtiyazlı şəraitin yaradılması müqabilində Penitensiar X idmətin aidiyyatı vəzifəli şəxslərinə rüşvət verilməsi məqsədilə yaratdığı mütəşəkkil dəstədə birləşərək, dəstə tərkibində üzərinə düşən vəzifələri yerinə yetirib dəfələrlə X28 görüşmək üçün Bakı istintaq təcridxanasına apararaq ona müxtəlif məbləğlərdə pul vəsaitləri vermiş, həmin şəxslərlə, eləcə də yaxın münasibətlərdə olduğu X14 və X24 ilə qabaqcadan razılaşmaqla birləşdiyi mütəşəkkil dəstədə üzərinə düşən vəzifələri yerinə yetirərək 2017-ci ilin sentyabr ayında dəstə üzvü Xnın iştirakı ilə Bakı istintaq təcridxanasında X12la görüşərkən onun qatarla Lənkəran rayonuna etap aparılarkən qaçmaq niyyəti barədə məlumatlanıb, vaqonun bələdçi otağının pəncərəsini açmaq üçün xüsusi formalı üçkünc açar tapıb X5 vasitəsilə X12a çatdırmağı vəd etmiş, bu məqsədləXnın “Azərbaycan Dəmir Yolları” qapa lı səhmdar cəmiyyətində “Bakı-Tbilisi” qatarının rəisi vəzifəsində işləyən bacısı Şahid13 qızı vasitəsilə həmin açarın bir nüsxəsinin yerini həmin səhmdar cəmiyyətinin 30-cu sexinin vaqon müayinəçisi vəzifəsində işləyən Şahid14 müəyyənləşdirib, istifadəsində olan ********** nömrəsindən zəng etməklə bu barədə X12a məlumat verməsindən sonra, həmin açarı götürmək barədə sonuncunun göstərişi əsasında xx xxxxxxx 2017-ci il tarixdə X29 istifadəsində olan ********** mobil telefon nömrəsini öyrənib ona istifadəsində olan ********** mobil telefon nömrəsi ilə saat 20:58-dən saat 21:19-dək dörd dəfə zəng edib görüş yeri təyin etməklə Bakı şəhəri, Zığ qəsəbəsində həmin açarı götürüb özündə saxlamış, xx xxxxxxx 2017-ci il tarixdə saat 23:30 radələrində X15 dəmir yol stansiyasına gətirərək əldə etdiyi x üsusi formalı üçkünc açarı və pul vəsaitlərini ona vermiş, sonuncu həmin açarı içərisində paltarlar olan selofan torbada gizlətməklə, X12 və X11nin digər həbs edilmiş şəxslərlə birlikdə məhkəmə heyəti tərəfindən qəbul edilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və müvafiq ərazi polis şöbələrinə həvalə olunmuş xx xxxxxxx 2017-ci il tarixli etap qərarlarına əsasən məhkəmənin xx xxxxxxx 2017-ci il saat 15-ə təyin olunmuş növbəti iclasında iştirak üçün xx xxxxxxx 2017-ci il tarixdə etap olunduqları “Bakı-Astara” qatarının 75046 saylı xüsusi vaqonuna planlı dəmir yol qarovulunun rəisi təyin olunmuş, ədliyyə giziri Məhkum1 vasitəsilə üzərinə və əlindəki əşyalara baxış keçirilmədən minərək, vəzifəli şəxs olan sonuncunun və onunla əlbir olan qarovul rəisinin köməkçiləri, ədliyyə baş çavuşu Məhkum2, ədliyyə kiçik giziri X32 xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə, yəni qulluq səlahiyyətlərindən suiistifadə edərək maddi maraq müqabilində qüvvədə olan «Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında» Təlimatın tələblərinə zidd surətdə X12la birlikdə vaqonun bələdçi otağında gecələyərək cinsi əlaqədə olmaları, sonuncunun X11 və digərləri ilə maneəsiz görüşə bilməsi, sərbəst surətdə mobil telefonla danışıq aparmasına şərait yaradılması müqabilində X5 vasitəsilə X12a çatdırdığı 5 ədəd 20 manat, 1 ədəd 50 manat əskinaslarda olmaqla 150 manat nağd pul vəsaitlərinin rüşvət verilməsində iştirak etmiş, X5nın üçkünc formalı vaqon açarını sonuncuya verib onunla Liman dəmir yol stansiyasına qədər gedərək xx xxxxxxx 2017-ci ildə vaqondan düşüb yaşadığı Sumqayıt şəhərinə qayıtmayaraq Masallı rayonu ərazisində gözləyərkən, həmin gün saat 18 radələrində X12un onun istifadəsində olan ********** nömrəsinə zəng vurub məhkəmənin təxirə düşməsi ilə əlaqədar Bakı şəhərinə qayıdacaqlarını deyib qatara dəvət etməsindən və planlı dəmir yol qarovulunun rəis köməkçisi, ədliyyə baş çavuşu Məhkum2 saat 22:50-dən saat 22:55-dək olan müddət ərzində istifadəsində olan ********** №-li telefon nömrəsindən 13 dəfə X5nın istifadəsində olan ********** №-li telefona zəng vuraraq Liman dəmir yol stansiyasına gəlməsini bildirməsindən sonra, üzərində və əşyalarında yenə də axtarış aparılmadan vaqona mindirilib, təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə görə Məhkum1 mütəşəkkil dəstə tər kibində 150 manat rüşvət verilməsini təmin etmiş, dəstə üzvü İsrəfil Soltanovun idarə etdiyi VAZ-2104 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla qatarı təqib edərək Şirvan dəmir yol stansiyasında qatar durduğu zaman qarovul rəisi Məhkum1 tərəfindən vaqona mindirilərək X12, X11 və X5 ilə bələdçi otağında üzərlərində nəzarət olmadan görüşüb qaçış planının detallarını bir daha dəqiqləşdirmiş, həmin stansiyada vaqondan düşən X5 ilə birlikdə İsrəfil Soltanovun idarə etdiyi VAZ-2104 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinə gələrək X12 və X11dən gələcək telefon zəngini gözləmiş, xx xxxxxxx 2017ci il saat 05 radələrində X12un ona telefon zəngindən və X5nın istifadəsində olan ********** nömrəsi ilə X12u yığıb təkrar danışması ilə onların müşayiət altından qa çmalarına əmin olub birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq evinin qarşısına gedərək orada X12u və X11ni həmin avtomaşına mindirib Lökbatan qəsəbəsinə gətirib, X26 ilə birlikdə X34lı məkan kimi əvvəlcədən müəyyənləşdirdikləri X8 yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə apararaq X12 və X11ni orada gizlədib, onları zəruri maliyyə vəsaiti ilə təmin edərək dəstə üzvü kimi üzərinə düşən vəzifəsini icra edib həmin gün “Xanoba” sərhəd buraxılış məntəqəsindən keçməklə Rusiya Federasiyası ərazisinə gedərək mütəşəkkil dəstə tərkibində həbs edilmiş şəxslərin mühafizə altından qaçma, vəzifəli şəxslərə qanunsuz hərəkətlər etməyə görə təkrarən rüşvət vermə, xüsusilə ağır cinayət əməlini və bu əməli törətmiş şəxsləri gizlətmə əməllərini törətm işdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum1 əməlində CM-nin 311.3.1 və 311.3.2-ci maddələrinin tərkibi olmadığına görə ona həmin hissədə bəraət verilməsi, Məhkum1 əməlinin CM-nin 308.2-ci maddəsindən həmin Məcəllənin 314.1 ci maddəsinə tövsif edilməsi və barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum1 CM-nin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməmişdir. Belə ki, dustaqlar X12 və Məhəmməd Heydərov arasında münaqişəli vəziyyət olduğundan, X12un ayrıca otağa keçirilməyə cəyi təqdirdə özünü doğrayacağını və dustaqları qaldıracağından ehtiyat edərək Məhkum1 onu vaqon bələdçisinin otağına keçirmişdir. Bir qədər sonra Məhkum1 eyni səbəbdən digər dustaq X11ni də həmin otağa keçirmiş və gecə saat 02:30-02:40 radələrində öz vəzifə səlahiyyətlərinin icrasını köməkçisi X2ə həvalə edib yatmağa getmişdir. Yalnız saat 05:3005:40 radələrində qatar 28 May stansiyasına çatarkən X2 və Məhkum2 onu oyadaraq, X12 və X11nin bələdçi otağından qaçması barədə ona məlumat vermişlər. Müdafiəçinin fikrincə, Məhkum1 dustaqların vaqon bələdçisinin otağından qaçmasına şərait yaratmamışdır. Ona görə də onun əməli CM-nin 308.2-ci maddəsi ilə tövsif edilə bilməz. Müdafiəçi hesab edir ki, Məhkum1 CM-nin 311.3.1 və 311.3.2-ci maddələri ilə elan olunmuş ittiham tam əsassızdır. Belə ki, M əhkum1 həmin maddələrlə ittiham təqsirləndirilən şəxs X9 ifadəsi əsasında verilmişdir. Həmin ifadəsində x3 bildirmişdir ki, ”X34 xx.xx.2017-ci il tarixdə mənə dedi ki, hər dəfə Lənkərana məhkəməyə aparılanda bələdçinin istirahət otağına gedib-gəlir və buna görə hər tərəfə getməyə görə X22a 100 və ya 150 manat pul verir...X34 mənim yanımda bələdçinin otağında X22a 5 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq əskinasla 150 manat pul verdi.” X5 işin apellyasiya instansiyasında baxışı zamanı həmin ifadəni müstəntiqin təzyiqi nəticəsində verdiyini bildirmişdir. Müdafiəçinin fikrincə, Məhkum1 Məhkum2, X2 və digərləri ilə birlikdə X12dan təkrarən 150 manat rüşvət almasına dair ittiham orqanının uydurmasından başqa bir şey deyildir. Belə ki, ibtidai istintaq orqanı X46 Atakişiyevaya söylədiklərindən b elə nəticəyə gəlmişdir ki, guya Məhkum1 təkrarən X12dan pul alıb. Halbuki CPM-nin 126.3-cü maddəsi özgənin sözlərindən verdiyi məlumatların sübut kimi qəbul edilməsini qadağan edir. Müdafiəçi hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara məcmu halında obyektiv qiymət verməmiş, ittihamın ziddiyyətli sübutlar əsasında verilməsini nəzərə almayaraq ittiham hökmü çıxarmışdır. Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum3 CM-nin 32.5, 312.2-ci maddələri ilə ittiham edilməsinə dair hissədə təqsirliliyi sübuta yetirilməməsi əsasına görə barəsində cinayət işi üzrə icraata xitam verilməsinə, CM-nin 32.5, 304.2.1-ci maddələri ilə ittiham edilməsinə dair hissədə isə həmin maddənin sa nksiyasında göstərilən cəzanın aşağı həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum3 CM-nin 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Məhkəmələr Atakişiyeva Günayın ibtidai istintaq zamanı verdiyi ziddiyyətli, digər sübutlarla təsdiq olunmayan ifadəsinə istinad etmişlər. Həmin ifadədə x3 göstərir ki, xx.xx.2017-ci ildə Biləcəri qəsəbəsində qatara mindikdən sonra X12 onun yanında Məhkum1 150 manat, xx.xx.2017-ci ildə Lənkəranın Liman qəsəbəsində qatara mindikdən sonra X12 onun yanında Məhkum2 150 manat pul vermişdir. Belə bir ifadəni mötəbər sübut kimi qəbul edən birinci instansiya məhkəməsi hər iki rüşvətin Məhkum1 verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə Məhkum 3 münasibətdə ittihamı ağırlaşdırmış, Məhkum3 ibtidai araşdırma orqanı tərəfindən Məhkum2 və X2ə rüşvət verməyə görə ittiham verildiyi halda, məhkəmə onun barəsində Məhkum1 rüşvət verilməsində iştirak etməyə görə ittiham hökmü çıxarmışdır. Müdafiəçi həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi də Məhkum3 münasibətdə birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum3 ittihamından “cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi” kimi ağırlaşdırıcı halları xaric etsə də, onun cəzasını yüngülləşdirməməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, Məhkum3 barəsində CM-nin 32.5, 312.2-c i maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsi, CM-nin 32.5, 304.2.1-ci maddəsi ilə isə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, heç kimə nə rüşvət verməmiş, nə də rüşvət verilməsində iştirak etməmişdir. X12un arvadının verdiyi bağlamanı X5ya çatdırmışdır ki, X34a versin. Məhkum həmçinin hesab edir ki, cəza təyini zamanı onun barəsində yüngülləşdirici hallar, o cümlədən himayəsində 3 azyaşlı uşağının olması nəzərə alınmamışdır. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olu nur. Məhkum qeyd edir ki, məhkəmələr onun təqsirsizliyini təsdiq edən sübutları nəzərə almamış, verdiyi vəsatətləri təmin etməyərək kifayət qədər obyektiv araşdırma aparmamış, heç kimdən rüşvət almadığı halda, onu əsassız məhkum etmişlər. Şikayət müəllifi həmçinin hesab edir ki, məhkəmələr ona cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, himayəsində azyaşlı uşağının olmasını nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuşlar. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ona aid hissədə dəyişdirilməsi və Məhkum2 təqsirli bilinərək məhkum edildiyi CM-nin 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə bəraət verilməsi, əməlin in CM-nin 314-cü maddəsinə tövsif edilməsi və cəzasını yüngülləşdirici halları və həbsdə saxlandığı müddəti nəzərə almaqla azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum2 CM-nin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittihamının əsas sübutu digər təqsirləndirilən şəxs X5nın ibtidai araşdırma zamanı verdiyi ifadəsidir. Lakin həmin ifadələr mötəbər hesab edilə bilməz. Belə ki, işin məhkəmə baxışı zamanı x3 bildirmişdir ki, o, Məhkum2 X12dan hər hansı məqsəd ilə pul almasının şahidi olmamış və bu barədə ifadə verməmişdir. İş üzrə Məhkum2 qarşı irəli sürülmüş ittihamları təsdiq edəcək başqa sübutlar isə yoxdur. Məhkum2 isə öz xidməti vəzifələrinə səhlənkarcasına yanaşdığını səmimi olaraq etiraf edir. Məhkum4 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və Məhkum4 təqsirli bilinərək məhkum edildiyi CM-nin 314-cü maddəsi ilə əməlində cinayət tərkibi olmaması və təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum4 təqsirli olmaması ilə bağlı bəraət hökmü çıxarmalı olduğu halda, obyektiv və qanunvericiliyin tələblərinə uyğun olmayan ittiham hökmü çıxarılmaqla yanlış nəticəyə gəlinmişdir. Belə ki, cinayət işi üzrə Məhkum4 səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmək üçün vəzifəli şəxs kimi onun üzərinə hansı hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyi, məhz hansı vəzifələri yerinə yetirmədiyi, qulluq vəzifələrini yerinə yetirmək üçün onun real imkanının olub-olmadığı müəyyən edilməmişdir. Müdafiəçi hesab edir ki, Məhkum4 təqsirliliyi sübuta yetirilmədiyi üçün onun barəsində ittihamedici əsaslarla hökm çıxarıla bilməz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum3, müdafiəçilər F.Azadov və Z.Abdullazadənin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum4 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum1 müdafiəçisi, Məhkum3 və onun müdafiəçisi, Məhkum2 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayələri və kassasiya şikayətinə əlavə qismən təmin edilməlidir. Apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum1 və Məhkum3 münasibətdə dəyişdirilməli və Məhkum2 aid hissədə qismən ləğv edilməlidir. Həmçinin barələrində kassasiya müraciətləri olmayan X11 münasibətdə dəyişdirilməli və X32 aid hissədə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya pr otestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 əməlində CM-nin 311.3.1 və 311.3.2-ci maddələrinin tərkibi olmadığına görə ona həmin hissədə bəraət verilməsi, əməlinin CM-nin 308.2-ci maddəsindən həmin Məcəllənin 314.1-ci maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş olunur. Məhkum3 və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum3 CMnin 32.5, 312.2-ci maddələri ilə ittiham edilməsinə dair hissədə təqsirliliyi sübuta yetirilməməsi əsasına görə barəsində cinayət işi üzrə ic raata xitam verilməsinə, CM-nin 32.5, 304.2.1-ci maddələri ilə ona yüngül cəza təyin edilməsi xahiş olunur. Məhkum2 və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə Məhkum2 CM-nin 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə bəraət verilməsi, əməlinin CM-nin 314-cü maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş olunur. Məhkum4 və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum4 CM-nin 314-cü maddəsi ilə əməlində cinayət tərkibi olmaması və təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilməsi xahiş olunur. Məhkəmə kollegiyası məhkumlar və müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə hər birinə ayrı ayrılıqda münasibət bildirməyi zəruri hesa b edir. Məhkəmə kollegiyası ilk öncə Məhkum4 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxar a bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum4 əməlini Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifad ə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edə rək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum4 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-in 314-ci maddəsinə əsasən, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması səhl ənkarlıq cinəyət əməli hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum4 qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticələri əsaslı hesab edir və bu səbəbdən də həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Belə ki, Məhkum4 elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, səhlənkarlıq halları ətraflı təhlil və tədqiq olunmuş sübutların məcmusu ilə, o cümlədən iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, ibtidai istintaq və məhkəmə istintaqı hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, mə hkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum4a bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 əməllərinin CM-nin 314.1-ci maddəsinə tövsif edilməsi, Məhkum1 CM-nin 311.3.1 və 311.3.2-ci maddələri və Məhkum2 CM-nin 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə bəraət verilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlilləri bir-biri ilə əlaqədar olduğu üçün həmin şikayətlərə birlikdə münasibət bildirməyi zəruri hesab edir və aşağıdakıları qeyd edir: CM-nin 308.1-ci maddəsi – “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” yaranan cinayət məsuliyyətini; CM-nin 308.2-ci maddəsi isə - “Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 311-c i maddəsinə əsasən “Rüşvət alma (passiv rüşvətxorluq) cinayəti aşağıdakı kimi müəyyən edilmişdir: “311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi 311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma 311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; 311.3.2. təkrar törədil dildikdə; 311.3.3. külli miqdarda törədildikdə; 311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə”. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazan dıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə X34ilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır.Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırıl mış və sübuta yetirilmiş olmalıdır... Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret so sial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş sübutlardan və ifadələrin məzmunundan aşkar görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 onlara elan olunmuş ittihamlarda yəni CM-nin 308.2-ci maddəsi ilə özlərini təqsirli bilərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərini qismən etiraf etmişlər. Məhz yuxarıda qeyd ed ilən və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkumlar Məhkum1 və Məhkum2 əməlləri CM-nin 314cü maddəsinin yuxarıda şərh olunan dispozisiyasında nəzərdə tutulan vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması, yəni səhlənkarlıq cinəyəti kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərini həmin hissədə əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 CMnin 311.3.1 və 311.3.2-ci maddələri və Məhkum2 CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə təqsirli bilib məhkum edərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək cinayət təqibi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi Məhkum1 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə, Məhkum2 və barəsində kassasiya müraciəti olmayan X33 CM-in 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə məhkum olunması nəticəsinə gələrkən birbaşa sübut kimi iş üzrə CM-nin 32.5, 304.2.1 və 32.5, 312.2-ci maddələri ilə məhkum olunmuş X5 ifadəsinə əsaslanmışdır. X17 ibtidai istintaq zamanı verdiyi ifadələrdə göstərmişdir ki, xüsusi qatardakı qarovul rəisi soyadını bilmədiyi X22la X34ın çox mehriban münasibətlə ri olmuşdur. Onlar tək bələdçinin otağında qalanda X34 ona danışmışdır ki, hər dəfə Lənkərana məhkəməyə aparılanda bələdçinin istirahət otağında gedib-gəlir və buna görə hər tərəfə getməyə görə X22a 100 və ya 150 manat pul verir, yəni Bakıdan Lənkərana getməyə görə ayrıca 100 və ya 150 manat verir və qayıdan da ayrıca olaraq 100 və ya 150 manat pul verir. xx.xx.2017ci il tarixdə onun qatara minib X34la Lənkərana getməsinə görə, gətirdiyi bağlamanı qəbul etməsinə görə və bələdçinin otağında X34la qalmasına görə X12 onun yanında bələdçinin otağında qarovul rəisi X22a 5 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq əskinazlarla, cəmi 150 manat pul vermişdir və X22 həmin pulları götürərək saymayaraq şalvarının sağ yan cibinə qoymuşdur. O, xx xxxxxxx 2017-ci il tarixdə Liman stansiyasında minəndə ye nə də X34 olan bələdçinin otağına keçmiş və səhərə kimi həmin otaqda olmuşdur. Onun yanında X34 qarovulda xidmət edən, lakin vəzifəsini, soyadını, rütbəsini bilmədiyi, formada olan Tural adlı, saçı seyrək, təxminən 30 yaşlı hündür boy, arıq bədən quruluşlu işçiyə də 150 manat pul vermiş, sonuncu həmin pulları alıb cibinə qoymuşdur. Vaqonda onunla X34a çayı Turalla X22 gətirmişlər. Birinci instansiya məhkəməsində X17 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə təxminən saat 23:30 radələrində X2lə birlikdə qatara yaxınlaşmışlar. X2 qatara minməmişdir. Qarovul rəisi şəxsiyyəti ona sonradan məlum olan təqsirləndirilən şəxs Məhkum1 onu dustaqlar daşınan vaqonda qarşılamışdır. O, vaqona minərkən X22 çantasına baxıb yoxlamışdır. Lakin X34a çatacaq bağlamanı onun əlindən götürərək onun ya nında yoxlamamış və demişdir ki, həmin selofan torbada olanları X34a özü verəcək. Sonra X22 aparıb onu X34ı saxladığı yerə, yəni bələdçi otağına salmışdır. O, X34ın yanında olanda görmüşdür ki, onun gətirdiyi polietilen torbanı artıq X22 X34a verib. Qeyd etmək istəyir ki, xüsusi qatardakı qarovul rəisi Məhkum1la X34ın çox mehriban münasibətləri var idi. Onlar tək bələdçinin otağında qalanda X34 ona danışmışdır ki, hər dəfə Lənkərana məhkəməyə aparılanda bələdçinin istirahət otağında gedib-gəlir və buna görə hər tərəfə getməyə görə X22a 100 və ya 150 manat pul verir, yəni Bakıdan Lənkərana getməyə görə ayrıca 100 və ya 150 manat verir və qayıdanda ayrıca olaraq 100 və ya 150 manat pul verir. xx.xx.2017-ci il tarixdə onun qatara minib X34la Lənkərana getməyinə görə, gətirdiyi bağlamanı qəbul etməsinə görə və bələdçinin otağında X34la qalmağına görə X12 onun yanında bələdçinin otağında X22a 5 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq əskinaslarla cəmi 150 manat pul vermişdir. X22 onun əlində olan ona məxsus çantanı ondan alıb özündə saxlamışdır. O, qatara mindikdən sonra qatar hərəkət etmişdir.... Birinci instansiya məhkəməsində verdiyi ifadəsində X3yıdanda da X12un 150 manat pulu Məhkum1 verdiyini, Turala vermədiyini, ibtidai istintaqda səhv dediyini göstərmişdir. Apellyasiya məhkəməsində isə X39 Məmmədovun Məhkum1 rüşvət verməsinə dair verdiyi ifadələri təzyiq altında verdiyini və hər hansı bir rüşvət verilməsini görmədiyi bildirmişdir. Təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və X48 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışlarında verdikləri ifadələrində X5nın qeyd ol unan ifadələrini təsdiq etməmiş, X4 rüşvət almadıqlarını bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 X12dan xx xxxxxxx 2017-ci il tarixdə 150 manat rüşvət almasına dair X5nın həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələr arasında heç bir ziddiyyət olmamış və həmin ifadələr aşağı instansiya məhkəmələri tərəfindən Məhkum1 həmin epizod üzrə təqsirli olması baxımından cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum2 X12dan xx xxxxxxx 2017-ci il tarixdə 150 manat rüşvət almasına dair X5nın ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmə baxışı zamanı dəyişməsi ilə əlaqədar olaraq heç bir əsaslandırma aparmadan sonuncu ifadələri ni sübut kimi qəbul etmiş və Məhkum2 və digər təqsirləndirilən şəxs X2in əməllərini rüşvət almanın birgə icraçılığı kimi deyil, Məhkum1 rüşvət almasında köməkçilik etmə kimi qiymətləndirərək CM-nin 311.3.1 və 311.3.2-ci maddələrindən həmin Məcəllənin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələrinə tövsif etmişlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında Məhkum2 və X57 X21 hər iki halda rüşvət alarkən hansı formada kömək etmələri, onların əməllərinin obyektiv cəhətinə daxil olan hərəkətlərin nədən ibarət olması göstərilməmişdir. Həmçinin Məhkum1 X12dan xx xxxxxxx 2017-ci il tarixdə 150 manat rüşvət almasına dair X5nın məhkəmə baxışı zamanı verdiyi ifadələri heç bir araşdırma aparılmadan, cinayətin törədilmə yeri, vaxtı və digər hall arı dəqiqləşdirilmədən sübut kimi qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 353.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində: “353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri”nin göstərilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndir ilən şəxs Məhkum1 X4, təkrarən, xx xxxxxxx 2017-ci il tarixdə 150 manat məbləğində rüşvət alması, habelə təqsirləndirilən şəxslər Məhkum2 və X30 Məhkum1 X12dan rüşvət almasında iştirak etmələri iş materialları ilə sübuta yetirilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməklə, Məhkum1 ittihamından “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma və təkrar rüşvət alma”ya dair müddəalar xaric edilməli və Məhkum1 qanunsuz hərəkətlərə görə X12dan xx xxxxxxx 2017-ci il tarixdə 150 manat rüşvət almasında ifadə olunan törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.2-ci maddələrindən CM-nin 311.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şər h olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü Məhkum2 Azərbaycan Respublikası CMin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli və Məhkum2 təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən cinayət işi üzrə Məhkum2 ilə eyni əsaslara görə CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə məhkum edilmiş, lakin barəsində kassasiya müraciəti olmayan X30 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu i l tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü X30 Azərbaycan Respublikası CM-in 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli və F.Hacıyevin təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 və X32 CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə və CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməli, Məhkum2 üzərində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 ay müddətə dövlət və yerli özünüidar əetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, X30 üzərində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə kollegiyası Məhkum3 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsində “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi CM-nin 312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə koillegiyası qeyd edir ki, Məhkum3 CM-nin 32.5, 312.2-ci maddələri ilə ittiham edilməsi Məhkum1 ölmüş təqsirləndirilən şəxs X4 rüşvət alması ilə olan cinayət işi ilə bilavasitə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin dəlillərinin müzakirəsi zamanı sübutlar geniş şərh olunduğundan Məhkum3 və onun müdafiəçisin in kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həmin sübutların təkrar şərhinə zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum3 xx xxxxxxx 2017-ci il tarixdə təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin etap olunduqları “Bakı-Astara” qatarının 75046 saylı xüsusi vaqonuna planlı dəmir yol qarovulunun rəisi təyin olunmuş Məhkum1 150 manat məbləğində rüşvət vermə cinayətində köməkçi kimi iştirak etməsi ilə bağlı yekun nəticəyə gələrkən sübutlara düzgün istinad etmişdir. Belə ki, Məhkum3 elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, rüşvət vermə halları ətraflı təhlil və tədqiq olunmuş sübutların məcmusu ilə, o cümlədən iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, ibtidai istintaq və məhkəmə istintaqı hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq olunur. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri Məhkum1 X4 xx xxxxxxx 2017-ci il tarixdə təkrarən rüşvət almasına dair əsassız nəticəyə gələrkən, həmin cinayətdə Məhkum3 da təkrarən iştirak etməsinə dair əsassız nəticəyə gəlmiş və Məhkum3 da həmin epizod üzrə ittiham elan edilmiş və o, məhkum edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilməli, Məhkum3 ittihamından “təkrar rüşvət vermə”yə dair müddəalar xaric edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası C PM-in 419-cu maddəsinə əsasən həmin cinayət işi üzrə Məhkum3la eyni əsaslara görə CM-nin 32.5, 312.2-ci maddələri ilə məhkum edilmiş, lakin barəsində kassasiya müraciəti olmayan məhkum X9 da “təkrar rüşvət vermə”yə görə məhkum edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyy əti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keç irilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi ba rədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Məhkum еdilmiş şəхslər Məhkum1, Məhkum2 və Məhkum3 yüngül cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin Məhkum1 və Məhkum2 CM-nin 308.2-ci maddəsi, Məhkum3 isə CM-nin 32.5, 304.2.1-ci maddəsi ilə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya insta nsiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almış, onlara törətdikləri cinayətlərin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qəra rlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəs inə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və icti mai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azal dan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə X11 CM-nin 32.5, 304.2.1 və 32.5, 312.2-ci maddələri ilə təyin edilmiş cəzaların CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılması yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 4 (dörd) 9 (doqquz) aya endirilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X34rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri v ə işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət ver ilmədikdə kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq Qərara alır: Məhkum4 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Abbaszadə Ziyad İsax oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 müdafiəçisi, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X22, Məhkum3 və onun müdafiəçisi, Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Azadov Fikrət Gülqardaş oğlu, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri və Məhkum2 müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X40 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. 1) Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı Məhkum1 münasibətdə dəyişdirilsin. Məhkum1 ittihamından “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma və təkrar rüşvət alma”ya dair müddəalar xaric edilsin. Məhkum1 əməli CM-nin 311.3.1 və 311.3.2-ci maddələrindən CM-nin 311.2-ci maddəsinə tövsif edilsin. Məhkum1 CM-nin 311.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum1 CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutm aq hüququndan məhrum edilməklə 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Məhkum1 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 2) Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə məhkum edilməsinə aid hissədə ləğv edilsin və Məhkum2 təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə olan cinayət işi üzrə icraata xitam ver ilsin. Məhkum2 CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə və CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilsin və Məhkum2 üzərində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. 3) Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan X48 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 20 18-ci il tarixli hökmü X30 Azərbaycan Respublikası CM-in 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə məhkum edilməsinə aid hissədə ləğv edilsin və X30 təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilsin. X32 CM-nin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə və CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilsin və X30 üzərində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlansı n. Cəzaçəkmə müddətinin başa çatması ilə əlaqədar olaraq X48 dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. 4) Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı Məhkum3 münasibətdə dəyişdirilsin. Məhkum3 ittihamından “ təkrar rüşvət vermə”yə dair müddəalar xaric edilsin. Məhkum3 CM-nin 32.5, 312.2-ci maddələri ilə 5 (beş) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum3 CM-nin 32.5, 304.2.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Məhkum3 7 (yeddi) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 5) Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya mürac iəti olmayan X11 münasibətdə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. X9 ittihamından “təkrar rüşvət vermə”yə dair müddəalar xaric edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə X11 CM-nin 32.5, 304.2.1 və 32.5, 312.2-ci maddələri ilə təyin edilmiş cəzaların CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılması yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 4 (dörd) 9 (doqquz) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar