Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-366/2021 05.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X10 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx xxxxxx 1957-ci ildə Samux rayonunun Şəmşəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum edilmiş, cəzasını çəkməmiş, Samux rayonunun Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.3cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X.H.Səmədov, hakimlər F.N.Mahmudov və E.İ.Rüstəmov) Məhkum CM-in 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il müddətinə islah işləri cəzası CM-in 68.1.3- cü maddəsinə əsasən 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabərləşdirilməklə CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcının xx xxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.B.Hüseynov, hakimlər E.İ.Xasməmmədov və Ç.B.Məmmədov) verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin x x xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində, orta dərəcəli sərxoş vəziyyətdə, Samux rayonunun Qarayeri qəsəbəsində yaşadıqları evin dəhlizində, spirtli içki aludəçisi olduğuna görə arvadı X7 ilə aralarında uzun müddətdir ki, davam edən ailə-məişət münasibətləri zəminində yenidən yaranmış mübahisə zamanı onun ünvanına etdiyi nalayiq ifadələrə Dilbər Məhərrəmovanm cavab qaytarmasından hiddətlənərək qisas almaq məqsədilə azyaşlı nəvəsi xx.xx.2012-ci il təvəllüdlü X4 gözü qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla evin mətbəxindən götürdüyü ibtidai istintaqa məlum olmayan bıçağın kəsici-deşici hissəsi ilə Dilbər Məhərrəmovanı n qarın nahiyəsinin sol hissəsindən qəsdən bir dəfə zərbə endirərək ona qarnının daxilinə keçib sol yan səthinin böyük piyliyinin, enən çənbər bağırsağının yaralanması ilə müşayiət olunan və yetirildiyi anda həyat üçün təhlükəli olan bir ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarasından ibarət sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə, xüsusi amansızlıqla qəsdən Dilbər Məhərrəmovanın sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, oğlu həbs olunduğuna görə əsəbi olduğundan evdəkilərlə onun arasında mübahisə yaranıb, lakin zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktla rı təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə zərərçəkmiş şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə topl anmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əsassız olaraq CM-nin 126.2.3-cü maddəsi ilə məhkum edilməsi mübahisə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. C inayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymət ləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 126.2.3cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun ol araq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri h esab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxs X1 ifadələri ilə yanaşı, şahidlər X8, X12, X2, X5, X13 ifadələri, məhkəmə tibbi ekspertizasının canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli 65 və 66 saylı rəyləri, məhkəmə-trasoloji ekspertizasının xx xxx 2019-cu il tarixli 172 saylı rəyi işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 1 26.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Qeyd olunan maddənin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur:
1. Həyat üçün təhlükəli olan zərər;
2. Həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. CPM-nin 140-cı maddəsinə əsasən sağlamlığa vurulmuş zərərin ağırlıq dərəcəsi yalnız məhkəmə-tibb ekspertizasının rəyi əsasında müəyyən edilə bilər. Sağlamlığa vurulan ağır zərərə aid xəsarətlərin növləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 269 nömrəli Siyahısının 1-ci bəndində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsində qəsdən sağlamlığa ağır zərər vurmanı xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməyə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum zərərçəkmiş şəxs X3 xüsusi amansızlıqla azyaşlı nəvəsinin gözü qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edərək evin mətbəxindən götürdüyü bıçağla zəbrbə endirməklə sağlamlığına ağır zərər vurması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinə tam uyğ undur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun itti ham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.