Məhkəmə qərarları › İş №1(102)-366/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-366/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-366/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum3 Əziz qızının müdafiəçisi Müdafiəçi və Məhkum1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-890/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 qizi, Məhkum2 və Məhkum3 Əziz qızının müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə, Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum3 Əziz qızı 04 dekabr 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsində qeydiyyatda olmuşdur. Məhkum2 xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamışdır. Məhkum1 17 mart 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olub, ünvan 4 ünvanında yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum3 Əziz qızı narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etmək, saxlamaq, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımaq, göndərmək, habelə qanunsuz olaraq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satmaq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək kimi ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış Məhkum2, Məhkum1, o cümlədən mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilən və edilməyən digər üzvlərindən ibarət sabit mütəşəkkil cinayətkar qrupun üzvü olaraq cinayət qazanclarından qrupun strukturundakı mövqeyinə görə 1000 manat pulun və istehlak etməsi üçün narkotik vasitələrin ona verilməsi müqabilində satış məqsədilə külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qanunsuz keçirməklə onları mütəşəkkil dəstənin Azərbaycan Respublikasında olan üzvlərinə çatdırılması barədə hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün razılaşdırılmış və ona həvalə edilmiş rol bölgüsünə və ümumi cinayətkar niyyətə əsasən 12 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən 2 bükümdə, ayrıayrılıqda çəkiləri 6,627 qram və 1,885 qram olmaqla ümumilikdə külli miqdarda, 8,512 qram kustar üsulla hazırlanmış metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 92,55 qram təşkil edən cəmi 502 həb MDMA (metilendioksimetamfetamin) psixotrop maddələrini, 8 bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,039 qram, 4,002 qram, 0,007 qram, 0,987 qram, 0,500 qram, 0,530 qram, 0,042 qram və 0,203 qram olmaqla ümumilikdə külli miqdarda, 7,337 qram kustar üsulla hazırlanmış kokain narkotik vasitələrini və təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 21 qram təşkil edən cə mi 70 həb preqabalin güclü təsir edən maddələrini mütəşəkkil dəstənin Türkiyə Respublikasında olan üzvü tərəfindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qəhvə və uşaq yeməyi qutularının içində 1 ədəd çəhrayı rəngli çamadana yerləşdirilməklə qablaşdırılmış vəziyyətdə satış məqsədi ilə qəsdən qanunsuz əldə etmiş, saxlamış və A320 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, 14 dekabr 2020-ci il tarixdə saat 21 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail ol araq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Kristal ünvan 6 ünvanına aparmış və həmin gün qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri yaşadığı mənzildə mütəşəkkil dəstənin əvvəlcədən hazırlanmış plana və rol bölgüsünə uyğun olaraq qeyd edilən predmetləri əldə etməklə ayrı-ayrı bağlamalarda qablaşdırıb istehlakçılara çatdırılması onlara həvalə edilmiş, Azərbaycan Respublikasında olan üzvləri Məhkum2 və Məhkum1 çatdırılmasını təmin etmiş, 30 dekabr 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Məhkum2 və Məhkum1 yaşadığı ünvan 4 ünvanına keçirilmiş baxış zamanı yuxarıda adları çəkilən narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, təkrarən narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etmək, saxlamaq, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımaq, göndərmək, habelə qanunsuz olaraq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satmaq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək kimi ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış Məhkum2, Məhkum1, o cümlədən mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilən və edilməyən digər üzvlərindən ibarət sabit mütəşəkkil cinayətkar qrupun üzvü olaraq cinayət qazanclarından qrupun strukturundakı mövqeyinə görə 1000 manat pulun və istehlak etməsi üçün narkotik vasitələrin on a verilməsi müqabilində satış məqsədilə külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qanunsuz keçirməklə onları mütəşəkkil dəstənin Azərbaycan Respublikasında olan üzvünə çatdırılması barədə hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün razılaşdırılmış və ona həvalə edilmiş rol bölgüsünə və ümumi cinayətkar niyyətə əsasən 24 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən 579 ədəd göy, 404 ədəd ağ, 496 ədəd boz və 63 ədəd yaşıl rəngli olmaqla, təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 285,852 qram təşkil e dən cəmi 1542 həb MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsini və külli miqdarda, 320,105 qram kokain narkotik vasitəsini mütəşəkkil dəstənin Türkiyə Respublikasında olan üzvü tərəfindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsini 2 sellofan paketlərdə, yəni 1 ədədini “Fıstıklı Dibek Kahvesi”, 1 ədədi isə “Karpuzlu Dibek Kahvesi” qutusunun içərisində, kokain narkotik vasitəsi isə 1 ədəd “Aptamil” uşaq yeməyinin qutusunun içərisində 1 ədəd qırmızı rəngli çamadana yerləşdirilməklə qablaşdırılmış vəziyyətdə satış məqsədi ilə qəsdən qanunsuz əldə etmiş, saxlamış və 25 dekabr 2020-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddələri mütəşəkkil dəstənin əvvəlcədən hazırlanmış plana və rol bölgüsünə uyğun olaraq qeyd edilən predmetləri əldə etməklə ayrı-ayrı bağlamalarda qablaşdırıb istehlakçılara çatdırılması onlara həvalə edilmiş Azərbaycan Respublikasında olan üzvləri Məhkum1 və Məhkum2 çatdırması üçün J2 176 nömrəli İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 21:45 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar keçirilməsinə nail olmuş, lakin, həmin vaxt keçirilmiş gömrük nəzarəti zamanı qeyd edilən narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cin ayətlər Məhkəməsinin (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət tərkibdə) 03 mart 2022-ci il tarixli, 1(101)139/2022 saylı hökmü ilə Məhkum3 Əziz qızı Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-in 206.4-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.1, 240.3.2-ci maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Məhkum3 Əziz qızına qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, həmin hökm lə Məhkum2 Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 206.4-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.1, 240.3.2-ci maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Məhkum2 qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 206.4-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, 240.3.1, 240.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Məhkum1 qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Hökmdən Məhkum3 Əziz qızının müdafiəçisi Müdafiəçi, Məhkum1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən R.A.Qaraqurbanlı, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaqulov ibarət tərkibdə) 04 iyul 2022ci il tarixli, 1(103)-890/2022 saylı qərarı ilə Məhkum3 Əziz qızının müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məh kum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum3 Əziz qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrumetmə cəzası 01 il azaldılmaqla 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla Məhkum3 Əziz qızına qəti olaraq 11 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 il müddətə aza dlıqdan məhrumetmə cəzası 01 il azaldılmaqla 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla Məhkum2 qəti olaraq 11 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrumetmə cəzası 01 il azaldılmaqla 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla Məhkum1 qəti olaraq 11 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2022-ci il tarixli qərarından Məhkum3 Əziz qızının müdafiəçisi Müdafiəçi, məhkumlar Məhkum1, Məhkum2 tərəfindən kassasiya şikayətiləri və Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya şikayətlərinin və kassasiya protestinin dəlilləri

7. Məhkum3 Əziz qızının müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Belə ki, cinayət işi üzrə Məhkum3 Əziz qızı psixoloji vəziyyətinin imkan verməməsinə görə məhkəmə iclaslarında ifadə verə bilməmişdir. Onun məhkəmə iclaslarında özünü adekvat aparmaması, tez-tez ayağa durub gəzməsi, öz-özünə danışması onun psixoloji problemlərinin olduğunu təsdiq edir. Məhkəməyə təqdim olunan 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Məhkum3 Əziz qızı xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 1 nömrəli Klinik Psixiatriya Xəstəxanasında “isterik tipli psixopatiya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Bundan başqa, o 2016-cı ildə psixi problemləri olduğuna görə intihar etməyə cəhd etmiş və Kliniki Tibbi Mərkəzdə müalicə olunmuşdur. Kliniki Tibbi Mərkəz publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1983-cü il təvəllüdlü Məhkum3 Əziz qızı xx.xx.2016-cı il tarixdə saat 11:20-də 1 say lı Təcili Tibbi Yardım Stansiyasının həkim briqadasının müşayiəti ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə “kəskin peroral dərman zəhərlənmə” diaqnozu ilə gətirilmiş, xx.xx.2016-cı il tarixdə saat 11:00-da evə yazılmışdır. Daha sonra, Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, o, xx.xx.2018-ci ildə “emosional davamsız (sərhədi tip) şəxsiyyət pozuntusu, depressiv epizod” diaqnozu ilə mərkəzə müayinə üçün müraciət etmiş, həkim-psixiatr tərəfindən müayinə olunmuşdur. Daha sonra isə həmin müayinənin nəticəsi olaraq müalicə olunması üçün göndəriş verilsə də, o müalicə olunmaq üçün müraciət etməmişdir. Həmin tibbi kartadan çıxarışda qeyd edilir ki, bir qədər əllərində əsmə var, səliqəlidir. Nitqi arada donur, kəkələyir. Düşüncəsi pozu lmayıbdır. Söhbət zamanı “hər şeydən tez bezirəm, hövsələsizəm, anamı döyür sonra peşman oluram, ölmək istəyirəm” deyir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum3 psixi durumu qənaətbəxş deyildir. Yuxarıda qeyd edildiyi kimi Məhkum3 məhkəmə iclaslarında ifadə verməmişdir. Yalnız istintaqda onun iştirakı ilə dindirilən zaman ifadəsində bildirmişdir ki, Zahidlə o, Türkiyədən Azərbaycana çamadan aparmağı barədə razılığa gəlmişlər, lakin nə Zahid ona həmin çamadanın içərisində narkotik vasitələrin olduğunu bildirmiş, nə də o, həmin çamadanın içərisində nə olduğunu Zahiddən soruşmamışdır və çamadanın içərisinə baxmamışdır. Həmçinin Məhkum3 izahat və ifadələrində ona məxsus qırmızı rəngli çamadanın içərisindən aşkar olunmuş müxtəlif qutu və sellofan paketlərdə qəhvəyi rəngli toz şəklində ola n maddələrin, həblərin və bitkilərin çəkisi təxmini qeyd olunsa da, yuvarlaq çəkisi göstərilməmişdir, əksinə dəqiq olaraq çəkisi qramlarla göstərilmişdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/53 nömrəli ekspert rəyindən görünür ki, «Q1» kimi işarə olunmuş təqsirləndirilən şəxs Məhkum1 “Q2” kimi işarə olunmuş qadın cinsinə məxsus şəxslə danışan zaman Məhkum3 gömrük əməkdaşları tərəfindən saxlanılmasını şübhələnirlər və “Q2” kimi işarə olunmuş şəxs - Məhkum3 barəsində “Bədbəxt çamadanı da açmır heç, bilmir çamadanın içində nə var” ifadəsini işlətmiş və “Q1” kimi işarə olunmuş şəxs buna cavab olaraq, təəssüf hissi ilə “Ay daa” ifadəsini işlədir. Bununla da, belə nəticəyə gəlmək olar ki, çamadanın içində narkotik vasitələrin olması və baxmayaraq ki, videoçəkilişdən istifadə edilərək, çamadanını yoxlama zamanı çamadandan çıxan maddələr tərəzidə çəkilməmişdir, onların çəkiləri barədə qramla dəqiq məlumat verməsi, izahat və ifadəsinin öz sözləri ilə yazılmadığına dəlalət edir. Ümumiyyətlə Məhkum3 çamadanın içərisində narkotik vasitələrin olmasını bilsəydi Bakıda Aeroportda çamadanı lentdən götürən zaman, üzərinə qırmızı bant yapışdırıldığını gördükdə o, baş verənləri anlayıb çamadanı özü ilə götürməzdi. Məhkum3 çamadanın içərisində yerləşdirilən maddələr barədə məlumatı olmamış, digər təqsirləndirilən şəxsləri Məhkum2 bir-iki dəfə görsə də tanımır, Məhkum1 ilə ümumiyyətlə görməmiş və hər hansı bir ünsiyyətdə də olmamışdır. Bundan başqa, Zahid adlı şəxs bir başa olmadan, lak in tanımadığı şəxslər vasitəsi ilə çamadanın Məhkum3 verilməsi, Zahidin onun tanımadığına və bu səbəbdən etibar etmədiyinə dəlalət edir. Belə olduğu təqdirdə ittiham edilən maddələr üzrə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən cinayətin törədilməsində Məhkum3 ittiham etmək əsassızdır. Cinayət işinin materiallarından görünür ki, Zahid adlı şəxs tərəfindən Məhkum3 aldadaraq yalan məlumat verib, çamadanın içərisində olan maddələr barədə məlumatı bildirmədən, pul vəsaitinin verəcəyini barədə vədlər verərək, Məhkum3 məlumatı olmadan, onu öz cinayətkar fəaliyyətə cəlb etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi Məhkum3 Əziz qızının cəzasını yüngülləşdirən hal kimi yalnız onun müsbət xarakterizə olunmasını qeyd etmişdir. Məhkəmə bu hissədə də təqs irləndiriln şəxsə qarşı ədalətsiz davranmışdır. Belə ki, məhkəmədə təqdim etdiyi Məhkum3 psixi vəziyyətini əks etdirən arayışlar da onun psixoloji problemlərinin olduğunu bir daha təsdiq edir. Ən azından onun psixi vəziyyətinin qənaətbəxş olmaması cəzanı yüngülləşdirən hallardan biri kimi qeyd edilməli idi.

8. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-890/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum3 Əziz qızı barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.

9. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində qeyd etmişdir ki, istintaq dövründə onun azyaşlı övlasının olmasını, ilk məhkumluğunu, ailə vəziyyəti və əməlindən peşman olması nəzərə alınmamışdır. Məhkum3 Əzi z qızı və Məhkum1 bir-birilərini tanımaqları səbəbindən haqsız olaraq mütəşəkkil dəstə hökmünün verilməsini ədalətsiz hesab etmişdir. İşin düzgün araşdırılmaması səbəbindən törətdiyi cinayətdən xeyli artıq müddətdə azadlıqdan məhrum olunmuşdur.Çünki, satışı sübuta yetirilməmiş işdə olan şahidlərin məhkəmə prosesində başqa ifadə versələr də istintaq dövründə verdikləri ifadələr hökmdə qeyd olunmuşdur.Törədilən cinayət qanunsuz olaraq külli miqdarda satış məqsədi olmadan saxlanılması və daşınmasıdır.

10. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-890/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum1 barəsində ədalətli qərar verilməsini xahiş etmişdir.

11. Məhkum2 da həmçinin kassasiya şikayətində azyaşlı övladının ol masını, ilk məhkumluğunu, ailə vəziyyətini nəzərə alaraq əməlindən peşman omasını qeyd etmişdir.Bunları nəzərə alaraq o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-890/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum1 barəsində ədalətli qərar verilməsini xahiş etmişdir.

12. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd olunmuşdur ki, iş üzrə apellyasiya məhkəməsinin qərarı əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı məhkəmə təcrübəsindən kənara çıxaraq təqsirləndirilən şəxslərin qadın cinsli olmaları nəzərə alınmış və məhz bu səbəbdən də hər birinə CM-nin 206.4-cü maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə, CM-nin 234.4.1-234.4.3-cü maddələri ilə 9 il müddətə azadlıqdan məhrum et mə və CM-nin 240.3.1 və 240.3.2-ci maddələri ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu halda, CM-nin 66.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası qəti olaraq hər birinə münasibətdə yalnız 12 il müddətə təyin edilmişdir. Bundan başqa, Məhkum2, Məhkum1 və Məhkum3 Əziz qızı tərəfindən birbaşa qəsdlə törədilmiş onlara istinad olunan CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri hamısı ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslər Türkiyə Respubikasında olarkən birinci dəfə külli miqdarda 8,512 qram metamfetamin, təsiredici maddənin miqdarı 92,55 qram təşkil edən 502 həb MDMA, 7,337 qram kokain və təsiredici maddənin miqdarı 21 qram təşkil edən 70 həb preqabalin; ikinci dəfə isə təkrarən yenə külli miqdarda təsiredici ma ddənin miqdarı 285,852 qram təşkil edən 1542 həb MDMA, 320,105 qram kokain tamah niyyəti və Azərbaycan Respublikası ərazisində olan müştərilərə satıb qazanc əldə etmək məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirməsi üçün əvvəlcədən gizli saxlanc yeri müəyyən edib yerləşdirməklə daşımışdır. Bu hallar isə təqsirləndirilən şəxslərin əməllərinin daha da ictimai təhlükəli olmasına dəlalət edir ki, bu da heç cür “məsuliyyəti yüngülləşdirə bilən hal” kimi qəbul edilə bilməz. Bundan əlavə, apellyasiya şikayəti yalnız Məhkum1 və İ.Ə.Babayeva tərəfindən verilmişdir. Bununla da, müəyyən olunur ki, Bakı Ağır Cinayətləri Məhkəməsinin hökmü Məhkum2 münasibətdə qanuni qüvvəyə minmiş və belə olan halda apellyasiya instansiyası məhkəməsi a pellyasiya şikayətlərini qismən təmin edərkən hökmün Məhkum2 aid hissədə dəyişdirilməsində haqlı olmamışdır.

13. Dövlət ittihamçısı kassasiya protestində məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. III. Hüquqi məsələlər

11. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan f aktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.

12. Məhkum3 Əziz qızının müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır.

13. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.

14. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

15. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum3 elan olunmuş ittiham aktında qeyd edilmiş halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur.

16. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbayc an Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir.

17. Bundan əlavə, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkumlar Məhkum3, Kərimova Nərmin və Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır.

18. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum3 Əziz qızı və digər məhkumların əməllərinə hüquqi qiymət verərkən və onların törətdiyi cinayət əməllərinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər.

19. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı a yrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir.

20. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, həm ibtidai istintaq və həm də məhkəmə istintaqı zamanı Məhkum3 və dogərlərinin müdafiə hüququnun pozulması hallarına yol verilməmiş, onun Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində göstərilmiş bütün hüquqları təmin edilmişdir.

21. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək süb utların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

22. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxslər İ.Ə.Babayeva və Məhkum1 təyin edilmiş cəzanın yüngül cəza olduğunu və birinci instansiya məhkəməsinin hökmünün Məhkum2 aid hissədə əsassız olaraq dəyişdirilməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas k imi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

23. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməs inin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

24. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xa rakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

25. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum1, Məhkum2 İqar qızı və Məhkum3 Əziz qızına təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmağa əsas vermir.

26. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərə cəzа təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşar və hesab edir ki, qəbul edilmiş və hazırda mübahisələndirilən qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir.

27. Odur ki, m əhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2022-ci il tarixli, 1(103)-890/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum3 Əziz qızının müdafiəçisi Müdafiəçi, məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar