Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-366/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Zeynalov Orxan Rauf oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 10 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 1(101)-396/2023 nömrəli (hakimlər: Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, xxx-da qeydiyyatda olmaqla ünvan 1 ünvandaa yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəs sisəsində çəkməsi, Məhkum tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, o cümlədən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci və maddi sübutların taleyi həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və müdafiəçi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli 1(103)-850/2023 nömrəli (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, külli miqdarda psixotrop maddə, narkoti k vasitə və güclü təsir edən maddə əldə edib satmaq məqsədi ilə əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan “X” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq müəyyən miqdarda pul müqabilində “X” adlı şəxsə məxsus külli miqdarda psixotrop maddə və narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 23 iyun 2022-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq sarayının yaxınlığında yolun kənarında istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş 1 ədəd qara rəngli çantada 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,222 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazır lanmış psixotrop maddə metafetamin, 1 ədəd şəffaf sellofanın içərisində 5 ədəd sarı rəngli polietilen bükümdə ümumi təmiz çəkisi 3,177 qram ağ rəngli, tozşəkilli, spesifik iyli kustar üsulla hazırlanmış narkotik vasitə kokain, tərkibində metilendioksimetamfetaminin təsiredici maddəsinin ümumi miqdarı 4,08 qram olan üzərində “Lira” yazısı olan 17 ədəd açıq çəhrayi üçbucaq formalı kustar üsulla hazırlanmış həblər, tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram olan üzərində “Alyse 150 preqabalin” markalanma göstəricisi olan konvalyutda 7 ədəd ağ rəngli kapsul güclü təsir edən maddə olan preqabalin tərkibli dərman preparatı, 4 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 11,409 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş m arixuana, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan üzərində “Methadone 40” yazısı olan 4 ədəd konvalyutda 20 ədəd üzərilərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatını satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə daşımış və yaşadığı Nizami rayonu, T.Abbasov küçəsi 12 nömrəli evin 9 nömrəli mənzilində, eləcə də, üzərində saxlamış, 23 iyun 2022-ci il tarixdə saat 1:30 radələrində Nizami rayon Polis İdarəsinin X3 və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman boynundan asmış olduğu qara rəngli çantadan saxladığı 1 ədəd şəffaf sellofan bükü mdə təmiz çəkisi 2,222 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd şəffaf sellofanın içərisində 5 ədəd sarı rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,861 qram, 0,859 qram, 0,415 qram, 0,612 qram, ümumi təmiz çəkisi 3,177 qram ağ rəngli, tozşəkilli, spesifik iyli kustar üsulla hazırlanmış narkotik vasitə kokain, tərkibində metilendioksimetamfetaminin təsiredici maddəsinin ümumi miqdarı 4,08 qram olan üzərində “Lira” yazısı olan 17 ədəd açıq çəhrayi üçbucaq formalı kustar üsulla hazırlanmış həblər, tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram olan üzərində “Alyse 150 preqabalin” markalanma göstəricisi olan konvalyutda 7 ədəd ağ rəngli kapsul güclü təsir edən maddə olan pr eqabalin tərkibli dərman preparatı, 4 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 11,409 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin gün saat 8:30 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində Məhkum yaşadığı Nizami rayonu, T.Abbasov küçəsi 12 nömrəli evin 9 nömrəli mənzilinə baxış keçirilən zaman mənzilin qonaq otağında yerləşən divanın arxasından tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan üzərində “Methadone 40” yazısı olan 4 ədəd konvalyutda 20 ədəd üzərilərində “F/M 40” yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatı və həmin otaqda televizor altlığının rəfindən üzərində psixotrop maddə meta fetaminin izləri olan “Digital Scale 500g x 0,0 İg” yazısı olan “qara” rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamış, məhkəmə qərarları qeyri-obyektiv və əsassız, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və prosessual pozuntulara yol vermişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında onun ittiham o lunan 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri üzrə əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Lakin, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutları CPM-in 143-146cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, hökmün əsasında duran sübutlar yolverilməz olmuş, cinayət qanununun müddəalarını pozmaqla qərar qəbul etmişdir. Məhkəmənin sübut kimi qiymətləndirdiyi, təqsirləndirilən şəxsin yaşadığı mənzildən aşkar edilən elektron tərəzi isə onun olmamış, atası qızıl-zinət əşyalarının alışısatışı ilə məşğul olduğu üçün mənzildə axtarış zamanı aşkar edilən elektron tərəzi atasına məxsus olmuşdur. Məhkəmənin qiymət vermə diyi digər bir prossesual pozuntu isə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməsini tələb etmiş, polis əməkdaşları tərəfindən nə şəxsi axtarış zamanı, nə də yaşadığı mənzilə baxış zamanı ona müdafiəçi təqdim olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, polis əməkdaşları valideynlərinin mənzildə olmasına baxmayaraq onların iştirakı və razılığı olmadan mənzilə baxış keçirmişlər. Apellyasiya şikayətində bu xüsusatların hər biri qeyd edilsə də apellyasiya instansiyası onlara heç bir münasibət bildirməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarında nə şəxsi axtarış zamanı, nə də Məhkum yaşadığı mənzilə keçirilmiş baxış zamanı niyə müdafiəçi ilə təmin olunmaması faktını araşdırılmamışdır. Təqsirləndirilən şəxs Məhkum yaşadığı mənzilə - ünvan 1-a baxış keçirilən zaman sadəcə ona bu haqda bildirilmiş, həmin şəxs də ərizə ilə müraciət edərək etiraz etməmişdir, lakin Məhkum evin mülkiyyətçisi belə deyildir. Axtarış zamanı evin mülkiyyətçisi olan valideynlərinin mənzildə olmasına baxmayaraq onların iştirakı və razılığı olmadan mənzilə baxış keçirmişlər. O cümlədən, barəsində cəza təyin olunarkən Məhkum ilə bağlı yekun məhkəmə aktı çıxaran zaman cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, Məhkum əvvəllər məhkum olunmamasını, şəxsin təqsirini boynuna almasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini nəzərə almamışdır. Odur ki, göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilərək, Məhkum barəsində ittiham irəli sürülən Azərbaycan Respublikasının CM-in 240.2.1-ci ma ddəsinə bəraət verilməsi, onun əməlinin həmin Məcəllənin 234.4.1, 234.4.3cü maddələrindən 234.1-1-ci maddəsinə tövsif edilməsi və barəsində CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Zeynalov Orxan Rauf oğlu çıxış edərək, məhkumun narkotik vasitə istifadəçisi olduğunu, heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, məhkumun narkotik vasitə istifadəçisi olduğunu, heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kolle giyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsi ilə təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz q ərarlar qəbul edildiyi, o cümlədən məhkəmələr tərəfindən əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edildiyi və təyin edilmiş cəzanın həddən artıq ağır olduğu iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutla r təşkil etdikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkə tsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsa slanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma və saxlama, o cümlədən qaba qcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1, 23 4.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Azərbaycan Respublikası CMin 240.2.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvə t edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və h əmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Belə ki, cinayət işinə ibtidai istintaq zamanı dindirilən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özün ü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən tutulmazdan 3-4 gün əvvəl X adlı şəxsin sifarişi ilə narkotik vasitələri həmin şəxsin ona dediyi yerdən götürməklə başqa bir yerə qoyub narkotik vasitələrin satışını həyata keçirməklə gəlir əldə etmişdir. 23 iyun 2022-ci il tarixdə saat 1 radələrində X adlı şəxsin ona növbəti sifarişi daxil olmuş və həmin şəxsin dedikləri əsasında o, “Planet” şadlıq sarayının yaxınlığında yerləşən dayanacağın altında olan içərisində narkotik vasitələr olan çantanı götürüb Xdan həmin çantanı qoyacağı yer barədə xəbər gözləmişdir. Məhkum ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı, qismən birinci və apellyasiya instansiya instansiya məhkəmələrində verdiyi öz ifadələri, şahidlər Şahid1, Şahid4 və Şahid5 ifadələri, o cüm lədən “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2022-ci il tarixli, “baxış və götürmə aparılması haqqında” 23 iyun 2022-ci il tarixli, “baxış keçirilməsi haqqında” 15 sentyabr 2022-ci il tarixli, 16 sentyabr 2022-ci il tarixli, 24 iyun 2022-ci il tarixli protokolların məzmunu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3507, 6/3508, 7/677 nömrəli 23 iyun 2022-ci il tarixli rəyləri, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərarı ilə və iş üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsi ndə şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Məhkum boynundan asılmış vəziyyətdə olan qara rəngli üzərində “Spring Fild” yazısı olan çantasını açaraq oradan şəffaf sellofana bükülü halda üçbucaq şəkildə çəhrayi rəngli 17 ədəd həbləri, 4 ədəd şəffaf sellofana bükümdə içərisində yaşımtıl rəngli ot şəklində spesifik iyə malik olan kütlələri, 1 ədəd şəffaf sellofana bükülü halda içərisində 5 ədəd sarı kağıza bükülü halda içərisində ağ rəngli spesifik iyə malik olan maddələri, 1 ədəd şəffaf sellofana bükülü halda içərisində ağ rəngli spesifik iyə malik olan maddəni, 7 ədəd üzərində “Alisye” yazısı olan kapsula həbləri təqdim etmişdir. Bundan başqa o, əynində olan göy cins şalvarının sol cibindən 1 ədəd “Samsung A31” markalı mobil telefonu təqdim etmişdir. Məhkum çantada olan maddələrin narkotik vasitə və psixotrop həblər olduğunu, həmin narkotik vasitə və psixotrop həbləri 2-3 ildir ki, tanıdığı, həyatda görmədiyi, sosial şəbəkələr vasitəsi ilə danışdığı X adlı narkotik vasitə satışı həyata keçirən şəxsin ona dediyi müxtəlif ərazilərə X adlı şəxsin dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin Məhkum üzərindən çıxmış bütün həblərin psixotrop dərmanlar, yaşımtıl rəngli maddənin “nəşə” kimi tanıdığı marixuana olduğunu, ağ rəngli 1 ədəd bükümdə maddənin “şüşə” k imi tanıdığı marixuana olduğunu qeyd edərək 4 ədəd sarı rəngli bükümdə olan maddənin isə dəqiq nə olduğunu bilmədiyini qeyd etmişdir. Məhkum başqa hər hansı bir yerdə narkotik vasitə saxlaması barədə sual verildikdə o, yaşadığı mənzilin yataq otağında 4 list “Methadone” psixotrop maddə və narkotik vasitənin miqdarını müəyyən etməsi üçün zərgərlik tərəzisi saxladığını bildirmişdir. Məhkum götürülən bütün maddələr və həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. O cümlədən, cinayət işinin materiallarında olan “baxış və götürmə aparı lması haqqında” 23 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum yaşadığı mənzilə yaxınlaşdıqdan sonra o, mənzilin qapısını açaraq qonaq otağında yerləşən divanın arxasından üzərində “Methadone” yazısı yazılan 4 ədəd konvalyutda olan 20 ədəd metadon həblərini təqdim edərək psixotrop maddə olduğunu bildirmiş, həmçinin həmin qonaq otağının orta hissəsində yerləşən televizorun altında olan rəfdən 1 ədəd narkotik vasitələrin çəkilməsi üçün istifadə etdiyi elektron tərəzini təqdim etmiş, sonra 20 ədəd metadon həbləri və 1 ədəd tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış, Məhkum, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmış, baxış zamanı Məhkum qarşı heç bir təzyiq olunmamışdır. Mənzildə baxış və götürmə aparılma sı zamanı Məhkum aid dövriyyəsi məhdudlaşdırılan dərman preparatları və 1 ədəd tərəzinin aşkar edilərək götürülməsinin videoçəkilişi 1 ədəd DVD diskə köçürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami RPİ-nin X3 əməliyyat müvəkkili Şahid2 “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 23 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, yəni 23 iyun 2022-ci il tarixdə saat 2:25 radələrində Məhkum ona edilmiş təklifə əsasən boynundan asılı vəziyyətdə olan qara rəngli üzərində “Spring Fild” yazısı olan çantanı açaraq içərisindən şəffaf sellofana bükülü halda üçbucaq formalı çəhrayı rəngli 17 ədəd həbi, 4 ədəd şəffaf sellofan bükümdə yaşımtıl rəngli ot şəklində spesifik iyə malik olan kütləni, 1 ədəd şəffaf sellofanın içərisində 5 ədəd sarı rəngli kağız bükümdə ağ rəngli spesifik iyə malik maddəni, 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli spesifik iyə malik maddəni, 7 ədəd üzərində “Alisye” yazısı olan kapsulanı təqdim etmişdir. Sonra şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol cibindən özünə məxsus 1 ədəd “Samsung A31” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonra üzərində olan çantadan a şkar edilmiş narkotik vasitə və psixotrop maddələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, o, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung A31” markalı mobil telefon Məhkum bu barədə izah verildikdən sonra götürülmüşdür. Məhkum verilən suallara cavab olaraq üzərindən çıxarıb təqdim etdiyi bükümlərin və həblərin hamısının özünə məxsus olduğunu, həmin bükümləri və həbləri sosial şəbəkə vasitəsi ilə tanış olduğu X adlı şəxsin vasitəsilə tutulduğu tarixdə “Planet” şadlıq sarayının yaxınlığında yerləşən dayanacağın altında əvvəlcədən qoyulmuş yerdən satış məqsədi ilə götürdüyünü, həmin X adlı şəxsin dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini, narkotik vasitə alud əçisi olduğunu, ona verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Həmçinin Məhkum yaşadığı mənzildə də psixotrop maddə və 1 ədəd narkotik vasitələrin miqdarını müəyyən etmək üçün tərəzi saxladığını bildirməsi müşahidə olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə istintaq hərəkəti zamanı, yəni 23 iyun 2022-ci il tarixdə saat 8:30 radələrində Məhkum yaşadığı mənzilə yaxınlaşdıqdan sonra o, mənzilin qapısını açaraq qonaq otağında yerləşən divanın arxasından üzərində “Methadone” yazısı yazılan 4 ədəd konvalyutda olan 20 ədəd metadon həblərini təqdim edərək psixotrop maddə olduğunu bildirməsi, həmçinin həmin qonaq otağının orta hissəsində yerləşən televizorun altında olan rəfdən 1 ədəd narkotik vasitələrin çəkilməsi üçün istifadə etdiyi elektron tərəzini təqdim etməsi, sonra 20 ədəd metadon həblərinin və 1 ədəd tərəzinin içərisi boş olan ağ rəngli kağız zərfə qoyulması, həmin zərfin möhürlənərək üzərində müvafiq qeydlər aparılması, Məhkum, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanması, baxış zamanı Məhkum qarşı heç bir təzyiq olunmaması müşahidə olunmuşdur. Qeyd olunanlarla yanaşı cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olan mobil telefonun zənglər bölümünə 23 iyun 2022-ci il tarixdə +99***-***-**-** saylı mobil nömrədən saat 1:06 radələrində iki buraxılmış zəng gəldiyi, telefonun şəkillər bölümündə olan hissədə 2.06.2022, 6.06.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə X2 adına olan “Rabitə bank” kartına pul vəsaiti göndərilməsi, həmçinin həmin bölümdə narkotik vasitələrin müxtəlif yerlərə qoyulub işarə edilməsi ilə bağlı şəkillərin olması, mesajlar olan bölümün boş olduğu, “WhatsApp” proqramının isə yenilənməyə ehtiyac olduğundan açılaraq baxış keçirilməsi mümkün olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Məhkum Bakı şəhəri Nizami RPİ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlunun müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış materia l üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən ed ilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətdə olan dəlillər birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində düzgün olub-olmaması yoxlanılmış, eyni zamanda, Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlinmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməsini tələb etməsi lakin, polis əməkdaşları tərəfindən nə şəxsi axtarış zamanı, nə də yaşadığı mənzilə baxış zamanı ona müdafiəçinin təqdim olunmaması barədə dəlillərini cinayət işinin materialları ilə müqayisəli təhlil edərək müəyyən edir ki, Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirilərək onun Nizami RPİ-nə dəvət edilməsini, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun, şübhəli şəxs qismində tutulmasını və ona şübhəli şəxs kimi hüquq və vəzifələrinin izah edilməsini, sonra isə onun üzərinə onun xahişi nəzərə alınmaqla müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış keçirildiyini və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim edilməsinin təklif olunduğunu bildirmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü mad dələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların çəkilib xırda bağlamalara bükülməsi, hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, müdafiəçi tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini yuxarıda göstərilənlərə əsaslanmaqla tamamilə əsassız hesab edir. Müdafiəçi tərə findən verilmiş kassasiya şikayətində həmçinin məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə t əsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdi kdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-366/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-366/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver