Məhkəmə qərarları › İş №1(102)-366/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-366/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-366/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-49/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağı dakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXX il tarixdə Bərdə rayonunun Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 23 may 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 01 iyun 2021-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki ha llarına görə, Məhkum tanışı Məhkum2 ilə külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop və güclü təsir edən maddələrin, o cümlədən döyüş sursatının qanunsuz satışı ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə danışıb razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 2.165,0 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 916,057 qram təmiz çəkidə narkotik vasitə olan tiryəyi, kustar üsulla hazırlanmış külli miqdarda, yəni 325,050 qram təmiz çəkidə narkotik vasitə olan heroini, kustar üsulla hazırlanmış külli miqdarda, yəni 96,833 qram təmiz çəkidə psixotrop olan metamf etamini, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 218,025 qram olmaqla üzərlərində “TamoLTramadol 225mg” göstəricisi olan 100 ədəd konvalyutda ümumilikdə 969 ədəd ağ rəngli, dairəvi formalı həbləri, eləcə də 7.65 mm kalibrə malik “BROWNİNG”, “BERETTA”, “WALTHER PPK” “ASTRA” markalı tapançalarda istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 1 ədəd 7.65 mm kalibrli patronu, “GLOCK 19”, “Zəfər K”, “Mətin” “Parabellum” “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, "Bergmann MP34-1”, “Erma”, "Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZI” markalı tapança-pulemyotlarda və zavod üsulu ilə istehsal edilməklə 9x19 mm kalibrli olu b həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “LUGER P08” (“PARABELLUM”) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 3 ədəd 9 mm kalibrli patronu qanunsuz olaraq satış məqsədi ilə əldə edib bir ədəd qara rəngli sellofan torbada olmaqla üzərlərində saxlayaraq eyni məqsədlə daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 22 yanvar 2023-cü tarixdə, saat 24 radələrində Göyçay rayonunun Bığır kəndinin ərazisində saxlanılaraq Məhkum2 ilə birlikdə Göyçay şəhəri, Natəvan küçəsi 11 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasına gətirilib 23 yanvar 2023-cü il tarixdə, saat 00:35-də üzərlərində şəxsi axtarış aparılarkən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq Məhkum2 ilə birgə bir ədəd qara rəngli sellofan torbanın içərisində eyni məqsədlə daşıdığı - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdarda, yəni 2.165,0 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, külli miqdarda, yəni 916,057 qram təmiz çəkidə narkotik vasitə olan tiryək, kustar üsulla hazırlanmış külli miqdarda, yəni 325,050 qram təmiz çəkidə narkotik vasitə olan heroin, kustar üsulla hazırlanmış külli miqdarda, yəni 96,833 qram təmiz çəkidə psixotrop olan metamfetamin, Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” əsasən təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 218,025 qram olmaqla üzərlərində “Tamol..Tramadol 225mg” göstəricisi olan 100 ədəd konvalyutda ümumilikdə 969 ədəd ağ rəngli, dairəvi formalı həblər, 7.65 mm kalibrə malik “BROWNİNG”, “BERETTA”, “WALTHER PPK” “ASTRA” markalı tapançalarda istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yara rlı 1 ədəd 7.65 mm kalibrli patron, “GLOCK 19”, “Zəfər K”, “Mətin” “Parabellum” “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZI” markalı tapança-pulemyotlarda və zavod üsulu ilə istehsal edilməklə 9x19 mm kalibrli olub həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “LUGER P08” (“PARABELLUM”) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 3 ədəd 9 mm kalibrli patron ondan aşkar edilərək götürülmüşdür.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-177/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhku m CM-nin 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilm iş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Məhkum2 da Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum2 və təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-49/2024 nömrəli, 11 iyul 2024-cü tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-177/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarın dan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyini, törətdiyi əməlin səhv tövsif edildiyini iddia etməklə, işin faktiki hallarının tam obyektiv və hərtərəfli araşdırılaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-49/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, ona qarşı verilmiş ittiham üzrə cinayət işinə xitam verilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, həmin maddənin sanksiyasına uyğun cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

11. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəll ələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməs inin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum kassasiya şikayətində təqsirli bilindiyi maddələr üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, törətdiyi əməlin səhv tövsif edildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-49/2024 nömrəli, 11 iyul 2024-cü il tari xli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

18. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcu d olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət ə məli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkumun təqsirliliyinin sübuta yetirilməməsinə dair dəlillərini əsassı z hesab edir.

23. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum məhkəmə qarşısında verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqs iri özünün ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatlarla yanaşı, eləcə də şahidlərin məhkəməyədək və məhkəmədə verdikləri ifadələri, şəxsi axtarış keçirilməsi barədə protokollar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın işin hallarına aid hissəsində təsvir verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin dispozisiyasından və eyni Mə cəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəm ə kollegiyası Məhkumun cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

26. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

27. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğu n qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

28. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-49/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-49/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar