Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-367/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 367/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli hökmü ilə Təqsi rləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əhmədov Fəqan Rövşən oğlu) xx xxx 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan, ünvan 2-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddəti nə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış cəzasını umumı rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 23 fevral 2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bayramov Əmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun ibrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 12 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək barəsində humanist qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqs ədi ilə 04 aprel 2017-ci il tarixdən 12 iyun 2017-ci il tarixədək olan müddət ərzində qonşusu X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən yataqxana tipli 1 saylı evin T2 nömrəli mənzilinə giriş qapısında asılan qıfılın üzərində olan açarı ilə açar seçmə yolu ilə açıb mənzilə qanunsuz daxil olaraq sonuncuya məxsus 2009cu ildə Sabunçu rayonu ərazisində yerləşən, Xəyal ticarət mərkəzindən aldığı 2 ədəd qızıldan hazırlanmış qadın üçün Rusiya istehsalı olan üzükləri, üzüklərin biri dəstin, digəri isə tək ayrı, hər ikisi 583 əyarlı, dəstdəkı üzüyün dəyəri 200 manat, tək üzüyün dəyəri 300 manat olan, bir ədəd 2012-ci ildə aldığı qızıldan Türkiyə istehsalı olan, 585 əyarlı, 100 manat dəyərində kulon-bir ədəd Xəyal ticarət mərkəzində 2008-ci ildə aldığı qızı ldan, Rusiya istehsalı olan, 583 əyarlı, 200 manat dəyərində sep və bir ədəd Xəyal ticarət mərkəzində 2012-cü ildə aldığı qızıldan, Türkiyə istehsalı olan, 585 əyarlı, 200 manat dəyərində sırğanı cəmi 1.000 manat dəyərində və hesabında 3.132 manat “Rabitə” bankda adına olan şəxsi hesab kartından, yəni elektron məlumat daşıyıcısından istifadə etməklə Azərbaycan "Beynəlxalq", "Kapital" və "Rabitə" banka aid bankomatlardan qeyd edilən müddət ərzində əməliyyatlar aparmaqla müxtəlif məbləğdə pullar olmaqla cəmi 2.175 manat hesabından çıxarış etməklə vahid niyyətlə gızli olaraq talayıb Sevil Tapdıqovaya ümumilikdə 3.175 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərini nəzərə alar aq barəsində humanist qərar qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Ka ssasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünü ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Kassasiya şikayətinin dəlillərindən görü nür ki, cinayət işi üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallar və əməlin hüquqi tövsifi, yəni məhkum Təqsirləndirilən şəxs tərəfindən CM-nin 177.2.3, 177.2.3-1-ci maddələrində göstərilən cinayət əməlini törətməsi mübahisələndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri təyin edilmiş cəzanın ağırlığı barədədir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edərək əməlindən peşmançılıq keçirməsini, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunun tələbinə və q anunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüll əşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini əsaslığını və ədalətliliyini müzakirə edərək, birinci instansiya məhkəməsi tərəfindən hökmlə ona cəza təyin edilərkən mövcud olmayan, işin apellyasiya baxışı zamanı müəyyən edilərək nəzərə alınan, eləcə də birinci instansiya məhkəməsi tərəfindən hökmlə nəzərə alınmış cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanın məqsədi barədə qanunun tələbinə uyğun nəticəyə gəlmişdir. Cəzanın yüngülləşdirilməsi üçün əsas verən və cinayət işinin materiallarında mövcud olan hallar nəzərə alınmışdır. Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassa siya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-367/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-367/2019
19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver