Məhkəmə qərarları › İş №1(102)-367/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-367/2020

10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-367/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Biləsuvar Rayon Məhk əməsinin 24 yanvar 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkumun vəsatətinin təmin olunmaması barədə Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli, 1 (022)-7/2018 saylı hökmü ilə (sədrlik edən hakim Rəfayil Əliyev), Məhkum, 01 may 1985-ci ildə Ağdam rayonu, ****** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, məhkumluğ u olmayan, fərdi əməklə məşğul olan, Ağdam rayonu, ******* kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı müxtəlif vaxtlarda tutulduğu cəmi 10 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 24 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən Məhkum 19 iyul 2019-cu il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsi tərəfindən baxılmış və Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı ilə (sədlik edən hakim Pərviz Əhmədov) Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmündən Məhkum Səyyaf oğlu tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatət təmin edilməmişdir. Qərardan narazı qalan Məhkum Səyyaf oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Etibar Camalov və Kamil Bəşirovdan ib arət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli müddətin bərpasından imtina edilməsi barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarından Məhkum Səyyaf oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiyanın ona verilmiş ittihamla razı deyildir. Onun hüquqları pozulmuş və əsassız olaraq buraxılmış müddət bərpa edilməmişdir. Kassator göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirillərək hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Vüsal Mehrəliyevin çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum Səyyaf oğlunun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir X4 Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirillərək hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin də dəlillərində göstərilmiş və apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmuşdur. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum X2 Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarındakı reestrdən müəyyən edilir ki, hökmün surəti 06 fevral 2018-ci il tarixdə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir (iş vərəqə 289). Cinayət işinin materiallarındakı məhkəmə qəbzindən müəyyən edilir ki, Məhkum 12 fevral 2018-ci il tarixdə hökmün surətini qəbzə imza etməklə almışdır (iş vərəqə 290). Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum 19 iyul 2019-cu il tarixdə Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir (iş vərəqə 348-350). Məhkum vəsatətində göstərmişdir ki, məhkəmə ona cəza təyin edəndən sonra atasının ürəyi partlayaraq vəfat etmiş, özü isə 3-4 ay dəli kimi olmuşdur. Buna görə də vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı ilə Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan Məhkum tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, hökmdən müəyyən edilir ki, hökmün nəticə hissəsində qeyd edilmişdir: “Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər”. Göründüyü kimi hökmün nəticə hissəsində aydın surətdə qeyd edilmişdir ki, hökmün surəti həbsdə olan təqsirləndirilən şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayətinin verilməsinin mümkünlüyü göstərilmişdir. Mə hkum da həbsdə olduğundan və hökmün surətini 12 fevral 2018-ci il tarixdə qəbzə imza etməklə aldığından onun hökmdən 05 mart 2018-ci il tarixə qədər (2018-ci ilin fevral ayı 28 gündür, 3-4 mart 2018-ci il tarixləri isə şənbə və bazar günlərinə düşür) apellyasiya şikayəti vermək hüququ var idi. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından isə görünür ki, məhkum X2 Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qərarından 19 iyul 2019-cu il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir (iş vərəqə 348350). Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən 384.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum Səyyaf oğlu isə apellyasiya şikayətini 20 gün müddətində deyil, Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qərarının surətini aldıqdan, yəni 12 fevral 2018-ci il tarixdən 01 (bir) il 05 (beş) ay 07 (on yeddi) gün müddət keçdikdən sonra vermişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegi ya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, məhkumun birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. İş materiallarından və kassasiya şikayətindən Məhkum Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sən ədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum tərəfindən barəsində olan Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmdən verdiyi buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinin təmin olunmaması barədə Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixl i qərarının dəyişdirilmədən saxlanılması haqqında Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar