Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-367/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tovuz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə (hakim Baxşıyev Qafil Yavər oğlu) Məhkum, xx xxxxxx 1991-ci il tarixdə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Tovuz Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına, Tovuz Rayon Məhkəməsinin xx xxx 2018-c i il tarixli hökmü ilə CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən onun əvvəlki hö kmlə təyin olunmuş cəzasının çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmuş və CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş həmin hissəsi yeni hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 68.2-ci maddəsinə əsasən isə Tovuz Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş 2700 (iki min yeddi yüz) manat miqdarında cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əml akını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Tovuz rayonu, Xatınlı kəndində yaşayan X4 yaşadığı evin həyətinə qanunsuz daxil olduqdan sonra, yaşayış evinin taxta qapısını sındırmaqla, yataq otağına qanunsuz daxil olub, orada ikitaylı çarpayının üstündə olan döşəyin altından 11.000 manat, 340 manat dəyərində 200 ABŞ dolları nəğd pulu, 7,96 qram çəkidə, 477 manat dəyərində qızıl üzüyü, 8,24 qram çəkidə 659 manat dəyərində qızıl üzüyü, 5,66 qram çəkidə 339 manat dəyərində qızıl sırğa cütünü, 20,70 qram çəkidə 1242 manat dəyərində qızıl qolbağı, 42,35 qram çəkidə 2541 manat dəyərində qızıl boyunbağını, 29,53 qram çəkidə, 80 manat dəyərində sapa düzülmüş ağ rəngli mirvari muncuqlardan ibarət boyunbağım və həmin yataq otağında olan qadın əl çantasının iç ərisindəki qırmızı rəngli pul qabından 42 manat nəğd pulu talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 16.720 (on altı min yeddi yüz iyirmi) manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən zərərçəkmiş şəxs və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli bir qərarlarla zərər çəkmiş şəxsin apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, həmin tarixli digər qərarla isə məhkumun apellyasiya şikayəti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx xxxx 2020-cu il tarixli əsas qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanı yüngülləşdirməklə apellyasiya instansiyası məhkəməsinin həmin qərarının bu əsasla dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi onun barəsində cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmişdir. Məhkum öz kassasiya şikayətində göstərmişdir ki, o, zərər çəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə kassasiya şikayətinin müəllifi göstərdiyi halların nəzərə alınmasını və ona təyin edilmiş cəzanı yüngülləşdirməklə barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxs X6 qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq o, naməlum səbəblərdən həmin iclasda iştirak etməmiş, lakin eyni zamanda xx xxxxxxx 2020-ci il tarixli ərizəsini poçt vasitəsi ilə məhkəməyə göndərərək Məhkum CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə Tovuz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmünü qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş N.Məhkumnın iştirakı olmadan baxılmasını, sonuncunun ərizəsinin isə cinayət işinin materiallarına əlav ə edilməsini mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhku mun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni q ərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin məzmununa görə, Məhkum həmin şikayətində iş üzrə sübutların natamam a raşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və məhkəmələr tərəfindən onun barəsində cəza təyini ilə bağlı qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyinə dair sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakter li tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). “Azərbaycan Respub likası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakt erini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hal kimi törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, cəzanı ağırlaşdıran hal k imi isə məhkumun əvvəllər qəsdən cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan və cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından azad olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsinin cinayətlərin residivinin yaranması halını nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi prinsiplərini, həm də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və eyni zamanda CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi və hökm çıxarılan dövrdə qüvvədə olmuş CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısı hissəsində, yəni ən aşağı həddə kifayət qədər qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bu nəticə ilə bağlı məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına və iş üzrə müəyyən olunmuş hallara müraciət etməyi zəruri bilir. Cinayət işinin materiallarına əsasən, Məhkum əvvəllər də Tovuz Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına, Tovuz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xx xx 2018-ci il tarixli hökmü ilə CM-nin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə isə sonuncu hökmlə təyin olunmuş cəzasının çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilmədən və götürülmədən xx xxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən isə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinin tələblərinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin normaları təqsirkara cinayətlərin residivi nəzərə alınmadan cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş tələb də bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 65.3-cü maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdir ən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkum CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin residivi nəzərə alınmaqla cəzanın təyin edilməsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun əvvəllər də dəfələrlə məhkum olunması, bu məhkumluqlardan özü üçün müsbət nəticə çıxarmaması və yenidən qəsdən cinayət törətməsi həm onun şəxsiyyətini səciyyələndirən, həm də məhkumun yalnız cəmiyyətdən təcrid olunma şəraitində islah oluna biləcəyinə dəlalət edən hal kimi nəzərdən keçirilməlidir. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materialları ilə Məhkum cəzasını yüngülləşdirən və müstəsna hesab edilə bilən hallar da müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası Məhkum CM-nin 62-ci maddəsin in tətbiq edilməklə, yəni CM-nin 65.2-ci maddəsinin tələbləri nəzər alnımadan cəzanın təyin edilməsinin məqsədə müvafiq olmaması haqda aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və buna görə də onun kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillərdən asılı olmayaraq Məhkum təyin olunmuş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinin mümkün olub olmaması məsələsinə gəldikdə, məhkəmə kollegiyası şərti məhkum etmə ilə bağlı qanunvericiliyin tətbiq edilməsini məqsədə uyğun hesab etməyərək aşağıdakıları vurğulayır. CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qanunun bu normasının mənasına görə, azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edi lməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Lakin, qeyd edildiyi kimi, Məhkum müxtəlif cinayətləri, o cümlədən qəsdən az ağır cinayətlər törətdiyinə görə əvvəllər də dəfələrlə məhkum olunmuş və ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib humanizm prinsipi əsas götürülməklə, barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla nisbətən yüngül cəzaların təyin edilməsinə, habelə sonuncu dəfə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, o, məhkumluğu ödənilmədən cinayətkar hərəkətlərini dayandırmamışdır. Məhkum yenidən qəsdən cinayət əməlini törətməsi isə onun islah yoluna qədəm qoymama sını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzalarnın ona təsir və kifayət etməməsini göstərir. Buna görə, məhkəmə kollegiyası Məhkum ona təyin olunmuş cəzanı real olaraq çəkməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni ədalətli və qanuni hesab edərək həmin cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün də əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutumuş halları müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli əsas qərarı dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli əsas qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin
Məhkəmə qərarları › İş №1(102)-367/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-367/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver