Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-367/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs2 və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Xamməd Nuriyev) 05 yanvar 2023-cü il tarixli, 1(099)-39/2023 nömrəli hökmü ilə, xx xxxxxxxx 1992-ci il tarixdə xxxx rayonunun xxxx şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xxxx rayonu, xxxx şəhəri, xxxx massivində nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 1 gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmış, xx xxxxxx 1990-cı il tarixdə xxxx rayonunun xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, xxxx rayonunun xxxx kəndində qeydiyyatda olmaqla xxxx rayonu, xxxx şəhəri, xxxx massivində nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış Məhkum Azərbaycan Respublikası CM-i n 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında qaldığı 10 (on) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 7 (yeddi) il 1 (bir) ay 6 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Eləcə də, həmin hökmlə Təqsirləndirilən şəxs1 təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndir ilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitələrin qanunsuz satışını həyata keçirməklə hər birinin gəlir əldə etməsindən ibarət birgə cinayətkar niyyətlərinə uyğun olaraq 2022-ci ilin fevral ayının 11-dən 12-nə keçən gecə Təqsirləndirilən şəxs2 məxsus olmaqla sonuncunun idarə etdiyi “AZ-Samand” markalı, xx-xx-xxx dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonunun Qaradolaq kəndinə gələrək, Təqsirləndirilən şəxs2 narkotik vasitənin qoyulduğu yarımtikilinin yaxınlığında yolun kənarında Təqsirləndirilən şəxs1 və Məhkum maşından düşürmüş, şübhə çəkməmək və sonradan geri qayıdıb onları razılaşdıqları kimi Bakı şəhərinə geri aparmaq məqsədilə maşını idarə edib Ağcabədi şəhərinin girişində olan yanacaqdoldurma məntəqəsinə getmiş, bundan sonra həmin kəndin ərazisində qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən 5060 qram təmiz çəkiyə malik külli miqdarda heroini əldə etmiş cinayətkar qrupun üzvlərindən Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin gələcəkdə satışını həyata keçirməklə əldə edilmiş gəliri cinayətkar qrupun üzvləri arasında bölmək məqsədi ilə onları hər birində ayrı-ayrılıqda 2400 qram, 1360 qram və 1300 qram olmaqla üç ədəd bükümdə Ağcabədi rayonunun ərazisində Məhkumla birgə daşıyaraq üzərində saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 fevral 2022-ci il saat 00:30 radələrində Təqsirləndirilən şəxs1, Məhkumla birlikdə Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində, Təqsirləndirilən şəxs2 isə şəhərində girişində idarə etdiyi a vtomobili ilə birlikdə saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 01:10 dəqiqədə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əlində olan bir ədəd üzərində “Levis” sözləri yazılmış sellofan torbanın içindən üç ədəd polietilen torbaya bükülmüş və ayrı-ayrılıqda təmiz çəkiləri 2400 qram, 1360 qram, 1300 qram olmaqla ümumilikdə 5060 qram təmiz çəkiyə malik kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi hakim), İsmayıl Əhmədov və Elşad Əliyev) 26 aprel 2023-cü il tarixli 1(106)-207/2023 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 1(099)-39/2023 nömrəli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilmiş, Məhkum 12 fevral 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək, yəni 10 (on) ay 24 (iyirmi dörd) gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 06 (altı) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü ildən hesablanmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş 08 (sək kiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilmiş, Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü ildən hesablanmış, hökm qalan hissədə dəyişdirilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apelyas iya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli, 1(106)-207/2023 nömrəli qərarının ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli, 1(106)-207/2023 nömrəli qərarının ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansi yası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Şirvan Apelyasiya Məhkəməsində onun işinə baxılarkən prosessual pozuntulara yol verilmiş, düzgün istintaq araşdırılması aparılmamışdır. Yalançı şahid ifadəsi əsas götürülərək onun verdiyi həqiqi ifadələr əsassız sayılaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona təyin edilmiş ağır cəza Şirvan Apelyasiya Məhkəməsində 1 il azaldılmışdır. O, ikinci Qarabağ döyüşlərində könüllü olaraq iştirak etmişdir. Qazidir. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ailəlidir. Bir azyaşlı övladı var. Atası isə ikinci qrup əlildir. Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfind ən təyin edilmiş cəza müddətinin azaldılması barədə Şirvan Apelyasiya Məhkəməsinə müraciət etsə də, ona təyin edilmiş ağır cəza müddəti dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kass asiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikas ı CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən görünür ki, həmin maddələr ilə cinayət məsuliyyəti qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi”, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən” və “külli miqdar” CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddə sinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, digər təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqq ında” protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlak çı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, yəni Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə etdikləri narkotik vasitə olan heroinin miqdarının 5 kq 60 qram olmasını onların həmin narkotik vasitəni məhz satmaq məqsədini təsdiq edən hal kimi qiymətləndirmişlər. Bununla yanaşı birinci instansiya məkəməsində keçirilən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdikləri etirafedici ifadələri tədqiq edilmiş və işin faktiki halları ilə eynilik təşkil edən həmin ifadələrə əsasən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə işin bu halını da nəzərə alaraq nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum aşkar ed ilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə qabaqcadan əlbir olan bir şəxs halında əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 v ə 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 23 4.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dar gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkumlar Təqsirləndirilən şəxs2 və Məhkum kassasiya şikayətlərinin digər dəlili məhkəmələr tərəfindən onlara ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiy yətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli c əza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs2 və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apelyasiya məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs2 və Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə növündə olan cəzanın müddəti işin halları və məhkumların şəxsiyyətlərini kifayət qədər nəzərə alınmadan cəza təyin edilməsi qənaətinə gələrək onlara təqsirli bilindiyi maddələr üzrə cəzasını həmin maddələrin sanksiyası həddind ə 1 il müddətinə endirilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 və Məhkum təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumların törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onların şəxsiyyətlərinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin edilmiş cəzanı sərtliyinə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab etmək olmaz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs2 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin məhkumlar Təqsirləndirilən şəxs2 və Məhkum barələrindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, məhkumlar Təqsirləndirilən şəxs2 və Məhkum barələrindəki Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlan ılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Təqsirləndirilən şəxs2 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-367/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-367/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver