Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-367/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum X2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli 1(103)-98/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin (hakim Murad Məmmədov) 11 sentyabr 2023-cü il tarixli 1(004)-151/2023 nömrəli hökmü ilə xx xxxxxxx 1997-ci ildə Füzuli rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 179.2.1 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə qaldığı 1 (bir) gün müddət, yəni ümumilikdə 3 (üç) gün həbsdə saxlanıldığı müddətin 1 (bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs və həyat yoldaşı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 12 oktyabr 2021-ci il tarixdən, 06 fevral 2022-ci il tarixədək olan müddət ərzində istintaqla müəyyən olunması mümkün olmayan ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə X1 yaşadığı ünvan 2 ünvanda aralarında mənzilin kirayə verilməsi müqaviləsi əsasında evdə olan Rüqiyyə Hüseynovaya məxsus evin birinci mərtəbənin mətbəxində yerləşən 1 (bir) ədəd dəyəri 3000 manat olan “Toşihba” markalı soyuducunu, birinci mərtəbənin qonaq otağına quraşdırılmış bir ədəd 3000 manat olan “LG” markalı televizorunu, birinci mərtəbənin mətbəxində yerləşən 1 (bir) ədəd dəyəri 190 manat olan çörək bişirmək üçün nəzərdə tutulan elektrik peçini, birinci mərtəbənin mətbəxində yerləşən bir ədəd dəyəri 250 manat olan “Soba” markalı yemək qızdırmaq üçün nəzərdə tutulan elektrik peçini, birinci mərtəbənin mətbəxində yerləşən 1 (bir) ədəd dəyəri 1700 manat olan “Şharp” markalı qabyuyan cihazını, ikinci mərtəbənin mətbəxində yerləşən 1 (bir) ədəd dəyəri 1000 manat olan 8 kg tutumlu “LG” markalı paltaryuyan cihazını, birinci mərtəbənin mətbəxində yerləşən 1 (bir) ədəd 1700 manat olan 100 m 2 “Mitsubişi” markalı kondisionerini, ikinci mərtəbənin ümumi dəhlizində yerləşən 1 (bir) ədəd dəyəri 1500 manat olan 120 m2 “Zanussi” markalı ködisionerini, ikinci mərtəbədə yerləşən uşaq otağında quraşdırılmış dəyəri 1000 manat olan 4 qapılı və 1 qapılı qonaq otağı üçün nəzərdə tutulan mebel dəstini, ikinci mərtəbənin mətbəxində yerləşən 2 (iki) ədəd hər birinin dəyəri 1400 manat olmaqla ümumi dəyəri 2800 manat olan 3x4 ölçülü Təbriz ipək xalçalarını, ikinci mərtəbənin mətbəxində yerləşən 6 (altı) ədəd hər birinin dəyəri 420 manat olmaqla ümumi dəyəri 252 0 manat olan Təbriz yun xalçalarını, birinci mərtəbənin qonaq otağında olan 1 (bir) ədəd dəyəri 180 manat olan “Vestel” markalı tozsoran cihazını, birinci mərtəbənin qonaq otağında olan 15 (on beş ədəd) ümumi dəyəri 500 manat olan Bogema istehsalı olan serviz dəstlərini, ikinci mərtəbənin yataq otağında yerləşən 2 (iki) ədəd hər birinin dəyəri 75 manat olmaqla ümumi dəyəri 150 manat olan yataq örtüklərini, ikinci mərtəbənin yataq otağında olan 1(bir) ədəd dəyəri 80 manat olan qış yataq örtüsünü, ikinci mərtəbənin yataq otağında olan 2 (iki) ədəd hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 160 manat olan “Diana” markalı qış yataq örtüyünü, ikinci mərtəbənin yataq otağında olan 4 (dörd) ədəd hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 100 manat olan yay yataq örtüklərini, ikinci mə rtəbənin yataq otağında olan 3 (üç) ədəd hər birinin dəyəri 180 manat olmaqla ümumi dəyəri 540 manat olan qış yataq örtüklərini, ikinci mərtəbənin yataq otağında olan 5 (beş) ədəd hər birinin dəyəri 30 manat olmaqla ümumi dəyəri 150 manat olan yun yarğanı, ikinci mərtəbənin yataq otağında olan 2 (iki) ədəd hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 120 manat olan yun döşəklərini, evin ümumi həyətində olan 2(iki) ədəd hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 120 manat olan yumşaq oturacaq kreslolarını, birinci mərtəbənin qonaq otağının divarına vurulmuş 1 (bir) ədəd dəyəri 350 manat olan bivar üçün nəzərdə tutulan boşqab tipli tablonu, birinci mərtəbənin qonaq otağında olan 1 (bir) ədəd dəyəri 100 manat olan xrustal vazını və birinci mərtəbənin qonaq otağının olan 1(bir) ədəd dəyəri 150 manat olan ağ rəngli güllü vazını və evin 3-cü mərtəbəsində yerləşən mansarda kağız kardonların içərisinə yığdığı qızı Aysu Həsənzadə üçün aldığım cehizləri olan 1 (bir) ədəd dəyəri 190 manat olan “Tefal” markalı ütünü, 1 (bir) ədəd dəyəri 250 manat olan “Panasonik markalı ət çəkən cihazını, 2 (iki) ədəd hər birinin dəyəri 130 manat olmaqla ümumi dəyəri 260 manat olan yataq dəstlərini, 1 (bir) dəst dəyəri 200 manat olan “Karaca” istehsalı olan qazan dəstlərini, 1 (bir) ədəd “Mikser” markalı şirniyyat qarışdıran elektrik cihazını, 1 (bir) ədəd dəyəri 700 manat olan “Samsung” markalı tozsoran elektrik cihazını və 1(bir) ədəd dəyəri 100 manat olan yataq üçün nəzərdə tutulan yataq örtüyünün və ikinci mərtəbənin mətbəxində yerləşən 1 (bir) ədəd dəyəri 1500 manat olan dəri materiallın dan hazırlanmış qış geyim gödəkçəsini talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 24.590 ( iyirmi dörd min beş yüz doxsan) manat xeyli miqdarda maddi ziyan vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Hüseyn Cavid (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyev) 10 sentyabr 2024-cü il tarixli 1(103)-98/2024 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 1(004)-151/2023 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum CM-in 179.2.1 və 179.2.4-cü maddələri ilə təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək 1 (bir) il 6 (altı) ay müddətinə endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ümumilikdə 3 (üç) gün həbsdə saxlanıldığı müddətin 1 (bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və bəraətverici əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum təqsirli bilinərək ona cəza təyin edilməsi qanunsuz və əsa ssızdır. Belə ki, məhkəmələr işi hərtərəfli araşdırmamış məhkumun əməlində cinayət tərkibinin olmadığı halda ittiham hökmü çıxarmaq üçün sübut belə olmadan ona cəza təyin etmiş, apellyasiya instansiyası da həmin qaydada hökmü qüvvədə saxlamışdır. Məhkəmə iş materillarında olan kirayə müqaviləsinə və evə yerləşdirilmiş 8000 manat dəyərində əmlaka heç bir hüquqi qiymət verməmişdir. İş üzrə təyin edilmiş ekspertiza rəyindən də verilmiş ittihamın 5/4 hissəsinin ittihamdan xaric edilməsi özü özlüyündə istintaq dövründə təqsirləndirilən şəxslərə qarşı qərəzli aparılmış araşdırmadan xəbər verir. Bundan başqa döyülmə faktı ilə bağlı Yasamal Polis İdarəsinin icraatında materialda mövcud olmuş, lakin heç bir məhkəmə instansiyası sorğu verərək həmin materialı almamışdır. Cinayət işi materiallarına əs asən Məhkum münasibətdə cinayət tərkibindən söhbət gedə bilməz. Cinayət işi üzrə istər digər Təqsirləndirilən şəxs istərsə də iş üzrə dindirilmiş şahidlər Məhkum tərəfindən əşyaların satılması ifadələrində təsdiq etməmişlər. İstintaq orqanı Məhkum CM-in absurd olaraq 177-ci maddəsi ilə ittiham verərək məhkəməyə göndərməsi azmış kimi Yasamal Rayon Məhkəməsi həmin maddədə hüquqi tövsifə gedərək təqsirləndirilən şəxsin əmənin guya 179-cu maddənin tərkib əlamətləri olduğundan ona həmin maddə ilə təqsirli bilinərək cəza verilməsi qənaətinə gəlməklə qanunsuz qərar qəbul etmişdir. Hökmlə tanış olarkən çıxarılmış hökmdə sübutların göstərilən hadisədə Məhkum əməlində cinayət əməlinin tərkib hissəsinin olmasında əlaqəsiz olması aydın olur. Belə ki, Təqsirləndirilən şəxs öz ifadəsində Məhkum onun tər əfindən satılmış əşyalarda heç bir şəkildə iştirak etmədiyini, əslində heç bir oğurluq hadisəsinin olmadığını, əksinə evdə olan köhnə əşyaların yeni əşyalarla dəyişdirilməsi bütün sübutlarla öz təsdiqini tapır. İş materillarında istintaq orqanı özü sübut kimi qiymət verərək şahid ifadəsini aldığı Əliəfsər Kişiyev öz ifadəsində həqiqətən Təqsirləndirilən şəxs 8550 manat dəyərində məişət əşyasının satılması ilə bağlı razılığa gəldiklərini və həmin əşyaları özü tərəfindən yük avtomobili ilə Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən evə göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin yeni əşyaları qonşusu usta olduğu qeyd edilən Hidayət adlı şəxsin quraşdırdığını bildirsə də nə həmin əşyaların evdə olması nə də əşyaları quraşdıran şəxsin ifadəsi alınmamaqla bu məqam barədə heç bir araşdırma aparılmamışdır. Halbuki araşdırma aparılsaydı evdən əşyanın kəm olması deyil bütün əşyaların yeniləndiyi aşkar edilərdi. İstintaq orqanı çoxlu sayda əşyanın oğurlanması ittihamında qanunsuzluğa yol verərək həmin əşyaların ümumiyyətlə mövcud olubolmaması həmin əşyaların kirayəçilər tərəfindən satılıb-satılmamasına dair sübut əldə etmədən işi məhkəməyə göndərmişlər. Halbuki evdən heç bir oğurluq və mənimsəmə halı baş verməmiş yenilənmiş əşyaların tədarükündə isə Məhkum əlbir olaraq cinayət əlaqəsinə girməsi absurd bir ittihamdan başqa şey deyildir. Kassator hesab edir ki, əgər məhkəmə gəldiyi nəticə ilə yanaşsaq təhvil verilmiş ev təqsirləndirilən şəxslərin iştirakı ilə açılmalı əskik əşyalara sonra qiymət verilməli idi. Bundan başqa təqsirləndirilən şəxslərin evdə kifayət qə dər özlərinə məxsus əşya olmuş istintaq orqanı hansı əşyaların zərərçəkmiş şəxsə hansı əşyaların təqsirləndirilən şəxslərə aid olması aydınlaşdırmadan əşyaların əskik olması qeyd edərək ittiham irəli sürmüşdür. Halbuki istintaq orqanı tərəfindən evin əvvəlki vəziyyəti barədə zərərçəkmiş şəxsdən sübut tələb etməli hadisədən sonra həmin əskikliklər sübutla təsdiqlənməli idi. Hal hazırda təqsirləndirilən şəxslərə məxsus 10000 manata yaxın əmlak zərərçəkmişə məxsus evdədir və buna heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməs i yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsirsiz olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 179.2.1 və 179.2.4-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, hazırkı cinayət işi ilə bağlı olan cinayət əməli Məhkum tərəfindən törədilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbayca n Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan R espublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, digər məhkum Təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs oğlu, şahidlər X6, Şahid4, Şahid2 ifadələri, məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və işin digə r materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 179.2.1 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını tala ma cinayətində iştirakı və təqsirini təsdiq etmək üçün kifayət edir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Məhkəmələr məhkum edilmiş şəxs Məhkum özünü təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onu n cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun kassasiya şikayətində onun təqsirsizliyi ilə əlaqədar analoji dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq ed ilmiş sübutları düzgün qiymətləndirmişlər. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayətprosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını talama cinayətində təqsirli olması sübuta yetirilmişdir və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar mövcud deyil. Kassasiya şikayətində irəli sürülən dəlillər əsassız hesab edilir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli 1(103)-98/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərba ycan Respublikası CM-in 179.2.1 və 179.2.4-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli 1(103)-98/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-367/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-367/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver