Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-368/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X10, Məhkum Məhkum iştirakları ilə Şəmkir rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli hök mü ilə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi İsayeva Xanım Yusif qızı ilə birlikdə verdiyi kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Könül Cəlal oğlu) xx xxxx 1975-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 5 azyaşlı uşağı olan, Şəmkir rayon Məhkəməsinin 22 may 2018–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə qazancından 10% dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum olunmuş, həmin cəzası icra olunmamış, ünvan 1–da yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsinə əsasən əvvəlki hökmlə təyin edilmiş qazancının 10% dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası, CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 3 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə bərabər tutulmaqla, 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Şəmkir rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, “xxxx” ASC–nin Şəmkir Elektrik şəbəkəsi ilə bağladığı 20 fevral 2009–cu il tarixli, 03898 saylı müqaviləyə uyğun olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin abonenti olmaqla “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1–ci bəndinə əsasən istehlakçının sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət etməli, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 1.1.32, 1.7.32, 1.7.39, 2.1.21 və 2.1.32–ci bəndlərinə əsasən elektrik quruğuları, onlara xidmət göstərən və kənar şəxslərin təhlükəsizliyi müvafiq qaydada seçilmiş saz izolyasiya, ara məsafələri, qoruyucu çəpərlənmə, torpaqlanma (eləcə də sıfırlaşmanın) və tez bir zamanda elektrik quruğusunun qəza (elektrik gərginliyinin altına düşmə və s.) baş vermiş hissəsini avtomatik olaraq elektrik enerjisi mənbəyindən ayıran elektrik aparatları ilə təmin etməli, elektrik cərəyanı keçirən elektrik naqilləri və kabellərin izolyasiya və örtüyü ətraf mühitə və çəkilmə üsuluna uyğun seçməli, elektrik kabel və naqili izolyasiyası elektrik şəbəkəsinin nominal gərginliyinə uyğun olmalı, elektrik gərginliyi 1000 V–a qədər olan neytralı kar torpaqlanmış elektrik qurğularında sıfırlaşma aparmalı və belə elektrik qurğularında sıfırlaşma aparılmadan elektrik qəbuledicilərinin gövdələrinin torpaqlanmasına icazə verilməməli, elektrik xətlərində sıfırlaşma, həmin xətl ərin dayaqlar üzərində digər elektrik naqilləri ilə birgəçəkilmiş sıfır iş naqili ilə aparmalı, elektrik kabel və naqillərin damarlarının birləşməsinin sıxac, qaynaq, ləhimləmə və yaxud bolt (vint və s.) sıxaclarının vasitəsi ilə aparmalı olduğu halda, həmin qaydaların tələblərinə əməl etməyərək şəxsi istifadəsində olan elektrik enerjisi ilə işləyən qaynaq aparatını işlətməsi və qonşuluğunda yaşayan dayısı oğlu X7 ünvan 2 ünvanında yerləşən evinin elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə çəkilmiş, yüksək gərginlik altında olan elektrik naqilinin izolyasiya qatını istintaqa məlum olmayan vaxtda pozaraq kənar şəxsin elektrik cərəyanı vurub öldürmək imkanını lazımı diqqət və ehtiyatlılıq göstərək qabaqcadan görməli olduğu və görə bil əcəyi halda, onları görməyib təhlükəsizlik qaydalarına əməl etməyərək cinayətkarcasına etinasızlıq göstərmiş, 11 sentyabr 2018–ci il tarixdə, saat 09 radələrində onun dayısı oğlu X7 qeyri–rəsmi ər–arvad münasibətində yaşamış X4 tövlədə yüksək elektrik cərəyanı vurması nəticəsində sonuncu dərəcəsinə görə həyət üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sol əl barmaqlarında aşkar edilmiş elektrik nişanələrindən (elektrik vurma) ibarət xəsarətlər almış və Məhkum ehtiyatsızlığı üzündən X8 elektrik cərəyanı vurması səbəbindən hadisə yerində ölmüşdür. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hüseynov Salman Bilal oğlu, hakimlər Rzaquliyev Şamil Qəhrəma n oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 07 avqust 2019-cu il tarixli qərarı ilə Şəmkir rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi İsayeva Xanım Yusif qızı ilə birlikdə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qeyd olunan qərarını ləğv edib, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X10 və onun nümayəndəsi İsayeva Xanım Yusif qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkumun əməlləri ağır nət icələrə səbəb olmuş, belə ki, zərərçəkmiş şəxs X1 törətdiyi cinayət əməli nəticəsində yerindəcə vəfat etmiş, Məhkum əməlinin belə ağır nəticəyə səbəb olacağını əvvəlcədən bilirdi, ona görə də Məhkumun əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin təsiri altına düşür. Həmçinin məhkəmələr məhkuma yüngül cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi apellyasiya məhkəməsinin qeyd olunan qərarını ləğv edib, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsini xahiş etmi şlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətinin təmin edilməsi, məhkum və dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhk əməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi kassasiya şikayətində məhkəmələr tərəfindən istintaq materiallarının araşdırılmaması, Məhkum əməlinin düzgün tövsif edilməməsi, daha ağır maddə ilə tövsif edilməli olduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Şikayətin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səb əbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellaysiya məhkəməsinin qərarında göstərilmişdir ki, “... məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi X10 şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçi apellyasiya şikayətinə etiraz etdilər, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin əsassız olduğunu bil dirdi və göstərdi ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və ədalətlidir, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğundur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fakti ki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi 4 tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Göründüyü kimi zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətində məhkəmənin hökmünün ləğv edilməsi və məhkumun əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edilməsi iddia edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respubl ikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. CPM-in 391.8 və 391.8-1-ci maddələrinə əsasən CPM-in müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə və apelyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci insta nsiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: 391.8-1. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apelyasiya şikayətinə və apelyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və y a hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər. İş materiallarında olan 24 noyabr 2018-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən: “Təqsirləndirilən şəxs Məhkum CMin 124.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Eləcə də, zərərçəkmiş şəxsin hüquqi 5 varisi X10, X12 və Qənbərova Günel taleh qızının göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından CM-in 120.1, 234.1 və 237.1-ci maddələri ilə həmin fakt üzrə cinayət işinin başlanm ası rədd edilmişdir.” Həmçinin, işdə olan 14 dekabr 2018-ci il tarixli ittiham aktından görünür ki, Məhkum qarşı CM-in 124.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və məhkəmə də haqlı olaraq həmin ittiham daxilində işə baxmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudla şdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai ar aşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkum əməlinə istintaq orqanının qərarı ilə qiymət verilmiş, həmin qərarla Məh kum əməlində daha ağır cinayət tərkibinin olmasına dair bütün məsələlər ətraflı araşdırılmış və öz təsdiqini tapmamışdır. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmiş və mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edilməsi barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə təkzib olunur və təmin edilməməlidir. Belə ki, cinayət hadisəsinin Məhkum tərəfindən törədilməsi şahid ifadələri, ekspert rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apelyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün 6 halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Məhkum əməlini düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətləri ona istinad edilmiş CM-in 124.1-ci maddəsinin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsinin Məhkum bu maddə ilə verilən ittihamı təsdiq etməkdə haqlı olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir, şikayətin təmin edilərək Məhkum əməlinin CM-in 124.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğun olduğundan məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxs in hüquqi varisi X10 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə uyğun olduğu üçün (zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin dəlillərinə aid olan hissədə) məhkəmə kollegiyası da onunla razılaşır, kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin yuxarıda göstərilən dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə haqlı olaraq işə həmin ittiham daxilində baxmış, zərərçəkmiş şəxsin hüquqi varisinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına da riayət etmişdir. Məhkəmələrin bunlara dair mövqeyi iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası, da yuxarıda göstərildiyi kimi, məhkəmələrin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının belə mövqeyi həm də aşağıda göstərilən normaların tələblərinə də əsaslanır: Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli ş əxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə gö rə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların ki fayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Odur ki, apellyasiya məhkəməsinin qərarı (zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə münasibətdə) əsaslı olduğundan (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2019- cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi İsayeva Xanım Yusif qızı ilə birlikdə verdiyi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-368/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-368/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver