Məhkəmə qərarları › İş №1(102)-368/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-368/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-368/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarından Məhkum tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim Mustafa Mustafayev) 1(076)81/2020 saylı, 03 iyun 2020-ci il tarixli hökmü ilə 25 may 1989-cu il tarixdə Şəmkir rayonu Mehirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Seyfəli kəndində qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Məhkum təyin edilmiş 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 ay 15 günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 22 gün azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Məhkum 02 (iki) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 14 yanvar 2020-ci il tarixdən 16 yanvar 2020-ci tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 3 gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X6 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı X6 ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında 06 yanvar 2020-ci il tarixdə saat 14 radələrində X1 məxsus Şəmkir rayonu, Mehirli kəndində yerləşən fərdi yaşayış evinə hasardan qanunsuz daxil olub evin həyətindəki tövlədən 01 ədəd 250 manat dəyərində UAZ markalı avtomobilin sürət qutusunu, 01 ədəd 150 manat dəyərində razdatkanı, 01 ədəd 20 manat dəyərində ressoru, 04 ədəd 40 manat dəyərində barabanı, 03 ədəd 60 manat dəyərində ZİL markalı avtomobilin barabanını, 02 ədəd 200 manat dəyərində kar danı, 03 ədəd 240 manat dəyərində starteri, 01 ədəd 240 manat dəyərində reduktoru, 01 ədəd 40 manat dəyərində polusu, 02 ədəd 80 manat dəyərində ressoru, 01 ədəd 160 manat dəyərində “Koshin” markalı, benzin motorlu su mühərrikini, “Jiquli” markalı avtomobilə məxsus 04 ədəd 60 manat dəyərində dəmirdən təkər disklərini, 01 ədəd 80 manat dəyərində 8 kq-liq misdən 40 litr həcmli su qabını, 04 ədəd 20 manat dəyərində 5 litr həcmli dəmirdən yağ qablarını, cəmi 1640 (bir min altı yüz qırx) manat məbləğində zərərçəkmiş şəxs X1 məxsus əmlakı gizli talayaraq oğurlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Salman Hüseynovdan ibarət tərkibdə) 1(104)-227/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərarı ilə Şəmki r Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 1(076)-81/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi X3 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsi və ya CM-in 62ci maddəsi tətbiq edilməklə məhkumun təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla ə saslandırır ki, birinci instansiya və apelyasiya instansiya məhkəmələri ədalətsiz qərar qəbul etməklə, ona sərt cəza təyin etmişlər. Bundan başqa məhkum himayəsində 3 azyaşlı uşağı, anası, həyat yoldaşı, əmək qabiliyyəti olmayan bacısı və onun uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxslə barışıq əldə olunduğunu və zərərçəkmişin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinay ətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində də əməlin hüquqi tövsifi mübahələndirilmir. Kassasiya şikayətinin başlıca dəlili İqbal Rəhimov barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılma sına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də m əhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlilinə, yəni məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CMin 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məh kəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan halların heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasını mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi və yaxud təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiq olunması üçün işdə heç bir qanuni əsas yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası mə hkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar