Məhkəmə qərarları › İş №1(102)-368/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-368/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-368/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən Həbib Həsənov) 03 avqust 2023-cü il tarixli, 1(005)-377/2023 nömrəli hökmü ilə xx xxxxx 1990-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi ev 210 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi-1,863 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşıyaraq 19 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk prospekti 2A ünvanının qarşısına gətirmiş və Nəri manov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin gün, saat 21 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi həmin ünvanda saxlanılaraq ünvan 5ən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi-1,863 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) 1(103)-1790/2023 nömrəli 07 sentyabr 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum istintaq zamanı tutulduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla Məhkum üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2023-cü il tarixdən hesablanmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək xahiş etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarı cəzanın sərtliyinə görə dəyişdirilməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunan cəza məhkumun şəxsiyyətinə, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun deyil və ona görə də apelyasiya instansiyası məhkəməsinin qərarını təyin olunan cəza hissəsində qanunsuz və əsassızdır. Belə ki, biri nci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən gənc olmasını, təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, hər hansı inzibati məsuliyyətə cəlb edilməsinə dair cinayət işi materiallarında məlumat olmaması, daimi yaşamağa evi olması və yaşadığı yerdən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən təyin olunan iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası onun tərəfindən törədilmiş qanunazidd əməl üçün kifayət qədər ağır hesab oluna bilər və onun islah olunması üçün kifayət qədər ağlabatan müddət olmuşdur. Belə ki, məhkəmə tərəfindən dəyişdirilmiş hökmə əsasən, məhkum Bakı şəhərinin hüdudlarını tərk etməm əli, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, həmçinin ona müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmuş, ərazi narkoloji dispanserində qeydiyyatda alınmaqla narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin təyin etdiyi cəza məhkumun islah olunması, cəmiyyətin aktiv üzvü olması, pis vərdişlərdən uzaqlaşması üçün kifayət idi. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunan cəzanın məhkumun həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamışdır. Məhkumun ailə tərkibi onun özündən və anasından ibarət olmuşdur. Məhkumun anası uzun illərdir ki, müxtəlif xəstəlikl ərdən əziyyət çəkir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktlar ı müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası öz sərtliyinə görə onun törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan R espublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hə dlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitus iyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında iki cəza növü, yəni bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən Məhkum gənc olmalarını, təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini və əvvəllər məhkum olunmamasını cəzasını yü ngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Qərara əsasən, birinci instansiya məhkəməsi Məhkum əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Apelyasiya instansiyası üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi onun hərəkətləri ilə təsdiq olunmalı və davranışında ifadə olunmalı, məhkəmədən kənar davranışları ilə də uzlaşmalıdır. Yəni, şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi onun hərəkətləri və davranışları ilə uzlaşmadığı halda peşman olma kimi qiymətləndirilə bilməz. Məhkum peşman olduğunu bildirsə də, onda qanuna itaət üçü n həvəsin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşması barədə məhkəmə kollegiyasında daxili inam yaranmamışdır. Məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərkən Məhkum aşkar olunmuş narkotik vasitənin növünü və miqdarını da nəzərə almışdır. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun t əcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutar aq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli Məhkum barəsindəki qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar