Məhkəmə qərarları › İş №1(102)-368/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-368/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-368/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxxx 1988-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, xdə qeydiyyatda olan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 1(103)-1409/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(008)-4/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim A.Z.Rzayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 avqust 2022-ci il tarixdən hesablanmışdır. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə, X4 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum və onun müdafiəçisi Mirzəyev Təyyar Balarza oğlu, məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Cəfərov Natiq Çingiz oğlu tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2024-cü il tarixli qərarı ilə, (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət tərkibdə) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 20 24-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə saxta pul hazırlama, əldə etmə və satma cinayətin törədilməsi üçün Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında olan razılaşmaya əsasən istintaqa məlum olmayan vaxtda Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospektində yerləşən nömrəsiz evdə "Epson L3110” markalı çoxfunksional (skaner, printer) çap qurğusu vasitəsi ilə 8 ədəd B37864875 nömrəli, 45 ədəd B06844753 nömrəli, 19 ədəd B38636491 nömrəli, 74 ədəd B28014314 nömrəli, 50 ədəd A98055605 nömrəli 20 Azərbaycan manatı, 47 ədəd B32165172 nömrəli, 15 ədəd B15 989702 nömrəli 50 Azərbaycan manatı, 2 ədəd C00249060 nömrəli 100 ədəd Azərbaycan manatı nominallı pul əskinazlarını çap etmiş, sonra kağızkəsən bıçaq və xətkeşdən istifadə edərək gümüşü rəngli qələmlərlə həmin əskinazlarda olan holoqramın və mühafizə xəttini təsvir etməklə, dövriyyədə olan eyni nominallı həqiqi Azərbaycan manatı pul əskinazına uyğun olmayan cəmi 9320 manat məbləğində saxta pulları hazırlayıb əldə etmiş, həmin saxta pulun 220 manat nominal əskinazları satmaq məqsədilə özləri ilə götürərək qrupun digər üzvü qabaqcadan vəd edərək cinayətin törədilməsinə köməklik edən Təqsirləndirilən şəxs3 idarə etdiyi "Kia Optima” markalı avtomaşınla Məhkum və Təqsirləndirilən şəxs2 ilə birlikdə gedərək xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəs i, Babək küçəsində yerləşən "AL Marketdə satıcı işləyən Zərərçəkmiş şəxs4 hazırladıqları saxta bir ədəd 50 manatlıq pul əskinazını ödəniş vasitəsi kimi verib ondan 50 manat dəyərində müxtəlif növ qida məhsulları almış, bundan sona təkrarən xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən "AL MARKET”də satıcı işləyən Zərərçəkmiş şəxs2 hazırladıqları saxta bir ədəd 50 manatlıq pul əskinazını ödəniş vasitəsi kimi verib ondan 10 manat dəyərində müxtəlif növ qida məhsulları alıb 40 manat məbləğində qalıq pul götürmüş, bundan sonra təkrarən xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Bayramov küçəsində yerləşən "OBA MARKET”də satıcı işləyən Zərərçəkmiş şəxs1 hazırladıqları saxta bir ədəd 50 manatlıq pul əskinazını ödəniş vasitəsi kimi verib ondan 2 manat dəyərində müxtəlif növdə qida məhsulları alıb qalıq 48 manat qalıq pulu götürmüş, bundan sonra təkrarən xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən "OBA MARKET”də satıcı işləyən Zərərçəkmiş şəxs3 hazırladıqları saxta bir ədəd 20 manatlıq pul əskinazını ödəniş vasitəsi kimi verib ondan 3 manat dəyərində müxtəlif növ qida məhsulları alıb 17 manat qalıq pul götürmüş, bundan sonra təkrarən xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən "OBA MARKET’də satıcı işləyən Zərərçəkmiş şəxs5 hazırladıqları saxta bir ədəd 50 manatlıq pul əskinazını ödəniş vasitəsi kimi verib ondan 5 manat dəyərində müxtəlif növ qida məhsulları alıb qalıq 45 manat pulu götürməklə həmin saxta pulları ümumilikdə 220 manat nominalda satmış və ifşa edildikdən sonra xx.xx.2022 tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospektində yerləşən nömrəsiz evinə axtarış keçirilərək oradan 8 ədəd B37864875, 45 ədəd B06844753, 19 ədəd B38636491 nömrəli, 74 ədəd B28014314, 50 ədəd A98055605 nömrəli 20 Azərbaycan manatı, 47 ədəd B32165172 nömrəli, 7 ədəd B15989702 nömrəli 50 Azərbaycan manatı, 2 ədəd C00249060 nömrəli 100 Azərbaycan manat nominallı pul əskinazlarına oxşar pullar, habelə Təqsirləndirilən şəxs2 əvvəl kirayədə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv nömrəsiz fərdi tikilmiş evinə baxış keçirilərək orada 01 "Epson L3110” markalı çoxfunksional (skaner, printer) çap qurğusu, 13 ədəd gümüşü rəngdə yazan qələm, 01 ədəd xətkeş, 4 ədəd kağızkəsən alət, A4 kağızı, 21 ədəd A4 kağıza çap edilmiş 21 ədəd C00249060 seriya nömrəli 100 Azərbaycan manatı nominallı və 8 ədəd A4 kağıza çap edilmiş B15989702 seriya nömrəli 50 Azərbaycan manat nominallı kəsilməmiş pul əskinazları aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ilk məhkumluğu, qadın olması, əməlindən səmimi peşman olması 2 övladın olması nəzərə alınmamış və ona həddindən artıq ağır və ədalətsiz cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2024-cü il tarixli qərarının də yişdirilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza ilə əvəz edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələlə ri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə CM-in 62ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq onun həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə təyin olunmuş cəzanın CM-in 62-ci maddəsinə əsasən yüngülləşdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdak ıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cin ayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü m addələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin e dilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, müdafiə tərəfi Məhkum təyin olunmuş cəzanın həddindən artıq ağır olması haqqında iddianı və birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə həm 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 1(008)-4/2024 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 204.1-ci maddəsinin sanksiyasında nə zərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində (CM-in 204.1-ci maddəsinin sanksiyasında beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin etməklə, Məhkum cəzasını yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını və əməlini səmimi etiraf etməsinin, cəzanı ağırlaşdıran hallar kimi isə cinayətin təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 -ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə məhkumun apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi zamanı müəyyən edilib nəzərə alınmış halları Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılm ası nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 1(103)-1409/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 1(103)-1409/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar