Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-369/2019 05.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)369-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 05 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13, Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 4 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2017-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ciil tarixli hökmü ilə (hakimlər: X17 (sədrlik edən), X18 və X9 ibarət tərkibdə), Məhkum – xx xxxxxx 1977-ci il tarixdə ********** rayonu, *********** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan X8 ictimai müxbir işləmiş, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Malbinəsi kəndində qeydiyyatda olmaqla orada yaşamış, Azərbaycan Respublikası CM-nin 120.1-ci mad dəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkum 14 yanvar 2017-ci il tarixdə saat 20 radələrində, Şüvəlan qəsəbəsi, ******************** saylı ünvanda olan tanışı X5 məxsus bağ evinə təmir işləri görmək üçün getdikdən sonra, Ə6 birlikdə nahar edib spirtli içki içərək sərxoş halda, əvvəllər usta kimi bir tikintidə işlədiyi H6 ilə mobil telefonla danışaraq ona, onu həmin evə dəvət etdiyi halda hara qaçmasını bildirdikdə, sərxoş vəziyyətdə olan H6 bundan əsəbləşərək onu söyüb hədələmiş, sonra saat 22 radələrində yuxarıda ünvanı qeyd edilən X3 həmin bağ evinə gəlib, həmin evdə kombi ilə bağlı təmir işləri ni görmək üçün gəlmiş Məhkum üstünə hücum edərək yumruq zərbələr vuraraq, ona dərəcəsi təyin edilməyən müxtəlif xəsarətlər yetirməklə nalayiq ifadələrlə təhqir etməsindən əsəbiləşərək, Məhkum qisas almaq üçün onu qəsdən öldürmək niyyəti ilə evin mətbəx otağından götürdüyü bıçaqla H6 bir bıçaq zərbəsi vuraraq ona ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurma əlamətlərinə malik ürəyin sağ mədəcik əzələsinin zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının döş sümüyünü dəlib keçən – döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş xəsarət, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməyən sol gözaltı nahiyəsinin qançırı, sol gözaltı nahiyəsinin, sağ əlin İ barmağının, sağ və sol baldırın sı yrıqları kimi xəsarətlər yetirərək H6 qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir Hökmdən Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X10 və X14 ibarət tərkibdə) 31 avqust 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2017-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək qeyd edilən qərarın dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi əməlin CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif olunması və barəsindəki yüngülləşdirici halları nəzərə almaqla azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhku m olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum qarşı irəli sürülmüş ittihamla bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir və iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmamışdır. Cinayət işinin faktiki halları və iş üzrə toplanmış sübutlar belə bir qənaətə gəlməyə kifayət qədər əsas verir ki, Məhkum əməlində CM-nin 120.1-ci maddəsinin deyil, 123.1-ci maddəsinin tərkibi vardır. İşin faktiki hallarından bəllidir ki, Məhkum ilə zərərçəkmiş şəxs H6 yaxın dostluq münasibətində olmuş və bir yerdə təmir-tikinti işləri ilə məşğul olmuşlar. Bu fakt Məhkum, zərərçəkmiş şəxs H6 hüquqi varisi X15, iş üzrə şahidlər X7 və X4 işin ibtidai araşdırması və məhkəmə baxışları zamanı vermiş olduqları ifadələrlə də təsdiq olunur. İşin faktiki halları və bu faktiki halları özündə əks etdirən sübutlar belə bir qənaətə gəlməyə əsas verir ki, Məhkum əməli zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. Qəsd insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qarşı yönəldiyi halda zərərçəkmişin öldürülməsi ilə hücumdan müdafiə olunma şərtlər daxilində zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymətləndirilə bilər. Məhz, Məhkum törətmiş olduğu əməl də bu kimi qiymətləndirilməlidir. Belə ki, zəruri müdafiənin həm qəsdə aid edilən və həm də müdafiənin qəsdin xarakteri və təhlükəlilik dərəcəsini aşmamaqla həyata keçirilməsindən ibarət hüquqi şərti istisna olmaqla müdafiə hərəkətlərinə aid edilən hüquqilik şərtlərinin hamısı olmuşdur. Yəni Məhkum sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd mövcud olmuş - başlamış, davam etmiş və hələ başa çatmamışdır, həqiqi və real olmuşdur - obyektiv gerçəklikdə mövcud olmuşdur və ictimai təhlükəli olmuşdur -qanunla qorunan obyektə, insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qarşı yönəlmişdir. Mövcud halda Məhkum özünü ictimai təhlükəli qəsddən müdafiə hərəkətlərinə yol vermiş və bu müdafiəni qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirmişdir. Yeganə istisna odur ki, o, müdafiəni qəsdin xarakteri və təhlükəlilik dərəcəsini aşmaqla həyata keçirmişdir. X29 X11 silah və ya silah qismində hər hansı bir əşyadan istifadə etmədən yalnız fiziki gücü hesabına ona hücum edərək bədən xəsarətləri yetirməsi müqabilində müdafiə olunarkən ona edilən hücumda istifadə edilən vasitəyə uyğun olmayan vasitədən, silah qismində mətbəx bıçağından istifadə etmiş, qəsdlə müqayisədə açıq-aşkar uyğun olmayan tədbir seçmiş, həmin bıçağı H6 həyatı üçün təhlükəli olan bədən nahiyəsindən vurmaqla onu qətlə yetirmişdir. Beləliklə, Məhkum H6 tərəfindən davamlı olaraq söyülüb təhqir olunmasından və döyülməsindən sonra ona fiziki gücünün yetməməsi səbəbindən müqavimət göstərə bilməməsini və edilən hücumların qarşısını ala bilməməsini anlayaraq onun növbəti hücumu zamanı ifadələrində göstərdiyi şəkildə, həmin hücumun qarşısını qorxuzmaq məqsədi ilə almaq istəyi ilə bıçağa əl atmaq məcburiyyətində qalmış və bu qorxuzmaq istəyi son anda Məhkum özü də istəmədən H6 öldürməsi ilə nəti cələnmişdir. Odur ki hesab edir ki, Məhkum əməli CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə Məhkum cəza təyin edərkən barəsindəki yüngülləşdirici halları yetərincə nəzərə almamışdır. Belə ki, Məhkum cinayət hadisəsini fiziki və psixi məcburiyyət təsiri altında, zəruri müdafiənin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla və zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətmiş və əməli törətdikdən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərməyə çalışmışdır. Bundan başqa, Məhkum birinci dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunmuş, iş üzrə səmimi və obyektiv ifadələr verməklə cinayətin açılmasına yardımçı olmuş və törətdiyi əməldən peşmançılıq çəkmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi şikayətçi deyildir. Məhk um ailəlidir, 2 azyaşlı övladı vardır, o, evin yeganə qazanc gətirənidir və ailəsi onun himayəsindədir. Şəxsiyyət etibarı ilə də müsbət xarakterizə olunur. Məhkum YAP-ın üzvüdür və Azərbaycan Respublikası Prezidentinin, həmçinin Milli Məclisə deputatların seçkisi kompaniyalarında müşahidəçi qismində iştirak etməklə dövlətçiliyimizə layiqincə xidmət etmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçini, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 20 17-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yet irilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işinin faktiki halları və iş üzrə toplanmış sübutlar belə bir qənaətə gəlməyə kifayət qədər əsas verir ki, Məhkum əməlində CM-nin 120.1-ci maddəsinin deyil, 123.1-ci maddəsinin tərkibi vardır. Məhkum sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd mövcud olmuş başlamış, davam etmiş və hələ başa çatmamışdır, həqi qi və real olmuşdur - obyektiv gerçəklikdə mövcud olmuşdur və ictimai təhlükəli olmuşdur-qanunla qorunan obyektə, insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qarşı yönəlmişdir. Mövcud halda Məhkum özünü ictimai təhlükəli qəsddən müdafiə hərəkətlərinə yol vermiş və bu müdafiəni qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirmişdir. Yeganə istisna odur ki, o, müdafiəni qəsdin xarakteri və təhlükəlilik dərəcəsini aşmaqla həyata keçirmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-nin 36.1-ci maddəsində əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq y olu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.3-cü maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkumla mərhum H6 arasında yaranmış söz mübahisəsi nəticəsində hadisə ərəfəsində telefon vasitəsilə birbirinə qarşı nalayiq ifadələr işlətmişlər. Məhkum H6 mobil telefonla danışaraq ona, onu həmin evə dəvət etdiyi halda hara qaçmasını bildirdikdə, sərxoş vəziyyətdə olan Sevindir Hacıyev bundan əsəbləşərək onu söyüb hədələmiş, sonra saat 22 radələrində X3 bağ evinə gəlib, həmin evdə kombi ilə bağlı təmir işlərini görmək üçün gə lmiş Məhkum üstünə hücum edərək yumruq zərbələri vuraraq, ona dərəcəsi təyin edilməyən müxtəlif xəsarətlər yetirmişdir. Bu zaman X1 hərəkətlərinin qarşısını almağa çalışmışdır. Hadisənin gedişində Məhkum da H6 sol gözaltı nahiyəsinin qançırı, sol gözaltı nahiyəsinin, sağ əlin İ barmağının, sağ və sol baldırın sıyrıqları kimi xəsarətlər yetirmişdir. Yəni faktiki olaraq onların aralarında qarşılıqlı dalaşma baş vermişdir. X12 isə ardıcıl olaraq onları aralaşdırmışdır. Belə vəziyyətdə H6 onu nalayiq ifadələrlə təhqir etməsindən əsəbiləşərək, Məhkum qisas almaq üçün onu qəsdən öldürmək niyyəti ilə evin mətbəx otağından götürdüyü bıçaqla H6 bir bıçaq zərbəsi vuraraq ona ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmuşdur. Faktiki olaraq H6 Məhkum qarşı qəsdini n qarşısı onun özünün və X3 birgə səyləri ilə alınmışdır. H6 Məhkum qarşı hər hansı silahdan istifadə etməmiş və onun həyatını təhlükə altına alan hər hansı hərəkət etməmişdir. Məhkum həyatına zəruri müdafiə vəziyyəti yarada bilən zəruri qəsd mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlinin CM-nin 120.1-ci maddəsindən CM-nin 123.1-ci maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinə baxmış məhkəmələr bu dəlillərin əsaslılığını tam hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətində daha sonra göstərilir ki, məhkəmə Məhkum cəza təyin edərkən də barəsindəki yüngülləşdirici halları yetərincə nəzərə almamışdır. Məhkum cinayət əməlini fiziki və psixi məcburiyyət təsiri altı nda, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Məhkum birinci dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunmuş, iş üzrə səmimi və obyektiv ifadələr verməklə cinayətin açılmasına yardımçı olmuş və törətdiyi əməldən peşmançılıq çəkmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi şikayətçi deyildir. Məhkum ailəlidir, 2 azyaşlı övladı vardır, o, evin yeganə qazanc gətirənidir və ailəsi onun himayəsindədir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqs irkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla cəzanın məqsədi barədə qanunun tələbinə uyğun cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum oğlunun ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və t ələbi olmamasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, onun müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən yüngülləşdirən hal kimi nəzərə almış, işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə ü çündən artıq ola bilməz. Kassasiya şikayətində göstərilən hallar da nəzərə alınmaqla məhkəmə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 9 ildə 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasından 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də cəza təyini barədə eyni məzmunlu dəlillərin əsaslılığını yoxlayaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Ona görə də kassasiya şikayətinin cəza təyininə dair dəlilləri də təmin edilmədən saxlanmalıdır. Gostərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Resp ublikası CPM-nin 416-cə maddəsində təsbit edilmiş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2017-ci il tarixli qərarı məhkumun müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-369/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-369/2019
05.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver