Məhkəmə qərarları › İş №1(102)-369/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-369/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-369/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ xx xxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əhməd Güləhməd oğlu Nurməmmədovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, müdafiəçilər-vəkil Müdafiəçi1 və vəkil Müdafiəçi2 iştirakları ilə, L ənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 və x2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından məhkumlar x1 müdafiəçisi-vəkil Müdafiəçi1 və x2 müdafiəçisivəkil Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), M.Ə.Abdullayev və C.C.Nəbiyevdən ibarət tərkibdə) x1- xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Republikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İd arəsinin Sərnişin-nəqliyyat şöbəsinin inspektoru vəzifəsində işləyən, ü1 qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2017-ci il tarixdən hesablanmışdır. x2-xx.xx.1991-ci ildə ü2 anadan olmuş, Azərbaycan Republikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsinin böyük inspektoru vəzifəsində işləyən, ü3 qeydiyyatda olan A zərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 məhkum edilmişdir ondan ötrü ki, o, 2016-cı ilin noyabr ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsinin inspektoru vəzifəsində işləyərkən, gömrük nəzarətinin həyata keçirilməsi zamanı yoxlama baxış sistemlərindən istifadə etməklə gömrük sərhədindən keçə n avtomobil nəqliyyatı ilə daşınan yükləri, o cümlədən fiziki şəxslərə məxsus əl yüklərini və baqajları gömrük yoxlamasından keçirmək, nəqliyyat vasitələrinə, mallara eləcə də sərnişinlərin baqaj və əl yüklərində məxsus müşayiətedici sənədlərini tələb etmək, iri qabaritli və yüngül malların stasionar baxış (rentgen) sistemi vasitəsi ilə yoxlanılması zamanı onlara məxsus müşayiətedici sənədlərini skanlaşmasını aparmaqla xüsusi bazada qeydiyyat aparmaq, yoxlanılan mallara, eləcə də sərnişinlərin baqaj və əl yüklərinə məxsus rentgenoqrammanın analizini təhlil etmək, yoxlanılan nəqliyyat vasitələrində və mallarda aşkar edilmiş hüquqpozma predmetinin dövriyyədən çıxarılmasını və müvafiq qaydada aidiyyatı üzrə təhvil verilməsini təmin etmək, yoxlanılan nəqliyyat vasitələrində, mallarda eləcə də sərnişinlərin baqaj və əl yüklərində aşkar edilmiş hüquqpozma faktları barədə Baş idarə və şöbə rəhbərliyini dərhal məlumatlandırmaq və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsinin böyük inspektoru x2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə görə rüşvət almaq məqsədi ilə, ona «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin «Nərə balıqlarının qorunmasına dair» Qətnaməsinə qoşulmaq barədə Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa, xx.xx.1973-cü ildə Vaşinqton ş əhərində imzalanmış «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin 9-xx xxxx 1997-ci ildə Harare şəhərində keçirilən 10-cu konfransında qəbul olunmuş «Nərə balıqlarının qorunmasına dair» 10.12 nömrəli Qətnaməsinə və CİTES Konvensiyasının İİ Əlavəsinə əsasən idxal və ixrac edilməsi zamanı xüsusi razılıqlisenziya tələb olunan “Hirudo medicinalis” növlü müalicəvi tibb zəlilərinin gömrük nəzarətindən gizli İran İslam Respublikasına keçirilməsindən ötrü müraciət etmiş Masallı rayon Boradigah qəsəbə sakini x3 həmin məsələnin qanunsuz həlli, yəni müalicəvi tibb zəlilərinin gömrük nəzarətindən gizli olaraq İran İslam Respublikasına keçirilməsi üçün xx.xx.2017-ci ildə özünün y aşadığı ü1 həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 1721 manata bərabər 1000 (bir min) ABŞ dolları, xx.xx.2017-ci il tarixdə həmin yerdə 1362 manata bərabər 800 (səkkiz yüz) ABŞ dolları olmaqla, ümumilikdə 3083 manat məbləğində pulu - maddi neməti xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün birbaşa yolla şəxsən rüşvət almışdır. x2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o 2015-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsinin böyük inspektoru vəzifəsində işləyərkən, gömrük nəzarətinin həyata keçirilməsi zamanı yoxlama baxış sistemlərindən istifadə etməklə gömrük sərhədindən keçən avtomobil nəqliyyatı ilə daşınan yükləri, o cümlədən fiziki şəxslərə məxsus əl yüklərini və baqajları gömrük yoxlamasından keç irmək, nəqliyyat vasitələrinə, mallara eləcə də sərnişinlərin baqaj və əl yüklərində məxsus müşayiətedici sənədlərini tələb etmək, iri qabaritli və yüngül malların stasionar baxış (rentgen) sistemi vasitəsi ilə yoxlanılması zamanı onlara məxsus müşayiətedici sənədlərini skanlaşmasını aparmaqla xüsusi bazada qeydiyyat aparmaq, yoxlanılan mallara, eləcə də sərnişinlərin baqaj və əl yüklərinə məxsus rentgenoqrammanın analizini təhlil etmək, yoxlanılan nəqliyyat vasitələrində və mallarda aşkar edilmiş hüquqpozma predmetinin dövriyyədən çıxarılmasını və müvafiq qaydada aidiyyatı üzrə təhvil verilməsini təmin etmək, yoxlanılan nəqliyyat vasitələrində, mallarda eləcə də sərnişinlərin baqaj və əl yüklərində aşkar edilmiş hüquqpozma faktları barədə Baş idarə və şöbə rəhbərliyini dərhal məlumatlandı rmaq və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsinin inspektoru x1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə görə rüşvət almaq məqsədi ilə, Masallı rayon Boradigah qəsəbə sakini x3 «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin «Nərə balıqlarının qorunmasına dair» Qətnaməsinə qoşulmaq barədə Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa, xx.xx.1973-cü ildə Vaşinqton şəhərində imzalanmış «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beyn əlxalq ticarəti haqqında» Konvensiyaya (CİTES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin 9-xx xxxx 1997-ci ildə Harare şəhərində keçirilən 10cu konfransında qəbul olunmuş «Nərə balıqlarının qorunmasına dair» 10.12 nömrəli Qətnaməsinə və CİTES Konvensiyasının İİ Əlavəsinə əsasən idxal və ixrac edilməsi zamanı xüsusi razılıq-lisenziya tələb olunan “Hirudo medicinalis” növlü müalicəvi tibb zəlilərinin gömrük nəzarətindən gizli İran İslam Respublikasına keçirilməsi ilə bağlı müraciətini x1 birlikdə müzakirə edib razılaşdıqdan sonra, həmin məsələnin qanunsuz həlli, yəni müalicəvi tibb zəlilərinin gömrük nəzarətindən gizli olaraq İran İslam Respublikasına keçirilməsi üçün x1 xx.xx.2017-ci ildə yaşadığı ü1 həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 1721 manata bərabər 1000 (bir min) ABŞ do lları, xx.xx.2017ci il tarixdə həmin yerdə 1362 manata bərabər 800 (səkkiz yüz) ABŞ dolları olmaqla, ümumilikdə 3083 manat məbləğində pulu - maddi neməti xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün birbaşa yolla şəxsən rüşvət almışdır. Hökmdən məhkumlar x1nun müdafiəçisi-vəkil X3 və x2nun müdafiəçisi-vəkil X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: R.M.Cəfərov (sədrlik edən və məruzəçi), Ə.Ə.İ.Novruzov və E.Ə.Camalovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından məhkumlar x1nun müdafiəçisi-vəkil Müdafi əçi1 kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin ilk dəfə özündən asılı olmayan halların təsiri altında cinayət törətməsini, öhdəsində yaşlı və xəstə nənəsinin olmasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla daha yüngül cəza təyin edilməsini və x2nun müdafiəçisi-vəkil Müdafiəçi2 kassasiya şikayəti verərək qərarın hüquqlarını müdafiə etdiyi şəxsə aid hissəsinin ləğv edilərək bəraət verilməsini və əks halda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumlar x1nun müdafiəçisi-vəkil Müdafiəçi1 kassasiya şikayətlərində məhkumun şəxsiyyəti, ailə vəziyyəti barədə məlumatlara istinad etməklə ona təyin edilmiş cəzaların yüngülləşdirilmsin i xahiş etmişdir. x2nun müdafiəçisi-vəkil Müdafiəçi2 kassasiya şikayətində və ona əlavədə məhkumun Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadığını, təqsirləndirilən şəxslər arasında qabaqcadan hər hansı razılaşma olmadığını göstərmişdir. Kassasiya şikayətinə əlavədə müdafiəçi göstərmişdir ki, x1 xx.xx.2017-ci il tarixdə məzuniyyətə çıxmış, hökmdə və qərarda göstərildiyi kimi x4 1800 ABŞ dollar pulu xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar olaraq edəcəyi hərəkətə deyil, x2 xidməti vəzifələrinin icrası ilə əlaqədar ona verəcəyi məqsədi ilə almaqla,x3 x2 rüşvət verməsində vasitəçi olmuşdur. Ona görə də x2 əməllərində Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsinin tərkibi olduğu halda onun əməllərini Azərbaycan Res publikası CM-nin 311.3.1-ci maddəsinə tövsif etmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin maddə ilə hökm çıxarmış, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da həmin hökmü dəyişdirilmədən saxlamışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilərin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələ lər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət v ə cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. x2nun müdafiəçisi-vəkil Müdafiəçi2 Vidadi oğlu kassasiya şikayətində və ona əlavədə məhkumun Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadığını, təqsirləndirilən şəxslər arasında qabaqcadan hər hansı razılaşma olmadığını göstərmişdir. Kassasiya şikayətinə əlavədə müdafiəçi göstərmişdir ki, x1 xx.xx.2017-ci il tarixdə mızuniyyətə çıxmış, hökmdə və qərarda göstərildiyi kimi x4 1800 ABŞ dollar pulu xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar olaraq edəcəyi hərəkətə deyil, x2 xidməti vəzifələrinin icrası ilə əlaqədar ona verəcəyi məqsədi ilə almaqla, x4 x2 rüşvət verməsində vasitəçi olmuşdur. Ona görə də x2 əməllərində Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsinin tərkibi olduğu halda onun əməlləri CM-nin 311.3.1-ci maddəsinə düzgün tövsif edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkumun cinayət əməlləri birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübut edilmişdir, ona görə də müdafiəçinin kassasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş digər məhkum x3 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə x1lə görüş zamanı 5 avtomaşının İran İslam Respublikasına keçməsinin lazım olduğunu, bunun müqabilində 1500 ABŞ dolları təklif etmişdir. x1 pulun az olduğunu dediyi üçün 2500 ABŞ dollarına razılaşmışlar. x1 xx.xx.2017-ci il tarixdə işdə olmayacağını v ə həmin pulun müəyyən hissəsini iş yoldaşına verəcəyini bildirmişdir. x1 həmin gömrük əməkdaşının telefon nömrəsini ona verəcəyini demişdir. Razılıq olduğuna görə xx.xx.2017-ci il tarixdə həmin yerdə görüşərək 2500 ABŞ dollarını x1vermişdir. Pulu verdikdən sonra x1 iş yoldaşı x2 adlı şəxsin telefon nömrəsini ona vermiş və bir gün əvvəl avtomaşınların qeydiyyat nişanlarını mesaj vasitəsi ilə ona göndərməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə avtomaşınların nömrəsini mesaj vasitəsi ilə x2 göndərmiş, x2 cavab yazaraq saat 08 radələrində Gömrük İdarəsində olmasını bildirmişdir. xx.xx.2017-ci il tarixdə İrana getmək məqsədi ilə Astara Gömrük İdarəsinə gəlmiş və saat 10 radələrində idarə etdiyi “KİA Sportage” markalı 44BR939 dövlət qeydiyyat nişanlı avtomaşınla Sərnişin-Nəqliyyat şöbəsi nin yoxlama xəttinə daxil olmuşdur. Astara Gömrük İdarəsində saxlanıldıqdan sonra baş verənləri səmimi olaraq etiraf etmişdir. Orada x1ə zəng edərək saxlanıldığını, ona görə verdiyi pulu qaytarmasını xahiş etmişdir. x1 isə heç bir problem olmadığını Lənkəran rayonu Kənarmeşə kəndinə gələrək pulu götürməsini bildirmişdir. xx.xx.2017-ci il tarixdə x1lə görüşərək verdiyi 1800 ABŞ dolları pulu geri almışdır. Pulu aldıqdan sonra Astara Gömrük İdarəsinin əməkdaşları ona yaxınlaşaraq pulu ondan protokol əsasında götürmüşlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş x1nun ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə iş yoldaşı x2 x2 və Zəka Fərzullayev ilə görüşmüş və Azadın ona avtomaşınların buraxılması müqabilində 1000 ABŞ dolları pul verdiyini demişdir. x2 avtom aşınları problemsiz İran İslam Respublikasına buraxacağını, lakin bunun müqabilində 1000 ABŞ dolları pulun az olduğunu bildirmişdir. x2a x4 1500 ABŞ dolları alacağını, 1000 ABŞ dollarını ona verəcəyini, 500 ABŞ dollarını isə özünə götürəcəyini demişdir. Həmin gün Azada zəng vurub axşam görüşməyi təklif etmiş, Lənkəran rayonu Kənarmeşə kəndində Azadla görüşmüş və göndərəcəyi 5 avtomaşına görə 1000 ABŞ dollarının az olduğunu dediyinə görə Azad Abdullayev ona 1800 ABŞ dolları pul vermişdir. x2ın mobil telefon nömrəsini Azada vermiş və zəlilər olan maşınların dövlət qeydiyyat nişanlarını x2a telefonla deməsini və x2ın işi həll edəcəyini bildirmişdir. x2la əlaqə saxlamış və Azad maşınlarının gələcəyini, həmin maşınları buraxmasını, pulun onda olduğunu, gəlib götürə biləcəyini demişdir. xx.xx.20 17-ci il tarixdə səhər saatlarında Azad zəng vurub, zəlilərin Astara Gömrük İdarəsində saxlanıldığını, pulu qaytarmasını tələb etmişdir. Azad Abdullayevə heç bir problem olmadığını gəlib pulu götürməsini bildirmişdir. Həmin gün xx.xx.2017-ci il tarixdə Azad zəng edərək pulu götürmək üçün yaşadığı kəndə gəldiyini bildirmiş, Azadla görüşüb 1800 ABŞ dolları pulu qaytardığı zaman gömrük əməkdaşları tərəfindən saxlanılaraq pullar ondan götürülüb, protokollaşdırılmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş x2nin ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə birlikdə işlədiyi x1 ona yaxınlaşaraq bir nəfər tanışının gömrük nəzarət xəttindən İrana zəli keçirmək istədiyini bildirməklə, ona kömək etməyimizi xahiş etmişdir. Ona bu işin təhlükəli olduğunu, onlara problem yarana biləcəyini bildirmiş, x1 heç bir problemi olmadığını, zəlilərin adi qurd olduqlarını, zəlilərin avtomaşının benzin çənində gizlədəcəklərini, onları aşkar etməyin heç kimin ağlına gəlməyəcəyini bildirmişdir. Etiraz etsə də x1 təkid edərək problem olmadığını, əgər gələcəkdə zəlilər aşkar olunarsa məlumatsız olduğunu bildirməsini demişdir. Bu işlərə köməklik edəcəyi təqdirdə xx xxx 1000 ABŞ dolları pul verəcəyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə gecə saat 01 radələrində onun telefon nömrəsinə “Salam, mən Azadam” məzmunlu mesaj gəlmiş, arxasınca isə iki avtomaşının dövlət qeydiyyat nişanları ona göndərilmişdir. Cavab mesajı göndərərək saat 08-də Astara Gömrük İdarəsində olmalarını, hamıdan əvvəl onları yola salaçağını bildirmişdir. xx.xx.2017-ci il tarixd ə saat 09 radələrində mesajla göndərilmiş dövlət qeydiyyat nişanlı avtomaşınlardan birini İran İslam Respublikasına yola salmışdır. Saat 10 radələrində mesajda dövlət qeydiyyat nömrəsi göndərilmiş ikinci avtomaşın nəzarət xəttinə yaxınlaşmış, lakin şöbə rəisi Ağavaleh Ağayev sürücünün şübhəli olduğunu hiss etdiyi üçün onun avtomaşınını rentgen aparatına göndərmişdir. Minik avtomaşını rentgendən keçərkən onda yaşıl cizgilər aşkar edilmiş və yenidən həmin avtomaşını yoxlayaraq 51 torba zəli aşkar etmişlər. Azad Abdullayevə məxsus “Kia Sportage” markalı 44BR939 dövlət qeydiyyat nişanlı və Namiq Bayverdiyevin idarə etdiyi “VAZ-21154” markalı 90MZ133 dövlət qeydiyyat nişanlı avtomobillərdə gömrük nəzarətindən gizli zəlilərin olduğundan məlumatı olmuşdur. x1 xahiş etdiyinə görə məqsədi zəlinin qanunsuz olaraq gömrük sərhəddindən gizlin keçirilməsini təşkil etmək və əvəzində 1000 ABŞ dolları almaq olmuşdur. Birinci instansiya məhkəməsi göstərilən ifadələrə və cinayət işi üzrə toplanıb tədqiq edilmiş bütün sübutların məcmusuna istinad edərək əsaslı olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs x1nun x4 ilə zəliləri gizli yolla İrana keçirməsinə köməklik etməsi barədə razılaşmaması, Azaddan rüşvət almaması, əməliyyat tədbiri zamanı ondan aşkar olunmuş 1800 ABŞ dollarını Azada borc verdiyi öz pulu olması, x2 ilə rüşvət almaq barədə razılaşmamaları, həmçinin təqsirləndirilən şəxs x2 heç kimdən rüşvət almaması, Azadın dediyi şəxslərin gömrükdən İrana keçirilməsinə kömək etmək üçün x1 ilə rüşvət almaq barədə razılığa gəlməməsi, x1in tapşırdığı maşında zəli deyil, xəstə aparacaqların ı fikirləşməsi barədə ifadələrində göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun gəlmir və obyektiv həqiqəti əks etdirmir. Belə ki, məhkəmə istintaqında qeyd olunan xüsusatlar təqsirləndirilən şəxslər x1 və x2 özlərinin ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs kimi verdikləri ifadələri, digər təqsirləndirilən şəxslər x4, x5 ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs kimi verdikləri ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə təkzib olunduğundan, işin faktiki hallarına uyğun gəlmədiyindən, məhkəmə x1 və x2 qeyd olunan xüsusatlarla bağlı ifadələrini cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirmişdir. Məhkəmə təqsirləndirilən şəxslər x1, x2 özlərinin və adları yuxarıda qey d olunan təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini və şahidlərin ifadələrini daha səmimi və obyektiv ifadələr kimi qəbul etmişdir. Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsində rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcada n razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış və tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə təsdiq edilmiş x1nun və x2nun törətdikləri qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma cinayət əməllərinin əlamətləri Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsinin dispozisiyasında təsbit edilmiş cinayət əməlinin əlamətlərinə tam uyğundur və onların cinayət əməlləri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanmış¸Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə düzgün tövsif edilmişdir. Ona görə də x2 əməlinin Azərbaycan Respublikası CM- nin 311.1-ci maddəsinə tövsif edilməsi və ya hər iki təqsirləndirilən şəxslərə bəraət verilməsi barədə kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslər x1nun və x2nun yaşayış və iş yerindən müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, cəzalarını ağırlaşdıran halın olmamasını nəzərə aldığını göstərməklə hesab etmişdir ki, təqsirləndirilən şəxslər x1 və x2nun barələrində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcbur olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət işinin materiallarında hər iki məhkumun davranışları ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyin i əhəmiyyətli dərəcədə azaldan başqa cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi hər iki məhkuma təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzaları təyin etmişdir. Ona görə də kassasiya şikayətlərinin cəzanın daha da yüngülləşdirilməsi barədə dəlilləri də əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkumlar x1nun və x2nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkumlar x1nun müdafiəçisi-vəkil Müdafiəçi1 və x2nun müdafiəçisi-vəkil Müdafiəçi2 kassasiya şikayətləri təmin edilməsin. x1 və x2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli q ərarı məhkumlar x1nun müdafiəçisi-vəkil Müdafiəçi1 və x2nun müdafiəçisi-vəkil Müdafiəçi2 kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar