Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-369/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum qızının, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum qızının Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarından Məhkum qızı və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi-vəkil Osmanov Elxan Osman oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gədəbəy Rayon Məhkəməsinin (sədrlik edən hakim: Fizuli Balağa oğlu Mirzəquliyev) 04 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum qızı – 23 may 1980-cı il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində doğulmuş, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, dul, orta təhsilli, Gədəbəy Rayon Məhkəməs inin 08 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş və cəzasının çəkilməsinə başlanılmamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzasının üç günü Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla müəyyən edilmiş 04 ay azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması hökm edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum qızı 30 oktyabr 2019-cu il tarixdə saat 12 radələrində ictimai yer hesab edilən Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasının ikinci mərtəbəsində olarkən uzun müddət aralarında münaqişələri davam edən Gədəbəy rayonu, Slavyanka kəndində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 gördükdə orada olan şəxslərin gözləri qarşısında insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni, ictimai qaydanı kobud surətdə poz an, özü və ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni, cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, heç bir əsaslı səbəb olmadan səs-küy salıb Zərərçəkmiş şəxs1 ucadan nalayiq söyüşlərlə söyərək qucağında üçyaşlı uşağı Xin olmasına məhəl qoymayaraq, zor tətbiq edərək, yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 baş və bədən nahiyyələrinə ardıcıl zərbələr vurub, başının, döş qəfəsinin, sağ və sol baldırının qançırları qismində sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə və əynində olan köynəyini cırmaqla zədələnməsinə səbəb olan 10 manat məbləğində ziyan vurulması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 doğma övladı Zərərçəkmiş şəxs1 onun əlindən almaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyərkən, o, qərəzli hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs2 üzərinə cumub təpik ayaq nahiyyəsinə zərbə vurub sonuncuya sol baldırın qançırı qismində sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə 30 dəqiqə ərzində şöbənin iş rejimini pozaraq, şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakın zədələnməsi və ictimai qaydanın qorunmasının qarşısını alan şəxsə müqavimət göstərməklə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Hökmdən məhkum və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 19 avqust 2020-ci il tarixli qərarı ilə zərəçəkmiş şəxslərin apelyasiya şikayəti təmin edilməmiş, məhkumun apelyasiya şikayəti qismən təmin edilərək Məhkum qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, CM-nin 221.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) ilə endirilmiş, AR CMnin 67.1-ci maddəsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzasının d örd günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla müəyyən edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq, 01 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkməsinin başlanğıcının 18 fevral 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarından Məhkum qızı və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi-vəkil Osmanov Elxan Osman oğlu kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum qızı kassasiya şikayətinin onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin hökmü və Gəncə Apelyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cinayəti törətmiş cavabdeh şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X8 və X5 əməlləri ört-basdır edilmiş, əksinə istintaq aparılmış, istintaq zamanı heç bir protokola və izahata imza atmamış cinayəti onun üzərinə atmışlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə zamanı qeyd etdiklərini tam və obyektiv araşdırımaqla ona bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər kassasiya şikayəti verərək bildirmişlər ki, Gəncə Apelyasiya Məhkəməsi öz qərarında göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsi cəzaları qismən toplamağını hökmdə qeyd etsə də cəzaları tam toplamış kimi göstərməklə tə qsirləndirilən şəxsin hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə hazırki hökmlə cəzanın 1 il 8 aydan 1 ilə endirilməsini heç nə ilə əsaslandırmamışdır. 4 ay müddətinə cəzanın, hətta azadlığın məhdudlaşdırılması cəzasının bir gününün azadlıqdan məhrum etmə cəzasının 1 günü hesabı ilə hesablansada və həmin cəzalar qismən toplansada cəzanın təyini hissəsində 1 ay fərq verə bilməz. Ona görə məhkəmənin bu qərarı əsaslı hesab edilə bilməz. İşin hallarından da göründüyü kimi təqsirləndirilən şəxs bir ildə təkrar eyni xarakterli cinayət törətməyinə baxmayaraq məhkəmələr tərəfindən təqsirləndirilən şəxsə təyin edilən cəzalar qismən toplanmışdır. Lakin Azərbaycan Respublikası CM-nin 61, 65 və 67-ci maddələrinin tələbinə əsasən cinayətin sadə residivlə və təkrar törədilməsi işin ağırlaşdırıcı halıdır. A R CM-nin 221.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanın yuxarı həddi 4 il müəyyən edilmişdir. Bu halda həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiya məhkəməsi cəza təyini hissəsində səhvə yol vermişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarını ləğv edərək təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, öz kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin təmin edilməməsi barədə məhkumun, öz kassasiya şikayətlərinin təmin edilməsi, məhkumun kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs1, hər iki kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiy ası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum qızı kassasiya şikayətində ona bəraət verilməsini xahiş etmişdir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində t əqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum qızına bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Əksinə kassasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəmə-Tibbi Ekspertizasının 30 oktyabr 2019-cu il tarixli 740 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-başın, döş qəfəsinin, ağ və sol baldırın qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 30 oktyabr 2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğuna görə dərəcəsi təyin edilmir. İşdə olan Gədəbəy Rayon Məhkəmə-Tibbi Ekspertizasının 30 oktyabr 2019-cu il tarixli 741 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət-sol baldırın qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 30 oktyabr 2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğuna görə dərəcəsi təyin ed ilmir. Məhkumun cinayət əməli birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş məhkumun özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, cinayət işində olan digər materiallar və işin faktiki halları ilə tam təsdiq olunur. Məhkum törətdiyi cinayət əməlini etiraf etməsə də, onun cinayət əməli cinayət işində olan sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum CM-in 221.2.2-ci maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edildiyindən cinayət əməlinin hüquqi töfsifi apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq dəyişdirilmədən saxlanmışdır. Kassasiya şikayətində göstər ilən dəlillər əsasında hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və məhkum barəsində bəraət qərarı çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nət icə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmış, iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini CM-in 221.2.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə dəlilləri əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Zərərçəkmiş şəxslər və nümayəndə kassasiya şikayəti verərək qeyd etmişlər ki, Gəncə Apelyasiya Məhkəməsi öz qərarında göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsi cəzaların qismən toplamasını hökmdə qeyd etsə də, cəzaları tam toplamış kimi göstərməklə təqsirləndirilən şəx sin hüquqlarını pozmuşdur. Məhkəmə hazırki hökmlə cəzanın 1 il 8 aydan 1 ilə endirilməsini heç nə ilə əsaslandırmamışdır. 4 ay müddətinə cəzanın, hətta azadlığın məhdudlaşdırılması cəzasının bir gününün azadlıqdan məhrum etmə cəzasının 1 günü hesabı ilə hesablansada və həmin cəzalar qismən toplansada cəzanın təyini hissəsində 1 ay fərq verə bilməz. Ona görə məhkəmənin bu qərarı əsaslı hesab edilə bilməz. İşin hallarından da göründüyü kimi təqsirləndirilən şəxs bir ildə təkrar eyni xarakterli cinayət törətməyinə baxmayaraq məhkəmələr tərəfindən təqsirləndirilən şəxsə təyin edilən cəzalar qismən toplanmışdır. Lakin Azərbaycan Respublikası CM-nin 61, 65 və 67-ci maddələrinin tələbinə əsasən cinayətin sadə residivlə və təkrar törədilməsi işin ağırlaşdırıcı halıdır. AR CM-nin 221.2.2-ci maddə sinə əsasən təyin edilmiş cəzanın yuxarı həddi 4 il müəyyən edilmişdir. Bu halda həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiya məhkəməsi cəza təyini hissəsində səhvə yol vermişdir. Ona görə də, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətini iş materialları ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58ci maddələrinə istinadən məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 1 ilə endirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, apelyasiya instansiy a məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, təyin olunmuş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi yolu ilə məhkumun islah olunmasına nail olmaq mümkündür. Məhkum bu qaydada güzəşt edilməsi həm Cinayət Qanunvericiliyinin tələblərinə, həm də ədalət və humanizm prinsiplərinin tələblərinə uyğundur. Məhkum bu qaydada mərhəmət göstərilməsi mövcud məhkəmə təcrübəsinin tövsiyyələrinə uyğun olmaqla cəzanın məqsədinə də xidmət etmiş olardı. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi his səsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qanunun mənasına görə təyin edilmiş cəzanın ən aşağı həddi cəzanın məqsədlərini təmin edə bildikdə, məhz bu həddə cəza təyin edilməlidir. ona görə də məhkəmə kollegiyası cəzanın hədinin endirilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkil məmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Birinci instansiya məhkəməsinin hökmünün əsaslandırıcı hissəsində məhkəmə CM-in 67.1-ci maddəsinə əsaslanmaqla əvvəlki hökmələ təyin edilmiş cəza ilə hazırki hökmlə təyin edilmiş cəzanın qismən birləşdirilməsi qənaətinə gəlmişdir. Hökmün nəticə hissəsində də məhkəmə hökmlərin məcmuyu üzrə cəzaları qismən birləşdirməklə qəti cəza təyin edilməsini hökm etmiş, lakin cəzaları tam toplamaq yolu ilə məhkuma 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə qəti cəza təyin etmiş, nəticədə məhkumun vəziyyətini ağırlaşdırmışdır. Apelyasiya instansiyası məhkəməsi qanunun tələbinə uyğun olaraq Gədəbəy Rayon Məhkəməsinin hökmünü dəyişmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Hümbətova X6 Rayon Məhkəməsinin 08 fevral 2018 -ci il tarixli hökmü ilə CM-in 127.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası təyin edilmiş, lakin o, cəzasının çəkilməsinə başlamamışdır. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Odur ki, Məhkum qızına CM-nin 221.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) ilə endirilmiş, AR CM-nin 67.1-ci maddəsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzasının dörd günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla müəyyən edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq, 01 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmçinin məhkəmə kollegiya zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin residivlə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqda n məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar Residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri də əsassızdır. Beləliklə kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum qızının müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum qızının, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi-vəkil Osmanov Elxan Osman oğlunun kassasiya şikayətləri təmin edilməsin. Məhkum qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə məhkum edilməsi barədə cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarı kassasiya şikay
Məhkəmə qərarları › İş №1(102)-369/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-369/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver