Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-37/2020 17.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Nəsirov İnqilab Maşallah oğlu Ali Məhkəməyə daxil olmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-504/2017 nömrəli 28 dekabr 2017ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi il ə təqsirli bilinib 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasının ilk 02 (iki) ilini həbsxanada, 17 (on yeddi) ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-188/2018 nömrəli 09 mart 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi qeyd olunan apellyasiya məhkəməsinin qərardan narazı qalaraq kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin şikayət üzrə cinayət işi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında məhkəmə baxışına təyin olunanadək, 17 yanvar 2020-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı X1 Məhkəməyə ünvanladığı ərizəsi daxil olmuşdur. Məhkum vermiş olduğu ərizəsində göstərmişdir ki, o, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti geri qaytarılması barədə qərar qəbul edilsin. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz m üdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edirəm ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-37/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-37/2020
17.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver