Məhkəmə qərarları › İş №1(102)-37/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-37/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-37/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəz oğlunun, Məhkum və onun müdafiəçisi, Bərdə rayon Vəkil Bürosunun vəkili, Salahov Elgiz Sabir oğlunun iştirakları ilə xx xxx 1970-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvanda qeydiyyatda olan və yaşayan Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.1 və 322.1-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim E.A.Bayramov) Məhkum Azərbaycan Respublikası CM-nin 188.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 188.1-ci maddəsi ilə 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına, CM-nin 322.1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən topla maq yolu ilə ona qəti olaraq 8500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və E.İ.Xasməmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, Zərərçəkmiş şəxs Tərtər rayon Dövlət Notariat Ofisi tərəfindən təsdiq edilmiş Daşınmaz Əmlakın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, AN-İ ******* №li alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi və Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş xx xxxx 2019-cu il tarixli, RX seriyalı ******* №-li ÇİXARİŞİna əsasən Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Tərtər rayon Hacıqərvənd kəndində yerləşən 2,5527 ha torpaq sahəsini özbaşına zəbt edərək, onun torpağa sahiblik və ondan istifadə ilə bağlı olan mülkiyyət hüququnu pozmuş, 2019-cu ilin may ayının 2-də saat 13-00 radələrində Zərərçəkmiş şəxs torpaq sahəsində əkilmiş yoncanı traktorla biçdirməyə çalışarkən torpağın əvvəllər onun tərəfindən əldə edilməsini bəhanə etməklə, mübahisənin məhkəmə qaydasında həll edilməli olmasına baxmayaraq qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq mülkiyyətçinin yoncanı biçməsinə imkan verməmiş və növbəti gün həmin s ahəyə əkilmiş yoncanı traktorla biçdirib 1 ədədi 1,50 qəpik olmaqla 427 ədəd yonca bağlamasını, cəmi 640,50 manata həmkəndlisi X1 pulunu götürməklə Zərərçəkmiş şəxs mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, Məhkum əsassız olaraq ibtidai araşdırma orqanı tərəfindən CM-nin 188.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunmuş və Tərtər Rayon Məhkəməsi də Məhkum təqsirinin sübut olunmama sına baxmayaraq əsassız olaraq ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı aparmadığı üçün müdafiə tərəfinin təqdim etdiyi sübutları tədqiq etməmiş, ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlara əsaslanmaqla, sonuncunun etdiyi səhvləri təkrarlamışdır. Şikayət müəllifləri hesab edirlər ki, Məhkum hazırda Zərərçəkmiş şəxs mülkiyyətində olan torpağın əvvəlki mülkiyyətçisi X1un şifahi razılığı ilə həmin sahədə çoxillik yonca bitkisi əkməsi, həmin bitkinin məhsulunun onun mülkiyyətində olması deməkdir və bu fakt həmin torpağı yüklü etmiş olur. Ona görə də Məhkum qeyd olunan maddələrlə cinayət məsuliyyətinə cəlb olunması qanuna zidd olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş mat erialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi E.Salahovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiy a instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum və onun mü dafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsaslılığı mübahisələndirilir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 188.1-ci maddəsi “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 322.1-ci maddəsi ilə “ Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndi rilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bi lər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhl ükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan hissədə əməlinə məhkəmələr tərəfindən düzgün qiymət verilməmiş, əməlində Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığı halda, Məhkum həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılm ası, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. CM-nin yuxarıda istinad edilən 3-cü maddəsinin tələbinə görə şəxsin cinayət qanununda nəzərdə tutulan əməlin törədilməsinə görə məsuliyyətinin yaranması üçün CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olması zəruridir. CM-nin 188.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma”da ifadə olunur. Məhkəmə kollegiyası qey d edir ki, Məhkum işin hallarında təsvir olunan və onun ittihamında göstərilən hərəkətlərini qanunun bu tələbi baxımından təhlil etdikdə, onun Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsini özbaşına hasarlamadığı, becərmədiyi və ya dəyişdirmədiyi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmadığı aşkar görünür. İbtidai araşdırma orqanının gəldiyi nəticədən də görünür ki, Zərərçəkmiş şəxs məxsus olan torpaq sahəsi əvvəllər təqsirləndirilən şəxs Məhkum əmisi oğlu X2 məxsus olmuş və sonuncu ilə razılaşmaya əsasən Məhkum 2018-ci ilin payızında həmin torpaq sahəsində yonca əkmişdir. 2019-cu ilin fevral ayında isə X1 torpaq sahəsini Zərərçəkmiş şəxs satıb notarial qaydada rəsmiləşdirmişdir. Məhkum elan edilmiş ittihamdan da görünür ki, ibtidai araşdırma orqanı mübahisəli torpaq sahəsində Zərərçəkmiş şəxs tərəfindən yonca əkilməsi nəticəsinə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlar Məhkum əməlində CMnin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlər və beləliklə də həmin cinayətin tərkibi yoxdur. CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibinin olmaması cinayət təqibini istisna edən hallardan biridir. CPM-nin “ Bəraətin əsasları” adlanan 42-ci maddəsinə əsasən: 42.1. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutul muş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda” Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı və bununla bağlı Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CMnin 188.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv olunmalı və CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində CM-nin 188.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin Məhkum CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməyə görə əsassız olaraq məhkum edilməsinə dair dəlillərilə razıla şmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulan əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, özünün qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi, CM-nin 322.1-ci ma ddəsində nəzərdə tutulan cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-nin 322.1-ci maddəsi ilə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəx siyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə mi nmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbə b və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.6-cı maddəsinin nəzərdə tutduğu pozuntunu (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) müəyyən edir və həmin əsasla məhkum edilmiş şəxsin barəsində çıxarılmış birinci instansi ya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı və bununla bağlı Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində CM-nin 188.1-ci maddə si ilə cinayət işi üzrə icraata xitam verilsin və Məhkum həmin maddə ilə, habelə CM-nin 66.2-ci maddəsi ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum üzərində ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təyin edilmiş 1000 (bir min) manat cərimə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar