Məhkəmə qərarları › İş №1(102)-37/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-37/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-37/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 09 mart 2022-ci il il tarixli hökmü ilə X1 Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 139-1.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnur Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Biləsuvar Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi) X6, 06 iyun 1960-cı il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Biləsuvar rayonu, A.Usubov adına Xırmandalı kənd uşaq bağçasında gözətçi işləyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, CM-nin 139-1.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinərək ona bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı orqanı tərəfindən X1 qarşı CM-nin 139-1.1-ci maddəs ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 27 avqust 2021-ci il tarixli analizin nəticəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyr iyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, 29 avqust 2021-ci il tarixdən 12 sentyabr 2021-ci il tarixədək karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyərək 31 avqust 2021-ci il tar ixdə saat 18 radələrində yaşadığı evi tərk edərək, yaşadığı Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən X15 məxsus çayxanaya gələrək orada həmkəndliləri Şahid3 və X16 ilə nərd oynamış, bununla da o, epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və xüsusi karantin rejimini pozub, yoluxduğu yeni növ koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işinə məhkəmə baxışı nəticəsində birinci instansiya məhkəməsi X6in koronavirus (COVİD-19 virusu) xəstələiyinə tutulması barədə məlumatının olmamasına əsaslanaraq onun barəsində yuxarıda göstərilən bəraət hökmü çıxarmışdır. Hökmdən dövlət ittihamçısı X17 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edə n və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət ibarət tərkibdə) 20 may 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2022-ci il tarixli qərarından məhkum dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində X6ə elan olunmuş ittihama, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şəhr edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, habelə iş üzrə ibtidlai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında toplanmış və həmin iclasda araşdırılmış sübutlara istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi X6ə CM-nin 139-1.1-ci maddəsi ilə bəraət verərkən yalnız sonuncunun məhkəmədə verdiyi qeyrisəmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də şahid X3un məhkəmədə verdiyi ifadəsinə əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq ehtimallar əsasında çıxarılmış bəraət hökmünü qüvvədə saxlamışdır. Halbuki, toplanmış sübutlarla sübuta yetirimişdir ki, X6 27 avqust 2021-ci il tarixli analizin nəticəsinə əsasən yeni növ koronavirus (COVİD-19) in feksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, karantin rejiminin tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, 29 avqust 2021 -ci il tarixdən 12 sentyabr 2021-ci il tarixədək karantin müddətinin təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyərək 31 avqust 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evi tərk edib Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən çayxanaya gedərək orada həmkəndliləri ilə nərd oynamış, bununla da onun, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub, yoluxduğu yeni növ koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratması iş üzrə toplanmış biri-birini tamamlayan sübutların məcmusu ilə tamamilə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə X6ə düzgün bəraət verilməsi haqda nəticəyə gələrkən sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş, həmin məhkəmənin qəbul etdiyi qərarın əsasını isə, hökmdə olduğu kimi, toplanmış sübutlarla uzlaşmayan yalnız X6in özünü müdafiə xarakterli ifadələri təşkil etmişdir. Dövlət ittihamçısının qənaətinə görə bu pozuntulara və kassasiya protestində əsaslandığı dəlillərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışıa təyin olunmalıdır. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tut ulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum X6 xəstəliyi ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkum X6in iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna et mir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.Ə.Hüseynov öz müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən X6in barəsindəki bəraət hökmünün qüvvədə saxlanılması haqqında qərar qəbul edərkən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, həmin qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək bunlarla bağlı 20 may 2022-ci il tarixli qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbini CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət alm ış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün X6in barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 20 may 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM- nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiy indən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələ b olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsi rli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Qanunvericiliyin şərh olunanlar tələbləri ilə yanaşı Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya protestinə baxan ka ssasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hü quq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları eyni zamanda cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin və ümumilikdə cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin isə hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, habelə hər hansı cinayətin törədilməsində təqsirli bilinmş şəxs lərin cinayət məsuliyyətinə cəlb edilmələrini, onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini və cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, h ərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı nın vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi müəyyən edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasını n, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digə r materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 1 39.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 139.0.3-cü maddəsinin mənasına görə “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsife dici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbə yinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamı n qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 34 6.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qeyd olunmalıdır ki, CPM-nin 349 və 351-ci maddələrinin tələbləri eyni ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmlərə və birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlərin qüvvədə saxlan ılması haqqında apellyasiya instansiyası məhkəməsinin yekun qərarlarına da aiddir. Həmin tələblərə əməl olunması ilə yanaşı apellyasya instansiyası məhkəməsi həmçinin iş üzrə qəbul etdiyi yekun qərarında apellyasiya müraciətlərinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab vermək vəzifəsini də daşıyır ki, bununla bağlı müddəalar da apellyasiya icraatını tənzimləyən CPM-nin müvafiq normalarında təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü ma ddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksin i tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilm əsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nə ticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi, yaxud da təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirə görə məsuliyyət prinsipi nəzə rdə tutulmuş CM-nin 7-ci maddəsinə görə isə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsiziyə ) və onun nəticələrinə görə şəxs cinayət məsuliyyətinə və cəlb edilə və cəzalandırıla bilər. Yuxarıda təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün daha sonra qeyd etməy lazım bilir ki, 2020-ci ilin əvvəllərindən başlayaraq bütün dünyada insanların həyatı və sağlamlıqları üçün təhlükəli olan COVİD-19 virusunun yayılmasının qarşısının alınması, digər tərəfdən insanların özlərinin də bu məsələyə münasibətdə məsuliyyətlərinin gücləndirilməsi məqsədilə, demək olar ki, dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycan Respublikasında həmin virusun fəsadlarına qarşı qanunvericilik və institusuonal tədbirlər həyata keçirilməyə başlanmış, digər ölkələrdə olduğu kimi, ölkəmizdə də pandemiya dövrü elan edilərək sərt tədbirlərlə müşaiyət olunan karantin rejimi tətbiq olunmuş və həm bu rejimin pozulmasına, həm də COVİD-19 virusunun yayılmasına görə inzibati və cinayət məsuliyyətini nəzərdə tutan müvafiq normalar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə edilmişdir. Belə normalardan biri də “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasısının 17 mart 2020-ci il tarixli 28VİQD nömrəli Qanunu ilə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” adı altında CM-nə əlavə edilmiş və iki hissədən ibarət olan CM-nin 139-1-ci maddəsidir. Belə ki, CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyh inə rejimin, sanitariyagigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda həmin əməlləri törətmiş şəxsin iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. CM-nin 139-1.2-ci maddəsinə əsasən isə şəxs tərəfindən törədilmiş eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, belə şəxs üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin hazırki işin müəyyən edlmiş faktiki halları ilə bağlı birgə təhlili belə nəticəyə gə lmək üçün əsas verir ki, şəxs COVİD-19 virusunun daşıyıcısı olmaqla ölkədə tətbiq edilən karantin rejim ilə bağlı müvafiq normativ aktlarla müəyyən edilmiş qaydaları pozub icazəsiz, hətta qoruyucu vasitələrdən istifadə etsə belə yaşayış yerini tərk etməsi, insanların toplaşdıqları yerlərə getməklə onların da həmin virusun, yəni koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratması belə şəxsin göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edlməsinə səbəb olur. Qeyd olunmalıdır ki, göstərilən virusun hamıya məlum olan əlamətlərinə görə, onun daşıycısı olan şəxsin insanlar arasında olması həmin virusun yayılması riskini artıran əlamətlərdən biridir. Buna görə, təsadüfi deyil, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bunun qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Na zirlər Kabinetinin müvafiq qərarları ilə (onların bir hissəsinə X6a elan olunmuş ittihamda da istinad olunmuşdur) öz xüsusiyyətlərinə görə insanların həyatı və sağlamlığı üçün çox təhlükəli olan virusun yayılmasının qarşısının alınması üçün ilk dövrlərdən başlayaraq çox sərt karantin rejimi tətbiq olunmuşdur ki, bu tədbirlərdən biri də virus daşıyıcıyalırın və həmin virusa yoluxa biləcəyi şəxslərin təcrid edilmələri ilə əlaqədar olmuşdur. Kassasiya protestinin dəlilləri və həmin protestdə irəli sürülmüş tələblə bağlı məhkəmə kollegiyası hazırki qərarda həm ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların bir qisminə müraciət etməy zəruri bilir. Belə ki, bəraət almış şəxs X6 birinci və apellyasiya instansiy ası məhkəmələrinin məhkəmə iclaslarında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək koronavirus xəstəliyinə yoluxub-yoluxmamasının müəyyən edilməsi üçün analiz verdikdən sonra onun cavabı barədə məlumatı almamasını və xəstəliyə yoluxması haqda bilməyərək 31 avqust 2021-ci il tarixdə yaşayış yerini tərk etməklə yaşadığı kənddə yerləşən çayxanaya getməsini, yalnız bundan bir gün sonra virus daşıyıcısı olması haqda bilməsini göstərsə də, ibtidai araşdırma zamanı heç bir təsir və ya təzyiq olmadan, müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə ifadə verərkən göstərmişdir ki, 27 avqust 2021-ci il tarixdə o, özünü narahat hiss etdiyi üçün koronavirus infeksiyasına yoluxmasından şübhələnərək Biləsuvar rayon mərkəzi xəstəxanasına gedib koronavirus infeksiyası ilə bağlı test vermiş, 29 av qust 2021-ci il tarixdə isə ona xəstəxanadan zəng vuraraq onun koronavirus xəstəliyinə (COVİD-19 virusuna) yoluxması, verdiyi analizin cavabının isə pozitiv olması bildirilmiş və yaşadığı evi tərk etməməsi və başqa şəxslərlə təmasda olmaması barədə xəbərdar olunmuşdur. Belə məlumat almasına və yaşadığı yeri tərk etməməsi barədə xəbərdar olunmasına baxmayaraq, o, özünü yaxşı hiss etdiyinə, bundan əvvəl isə - 17 avqust 2021-ci il tarixdə koronavirus əleyhinə birinci vaksin iynəsini vurdurduğuna görə, yoluxduğu xəstəliyin onda yüngül keçməsini və buna görə başqa şəxsləri bu xəstələiyə yoluxdura bilməməsini zənn edərək 31 avqust 2021-ci il tarixdə saat 18 radələrində həmkəndlisi X12 işlətdiyi çayxanaya getmiş, orada vaxt həmkəndliləri Şahid3lə X16un çayxananın həyətində masanın arxasında əyl əşib söhbət etdiklərini görmüş, onların oturduqları yerə yaxınlaşıb əyləşmiş və Şahid3lə nərd oynamağa başlamışdır. Həmin vaxt onlardan başqa həmkəndliləri X13 və X7 də çayxanada onlardan kənarda əyləşmişlər. İsfəndiyarla nərd oynayan zaman Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayənədəsinin müavini Şahid1 çayxanaya gələrək ona kobud şəkildə “sən koronavirus xəstəsisən, niyə yaşadığın evi tərk etmisən?» deyərək ona iradını bldirmiş, o, isə Şahid1 onunla kobud şəkildə danışmasına görə ona narazalığını bildirərək çayxananı tərk edib yaşadığı evə getmişdir. Bundan sonra o, karantin rejiminin qaydalarına əməl etmiş və tam müalicə olunanadək yaşadığı evi tərk etməmişdr. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Biləsuvar rayonu, Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayənədəsinin müavini vəzifəsində işləyir, Xırmandalı kəndində yaşayan sakinlərdən koronavirus xəstəliyi aşkar olunaraq qeydiyyata alınanlar haqqında icra nümayəndəliyinə məlumat verilir, o, da xəstələrin yaşadıqları evlərini tərk etməmələrinə və digər şəxslərlə təmasda olmamalarına nəzarət edir. 29 avqust 2021-ci il tarixdə Biləsuvar rayon Gigiyena və Epidemoloji Mərkəzdən məlumat verilmişdir ki, X6 27 avqust 2021-ci il tarixdə Biləsuvar rayon mərkəzi xəstəxanasında koronavirus xəstəliyi ilə bağlı analiz vermiş və həmin analizin nəticəsinə görə, onda koronavirus infeksiyası aşkar olunmuşdur. O, özünün mobil telefonu ilə X1ın oğlu X5ın ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək bu haqda ona məlumat vermiş və tapşırmışdır k i, atasının yaşadığı evdən çıxıb-çıxmamasına və digər şəxslərlə təmasda olub-olmamasına nəzarət edilməlidir. 31 avqust 2021-ci il tarixdə saat 18 radələrində o, işlədiyi icra nümayəndəliyinin inzibati binasının qarşısında yerləşən həmkəndlisi X12a məxsus çayxanaya iş yoldaşı Şahid2la birlikdə gəldikdə X6in digər həmkəndliləri Şahid3 və X16la bir masa arxasında əyləşib nərd oynadığını görmüş, həmin vaxt çayxananı işlədən X12, həmçinin kəndin sakinləri X13 və X7 da çayxana olmuşlar. O, X1a yaxınlaşıb ona koronavirus xəstəsi olmasına baxmayaraq ona yaşayış evini tərk etməsinə görə iradını bildrmiş və bunun qadağan olmasını deyərək evinə getməsini, sağalanadək evini tərk etməməsini təklif etmişdir. X6 isə onunla mübahisə edərək koronavirus xəstəsi olmadığını deyərək oradan çıxıb evinə getmişdi r. Həmin vaxt X6 tibbi maskadan belə istifadə etməmişdir. Bundan sonra o, yəni X14 karantin qaydalarını pozması barədə Biləsuvar rayon polis şöbəsinə həm şifahi, həm də yazılı şəkildə (ərizə yazmaqla) məlumat vermişdir. Şahid1 ifadələrinə oxşar ifadələri cinayət təqibinin müxtəlif mərhələlrində həmçinin şahidlər Şahid2, Şahid3, X23, X7, X13 və X16 və digərləri də vermişlər. Şahid X2 ifadələrindən görünür ki, o, Biləsuvar rayonu, Xırmandalı kənd xəstəxanasının sahə həkimi vəzifəsində işləyir. Koronovirus xəstəliyinin yayılması ilə əlaqədar pandemiya elan edildikdən sonra o, Xırmandalı kəndində ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır, belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Biləsuvar rayon mərkəzi xəstəxanası tərəfindən ona göndərilir, o, da sahəsində olan həmin xəstələrlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edir. Bu qaydaya uyğun olaraq, 27 avqust 2021-ci il tarixdə X6in verdiyi koronavirus testinin nəticəsinin pozitiv çıxması və ev şəraitində müalicə almalı olması barədə Biləsuvar RMX-dan məlumat verilmiş, bundan sonra X6 onun tərəfindən qeydiyyata götürülmüş və o, 29 avqust 2021-ci il tarixdə sonuncunun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib telefon əlaqəsi saxlayaraq ona müalicəsi ilə bağlı tibbi məsləhətlər vermiş, həmçinin 14 gün ərzində onun və ailə üzvlərinin yaşayış yerini tərk etməmə li olmaları, məhdudiyyətlərə riayət etməyərək yaşadığı evi tərk etdiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmişdir. X6in karantin rejimini pozaraq yaşadığı ünvanı tərk etməsi barədə onun məlumatı olmamış, X6ın səhhətində hər hansı bir ciddi nasazlıq müəyyən etmədiyi üçün 14 günlük karantin müddəti bitdikdən sonra o, karantin qeydiyyatından çıxarılmışdır. Məhkəmə-tibbi ekspertizasının 11 oktyabr 2021-ci il tarixli 844/KEŞ nömrəli rəyindən göründüyü kimi, 27 avqust 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (COVİD-19) PZR təyini üçün aparılmış laborator müayinə zamanı Elşad Mutafayevdə müayinənin nəticəsi pozitiv olması müəyyən edilmişdir. COVİD-19 virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti m üxtəlif olur. X6 COVİD-19 virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. İş materiallarında olan Biləsuvar RMX-dan daxil olmuş 09 sentyabr 2021-ci il tarixli 2758 və 2759 saylı məktublardan görünür ki, X6 COVİD-19 virus infeksiyası ilə əlaqədar 27 avqust 2021-ci il tarixdə PZR analizi vermiş, 29 avqust 2021-ci il tarixdə analizin cavabı pozitiv olmuş və o, həmin tarixdə həkim X2 tərəfindən nəzarətə götürülmüşdür. İşə əlavə olunmuş Biləsuvar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 02 sentyabr 2021-ci il tarixli 408 saylı məktubundan müəyyən edilir ki, 29 avqust 2021-ci il tarixdə koronavirus (COVİD-19 virusu) xəstəliyinə yoluxmuş Biləsuvar rayonu Xırmandalı kənd sakini X1 və onun ailə üzvlər inə yoluxma ilə bağlı 14 gün müddətinə yaşadığı ünvanı tərk etməməsi barədə Biləsuvar rayon GEM-in əməkdaşı X8 tərəfindən məlumat verilmişdir. Eyni ilə birnci instansiya məhkəməsinin sorğusu əsasında verilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)”publik hüquqi şəxsin 31 yanvar 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, X6 27 avqust 2021-ci il tarixdə “COVİD-19” testi üçün analiz vermiş, 29 avqust 2021-ci il tarixdə analizin cavabı pozitiv çıxmış, həmin tarixdə də xəstəyə onun testinin cavabının pozitiv çıxması barədə ***-***-**-** mobil telefon nömrəsinə məlumat verilmişdir. İşə baxan məhkəmələr "xxxx" MMC-nin 24 fevral 2022-ci il tarixli AZF/LGL 34374/21 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş CD diskdəki məlumatlara istinad edərək 27 avqust 2021-ci il tarixd ə X6in test analizinin cavabı barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi tərəfindən X4 Mustafayevin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 01 sentyabr 2021-ci il tarixədək hər hansı məlumatın verilməsinin - “sms” göndərilməsinin aşkar edilməməsi qənaətinə gəlsələr də, 31 yanvar 2022-ci il tarixli «TƏBİB» Publik Hüquqi şəxsin Hüquq departamentindən daxil olmuş məktubda ***-***-**-** mobil nömrəsinə 29 avqust 2021-ci il tarixdə “X20 sizin 27 avqust 2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz.” məzmunda SMS göndərilməsi və həmin gün saat 15:07-də SMS-in ünvana çatması göstərilmişdir. Bundan əlavə məhkəmələr nəzərə almamışlar ki, müvafiq firmalardan, agentliklərdən və digər qurumlardan, bir sözlə qısa nömrələrdən göndərilən SMS-lərin məzmunu mobil operatorların məlumat bazalarında qeydə alınmır, yalnız həmin SMS-lərin göndərildiyi tarix və vaxt qeydə alınır. Belə ki, işə əlavə edilmiş diskdə olan “SMS tarixçəsi” adlı faylda yalnız mobil nömrələrdən göndərilən “sms”-lər və onların məzmunu göstərilmiş, digər qısa nömrələrdən göndərilmiş “sms”-lər isə qeyd olunmamışdır. Halbuki, həmin diskdə olan “Zənglərin detallaşması” adlı faylda bir sıra qısa nömrələrdən, o cümlədən mobil operatorun özünə məxsus “777” nömrəsindən, həmçinin mağaza şəbəkələrinə və banklara məxsus “İrs had”, “KONTAKTHOME”, “KapitalBank” və digər qısa müəssisə və təşkilatların nömrələrdən ******-**-** mobil nömrəsinə dəfələrlə SMS-lər göndərildiyi qeyd olunmuşdur. Həmin faylda, eləcə də 29 avqust 2021-ci il tarixdə saat 15:09:35-də, 15:09:39-da və 15:09:44-də testin nəticəsi barədə İTS.GOV.AZ adlı qısa nömrədən (“TƏBİB”-ə məxsus) ********** mobil nömrəsinə (X5in istifadəsində olan) 3 dəfə SMS göndərilməsi qeyd olunmuş. Bu məlumatın çap olunmuş variantı kassasiya protestinə də əlavə edilmişdir. Həmin məlumatlardan həmçinin müəyyən edilir ki, bu “SMS”-lər daxil olduqdan sonra X5lə atası X6 arasında 29 avqust 2021-ci il tarixdə saat 15.10.41-dən 15.18.27-dək yeddi dəfə və 15.20.12-dən 15.40.04-dək altı dəfə telefon danışıqları aparılmışdır (cinayət işinin materiallarına görə, X6in istifadə sində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur). Göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri bu məlumatları ümumiyyətlə tədqiq etməmiş, X5in atası X6lə sonuncunun xəstəliyi ilə bağlı məlumat gəldikdən sonra hansı məzmunda telefon danışıqlarını aparması aydınlaşdırılmamışdır. Bundan başqa, cinayət işinin materiallarına əsasən, apellyasiya protestinə məhkəmə baxışı iclasında dövlət ittihamçısı E.Ə.Hüseynov vəsatət qaldıraraq yuxarıda göstərilən məlumatlarla bağlı bütün məsələlərin tam və hərtərəfli aaraşdırılması üçün "xxxx" MMC mobil operatoruna müvafiq sorğunun verilməsini, ***-***-**-** mobil nömrəsinə “TƏBİB”-ə məxsus İTS.GOV.AZ adlı qısa nömrədən müvafiq SMS-lərin göndəriməsinin müəyyən edilməsini, onların məzmunu barədə geniş məlumatın əldə edilmə sini və buna görə işə məhkəmə istintaqı aparılmaqla baxılmasını xahiş etmiş, məhkəmə isə vəsatəti təmin etsə də, apellyasiya protestinə məhkəmə baxışı iclasında yalnız X6in dindirilməsi ilə kifayətlənmiş, mobil operatora müvafiq sorğu isə verməmiş və işin üçün mühüm əhəmiyyət kəsb edən məlumatların alınaraq tədqiq edilməsini təmin etməmişdir. Bununla yanaşı, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi X6in barəsində bəraət hökmü çıxararkən, apellyasiya instansiyası məhkəməsi isə - həmin hökmü qüvvədə saxlayarkən şahid X3 ifadəsinə istinad etmişlər. Həmin ifadələrdən görünür ki, X6 koronavirus (COVİD-19 virusu) xəstəliyinə yoluxub-yoluxmaması barədə analiz verdikdən sonra həmin analizin nəticəsi barədə məlumatın ötürülməsi məqsədi ilə öz oğlu X5 məxsus ***-***-**-** mobil telefon nömrəsinə məlumat verilməsini xahiş etmiş, o, da 29 avqust 2021-ci il tarixdə iş yoldaşına məxsus ***-***-**-** mobil telefon nömrəsindən X5ə məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək atası X6in telefon nömrəsini almışdır. Lakin X6 göstərmişdir ki, X3 ona zəng etməmiş və test analizinin pozitiv olması, yəni onun koronavirus xəstəliyinə yoluxması barədə məlumat verməmişdir. Halbuki, məhkəmə iclas protokolundan göründüyü kimi, X3 məhkəmə iclasında göstərmişdir ki, o, Biləsuvar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşıdır, yeni növ koronavirus olan COVİD-19 virusu xəstəliyinə yoluxub-yoluxmaması barədə analiz vermiş şəxslər həmin analizin nəticəsi barədə məlumatın ötürülməsi məqsədi ilə mobil nömrə verirlər, X6 də onun verdiyi test analizinin nəticəsi b arədə oğlu X5ə məxsus ***-***-**-** mobil telefon nömrəsinə məlumat verilməsini xahiş etmiş, 27 avqust 2021-ci il tarixdə verilmiş analizin nəticəsi barədə 29 avqust 2021-ci il tarixdə iş yoldaşına məxsus ***-***-**-** mobil telefon nömrəsindən Mustafayev Savalana zəng edərək atası X6in koronavirus (COVİD-19 virusu) xəstəliyinə yoluxmasını bildirərək onun nömrəsini almış, yəqin ki, həmin nömrəyə də zəng etmişdir. Bu ifadələrdən görünən odur ki, X3 29 avqust 2021-ci il tarixdə X6in koronavirus xəstəliyinə yoluxması barədə oğlunu məlumatlandırmış, həmin məlumatı isə iş yoldaşına məxsus ***-***-**-** mobil telefon nömrəsindən zəng edərək vermişdir. İşə əlavə edilmiş diskdən də müəyyən edilir ki, X3 29 avqust 2021-ci il tarixdə saat 20:28:27-də ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mob il nömrəsinə zəng etmiş, onunla Savalan Mustfayev arasında 31 saniyə davam edən danışıq aparılmışdır. Məhkəmələr isə sorğu əsasında alınmış "xxxx" MMC-nin 27 dekabr 2021-ci il tarixli AZF/LG-5178/22 nömrəli məktubu ilə göndərilmiş diskə istinad edərək, 27 avqust 2021-ci il tarixdə ***-***-**-**, ***-***-**-**, yaxud ***-***-**-** mobil telefon nömrələrinin hər hansı birindən ***-***-**-** mobil telefon nömrəsinə zəng edilməməsi qənaətinə gəlmiş və üstəlik də birinci instansiyası məhkəməsinin sorğusunda X3un zəng etdiyi telefon nömrəsinin (******-**-**) əvəzinə ***-***-**-** nömrəsi göstərilmişdir. Bununla yanaşı, məhkəmələrin nəzərə almadıqları və qiymət vermədikləri daha bir hal ondan ibarətdir ki, X6in məhkəmə iclaslarında verdiyi ifadələrinə görə, onun arvadı X10 da 19 avqust 2021-ci il tarixdə koronavrus xəstəliyinə yoluxub-yoluxmamasını müəyyən etmək üçün test analizi vermiş və 22 avqust 2021-ci il tarixdə həmin analizin pozitiv olması, yəni arvadının koronavirus xəstəliyinə yoluxması barədə oğlunun ***-***-**** mobil telefon nömrəsinə zəng edilərək məlumat verilmiş, eyni zamanda X10nın ailə üzvlərinin 14 gün ərzində yaşayış yerini tərk etməmələri barədə xəbərdarlıq edilmişdir. Bu hal ona dəlalət edir ki, X10 ilə yanaşı X6 də 22 avqust 2021-ci il tarixdən başlayaraq on dörd gün ərzində karantin rejiminin qaydalarına əməl etməsi və arvadının xəstəliyi ilə bağlı yaşayış yerini tərk etməməsi vəzifəsini daşımış, lakin 31 avqust 2021-ci il tarixdə hətta özünün xəstəliyi barədə məlumatı olmadığı təqdirdə (X6in məhkəmə iclaslarında verdiyi ifadələr görə) yaşayış yerini tərk etməklə karantin rejimi qaydalırını pozmuşdur. Məhkəmələr tərəfindən isə bu hala da diqqət yetirilməyərək həmin halı təsdiq edən sübutlara lazımi qiymət verməmişlər. Yuxarıda təsvir edilmiş sübutların X6in ifadələri ilə birgə müqayisəli təhlili göstərir ki, həmin ifadələr elə məhkəmələrin özlərinin (apellyasiya instansiyası məhkəməsinin qismən) araşdırdıqları sübutlarla uzlaşmır və apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması barədə qərar qəbul etsə də, məhkəmə iclasında yalnız X6 dindirilmiş, digər sübutlar tədqiq edilməmiş, onlara CPM-nin 143-146-cı maddələrinin tələb etdiyi qaydada lazımi hüquqi qiymət verməmiş, iş üzrə qəbul etdiyi qərarda isə, yalnız bəraət almış şəxsin ifadələrinə və birinci instansiya məhkəməsinin hökmündə əksini tapmış sübutların bir qisminə istinad etməklə kassasiya protestinin məzmununu ilə eynilik təşkil edən apellyasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verməmişdr. Məhkəmə kollegiyası hesab edir ki, bu çatışmazlıqların mövcudluğu vəziyyətində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar qüvvədə saxlanıla bilməz və belə vəziyyət iş üzrə həqiqətin müəyyən edilməsi üçün təkrar araşdırmanın aparılmasını, araşdırılmış bütün sübutlara onların X6ə qarşı irəli sürülmüş ittiham üzrə təqsirli və ya təqsirsiz olması barədə nəticəyə gəlmək üçün kifayət etməsi nöqteyi nəzərindən qiymət verilməsini labüd edir. Bundan başqa, məhkəmə kollegiyası qanunvericiliyin aşağıda təsvir olunmuş tələblərinə əsaslanaraq qeyd edir ki, bütün şərh olunanlarla yanaşı X6in barəsin dəki 09 mart 2022-ci il hökmün qüvvədə saxlanılması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2022-ci il tarixli qərarının ləğv edilməsinə əsas yaradan hal kimi həmçinin hökmlə ona bəraətin veriləmsi üçün CPM-nin 42.1-ci maddəsində göstərilən əsasların müəyyən edilməməsi, habelə həmin hökmlə X6in təqsirsiz deyil, həmçinin təqsirli olmasına dəlalət edən ifadələrin daxil edilməsi çıxış edir. Belə ki, CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi süb uta yetirilmədikdə. Qanunun bu normasının mənasına görə, məhkəmə işə baxılması nəticəsində CPMnin 42.1-ci maddəsində sadalanan hər hansı halı müəyyən etdikdə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarır, hökmün nəticəvi hissəsində isə mütləq həmin əsasa istinad edir. CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinin tələbindən görünür ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 350.3-cü maddəsində is ə təsbit edilmişdir ki, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Qanunvericiliyin tələblərinə uyğun izah həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında da verilmişdir. Həmin Qərarın 57-ci bəndində məhkəmələr izah edilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsasland ırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. X6in barəsindəki bəraət hökmündən isə görünür ki, birinci instansiya məhkəməsi həmin hökmdə digər sübutlarla yanaşı onun təqsirli olmasına dəlalət edən ifadələrə də istinad etmiş, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsə bəraət verilməsinin konkret əsasını (CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş) göstərməyərək yalnız onun təqsirsiz olması və bəraət verilməsini qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi təhlil edilən məsələləri də diqqətindən kənarda saxlayaraq qanunvericiliyin şərh olunan tələbləri ilə bağlı yol verilmiş pozuntuya münasibətini bildirməmişdir. Beləliklə kassasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən edərək və həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə X1 CM-nin 139-1.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar