Məhkəmə qərarları › İş №1(102)-370/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-370/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-370/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X4 və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olu nmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 1(022)-107/2019 nömrəli xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Rəfayil Əliyev), Məhkum, xx xxxxx 1983-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, heç yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CMin 206.2-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıq dan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxxxx 2019-cu tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqla müəyyən edilməmiş mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici ma ddəsinin ümumi miqdarı 0,56 qram təşkil edən 14 ədəd metadon həbini və şəxsi istehlak miqdarından artıq miqdarda, 0,972 qram metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, Azərbaycan Respublikasına gətirib istifadə etməsi üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 bükümdə olan 1 ədəd metadon həbini özünə məxsus “Mond” markalı siqaret qutusunda, 1 sellofan bükümə qablaşdırılmış 2 bükümün birində olan 13 ədəd metadon həbini və digərində olan metamfetamin psixotrop maddəsini isə düz bağırsağında yerləşdirib saxlamış, daşımış və xx xxxxxx 2019-cu il tarixdə, saat 08 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzar ətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-454/2019 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını, CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqd an məhrum etmə cəzası ilə əhatə etmək yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya şikayətləri qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassatorlar kassasiya şikayətlərini əsaslandıraraq qeyd etmişlər ki, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Məhkum azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməlidir. Belə ki, məhkəmələr məhkum V.Süleymanova cəza təyin edilərkən onun əvvəllər məhkum olunmaması, himayəsində 2 azyaşlı uşağının olması, ata və anasının xəstə olması, həyat yoldaşının heç yerdə işləməməsi, ailəsinin yeganə qazanc gətirəni olması, özünün hazırda narkomaniyadan müalicəyə ehtiyacı olması nəzərə alınmamışdır. Bunları nəzərə alıb məhkum Vüsal Saalmanov barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir. Müdafiəçi kassator qeyd edir ki, istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqında V.Süleymanov onda 0,972 qram metamfetamin psixotrop maddəsinin aşkar edilməsini təkzib edərək göstərdi ki, onun mədəsində belə bir maddə olmamış və çıxarılmamışdır. Bundan başqa, müdafiəçi vurğulamışdır ki, məhkəmədə vəsatət qaldıraraq Dövlət Gömrük Komitəsi cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və X2 Şöbəsinin “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarına əsasən tərtib edilmiş raportlar, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, maddi sübutların götürülməsinə dair sənədlər, “əməliyyat qrupunun yaradılması barədə” protokolu, “Şübhəli şəxs qismində tutma haqqında qərarı, “Şübhəli şəxsin tutulması haqqında” protokolu, “Şəxsi axtarış və götürmə barədə” protokolu, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarı, məhkəmə baxışında yolverilməz sübutlar hesab edilərək sübutlar siyahısından xaric edilməsini xahiş etsə də məhkəmə tərəfindən həmin vəsatətə qiymət verilməmişdir. Həmçinin Məhkum cəza təyin edilərkən Konvensiyanın 5-ci maddəsinin tələbləri pozulmaqla cəzanın müddətinə, nəticəsinə və həyata keçirilmə üsuluna diqqət yetirilməmişdir. Müdafiəçi kassator məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünü dəyişərək Məhkum azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin edilməməsi barədə isə dövlət ittihamçısı Ayxan Hüseylinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı k assasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfində n ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsini və barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti cəzanın ağır olması dəlilindən əlavə məhkəmə istintaqı zamanı vəsatətlərinin təmin bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların ha nsına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə M əhkum təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan şəxsi yoxlama aparılması haqqında xx xxxxxx 2019cu il tarixli protokoldan görünür ki, Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına Məhkum daxili orqanları rentgen müayinəsindən keçirilmiş, müayinə zamanı onun daxili orqanı düz bağırsağında yad predmet olduğu görünmüş, bundan sonra Məhkum daxili orqanı - düz bağırsağı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında müayinə edilmiş, müayinə nəticəsində sonuncudan, daxili orqanı-düz bağırsağından gömrük nəzarətindən gizlədilmiş, 1 ədəd sellofan bükülü aşkar edilmiş, həmin bükülü açıldıqda içərisində əlavə iki ədəd kiçik ölçülü bükümün olduğu və həmin bükümlərdən birinin içərisində 13 ədəd üzərində «F/M40» nişanəsi olan açıq qəhvəyi rəngli naməlum həblərin, digər bükümün içərisində isə qablaşdırılması ilə birgə çəkisi 1 (bir) qram olan ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddənin olduğu məlum olmuş, sonda Məhkum məxsus «Mond» markalı siqaret qutusunun içərisindən aşkar edilən 1 ədəd üzərində «F/M40» nişanəsi olan açıq qəhvəyi rəngli naməlum həb, onun daxili orqanı düz bağırsağından aşkar edilən bir bükümdə 13 ədəd üzərində «F/M40» nişanəsi olan açıq qəhvəyi rəngli naməlum həblər, 1 bükümdə qablaşdırılması ilə birgə çəkisi 1 qram olan ağ rəngli, kristallik formada psixotrop maddə sayılan metamfetaminə oxşar maddə götürülərək qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 və X5 ifadələrində göstərmişlər ki, xx xxxxxx 2019-cu il tarixdə o və həmyerlisi X5 ilə birlikdə Biləsuvar Gömrük Postunun qarşısında olarkən saat 07:30 radələr ində bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşıb özünü təqdim etmiş və bir nəfər Azərbaycan Respublikası vətəndaşının üzərində aparılacaq şəxsi yoxlama zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, onlar razılıq vermiş və həmin gömrük əməkdaşı ilə birlikdə inzibati otaqlardan birinə getmişlər. Gömrük əməkdaşı şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Məhkum onların hal şahidi kimi iştirak edəcəyi barədə məlumat vermiş, gömrük əməkdaşı əvvəlcə Məhkum üzərində və yüklərinin arasında gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir şeyin olub-olmamasını sual vermiş və varsa təqdim etməyi təklif etmişdir. Məhkum isə öz növbəsində üzərində və yüklərinin arasında belə əşyaların olmadığını demişdir. Bundan sonra keçirilmiş şəxsi yoxlama zamanı Məh kum məxsus 1 ədəd «Mond» markalı siqaret qutusunun içərisində olan gümüşü kağızın arxasından, gömrük nəzarətindən gizlədilmiş, kağız parçasına bükülü bükümdə 1 ədəd ədəd üzərində «F/M40» nişanəsi olan açıq qəhvəyi rəngli naməlum həb aşkar edilmişdir. Bundan sonra Məhkum daxili orqanları rentgenlə müaiyinə edilmişdir. Müayinə zamanı Məhkum daxili orqanı - düz bağırsağında yad predmetin olduğu görünmüşdür. Həmin predmet və Məhkum daxili orqanından çıxarılıb, ona baxış keçirilərkən həmin predmetin bir ədəd bükülü olduğu müəyyən edilmişdir. Məhkum düz bağırsağından çıxarılmış bükülü açıldıqda onun içərisində əlavə iki ədəd kiçik ölçülü bükümün olduğu və həmin bükümlərdən birinin içərisində 13 ədəd üzərində «F/M40» nişanəsi olan açıq qəhvəyi rəngli naməlum həblərin, digər bükümün içərisində isə qablaşdırılması ilə birgə çəkisi 1 qram olan ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddənin olduğu məlum olmuşdur. Sonda aşkar edilmiş həblər və maddə götürülərək qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Kassatorun vəsatətlərinə hüquqi qiymət verilməməsi barədə dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə icl as protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Qanunvericiliyə görə, vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib edilməməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Vəsatətin təmin edilməməsi həmin iş üzrə çıxarılmış hökm və ya qərarın qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə kassatorun dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayətlərin məcmusu üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi Məhkum hökmlə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə etdiyini nəzərə alıb Məhkum CM-nin 66.2-ci maddəsinin tələblərinə uğun olaraq cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, məhkumun kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi üçün irəli sürdüyü dəlillərin əsasını təşkil edən bütün hallar (onun törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını) məhkuma cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanı qanuni və ədalətli hesab edərək eyni zamanda aşağıdakıları xatırlatmağı lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin isla h olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qərardan da görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını CM-in 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə etməklə, Azərbaycan Respublikası 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə - 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza ded ikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, işin hallarını nəzərə alaraq məhkuma təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan di gər cəza növü ilə əvəz edilməsinə heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlillərin tutarlı bir faktlara söykənmədiklərinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1–416.1.22-ci maddələrində nəzərdə tutulan pozuntuların hər hansı birini müəyyən etmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətlərinə münasibətdə qanuni və əsaslı o lması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum və onun müdafiəçisi Müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi və göstərilən qərarın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar