Məhkəmə qərarları › İş №1(102)-370/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-370/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-370/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X7 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kass asiya şikayətinə mahiyyəti üzrə baxaraq müəyyən etdi: I. İşin halları 1. xx xxxx 1986-cı ildə, Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 106, mənzil 52-də qeydiyyatda olmaqla faktiki Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsi, ev 7A, mənzil 10-da kirayə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X6) 1(005)393/2022 nömrəli 02 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qəti mkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı ica edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış və onun üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur.

2. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixə keçən gecə, saat 01:30 radələrində i darə edib Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 61 saylı evin qarşısında saxladığı "Toyota Prius (Hibrid) minik" markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda şəxsi münasibətlər zəmnində faktiki ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, yəni sonuncunun onun spirtli içki qəbul etməsinə irad bildirməsini və ona pul borc verməməsini əsas gətirib ondan qisas almaq məqsədilə yumruq və ayaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, nəticədə Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması və baş- beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkinlik halında əzilməsihematoması, boynun ön səthinin sol və sağ yarısının sıyrıqları, sol baldırın orta üçdə birinin və sağ bal dırın aşağı üçdə birinin qançırları kimi xəsarətlər yetirib dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığına yüngül zərər vurmuşdur.

3. Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi) X1 və X3) 1(103)-1782/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 393/2022 saylı, 02 avqust 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

4. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasi ya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsini xahiş etmişdir. II. Kassasiya şikayətinin dəlilləri:

5. Məhkumun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətinin mahiyyəti ondan ibarətdir ki, ibtidai istintaq orqanı, məhkəmələr tərəfindən işin faktiki halları düzgün müəyyən edilməmiş, Müdafiəçi zərərçəkmişə qarşı heç bir zorakı hərəkətlər etməmiş, ona xəsarətlər yetirməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. III. Hüquqi məsələlər:

6. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətl ərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

7. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir.

8. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual cinayət-hüquqi normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

9. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrind ən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

10. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

11. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş, məhkum Təqsirləndirilən şəxs hazırkı cinayət işində təqsirinin sübuta yetirilməməsinə görə barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışlar.

12. Məhkəmə kollegiyası həmçinin müdafiəçinin məhkum edilmiş şəxsin verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi barədə dəlillərini də əsassız hesab edir.

13. Belə ki, məhkum Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.

15. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

16. Azərbaycan Respublikas ı CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam təsdiq edilir.

18. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həmin sübutların məcmusunun məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olmasını müəyyən etmək üçün kifayət olmasına dair məhkəmələrin gəldiyi nəticəni də əsaslı hesab edir.

19. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bil indiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, Zərərçəkmiş şəxs və şahid X4 ifadələri və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi-hematoması, boynun ön səthinin sol və sağ yarısının sıyrıqları, sol baldırın orta üçdə birinin və sağ baldırın aşağı üçdə birinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənməsi, göstərilən şəraitdə əmələ gələ biləcəyi, müddətinin 13 mart 2022-ci il tarixə uyğun gəlməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olmasına d air Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X5" X13 Nərimanov rayon Şöbəsindən təqdim edilmiş 18 mart 2022-ci il tarixli, 255 saylı ekspert rəyi ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir.

20. Həmçinin məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı-ayrılıqda h üquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız sayır.

21. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər.

22. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir.

23. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

24. Kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Təqsirləndirilən şəxs bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir.

25. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apelyasiya instansiyası məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir.

26. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır.

27. Bununla yanaşı, kassasiya məhkəməsinə elektron sistem vasitəsi ilə daxil olmuş Zərərçəkmiş şəxs tərəfindən notariat qaydada təsdiq edilmiş ərizədən də görünür ki, o, məhkum Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 80-1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. 2

9. Həmin Məcəllənin 73.-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

30. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Apelyasiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 128-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilməlidir.

31. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirlən dirilən şəxs barəsində Bakı Apelyasiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Asif oğlu həmin Məcəllənin 128-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar