Məhkəmə qərarları › İş №1(102)-371/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-371/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-371/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şə ki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Hüseynov, hakimlər B.Məmmədov və N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxx 1987-ci ildə Qəbələ rayonunu Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşayan və xx xxxxxxxx 2019-cu ildən həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-nin 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 188.1-ci maddəsi ilə 06 (altı) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 237.2.3ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, qəti olaraq, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 05 (beş) il il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2019-cu ildən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Qədimov Cavid Əbdürrəhman oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən Əliyev Rafail Əyyub oğlu, ha kimlər Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, məhkumun CM-nin 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ləğv edilmiş, ona qarşı CM-nin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona CM-in 188.1-ci maddəsi ilə bəraət verilmiş və cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.3-cü maddəsi ilə əh atə olunduğundan CM-nin 234.4.3-cü maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılmış, Məhkum CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən məhkum dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum 2019-cu ilin iyul ayında Qəbələ rayonunun Nic qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə aid olmaqla, həmin qəsəbənin mərkəzində yerləşən qəbiristanlıq ərazisində torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edib, orada qanunsuz olaraq külli miqdarda narkotik tərkib li çətənə kollarını əkmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə, diblərini yumşaltmış, alaq otlarından təmizləmiş, suvarmaqla kultivasiya etmişdir. Çətənə (kannabis) bitkisinin kollarının hissələrindən toplayaraq, kustar üsulla qurudub hazırlamaqla satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı xalis çəkisi 1,07 qram olan narkotik vasitə-qurudulmuş marixuananı üzərində daşıyarkən, xx.xx.2019-cu ildə, saat 12 radələrində Qəbələ rayonunun Nic qəsəbəsində polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilərək, üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə aşkar edilərək götürülmüşdür. Həmin tarixdə Qəbələ rayonunun Nic qəsəbəsinin mərkəzi hissəsində yerləşən bələdiyyə mülkiyyətinə aid qəbiristanlığa baxış keçiri lən zaman orada Məhkum tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutub becərmə işləri aparmaqla qanunsuz olaraq kultivasiya edilmiş, yəni aqrotexniki qaydada əkilib yetişdirilmiş külli miqdarda 26 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, eləcə də 03 ədəd narkotik təbiətli bitki kökləri aşkar edilərək götürülmüşdür. Eyni zamanda, həmin tarixdə baxış zamanı Məhkum tərəfindən qeyd olunan qəbiristanlıq ərazisində qanunsuz olaraq kultivasiya edilmiş yaş vəziyyətdə 29 ədəd olmaqla, külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən Məhkum tərəfindən toplanaraq kustar üsulla qurudulub hazırlanmaqla, satış məqsədi ilə qanunsuz olaraq əldə edilib orada 3 kiloqramlıq şüşə bankanın içərisində torpaqda basdıraraq saxladığı xalis çəkisi 320 qram, həmçinin kultivasiya etdiyi çətənə bitkilərinin yanında, həmin bitkilərin hissələrindən toplayaraq kustar üsulla qurudub hazırlamaqla qanunsuz olaraq satış məqsədi ilə əldə edib ağzı açıq formada olan qara rəngli sellofan torbanın içərisində və həmin sellofan torbanın yanında açıq şəkildə olmaqla, saxladığı xalis çəkisi 2 kiloqram 805 qram, eləcə də kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən toplayaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib dib hissələrində qurudulması üçün yerə sərməklə saxladığı xalis çəkisi 105 qram, ümumilikdə isə həmin baxış keçirilən ərazidən Məhkuma məxsus eyni tərkibə malik külli miqdarda, yəni ümumi təmiz çəkisi 3 kq 230 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, apellyasiya məhkəməsinin hökmü Məhkumun CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə mübahisə doğurmasa da, məhkəmənin Məhkumun CM-nin 188.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsinə və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.3cü maddəsi ilə əhatə olunmaqla ittihamdan çıxarılmasına dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından mübahisə doğurur. Belə ki, Məhkum qəsdən qanunsuz olaraq qanunla müəy yən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ rayonunun Nic qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsini özbaşına tutaraq, qanunsuz olaraq tərkibində narkotik maddələr olan, külli miqdar çətənə bitkisini əkərək aqrotexniki qaydada qulluq göstərib, yetişdirib kultivasiya etdiyindən onun əməlində CM-nin 237.2.3-cü maddəsi ilə yanaşı həm də, CM-nin 188.1-ci maddəsinin tərkib əlamətləri olmuşdur. CM-nin 188.1-ci maddəsində torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə məsuliyyət müəyyən edilmişdir. Cinayətin obyektiv cəhətini torpaq sahəsini özbaşına tutmada, dəyişdirmədə və ya becərmədə ifadə olunan mülkiyyət hüququnun pozulmasıdır. Yəni tutma, dəyişdirmə və becərmə mülkiyyət hüququnun pozulmasının formaları kimi özünü göstərir. Belə ki, Məhkum torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi və xəbəri olmadan bitkilər əkmişdir ki, bu da təhlil olunan maddə üzrə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə bəraətin əsası qismində isə göstərmişdir ki, CM-in 188-ci maddəsi ilə məsuliyyət o halda yaranır ki, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu bilir, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəz iyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Yuxarıda qeyd olunduğu kimi, CM-in 188-ci maddəsi ilə məsuliyyət torpaq sahəsinin özgəyə məxsus olduğunu şəxs bildiyi və torpaq mülkiyyətçisinin və ya sahibinin icazəsi olmadan becərdiyi və s. halda artıq yaranmış olur. Belə ki, Məhkum torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi və xəbəri olmadan bitkilər əkmişdir ki, bu da təhlil olunan maddə üzrə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, Məhkumun əməlində CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olmuşdur. Bundan əlavə Məhkumun məhz satış məqsədilə 29 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi onun ilkin etiraf ifadəsi ilə yanaşı, müvafiq maddi məsrəf sərf etməklə müəyyən avadanlıqlar(əldə edərək çətənə kollarını əkmək üçün yer müəyyən etməsi, mütəmadi olaraq həmin əraziyə gedib çətənə kollarına qulluq etməsi, həmin kolların təxminən 2-3 m boy atmasına nail olması, yetişdirdiyi çətənə bitkilərinin bir hissəsinin yarpaqlarını şüşə banka və sellofana yığaraq saxlaması, bir hissəsini isə quruması üçün kökündən və gövdəsindən çıxararaq yerə sərməsi dəlillər və işin faktiki halları ilə də təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi də məhkumun cinayət əməlini "satış məqsədi ilə" törətməsini təkzib etməmiş, əksinə bu halı qəbul edərək hətta məhkumun həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərməsini, onun hissələrini satış məqsədi ilə toplamasını bildirsə də, həmin əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməli olm ası qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan “toplama”' sözü “əkmə və yetişdirmə” həmcins xəbərləri ilə tabesizlik bağlayıcısının növü olan bölüşdürmə bağlayıcısı ilə əlaqələndirilmiş, eyni əşyaya aid əlamətin hüququ dərəcəsinə görə fərqlənən müstəqil əlaməti ehtiva edir. Yəni, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsində iştirak etməyən şəxs tərəfindən də (həmin maddələrin mənimsənilməsi və yiyələnməsinə yönələn hərəkətlər etmədən) toplanması (şəxs həmin bitkinin narkotik vasitə olmasını bilməsi şərti ilə) CM-nin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilər. Məhkəmə hazırki iş üzrə “toplama" sözünə hərfi mənada yanaşmış, əkib-yetişdikdən sonra toplanma (yığılma), yəni “istehsal" pr osesini ehtiva edən “toplama” sözü ilə hüquqi məna kəsb edən “toplama” və “əldə etmə" sözünü eyniləşdirmişdir. Azərbaycan dilinin izahlı lüğətində əldə etmək-tapmaq, nail olmaq, toplamaq-bir yerə yığmaq, cəm etmək kimi izah edilmişdir. Ümumi məlum olan faktdır ki, narkotik vasitə olan marixuana zavod və ya fabrikdə istehsal olunmur, əkilibyetişdirildikdən sonra toplanaraq əldə edilir. Apellyasiya instansiya məhkəməsi də həm istintaqın həm də birinci instansiya məhkəməsinin işin faktiki hallarına dair mövqeyi ilə razılaşmış, Məhkumu qanunsuz olaraq çətənə kollarını əkib-becərməyə və külli miqdarda narkotik vasitə əldə etmə və saxlamağa görə təqsirli bilmiş, lakin hökmdə Məhkumun əkdiyi çətənə kollarından toplamaqla narkotik vasitə əldə etməsinin CM-in 237-ci maddəsi ilə əhatə olunması gös tərilməklə ona verilmiş ittihamdan CM-in 234.4.3-cü maddəsi çıxarılmışdır. Məhkəmə Məhkumun əməlinə qiymət verərkən ona yalnız “əldə etmə”yə görə deyil, həm də satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə “saxlamağa" görə ittiham verildiyini, özünün də hökmdə həmin ittihamla razılaşdığını nəzərə almamış, həmin hissədə Məhkumun əməlinə qiymət vermədən verilmiş ittihamdan əsassız olaraq CM-in 234.4.3-cü maddəsini çıxmaqla düzgün nəticəyə gəlməmişdir. Hazırki cinayət işi üzrə Məhkumun törətdiyi cinayət əməli qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu əkib-yetişdirdiyi andan başa çatmış, sonradan o, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməş yəni, satış məqsədilə həmin bitkilərin hissələrindən yığıb toplamaqla qanunsuz olaraq kustar üsulla əldə etdiyi 320 qramını şüşə balonun içərisində torpağa basdırmış, ağzı açıq formada qara rəngli sellofan torbanın içərisində və həmin torbanın yanında yığaraq 2 kq 805 qram, eləcədə qurudulması üçün yerə sərməklə xalis çəkisi 105 qram, ümumilikdə külli miqdarda çəkisi 3 kq 230 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkilərindən küstar üsulla hazırlanmış narkotik vasitə - ququdulmuş marixuananı saxlamışdır. Beləliklə, məhkəmə işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun normalarının tələblərini pozaraq CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğu qənaətinə gələrək CM-nin 234.4.3-cü maddəsini təqsirləndirilən şəxsə verilmiş ümumi ittihamdan çıxarmaqla işin faktiki halları na uyğun olmayana mövqe nümayiş etdirib, səhvə yol vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmünü ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestinin dəlillərinə uyğun çıxış edərək təmin olunmasını, apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etd i. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə əsaslar olmadığı halda Məhkuma CM-nin 188.1-ci maddəsi ilə bəraət verilməsini və CM-nin 234.4.3-cü maddəsinin ona verilmiş ümumi ittihamdan çıxarılmasını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud də yişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dai r” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların tələbləri baxımından apellyasiya məhkəməsinin Məhkum barəsində CM-nin 188-ci maddəsi ilə bəraət verilməsinə dair gəldiyi nəticəyə və həmin nəticənin qanuniliyini mübahisələndirən dövlət ittihamçısının kassasiya protestindəki dəlillərinə qiymət verərkən məhkumun törədilən konkret cinayət əməlinin cəhətləri ilə CM-nin 188-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğu nluğu müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər - torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Özbaşına hasarlama dedikdə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan ərazinin ayrılmasını təmin edən hər hansı bir formada çəpər və ya hazarlama işlərinin aparılması nəzərdə tutulur. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların ye tişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Torpaq sahəsini başqa üsullarla özbaşına tutma dedikdə yuxarıda qeyd edilən əməllərdən (hasarlama, becərmə, dəyişmə) fərqli üsul və vasitəsi ilə (avtomobil və digər texniki qurğuların yerləşdirilməsi, tikinti materiallarının yığılması və s.) tutulması başa düşülür. Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən məhkuma verilmiş ittihama üzrə birinci instansiya məhkəməsinin gəld iyi nəticədən isə müəyyən olunur ki, “Məhkum... Qəbələ rayonunun Nic qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə aid olmaqla, həmin qəsəbənin mərkəzində yerləşən qəbiristanlıq ərazisində torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edib, orada qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə kollarını əkmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə, diblərini yumşaltmış, alaq otlarından təmizləmiş, suvarmaqla kultivasiya etmişdir....... Qəbələ rayonunun Nic qəsəbəsinin mərkəzi hissəsində yerləşən bələdiyyə mülkiyyətinə aid qəbiristanlığa baxış keçirilən zaman orada Məhkum tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutub becərm ə işləri aparmaqla...” Qeyd edilənlərdən aydın görünür ki, Məhkuma işin faktiki hallarına uyğun olmayan, normanın dispozisiyasında nəzərdə tutulmayan ittiham (özbaşına zəbt etmə, özbaşına tutma) verilmiş, birinci instansiya məhkəməsidə həmin ittiham üzrə hökm çıxarmışdır. Belə ki, xx xxxxxxxx 2015-ci il tarixdən etibarən CM-nin 188-ci maddəsinin dispozisiyası ümumiyyətlə dəyişdirilərək, “torpaq sahəsini özbaşına tutma” əməli tamamilə fərqli yuxarıda göstərilən yeni redaksiyada verilmiş, “torpağı özbaşına zəbt etmə” obyektiv cəhət kimi ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə yalnız torpaq sahəsini əkərək becərmiş şəxsə torpaq sahəsini özbaşına tutulmasına və ya zəbt etməsinə dair ittiham verilməsi qüvvədə olan CM-nin 188-ci maddəsinin dispozisiyasına uyğun gəlmir. Kassasiyas ı məhkəmə kollegiyası ümumiyyətlə dövlət ittihamçısının kassasiya protestində CM-nin 188-ci maddəsinin şərhinə dair dəlillərini qüvvədən düşmüş (xx xxxxxxxx 2015-ci il tarixdək qüvvədə olmuş) cinayət qanunu normalarına istinadla əsaslandırmasını qeyri-qanuni və əsassız hesab edir. Bununla belə məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin (CM-nin 188-ci maddəsinə əsasən) tövsifinə, əməldə cinayət tərkibinin olması, həmçinin törədilmiş cinayətin tərkib əlamətlərinə dair həm məhkəmənin gəldiyi nəticəyə, həm də bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibi nin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Biz yuxarıda qeyd etmişdik ki, CM-nin 3-cü maddəsinə görə cinayət məsuliyyətinin əsası yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsidir. Cinayətin subyektiv cəhəti cinayət tərkibinin zəruri elementidir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti kimi təqsir çıxış edir. Təqsir birbaşa və dolayı formalarda ola bilər. Təqsir yoxdursa deməli cinayətin subyektiv cəhəti yoxdur, deməli cinayət tərkibi yoxdur. Dolayı qəsdən fərqli olaraq birbaşa qəsd təqsirkarın əməlinin qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrinin baş verməsinin arzu etməsi ilə səciyyələnir. Bu zaman əldə olunan ictimai təhlükəli nəticə təqsirkarın çatmaq istədiyi əsas məqsəddir. Dolayı qəsd zamanı isə şəxs onun qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir və ya bu nəticələrə laqeyd münasibət bəsləyir. Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. Yəni əməldə cinayət tərkibinin olması üçün təqsirkar tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasını dərk etməli, bu əməli törətməyi arzu etməli və ya çatmaq istədiyi əsas məqsəd olmalıdır. Lakin məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını cinayət əməlinin tərkib əlamətləri ilə uzlaşdırarkən müəyyən olunur ki, Məhkumun əməlində birbaşa qəsd olmamış, yəni bələdiyyə məxsus torpaq sahəsini zəbt etmək onun çatmaq istədiyi əsas məqsəd olmamış (zəbtə aid nəticələrə laqeyd yanaşmış), onun əsas məqsədi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək - əkmək və yetişdirmək olmuşdur. Kassasiya məhkəmə kollegiyası kassasiya protestində qeyd edilmiş “CM-in 188-ci maddəsi ilə məsuliyyət torpaq sahəsinin özgəyə məxsus olduğunu şəxs bildiyi və torpaq mülkiyyətçisinin və ya sahibinin icazəsi olmadan becərdiyi və s. halda artıq yaranmış olur” dəlilini də əsassız hesab edərək qeyd edir ki, cinayətin obyektiv cəhətinin təkcə icrası ilə deyil CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduqda cinayət tərkibi yaranır. Yuxarıda qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində göstərdiyi məhkumun əməlində CM-ni n 237.2.3-cü maddəsi ilə yanaşı həm də, CM-nin 188.1-ci maddəsinin tərkib əlamətləri olmasına dair dəlilləri ilə razılaşmayaraq hesab edir protest həmin hissədə təmin edilə bilməz, bu barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda, kassasiya məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində göstərdiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin Məhkuma verilmiş ümumi ittihamdan çıxarılmasının qeyri qanuni və əsassız olmasına dair dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə “.......Məhkum qəbiristanlıq ərazisində qanunsuz olaraq kultivasiya edilmiş yaş vəziyyətdə 29 ədəd olmaqla, külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hi ssələrindən toplanaraq kustar üsulla qurudulub hazırlanmaqla, satış məqsədi ilə əldə edib şüşə bankanın içərisində torpaqda basdıraraq xalis çəkisi 320 qram marixuana saxlamış, həmçinin həmin bitkilərin hissələrindən toplayaraq kustar üsulla qurudub hazırlamaqla qanunsuz olaraq satış məqsədi ilə əldə edib ağzı açıq formada olan qara rəngli sellofan torbanın içərisində və həmin sellofan torbanın yanında açıq şəkildə olmaqla, 2 kiloqram 805 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən toplayaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib dib hissələrində xalis çəkisi 105 qramını qurudulması üçün yerə sərməklə saxlamışdır...” Apellyasiya instansiya məhkəməsi də işin faktiki hallarına dair məhkəmənin gəld iyi mövqeyi ilə razılaşmış, lakin hesab etmişdir ki, CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunur, buna görə ona CM-in 234.4.3-cü maddəsi ilə də ittiham verilməsi əsassızdır. Apellyasiya məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, konkret halda Məhkumun əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərməsi, həmin bitkilərdən toplayaraq onları saxlaması ilə o, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişdir. Yəni əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması, saxlanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməməlidir. Kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerində n və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, na rkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallar – yəni Məhkumun qəbiristanlıq ərazisində qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya etməsi, həmin bitkilərin hissələrindən toplayaraq kustar üsulla qurudulmuş marixuana hazırlayaraq (balonda yerə basdırmaq və ya torbaya yığmaqla) saxlaması, eləcə də kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən toplayaraq bir hissəsinin qurudulması üçün yerə sərməklə saxlaması, ümumilikdə yəni ümumi təmiz çəkisi 3 kq 230 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülməsi tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi əlamətlər nəzərdə tutulmuşdur. CM-nin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə təqsirləndirilən şəxsin əməli toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən məqsədindən asılı olaraq CM-in 234.1-ci, yaxud da 234.2-ci maddələri ilə tövsif edilməlidir. Bundan əlavə CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhətinə aid olan əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və ya toplama anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlük əli nəticəyə səbəb olması ilə şərtlənmir. Hazırki cinayət işi üzrə Məhkumun törətdiyi cinayət əməli qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu əkib-yetişdirdiyi andan başa çatmış, sonradan Məhkum (işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən məqsədinə müvafiq) həmin bitkilərin hissələrindən yığıb toplamaqla, qanunsuz olaraq kustar üsulla əldə etdiyi külli miqdar təşkil edən narkotik vasitəni hazırlamaqla, saxlamışdır. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyasının “Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin Məhkuma verilmiş ümumi ittihamdan çıxarılmasına”, həmçinin işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə b ilməz. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət qanunvericiliklərinin qeyd edilən normalarına dair məhkəmə qərarlarının birmənalı, aydın, ardıcıl və başadüşülən olması vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdır. Əks hal hər kəsin hüquq və azadlıqlarının müdafiə olunmasını, hüquq tətbiq edənin hərəkətlərinin proqnozlaşdırıla bilən olmasını çətinləşdirə və şəxsin qabaqcadan öz hüquqazidd əməlinin nəticəsini bilməsini şübhə altına ala bilər. Belə hal şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə və ya əksinə təqsirli şəxsin törətdiyi əmələ görə cəzasız qalmasına gətirib çıxara bilər. Eyni zamanda, bu şəxsin bir hüquqazidd əmələ görə iki dəfə məsuliyyətə cəlb olunmasına şərait yarada bilər. Odur ki, məhkəmə kollegiyası yu xarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.15-ci (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın qismən ləğv edilməsini və apellyasiya baxışının həmin hissədə yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Beləlikl ə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü ““Məhkuma CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-in 234.4.3-cü maddəsi ona verilmiş ittihamdan çıxarılması” hissəsində ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməli, kassasiya protesti qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Re spublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü “Məhkuma CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunduğundan CM-in 234.4.3-cü maddəsi ona verilmiş ittihamdan çıxarılması” hissəsində ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilsin. Kassasiya protesti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar