Məhkəmə qərarları › İş №1(102)-371/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-371/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-371/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə xx xxxx 1994-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli 1(103)-284/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 1(005)500/2023 nömrəli hökmü ilə (hakim H.E.Kamranov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 1 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli 1(103)-284/2024 nömrəli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 1(005)-500/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış və daş ımışdır. Belə ki, Məhkum satış məqsədilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxil edilmiş narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 1 sentyabr 2023-cü il tarixdə, saat 16:55-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4erləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 19:20-dən etibarən orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olmaqla üzərində “Methadone 40” göstəricisi qeyd olunmuş iki ədəd qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 0,08 (sıfır tam yüzdə səkkiz) qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum törətmiş olduğu cinayət əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, məhkəmənin gəldiyi nəticələr ü çün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxarıldığı üçün dəyişdirilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, bir ildən çoxdur ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Üstündən aşkar edilmiş 2 ədəd narkotik tərkibli metadona oxşar həbləri təxminən 3 gün əvvəl onlayn qaydada sosial şəbəkədən tanış olduğu adını bilmədiyi şəxsdən 50 manat müqabilində əldə etmişdir. Həmin şəxsə pulu onlayn qaydada ödədikdən sonra narkotik vasitəni satan şəxs bu həbləri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerə qoymuş, bundan sonra o, həmin həbləri qeyd olunan yerdən götürmüşdür. Məhkum ifadəsinə əsasən o, həmin həbləri satmaq, pay və ya hədiyyə vermək məqsədi ilə əldə etməmişdir, o, bu həbləri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. 2023-cü il sentyabrın 1-də saat 17 radələrində Xırdalanda olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. İdarədə üzərinə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Heç zaman narkotik satışı ilə məşğul olmamış, üzərindən aşkar edilən narkotiki öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən Məhkum narkot ikdən istifadə etməsini səmimi olaraq bildirmişdir. Lakin iş üzrə qeyd etdiyim faktlara və təqdim etdiyim mötəbər sübutlara əsasən narkotik vasitəni satış üçün yox, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşlarının ifadələrində narkotik maddənin satılması niyyəti ilə əldə olunması barədə hər hansı hala rast gəlmək olmur. Həmin şahidlər sadəcə Məhkum üzərindən narkotik maddə aşkar olunduğunu qeyd etmişlər. Məhkum narkotik vasitə ilə əlaqədar hər hansısa bir istehlakçı ilə əvvəlcədən razılaşması müəyyən edilməmişdir. Yəni onun narkotik vasitəni satmaq və ya başqasına verməklə bağlı birbaşa qəsdi olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitənin özünün istifadə üçün əldə etdiyini də dəfələrlə bildirmişdir. Onun narkotik maddənin şəxsi istehlak miqdarından artıq əldə etməsi heç vaxt satış niyyətini yarada bilməz. Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham edilməsini istisna edən çoxsaylı hallar olsa da, lakin nə istintaq, nə məhkəmə baxışı zamanı qeyd olunan hallar və onun ifadəsində göstərdiyi dəlillər ətraflı araşdırılmamış, qeyri-obyektiv istintaq aparılmış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, təqsirsizlik prezumpsiyası ilə bağlı qanunvericiliyin tələbləri nəzərə almamışdır. Bu isə Məhkum əsassız və qanunsuz həbs olunması, hüquqlarının pozulmasına səbəb olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Mirmehdizadənin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hal lara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə qərarlarının mötəbər sübutlara əsaslanmadan qəbul olunduğu qeyd edilir və məhkumun əməlinin CM-in 234.2ci maddəsindən h əmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, e mal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum üzərindən aşkar edilmiş xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olmaqla üzərində “Methadone 40” göstəricisi qeyd olunmuş iki ədəd qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadon həblərinin ona məxsus olmasına dair təqsiri əldə edilmiş sübutlarla yəni, şahidlər X2 və Şahid2 ifadələri ilə, cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 sentyabr 2023-cü il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eks pertizası Mərkəzinin 2 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4660 nömrəli materialların məhkəmə ekspertizasının rəyi. “Baxış keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli protokol və ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 sentyabr 2023-cü il tarixli, 5978 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən Məhkum törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Məhkum ittiham olunmuşdur ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxil edilmiş narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 1 sentyabr 2023-cü il tarixdə, saat 16:55-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4erləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 19:20-dən etibarən orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olmaqla üzərində “Methadone 40” göstəricisi qeyd olunmuş iki ədəd qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 0,08 (sıfır tam yüzdə səkkiz) qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum verdiyi ifadələrində göstərmişdir ki, bir ildən çoxdur ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Üstündən aşkar edilmiş 02 ədəd narkotik tərkibli metadona oxşar həbləri təxminən 3 gün əvvəl onlayn qaydada sosial şəbəkədən tanış olduğu, adını bilmədiyi şəxsdən 50 manat müqabilində əldə etmişdir. Həmin şəxsə pulu onlayn qaydada ödədikdən sonra narkotik vasitəni satan şəxs bu həbləri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerə qoymuş, bundan sonra o, həmin həbləri qeyd olunan yerdən götürmüşdür. Bu həbləri hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək kimi bir məqsədi olmamışdır, bu həblər i yalnız şəxsi istifadəsi üçün üstündə daşımışdır. Təxminən 4-5 dəfə bu qaydada metadon həbləri almışdır. 01 sentyabr 2023-cü il tarixdə 17 radələrində Xırdalanda olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. İdarədə üzərinə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən 2 ədəd dərman həbi olan Metadon aşkar olunmuşdur. Heç zaman narkotik satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotiki öz şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Məhkum olduğu yer müəyyən edildiyindən ünvan 3 ünvana gəlmişlər. Həmin vaxt onlar üç nəfər olmuşlar. Daha sonra məhkuma yaxınlaşaraq özlərini təqdim etmişlər və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdir. Məhkum isə etiraz etmədən razılaşıb onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarədə vəkilin iştirakı ilə Məhku m üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi iki ədəd dərman həbini, bir ədəd mobil telefonu, pul əsginaslarını və bir ədəd plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra təqdim olunan iki ədəd dərman həblərinə baxış keçirilmişdir. Narkotik vasitə metadona oxşar bu həbləri Məhkum şəxsi istifadəsi üçün üstündə daşımaqla gəzdirdiyini bildirmişdir. Şifahi sorğu zamanı Məhkum üstündən aşkar edilmiş, iki ədəd narkotik vasitə metadona oxşar həbləri təxminən 3 gün əvvəl onlayn qaydada sosial şəbəkədən tanış olduğu, anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat müqabilində əldə etdiyini, həmin şəxsə pulu onlayn qaydada ödədikdən sonra onun bu həbləri Yasamal rayonu ərazisində yerə qoymasını, bundan sonra həmin həbləri qeyd olunan ye rdən götürdüyünü, bu həbləri hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək kimi bir məqsədinin olmadığını, bu həbləri yalnız şəxsi istifadəsi üçün üstündə saxlamaqla daşımasını, qeyd olunan prosesin təxminən 4-5 dəfə baş verməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 sentyabr 2023cü il tarixdə saat 16:55-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman sa xlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 19:20dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 02 ədəd narkotik vasitə metadon həbinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqdim olunan 02 ədəd dərman həblərinə baxış keçirilmişdir. Dərman həblərinin üzərində “Methadone 40” yazısı yazılmışdır. Narkotik vasitə metadona oxşar bu həbləri Məhkum şəxsi istifadəsi üçün daşıdığını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Məhkum üstündən aşkar edilmiş 02 ədəd narkotik vasitə metadona oxşar həbləri təxminən 3 gün əvvəl onlayn qaydada sosial şəbəkədən tanış olduğunu, anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat müqabilində əldə etdiyini, həmin şəxsə pulu onlayn qaydada ödədi kdən sonra onun bu həbləri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerə qoymasını bildirmişdir. Həmin həbləri satmaq niyyətinin olmadığını bildirmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4660 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum aşkar olunan maddələr...” yazıları və imzalar olan bir ədəd zərfdə bir ədəd zərfdə bir ədəd sellofanın paketin içərisində üzərində “..Methadone 40..” göstəricisi olan iki ədəd konvalyut kəsiklərində hər birində bir ədəd olmaqla ümumilikdə 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə - metadondur. 2 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. -“Baxış keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. 1)xx/xx/2023-cü il tarixdə saat 09:31:04-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “QАQА ЕMАNЕTİ SЕNNЕN HАRDА GOTTRUM”, 2)xx/xx/2023-cü il tarixdə saat 12:52:05-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “QAQA BEYAQKİNNAN QALİBSA BİRAZ VER MENE GOTURUB QAYTARACAM QİZ AGRİYİR”, 3)xx/xx/2023-cü il tarixdə saat 12:53:39-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “hec denen ondan ne cekdiyki lap az e cox tez yandi e X deymez bundan goturmeye”, 4)xx/xx/2023-cü il tarixdə saat 02:13:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Oku p qalmiyib sende dunenkinen” tipli mesajlar yazılmışdır. Yuxarıda sadalanan sübutlara əsaslanan birinci instansiya məhkəməsi aşağıdakı nəticəyə gəlmişdir: “Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Məhkum tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmi ş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir.” Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən Məhkum törətmiş olduğu cinayət əməlinin CM-in 234.2-ci maddəsindən, CM-in 234.1-ci maddəsinə tövsif edilməsi, cəzanı yüngülləşdirən halları nəzərə almaqla həmin maddənin sanksiyası olan həbslə əlaqədar olmayan cəzanın təyin olunması barədə verilmiş apelyasiya şikayətinə əsasən işə baxan apelyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, “birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşırılmasına əsaslanmaqla təqsirləndirilən Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 234.2ci maddəsində n əzərdə tutulan əməlin törədilməsinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edilərək sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.” Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəlmiş olduqları nəticələri əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbə r şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirlili yinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 8-ci bəndində qeyd ed ilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasi tələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən narkotik vasitə metadon həblərini satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum 1 sentyabr 2023-cü il tarixdə, saat 16:55-də ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünv an 4erləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən narkotik vasitə metadon həbləri aşkar olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsi ittiham olunması və məhkum olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. Aşağı instansiya məhkəmələrinin yekun qərarlarında qeyd olunduğu kimi, həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum verdiyi ifadələrində göstərmişdir ki, bir ildən çoxdur ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Üstün dən aşkar edilmiş 2 ədəd narkotik tərkibli metadona oxşar həbləri təxminən 3 gün əvvəl onlayn qaydada sosial şəbəkədən tanış olduğu, adını bilmədiyi şəxsdən 50 manat müqabilində əldə etmişdir. Həmin şəxsə pulu onlayn qaydada ödədikdən sonra narkotik vasitəni satan şəxs bu həbləri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerə qoymuş, bundan sonra o, həmin həbləri qeyd olunan yerdən götürmüşdür. Bu həbləri hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək kimi bir məqsədi olmamışdır, bu həbləri yalnız şəxsi istifadəsi üçün üstündə daşımışdır. 01 sentyabr 2023cü il tarixdə 17 radələrində Xırdalanda olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. İdarədə üzərinə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni polis əməkdaşlarına tə qdim etmişdir. Üzərindən 2 ədəd dərman həbi olan Metadon aşkar olunmuşdur. Heç zaman narkotik satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotiki öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs Məhkum tutulmasında iştirak etmiş və iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da Məhkum üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini təsdiq edən ifadə verməmiş, göstərmişlər ki, Məhkum tutularkən üzərində aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün üstündə daşımaqla gəzdirdiyini bildirmişdir. Məhkum əynində olan şalvarının cibində aşkar olunmuş üzərində “Methadone 40” göstəricisi qeyd olunmuş iki ədəd qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 0,08 (sıfır tam yüzdə səkkiz) qram olan narkotik vasitə m etadon həblərini satış məqsədi ilə əldə etməsi nəticəsinə gələrkən ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin istinad etdiyi əsas sübutlar onun istifadəsində olmuş ***-***-**** mobil nömrəli telefonda aşkar edilmiş aşağıdakı məzmunda mesajlar olmuşdur. “1)xx/xx/2023-cü il tarixdə saat 09:31:04-də ***-***-**-** saylı mobil nömrədən ***-*****-** saylı mobil nömrəyə “QАQА ЕMАNЕTİ SЕNNЕN HАRDА GOTTRUM”, 2)xx/xx/2023-cü il tarixdə saat 12:52:05-də ***-***-**-** saylı mobil nömrədən ***-*****-** saylı mobil nömrəyə “QAQA BEYAQKİNNAN QALİBSA BİRAZ VER MENE GOTURUB QAYTARACAM QİZ AGRİYİR”, 3)xx/xx/2023-cü il tarixdə saat 12:53:39-da ***-***-**-** saylı mobil nömrədən ***-*****-** saylı mobil nömrəyə “hec denen ondan ne cekdiyki lap az e cox tez yandi e X deymez bundan goturmeye ”, 4)xx/xx/2023-cü il tarixdə saat 02:13:53-də ***-***-**-** saylı mobil nömrədən ***-*****-** saylı mobil nömrəyə “Oku p qalmiyib sende dunenkinen”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun yaddaşında müəyyən edilmiş mesajların mətnlərinin heç bir araşdırma aparmadan onun bu və ya digər cinayətin törədilməsində təqsirinin mötəbər sübutu kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 32-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsir ləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir. Qanunun tələbindən də göründüyü kimi, ittiham tərəfi təqsir ləndirilən şəxs Məhkum mobil telefonunda aşkar edilmiş mesajları göndərmiş şəxslərlə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olub-olmamasını müəyyən etmək məqsədilə zəruri istintaq hərəkətlərini yerinə yetirməli, nəticəsindən asılı olaraq bu və ya digər qərar qəbul etməli idi. İş materiallarından görünür ki, Məhkum mobil telefonunda aşkar olunmuş mesajlarla bağlı nəinki mesajları göndərmiş şəxslər müəyyən edilib dindirilməmiş, həmin mesajlarla bağlı Məhkum özünə də heç bir sual verilməmiş və həmin mesajları göndərmiş şəxslərlə əlaqələrinə aydınlıq gətirilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldiyi nəticəyə görə Məhkum 01 sentyabr 2023-cü il tarixdə 17 radələrində Xırdalanda olan z aman polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmiş və idarədə üzərinə axtarış keçirilmiş, axtarış zamanı üzərində gəzdirdiyi narkotik vasitə - 2 ədəd dərman həbi olan Metadon aşkar olunmuşdur. Həmçinin gəlinən nəticəyə görə Məhkum həmin narkotik vasitələri tutulmazdan 3 gün əvvəl əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin təqsirləndirilən şəxs Məhkum mobil telefonunda aşkar edilmiş, onun tutulmasından 40-45 gün əvvəl ünvanlanmış mesajların mətnlərinin heç bir araşdırma aparmadan üzərində aşkar edilmiş və 3 gün əvvəl əldə etdiyi narkotik vasitələrin satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul etmələri əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinay ət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsi n təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versi n. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını ara şdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlarla Məhkum “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi kifayət qədər sübuta yetirilir. Ona görə də Məhkum əməli “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CMin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarında n biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kond raşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı dəyişdirilməklə, Məhkum törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansi ya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar