Məhkəmə qərarları › İş №1(102)-372/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-372/2019

26.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-372/2019 26.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 372/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs Rəhim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) xx xxxxxxxx 1980-cı ildə Tərtər rаyоnunun Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, аiləli, əvvəllər məhkum оlunmаmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutul an cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 5 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı X6 tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirpaşa Süleyman oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 07 may 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində hökmün ləğ v edilib, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2017-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri,, Binəqədi rayonu, Binəqədi şosesi ilə Baksol yolunun kəsişməsində Zərərçəkmiş şəxs Rəhim oğlunun idarə etdiyi “BMW” markalı, “az 10KK080” dövlət qeydiyyat nişanlı minik avtomobilinin onun idarə etdiyi “Volkswagen Passat” markalı, “az **-ME-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol qapısına dəyməsinə görə aralarında baş vermiş sözlə mübahisə zamanı heç bir əsaslı səbəb olmadan olmadan yumruqla Zərərçəkmiş şəxs sinə nahiyyəsinə vurub yerə yıxaraq, ona sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının əzi lmiş yarası, ənsə nahiyyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurub xuliqanlıq etmişdir.. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 28 avqust 2017ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ilə Baksol yolunun kəsişməsində idarə etdiyi “BMW” markalı, “az 10-KK080” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı “az **-ME-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol qapısına dəyməsinə görə aralarında baş vermiş sözlə mübahisə zamanı sonuncu heç bir əsas olmadan ona yumruqla bədəninin sinə nahiyyəsinə vurmuş və zərbənin təsirindən zərərçəkmiş şəxs yerə yıxılmışdır. Hə mçinin ətrafda qadınların olmasına məhəl qoymadan zərərçəkmiş şəxsi söyüşlər söyərək nalayiq şəkildə təhqir etmiş, zərərçəkmiş şəxsdən üzr istəməmiş, barışmağa heç bir cəhd göstərməmişdir. Təqsirləndirilən şəxs cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan açıq-aşkar yüngül cəza təyin edilmişdir. Zərərçəkmiş şəxs qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2018-ci il tarixli qərarının ləğv edilərək işin yeni məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 07 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən f aktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri cəzanın yüngül olması və hökmün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədədir. Aşağıda şərh edilən əsaslarla kassasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun olmadığından əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 avqust 2017-ci il tarixdə, saat 16:30 radələrinlə idarə etdiyi «Volkswagen Passat» markalı, «az **-ME-***» d övlət qeydiyyat nişanlı minik avtomobili ilə Biləcəri qəsəbəsindən Baksol yolu istiqamətində hərəkət olmuş, həmin vaxt idarə etdiyi avtomobildə əmisi oğlu X1 və onun həyat yoldaşı X1a da olmuşdur. Seymur qabaq sərnişin oturacağında, Sabirə isə arxa sağ sərnişin oturacağında əyləşmişdir. Hərəkətdə olduğu yolla Baksol yolunun kəsişməsinə çatdıqda onunla eyni istiqamətdə, bir qədər öndə orta zolaqla hərəkət edən «Kamaz» markalı yük avtomobilinin arxa sol tin hissəsi onun arxasınca hərəkət edən «BMW» markalı, «az **-KK-***» dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ qanadına dəymişdir. Həmin vaxt idarə etdiyi avtomobil «BMW» markalı minik avtomobili ilə paralel vəziyyətdə, sağ hərəkət zolağında olmuşdur. «BMW» markalı avtomobilin sürücüsü ara məsafəsini düzgün seçməməsi səbəbindən öz günahından toqquşmaya səbəb olduğuna görə əsəbləşmiş və avtomobili sola döndərib geri hərəkət etmək istəmişdir. Sola dönərkən geriyə dönmə əməliyyatını tam yerinə yetirə bilmədiyindən avtomobili geri hərəkət etdirmişdir. Bu zaman həmin avtomobilin arxa sol tin hissəsi onun idarə etdiyi avtomobilin qabaq sol yan qapısına dəyib əzmişdir. O, avtomobildən düşüb həmin avtomobilin sürücüsü, şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs da avtomobildən düşmüşdür. O, Zərərçəkmiş şəxs avtomobilini təmir etdirməsini təklif etmiş, Zərərçəkmiş şəxs avtomobilini təmir etdirməyə razılaşmamış «Kamaz»da onun avtomobilini vurub, ondan heç nə istəmədim» demişdir. Bu səbəbdən də o, zəng edərək hadisə yerinə DYP-in əməkdaşlarını dəvət etmək istədiyini bildi rmiş, Zərərçəkmiş şəxs isə avtomobilinə əyləşib sürərək ərazidən uzaqlaşmaq istəmişdir. O, DYP-i əməkdaşları gələnə qədər avtomobillərin olduğu vəziyyətdə qalmasını təmin etmək məqsədi ilə əlini Zərərçəkmiş şəxs avtomobilinin salonuna salıb açarını götürmüşdür. Zərərçəkmiş şəxs arxadan gəlib açarı götürməyinin qarşısını almaq istədikdə yerə yıxılmışdır. Həmin vaxt əmisi oğlu X1 yaxınlaşıb Zərərçəkmiş şəxs ayağa qalxmasına köməklik etmişdir. O, açarı götürdükdən sonra x2 DYP əməkdaşlarını çağırmamasını, avtomobili sürməsini, özünün də onun arxasınca gələcəyini və avtomobili təmir etdirəcəyini təklif etmişdir. O, razılaşmış və açarı Zərərçəkmiş şəxs qaytarmış, sonra isə öz avtomobilinə əyləşib Baksol yolu istiqamətində sürmüşdür. Təxminən 1-2 km sürdükdən sonra avtomobili saxlayıb Zərərçəkmi ş şəxs gəlməsini gözləmiş, bir qədər gözləsə də Zərərçəkmiş şəxs gəlməmişdir. Onun heç bir günahı yoxdur. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs Rəhim oğlu birinci instansiya məhkəməsinin iclasında çıxış edərkən ifadəsində göstərmişdir ki, 28 avqust 2017-ci il tarixdə, saat 16:30 radələrində idarə etdiyi «BMW» markalı, «az **-KK-***» qeydiyyat nişanlı minik avtomobili ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsi istiqamətinə hərəkətdə olmuşdur. Avtomobildə həyat yoldaşı X2 olmuşdur. Binəqədi şossesndə yerləşən körpünü keçdikdən sonra Baksol yaşayış massivinə dönən yol ayrıcına çatdıqda sağ tərəflə hərəkət edən yük avtomobili onun idarə etdiyi avtomobilə dəydiyindən o, idarə etməni itirmiş və avtomobili yan tərəfdəki « Wolksvagen» markalı, «az **-ME-***» qeydiyyat nişanlı avtomobilə dəymişdir. Həmin vaxt etdiyi avtomobilin qabaq sağ tərəfi həmin avtomobilin qabaq sol tərəfinə dəymişdir. Həmin avtomobilin sürücüsü, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs avtomobildən düşərək ona yaxınlaşmış və kobud danışaraq niyə onun avtomobilini vurduğunu soruşduqda yük avtomobili onun avtomobilinə dəydiyindən həmin hadisənin baş verdiyini bildirmiş, avtomobilini düzəltdirə, ya da dəymiş ziyanı pul formasında ödəyə biləcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs razılaşmamşı və kobud rəftar edərək, əlini avtomobilin salonuna salıb, onun avtomobilinin açarını götürmək istəmişdir. Təqsirləndirilən şəxs hərəkətləri ona pis təsir etdiyindən, həm də açarı götürə bilməməsi üçün avtomobildən düşüb qapını ö rtmüş və qapının qarşısında dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs onun sinə nahiyəsindən yumruqla vurmuşdur. Zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Yerə yıxılarkən başı və dirsək nahiyəsi daşa, ya da asfalt örtüyə dəymiş, həmin nahiyələrindən xəsarət almışdır. Təqsirləndirilən şəxs yerə yıxılmağından istifadə edib əlini avtomobilin salonuna salıb maşının açarını götürmüşdür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 1074 saylı, 04 sentyabr 2017-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Rəhim oğlunun bədən səthində aşkar olunmuş xəsarətlər–sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının əzilmiş yarası, ənsə nahiyəsinin qançırı xəsarətləri b ərk küt əşyanın (əşyaların) təsirindən, müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, 28 avqust 2017-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Şərh edilənlərə məhkəmələrin istinad etdiyi digər hallara əsasən kollegiya hesab edir ki, məhkəmələr tərəfindən cəza tədbiri seçilərkən, təqdim edilmiş sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən qərar dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kasassiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar