Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-373/2019 27.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə 28 iyul 1995-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Mahmudlu 2 kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 13-də yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), F.A.Qəribov və Ə.N.Hacıyev) Məhkum CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzaçəkmə müddətinin başlanğıcının 15 fevral 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Biri nci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), F.G.Zeynallı və V.C.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən Məhkum CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə cinayət təqibinə xitam verilmiş, Məhkum CM-nin 177.2.3 və 177.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə, ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkə mənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2017-ci ilin fevral ayının 8-də, saat 11:20 radələrində, Zərərçəkmiş şəxs1 məxsus Siyəzən şəhəri, **************** küçəsində yerləşən ********** nömrəli yaşayış evin plastik pəncərəsini açıb, qanunsuz daxil olaraq, yataq otağında yerləşən güzgülü kamotun üzərindəki, sonuncuya məxsus, 10 manat dəyərində 1 ədəd 15x10 formalı, Türkiyə Respublikası istehsalı mücrü, həmin mücrünün içərisində olan 1200 manat dəyərində 1 ədəd, ümumi çəkisi 16 qram olan, 750 əyarda qızıl üzük, 1 cüt qızıl sırğa komplekti, 450 manat dəyərində 1 ədəd 9 qram 585 əyarda sünbül formalı qızıl boyunbağı, 300 manat dəyərində 1 ədəd 585 əyarda 6 qram zəncir formalı qızıl qolbağı, 250 manat dəyərində 1 ədəd 583 əya rda 5 qram zəncir formalı qızıl boyunbağı, 250 manat dəyərində 1 ədəd 585 əyarda 5 qram ucu düyünlü formalı qızıl boyunbağı, 200 manat dəyərində 1 ədəd 583 əyarda 4 qram moruq formalı qızıl üzük, 250 manat dəyərində 1 cüt 585 əyarda 5 qram qızıl sırğa, 150 manat dəyərində 1 cüt 583 əyarda 3 qram 2 halqalı qızıl sırğa, 150 manat dəyərində 1 cüt 585 əyarda 3 qram uzun formalı qızıl sırğa, 25 manat dəyərində 1 ədəd 583 əyarda 0,5 qram qızıl nal klon, 25 manat dəyərində 1 ədəd 58? əyarda 0,5 qram qızıl gözmuncuğu klon, 200 manat dəyərində 1 ədəd 585 əyarda 4 qram tək sadə qaşlı üzük, 250 manat dəyərində 583 əyarda 5 qram 1 cüt qızıl sırğa, 150 manat dəyərində 1 ədəd gümüş boyunbağı dairəvi formalı gümüş klonla birlikdə, 50 manat dəyərində sadə metal kəmərli 1 ədəd saat, 200 manat dəyərində qar a rəngli qaşlarla sırğa, üzük və qolbaqdan ibarət bir ədəd gümüş komplekt, 80 manat dəyərində rəngli qaşlarla gümüş sırğa və qeyd olunan mücrünün içərisində olan Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 Mirzəxanovna qızına məxsus 1275 manat dəyərində 1 ədəd ümumi çəkisi 17 qram 750 əyarda qızıl qolbaq delfin formalı qızıl klon ilə birlikdə, 1500 manat dəyərində 1 ədəd 583 əyarda 30 qram qızıl boyunbağı, 250 manat dəyərində 1 cüt 5 qram 585 əyarda halqa formalı qızıl sırğa və 4000 manat dəyərində 1 cüt 583 əyarda damcı formalı biriliant qaşlarla 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət 29 qram çəkidə olan komplekt, 1050 manat dəyərində 14 qram çəkidə 750 ayarda zəncir formalı üzərində «versace» emblemi olan bir cüt sırğa və boyunbağıdan ibarət qızıl komplekt, 1000 manat dəyərində 1 ədəd gül formalı 750 ayarda 4,5 qram 2 ədəd ümumi 32 sot brilyant qaşları olan 1 ədəd qızıl üzüyü və 250 manat dəyərində rom formalı 583 əyarda 5 qram qızıl sırğanı oğurlayaraq Zərərçəkmiş şəxs1 4190 manat dəyərində, Zərərçəkmiş şəxs2 9325 manat dəyərində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13515 manat məbləğində küllü miqdarda ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qərarının dəyişdirilməsi və cəzasının qalan hissəsindən azad olunması, yaxud cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr onun ilk məhkumluğunu, gəncliyini, atas ının Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək əlil olduğunu, dəymiş ziyanın qismən ödənilməsini, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə almayaraq qanunda nəzərdə tutulan ən yuxarı cəza təyin etməklə ədalətsiz qərar qəbul etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi İ.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məh kəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş k assasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanu nla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzal arının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarak terini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi,məhkumun ailə vəziyyəti, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın böyük bir hissəsinin ödənilməməsi, məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydası nda mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-373/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-373/2019
27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver