Məhkəmə qərarları › İş №1(102)-373/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-373/2020

30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-373/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019cu il tarixli qərarından məhkum və onun müdafiəçisi-vəkil Əsgərov Natiq Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim: T.X.Əkbərov) Məhkum- xx xxx 1977-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fəlsəfə elmləri doktoru, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla Məhkum təyin edilmiş 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1(bir) il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. İşin halları: Məhkum idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törədib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum xx xxxx 2018-ci il tarixdə, saat 00:15 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Cadenza” minik markalı, ** SC *** dövlət nömrə nişanlı avtomaşını Bakı şəhəri Buzovna-Zaqulba prospekti ilə Bilgəh qəsəbəsi istiqaxxxdə 70 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Buzovna qəsəbəsi ərazisindən keçən 7-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və yolu keçən azyaşlı X6 və Zərərçəkmiş şəxs avtomaşının qabaq sol hissəsi ilə vurmuşdur. Məhkum h ərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqla törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində piyada X3 qaşın əzilmiş yarası, döş qəfəsinin ön səthinin, qarının ön divarının, sol qalça darağı proyeksiyasının, sağ baldırın, sol ayağın üst səthinin, sağ ayağın iç topuğunun, sağ daban nahiyəsinin sıyrıqlar, sol Vİ-Vİİ-Vİİİ qabırğlaarın orta körpücük xətt üzrə qapalı, azyerdəyişən sınıqları, kəskin daxili qanitirmə, dalağın və qara ciyərin cırılmaları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə xəstəxanaya aparılarkən yolda ölmüş, piyada Zərərçəkmiş şəxs sol bazu oynağının postravmatik çıxığı ilə müşayiət olunan, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Məhkum müdafiəçisi-vəkil Əsgərov Natiq Fərhad oğlu t ərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum və onun müdafiəçisi-vəkil Əsgərov Natiq Fərhad oğlu birgə kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi-vəkil Əsgərov Natiq Fərhad oğlu kassasiya şikayətində göstərmişlər ki, nə ibtidai istintaqda, nə də məhkəmədə cinayət təqibi ilə bağlı hallar tam, hərtərəfli və obyekti v araşdırılmamış və Məhkum əməlində ittiham edildiyi cinayətin əlamətlərinin olması, onun təqsirliliyi ümumiyyətlə sübut olunmamış, əksinə, onun təqsirsiz olmasına dəlalət edən birbaşa sübutlar olmasına baxmayaraq, ona bəraət verilməli olduğu halda, törətmədiyi və sübuta yetirilməyən cinayətə görə cəza verilərək, qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi də işə qərəzli və qeyriobyektiv yanaşaraq, o da işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, apellyasiya şikayətində qeyd edilən dəlillərə ümumiyyətlə heç bir hüquqi qiymət vermədən, sadəcə birinci instansiya məhkəməsinin əsassız və qanunsuz hökmünə istinad etməklə həmin hökmü dəyişdirmədən saxlamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəmə si Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilərək Məhkum əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi, Məhkum məhkəmə iclasına gəlməmişlər, müdafiəçisi X11 oğlunun teleqram göndərərək məhkəmə iclasının təxirə salınması barədə vəsatəti əsassız hesab edilərək təmin edilməmişdir. Məhkəmə iclasının gəlməyən şəxslərin iştirakı olmadan keçirilməsi Azərbaycan Respublikası CPM-nin 419.4-cü maddəsinə əsasən mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin e dilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum müdafiəçisi-vəkil Əsgərov Natiq Fərhad oğlu kassasiya şikayətində göstərmişdir ki, nə ibtidai istintaqda, nə də məhkəmədə cinayət təqibi ilə bağlı hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış və Məhkum əməlində ittiham edildiyi cinayətin əlamətlərinin olması, onun təqsirliliyi ümumiyyətlə sübut olunmamış, əksinə, onun təqsirsiz olmasına dəlalət edən birbaşa sübutlar olmasına baxmayaraq, ona bəraət verilməli olduğu halda, törətmədiyi və sübuta yetirilməyən cinayətə görə cəza verilərək, qanunsuz və əsassız olaraq məhku m edilmişdir. Bakı Apellyasiya Məhkəməsi də işə qərəzli və qeyriobyektiv yanaşaraq, o da işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, apellyasiya şikayətində qeyd edilən dəlillərə ümumiyyətlə heç bir hüquqi qiymət vermədən, sadəcə birinci instansiya məhkəməsinin əsassız və qanunsuz hökmünə istinad etməklə həmin hökmü dəyişdirmədən saxlamışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş şəxs istintaqın əvvəlində təqsirləndirilən şəxsin məsuliyyətdən kənarda qalması üçün verdiyi ifadələrin səbəbini ibtidai istintaq müddətində xx xxxxxx 2018-ci il tarixli əlavə dindirilməsi protokolunda göstərmişdir. Həmin ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, oğlu xxxlə birlikdə xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri Buzovna qəsəbəsindən evimizdən çıxıb fovarit marketə getdik. Marketdən evimizə qayıdan vaxt artıq xx xxxx 2018-ci il saat 00:15 radələri olardı. Biz xxxlə birlikdə yolu market tərəfdən o biri tərəfə keçməliydik. Ona görə yola xxxn əlindən tutub daxil olduqda yola baxdıq maşın olmadığına əmin olduq ondan sonra yolu keçməyə davam etdik. Yolun hərəkət zolağının 3-cü zolağını keçib qurtarmışdıq, yəni artıq 4-cü zolağa daxil olanda sürətlə gələn KİA markalı minik maşınıgəlib məni və oğlum xxx vurdu. Məni və xxx kənara tulladı. Ani huşum itdi, sonra birdən ayıldım, həmin DYP-nin əməkdaşları mənə yaxınlaşdı. Mən xxx soruşdum, dedim ki, uşağı da maşın vurub məndən kənara düşmüşdür. Yoldan keçən moskviç markalı maşına mindirib xəstəxanaya yola saldılar. Xəstəxanada bildim ki, xxx vəfat edibdir. Həmin ifadə zamanı ona verilən suala cavab olara q göstərmişdir ki, Mən xxxn əlindən tutub yolu iti yeriyib keçirdim, heç bir qırıq xəttin üzərində biz dayanmadıq. Yolu bir başa keçən zaman bizi maşın vurmuşdur. Biz qaçaraq yolu keçməmişik. Onu qeyd edim ki, ilkin ifadəmdə göstərdiklərimə səbəb bizi vuran maşının sürücüsünün atası Heydər gəlib xahiş edib ki, oğluna kömək məqsədi ilə mən ifadəmdə xəttin üzərində dayandığımızı və maşının işıqlarının gözümə düşdüyünü və sonradan dayandığımız yerdən hərəkətə gəldiyimizi göstərim. Ona görə ifadəmdə onu qeyd etmişəm. Əslində hadisə indi verdiyim ifadədə göstərdiyim kimi baş vermişdir. “Sizi vuran avtomobilin sürücüsü bildirib ki, xxx sizin əlinizdən dayandığınız vaxt çıxıb qaçıb, siz də onun arxasınca qaçan vaxt sizi maşın vurmuşdur” sualına cavab olaraq zərərçəkmiş şəxs göstərmişdir ki, qeyd etdiyim kimi biz yolun həmən hissəsində xəttin üzərində dayanmamışıq, uşaq da əlimdən çıxmamış və qaçmamışdır. Biz yola daxil olandan sonra yolu bir başa keçəndə dayanmadan bizi maşın vurmuşdur. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxsin bu ifadəsi hər hansı başqa sübutla təkzib edilməmişdir. Müdafiə tərəfi zərərçəkmiş şəxsin bu ifadəsini təkzib edəcək heç bir dəlil göstərməmiş, təqsirləndirilən şəxsin atasının zərərçəkmiş şəxsi yanlış ifadə verməyə xahiş etməsini təkzib edən heç bir sübut təqdim etməmişdir. Ona görə də zərərçəkmiş şəxsin istintaqın əvvəlində verdiyi ifadələrə üstünlük verilməli olması barədə müdafiə tərəfinin dəlilləri əsassızdır. Bundan sonra xx xxxxxx 2018-ci il tarixində zərərçəkmiş şəxsin ifad əsinin yerində yoxlanması keçirilmiş. Zərərçəkmiş şəxsin əlavə ifadəsində göstərdiyi halların həqiqiliyi yoxlanılmışdır. Bundan sonra, zərərçəkmiş şəxsin həqiqi ifadəsi əsasında müəyyən edilmiş yeni hallar nəzərə alınmaqla əlavə məhkəmə-yol nəqliyyat ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Cinayət işinin materiallarında olan birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli məhkəmə-yol nəqliyyat ekspertizasının rəyində göstərilmişdir ki, Kiya Cadenza markalı 90SC dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin rəyin tədqiqi hissəsind ən görünür ki, saatda 70 km/saat sürətlə hərəkət edən Kiya Cadenza markalı avtomobilin dayanma məsafəsi 52,5 metr olduğu halda, zərərçəkmiş şəxslərin yolu keçməyə başladığı andan (təhlükənin yarandığı an) vurulma yerinə kimi 13,3 metr məsafə qət edənədək, avtomobil zərərçəkmiş şəxslərin vurulma nöqtəsindən 179,1 metr məsafədə olmuşdur. Məhkəmə-yol nəqliyyat ekspertizasının xx xxx 2018-ci il tarixldə keçirilmiş tədqiqatına zərərçəkmiş şəxsin istintaqın əvvəlindəki ifadələrində göstərdiyi hallar, yəni yolun 3-cü zolağını ayıran qıqıq-qıqıq xəttin üzərində dayanıb, sonra hərkətlərini davam etdirmələri nəzərə alınaraq təhlükənin yarandığı an, yolun 3-cü zolağını ayıran qıqıq-qıqıq xəttin üzərində dayandıqları yer götürülmüş və həmin yerdən vurulma yerinə qədər zərərçəkmiş şəxslərin qət etdiyi məsafə isə 2 metr götürülmüşdür. Ona görə də xx xxx 2018-ci il tarixli məhkəmə-yol nəqliyyat ekspertizasının rəyində göstərilmişdir ki, Kiya Cadenza markalı 90SC dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında olan məhkəmə-yol nəqliyyat ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyi cinayət işinin faktiki vəziyyətinə daha uyğun olduğundan cinayət işinə baxmış məhkəmələr həmin rəyi əsas götürməklə qanuni və əsaslı nəticəyə gəlmişlər. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri əsassız olduğundan təmin edilmədən saxlanmalıdır. Cinayət işi üzrə Məhku m cinayət əməlinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan məhkəmənin ittiham hökmü Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkuma təyin edilmiş və sonradan Apelyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmış cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə və 58.3-cü maddəsi ilə müəyyən edilmiş cəza təyin etmənin ümumi əsaslarına uyğundur. Cinayət işinin ibtidai istintaqı, birinci və apelyasiya instansiyalarının məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Əsgərov Natiq Fərhad oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar