Məhkəmə qərarları › İş №1(102)-373/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-373/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-373/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234. 4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: B.M.Məmmədov (sədrlik edən), R.İ.Hüseynov və N.N.Mirzəyevdən ibarət tərkibdə) 09 iyun 2020-ci il tarixli hökmü ilə xx xxxx 1978-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 06 yanvar 2020-ci il tarixdən hesablanması, Məhkum barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməsi, narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək qeyd olunan qərarın ləğv edilməsini və əməlinin düz gün tövsif edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum tərəfindən verilmiş ərizə məhkəməyə daxil olmuşdur. Məhkum ərizədə tərəfindən verilmiş kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni geri götürdüyünü bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ka ssasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar