Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-373/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)-20/2023 nömrəli, 31 avqust 2023-cü tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1996-cı il tarixdə Şərur rayonu Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləmiş, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 26 may 2023-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 iyun 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham ü zrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Şərur şəhər sakini Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına 2022-ci ilin iyun ayında qanunsuz daxil olaraq yataq otağındakı şkafda olan göy rəngli qadın əl çantasının içərisindən 400 manat pulu, 2022ci ilin iyul həmin evin yataq otağındakı şkafda olan balaca sandıqcanın içərisindən 1 ədəd 583 əyarlı, çəkisi 7 qram, ümumi dəyəri 525 manat olan briliyant qaşlı üzüyü, 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs qızı Könül Tağıyevanın əl çantasından gələcəkdə evdən oğurluq etmək məqsədini asanlaşdırmaq üçün oğurladığı həmin mənzilin açarı ilə 2022-ci ilin oktya br ayında həmin yaşayış evinin qapısını açıb içəri qanunsuz daxil olaraq evin yataq otağındakı şkafda olan qutunun içərisindən 583 əyarlı, çəkisi 18 qram, ümumi dəyəri 1350 manat olan qızıl qol saatını, 750 əyarlı, çəkisi 18 qram, ümumi dəyəri 1710 manat olan brilliant qaşlı qızıl sırğa-üzük dəstini, 583 əyarlı, çəkisi 19 qram, ümumi dəyəri 1425 manat olan sep-klon dəstini, 750 əyarlı, çəkisi 43 qram, ümumi dəyəri 4085 manat olan sep-bilərzik dəstini, 750 əyarlı, çəkisi 24 qram, ümumi dəyəri 2280 manat olan bilərziyi, 750 əyarlı, çəkisi 13 qram, ümumi dəyəri 1235 manat olan qızıl bilərziyi, 585 əyarlı, çəkisi 14 qram, ümumi dəyəri 1190 manat olan brilliant qaşlı sırğa-üzük dəstini, 750 əyarlı, çəkisi 14 qram, ümumi dəyəri 475 manat olan brilliant qaşlı qızıl üzüyü, 583 əyarlı, çəkisi 8 q ram, ümumi dəyəri 600 manat olan qızıl sepklon dəstini və 583 əyarlı, çəkisi 4 qram, ümumi dəyəri 300 manat olan brilliant qaşlı qızıl üzüyü və 2023-cü ilin mart ayında həmin ünvana eyni üsulla qanunsuz daxil olaraq evin yataq otağındakı şkafda olan pul kisəsinin içərisindən 35,84 Azərbaycan manatına bərabər olan 400 türk lirəsini, 170 Azərbaycan manatına bərabər olan 100 ABŞ dollarını və 600 manat pulu saxlanc yerinə qanunsuz daxil olaraq gizli yolla talamaqla oğurluq etmiş, zərərçəkmiş şəxsə ümumilikdə 16.380,84 maddi ziyan vurmuşdur.
5. Şərur Rayon Məhkəməsinin 1(110)-9/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 mart 2023-cü il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi və Məhkum barəsində azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)-20/2023 nömrəli, 31 avqust 2023-cü tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 1(110)-9/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, Məhkum azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predm etini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib- verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-h üquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi verdiyi kassasiya şikayətində Məhkum təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, ona azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsi barədə xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməs ini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)-20/2023 nömrəli, 31 avqust 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsi dir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcə sinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquql arı üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cü mlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkəmə kollegiyası müdafiəçinin Məhkum azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisəl əndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra, Məhkum Zərərçəkmiş şəxs vurduğu zərəri ödədyini iddia edib bunun təsdiqi olaraq verdiyi apellyasiya şikayəti ilə yanaşı 25 iyul 2023-cü il tarixdə Şərur rayon 2 saylı notariat ofisinin xüsusi notariusunda təsdiqlənmiş müvafiq barışıq ərizəsini cəzasını yüngülləşdirən hal kimi məhkəmənin nəzərinə çatdırmış, lakin məhkəmə iclasında çıxış etmiş zərərçəkmiş şəxs törədilmiş hadisənin ona mənəvi cəhətdən çox təsir etdiyini, mənəvi əzab çəkdiyini, təqsirləndirilən şəxsin ailəsinin onlarda çörək yediyini, yaxın olduqlarını, illərdir müəllimə işlədiyini, halal çörəyini q azandığını, notariusa ərizəni Məhkum atası ilə 30 ilə yaxın müəllim yoldaşı olduğuna, ərizəni məhkumun atasının əlil olduğuna xatir verdiyini, evindən oğurlanan zinət əşyalarının lom qiymətinə hesablandığını, Məhkum azadlıqda qalarsa yenidən cinayət törədə biləcəyi üçün sonuncu barədə hökmün dəyişdirilmədən saxlanılmasının istədiyini bildirmişdir.
25. Nəticədə, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini əsaslı olaraq nəzərə alıb, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza seçməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
26. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında fak tlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)-20/2023 nömrəli, 31 avqust 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)-20/2023 nömrəli, 31 avqust 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.