Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-373/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 22 avqust 2024-cü il tarixli 1(107)-321/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 06 may 2024-cü il tarixli 1(025) 1/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1955-ci ildə Qəbələ rayon Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali tibb təhsilli, evli, Qəbələ rayon X8 hüquqi şəxsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkimanestezioloq reanimotoloq vəzifəsində işləyən, Qəbələ rayon Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 1986-cı il tarixdən Qəbələ rayon X8 hüquqi şəxsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq reanimotoloq vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-anestezioloq reanimotoloqun nümunəvi vəzifə təlimatının vəzifə öhdəliklərinin 6,7-ci bəndlərinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunun müəyyən edilməsinə, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərilməsinə, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, "Xroniki daşlı xolesistit” və "Sol tərəfli qasıq yırtığı” diaqnozu ilə Qəbələ rayon Mərkəzi xəstəxanasına müraciət etmiş X3 xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Qəbələ rayon Mərkəzi xəstəxanasının Cərrahiyyə bölməsində "Xolesistentomiya” və "Hernioplastika” əməliyyatlarına hazırlayarkən göstərilən əməliyyatların ic rasına başlanması üçün Murad Süleymanlının üzərində icra ediləcək cərrahiyyə əməliyyatından əvvəl anestezioloqun baxışı zamanı endotraxeal intubasiyanın icra edilməsi zamanı yarana biləcək çətinliklərin müxtəlif dərəcələrlə qiymətləndirilməsi üçün yuxarı tənəffüs yollarının klassifikasiyası, yəni yoxlanması məqsədi ilə mallampati sinifi və ya digər klassifikasiya metodu ilə qiymətləndirmə aparmalı, mallampati sinifi ilə yuxarı tənəffüs yollarının klassifikasiyasını apararaq 3-cü və 4-cü sinif çətin endotraxeal intubasiya, yəni xəstənin süni nəfəs almasını təmin etmək üçün nəzərdə tutulan borunu onun ağız nahiyəsindən nəfəs borusuna yeridilməsi nəticəsi əldə etdikdə paralel olaraq alternativ intubasiya metodlarına dərhal hazırlıq görməli, endotraxeal intubasiyanı texniki cəhətdən düzgün icr a etməli, intubasiya zamanı intubasion borunu səs yarığından traxeyaya-nəfəs borusuna yeritməli, ağız boşluğundan endotraxeal intubasiyanın mümkünsüzlüyü, ağciyərlərin süni ventilyasiyasının ambu, laringeal maska və ya digər üsullarla icrasının mümkün olmadığını aşkar etdikdən dərhal sonra alternativ intubasiya-traxeostomiya, yəni boğaz nahiyəsinə kəsik ataraq cərrahi yolla xəstənin süni nəfəs almasını təmin etmək metodu ilə intubasiya üçün həkim cərraha göstəriş verməli və reanimasyon tədbirlərin icrasına vaxtında başlamalı olduğu halda işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, həmin vaxt yəni xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində giriş narkoz üçün, 3-5 dəqiqə ərzində xəstənin öz tənəffüs hərəkətlərinin ləngiməsinə və ya dayanmasına səbəb olan dərman olan "arduan 2ml” "midozalm 1ml” "propafol 20ml” "fentanil 2ml” dərmanlarını Murad Süleymanlıya venadaxili vurulmasına göstəriş verən, dərmanlar ona venadaxili vurulan zaman isə qəflətən səhhətində problem yaranan, anestezioloji tədbirləri davam etdirə bilməyəcəyini bildirən həkim-anestezioloq Şahid6 kömək üçün həkim anestezioloqlar Şahid5 və Məhkum əməliyyat blokuna dəvət edib, xəstəni onlara təhvil verərək əməliyyat blokunu tərk etdikdən sonra Məhkum həmin vaxt əməliyyat blokunda olan Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Şahid5 özünün daha təcrübəli olduğunu bildirib, sonuncunun razılığı əsasında anestezioloji tədbirlərin həyata keçirilməsini bilavasitə öz üzərinə götürərək, Murad Süleymanlının üzərində icra ediləcək cərr ahiyyə əməliyyatından əvvəl xəstənin mallampati sinifinin müəyyən edilməsi və 3-cü və 4-cü sinif çətin endotraxeal intubasiya nəticəsi əldə etdikdə paralel olaraq alternativ intubasiya metodlarına dərhal hazırlıq görmək üçün yuxarı tənəffüs yollarının klassifikasiyası məqsədi ilə mallampati sinifi və ya digər klassifikasiya metodu ilə qiymətləndirmə aparmamış, alternativ intubasiya metodlarına dərhal hazırlıq görməmiş, endotraxeal intubasiyanı texniki cəhətdən düzgün icra etməyərək intubasion borunu səs yarığından traxeyaya deyil, qida borusuna yeritmiş, endotraxeal intubasiyanın mümkünsüzlüyünü aşkar etdikdən dərhal sonra Murad Süleymanlının "arduan 2ml” dərmanın təsiri altında olduğundan təbii yola nəfəs ala bilmədiyini və buna görə qısa müddətdə onun bronxlarının sıxılacağını, heç bir ü sulla onun suni tənəffüsünü bərpa etməyin mümkün olmayacağını bildiyi və gördüyü halda cinayətkarcasına tibbi təcrübəsinə güvənmiş, öz əməlinin ictimai təhlükəli nəticələrini, yəni Murad Süleymanlının artıq öz təbii tənəffüsü dayandığından ona süni nəfəs vermək üçün dərhal traxeostamiyaya göstəriş verməyəcəyi təqdirdə onun kəskin tənəffüs çatışmazlığından öləcəyini qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan xəstənin intubasiya yolu suni tənəffüsünü bərpa edəcəyini düşünərək alternativ intubasiya-traxeostomiya metodu ilə intubasiya üçün həkim cərraha göstəriş verməmiş, əzələlərin rigidliyinin yəni sərtliyinin aradan qaldırılması üçün 3-5 dəqiqə ərzində xəstənin öz tənəffüs hərəkətlərinin ləngiməsinə və ya dayanmasına səbəb olan ikinci doza"arduan 1ml” "propafol 5ml” dərmanlarının xəstəyə vurulmasına göstəriş vermiş, daha sonra endotraxeal intubasiyaya ikinci dəfə cəhd etmiş, xəstənin mədəsinə zond salmış, alternativ intubasiya-traxeostomiya metodu ilə intubasiya üçün göstərişi 20 dəqiqədən artıq müddətdə gecikdirmiş, saat 10:30 radələrində artıq xəstənin ürəyi dayandıqdan və bronxları sıxıldıqdan sonra traxeostomiya metodu ilə intubasiya üçün həkim cərraha göstəriş vermiş, daha sonra reanimasiyon tədbirlərin icrasına başlamış, Murad Süleymanlının ürəyinin dayanmasına baxmayaraq 30 dəqiqədən artıq müddətdə ona reanimasiyon tədbirləri icra etmiş, xəstənin mədəsinə çoxlu miqdarda təzyiqli hava dolmasına, kəskin genişlənmə nəticəsində mədənin selikli qişasında cırılmalara və müxtəlif ölçülərdə qansızmalara, dodaqların selikli qişasına qansızmaya, dilin kökünə, yemək b orusunun və traxeyanın keçid hissələrinə qansızmaya, yemək borusunun və traxeyanın selikli qişasına qansızmaya və onun boronxlarının sıxılaraq təbii və cərrahi yolla nəfəs ala bilməməsinə səbəb olmuş, nəticədə İsmayıllı şəhər sakini X7 xx.xx.2023cü il tarixdə saat 11: 03 radələrində Qəbələ rayon Mərkəzi xəstəxanasının Cərrahiyyə bölməsində "Xolesistentomiya” və "Hernioplastika” əməliyyatlarına hazırlanarkən intubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəskin tənəffüs çatışmazlığı nəticəsində ölmüş, bununla da Məhkum həmin hərəkətləri ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Elman İsayev və Akif Eyvazov) 22 avqust 2024-cü il ta rixli 1(107)-321/2024 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(025)-1/2024 nömrəli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən “Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri”nin nəzərə alınmasına dair müddəalar hökmdən xaric edilmiş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassa siya şikayətinin dəlilləri: Müdafiəçi Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, məhkəmələr Məhkum təqsirliliyinə dair mötəbər sübutlar olmadığı halda yalnız ekspert rəyləri ilə şahid ifadələri ilə onun təqsirinin sübuta yetirildiyi qənaətinə gəlməklə ədalətsiz hökm vermişdir. Məhkum əməlində cinayət tərkibi olmadığı halda onun barəsində əsassız Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılması apellyasiya tələbini Azərbaycan Respublikası CPM-in 399, 398-ci maddələrində məhkəmə hökmünün apellyasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslardandır. İş materiallarından, kifayət qədər ziddiyyətli ekspert rəyləri və şahid ifadələri və məhkəmə istintaqı zamanı aparılan araşd ırmadan Məhkum ona verilən ittiham üzrə təqsiri sübuta yetirilmir. Lakin istintaq orqanı isə Məhkum məsuliyyətə cəlb edən hal kimi ekspert rəyini və şahidlərin ifadələrini əsaslı hesab etmişdir. Halbuki həmin rəydən əvvəl mövcud olan təkrar komisyon məhkəmə tibb ekspertizasının rəylərində məsul şəxslərin anestezioloq-reanimotoloqlar olduğu göstərildiyi halda yenidən qərəzli şəkildə 03 avqust 2023-cü il tarixli qərarla əlavə komisyon məhkəmə-ekspertizası təyin olunmuşdur. Hansı ki, həmin qərara nəzər yetirəndə digər qərarlardan fərqləndiyi görünür. Belə ki, sualların yönəldici olması və xüsusilə həmin sualların qaraldılaraq diqqətə çatdırılması müdafiə tərəfinin şübhəsini çəkmişdir. Həmin qərar əsasında sonuncu rəyi verən komissiyanın rəhbəri Samir Cəfərov məhkəmə iclasında şahid qismində dindirilərkən ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlki rəylərin nəticə hissəsində verdikləri cavablar öz qüvvəsini itirməmiş, sadəcə müstəntiqin verdiyi suala uyğun olaraq sonuncu rəydə məsuliyyətin Məhkum aid olmasını qeyd etmişlər. Bundan əlavə iş materiallarında mövcud olan Azərbaycan Respublikası “Tibbi Ərazi İdarəetmələr Birliyi” Publik Hüquqi Şəxsin 03 may 2023-cü il tarixli məlumatına nəzər yetirəndə ölüm halının araşdırılması ilə bağlı 17 mart 2023-cü il tarixli Komissiyanın qərarına əsasən məsul şəxslər müəyyən edilmiş və həmin şəxslərin sırasında Məhkum adı göstərilməmişdir. Həmin Komissiyanın da tərkibi Tibb sahəsi üzrə ekspertlərdən ibarət olmuş və işin halları kifayət qədər araşdırılmışdır. Ekspert rəylərinin arasında həmçinin Azərbaycan Respublikası “Tibbi Ərazi İdarəetmələr Birliyi” Publik Hüquqi Şəxsin 03 may 2023-cü il tarixli məlumatında kifayət qədər ziddiyyətli və aydınlaşdırılması vacib olan məqamlar olduğundan, bu hallara aydınlıq gətirilməsi iş üzrə obyektiv qərar qəbul edilməsi üçün müdafiə tərəfi təkrar komisyon məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş və vəsatət təmin edilmişdir. Məhkəmənin 12 fevral 2024-cü il tarixli təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin olunması barədə qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 210/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, 1990-cı il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlə rə, meyitinin məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. X2 ölümü meyit müayinə olunan vaxtdan, yəni 14 yanvar 2023-cü il tarix, saat 13:30-dan 2 (iki) saat əvvəl baş vermişdir.
2. X2 yuxarı tənəffüs yollarının quruluşunun qiymətləndirilməsi aparılmadığından endotraxeal intubasiya texniki cəhətdən düzgün icra edilməmişdir. Belə ki, intubasiya zamanı həkim anestezioloq-reanimotoloq tərəfindən intubasion boru səs yarığından traxeyaya deyil, qida borusuna yeridilmiş, alternativ intubasiya (traxeostomiya) metodu ilə intubasiya gecikdirilmişdir. Murad Süleymanlının meyiti müayinə olunmuş, meyitin daxili müayinəsi zamanı mədədə çoxlu miqdarda təzyiqli hava, kəskin ge nişlənmə nəticəsində mədənin selikli qişasında cırılmalar və müxtəlif ölçülərdə qansızmalar, dodaqların selikli qişasına qansızma, dilin kökünə, yemək borusunun və traxeyanın keçid hissələrinə qansızma, yemək borusunun və traxeyanın selikli qişasına qansızma aşkar edilmişdir. İcra edilmiş intubasion anesteziya texniki cəhətdən qüsurlu icra edilmiş və reanimasion tədbirlər gecikdirilmişdir. Buna məsul şəxs xəstənin yuxarı tənəffüs yollarını vaxtında düzgün qiymətləndirməyən və intubasion anesteziyanın qüsurlu texniki icrasında iştirak etmiş həkim anestezioloq-reanimatoloqdur.
3. Murad Süleymanlıya giriş narkozu məqsədi ilə yeridilən dərman preparatları və onların dozaları onun çəkisinə uyğun olaraq optimal olmuşdur.
4. Murad Süleymanlıya anesteziya Mallampati sinfinə görə dəyərləndirilməmiş, icrası çətin intubasion narkozun risklərinə, baş verə biləcək ağırlaşmalara, alternativ intubasiya metodlarına uyğun icra edilməmişdir. 5-8. Murad Süleymanlının meyiti müayinə olunmuş və onun ölümünə səbəb "İntubasion anesteziya zamanı texniki səhv nəticəsində baş verən kəskin tənəffüs çatmamazlığı" olmuşdur ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Bununla da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının, anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılmasını, diaqnozunu müəyyən edir) pozulmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, buna məsul şəxs xəstənin yuxarı tənəffüs yollarını vaxtında düzgün qiymətləndirməyən və intubasion anesteziyanın qüsurlu texniki icrası zamanı iştirak etmiş həkim anestezioloq- reanimatoloq Məhkumdir. Lakin məhkəmə araşdırması zamanı şahidlərin ifadələrinin cinayət işi materiallarında göstərilmiş hallara uyğun gəlməməsi müəyyən olunmuşdur. Belə olan halda xəstənin yuxarı tənəffüs yollarını vaxtında düzgün qiymətləndirməyən və intubasion anesteziyanın qüsurlu texniki icrası zamanı iştirak etmiş həkim anestezioloqreanimatoloq məhkəmə istintaqı yolu ilə müəyyənlişdirilə bilər. Məhkəmə araşdırması zamanı cinayət işi materiallarına əlavə edilmiş "xxxx" Publik Hüquqi Şəxsin Tabeliyində Olan Tibb Müəssisələrində Şəxslərə Göstərilən Tibbi Xidmətin Keyfiyyətinin Qiymətləndirilməsi və Ölüm Hallarının Təhlili Üzrə Komissiyanın İclasının 17 mart 2023cü il tarixli, 3/3 nömrəli protokolundan çıxarışdan görünür ki, aşağıdakılar qərara alınmışdır:
1. Xəstənin birbaşa ölüm səbəbi düzgün anesteziya edilməməsi nəticəsində əmələ gələn döş qəfəsinin rigidliyi düşünülür. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyitin təşrihi nəticəsi haqqında məlumatların əldə edilməsi labüddür.
2. Anesteziya zamanı istifadə olunan dərmanların ardıcıllığı və dozasında qüsurlar aşkar edilib. Belə ki, fentanildən sonra döş qəfəsində rigidliyə səbəb ola bilən amil hesab edilən arduan istifadə edilib. Arduan fentanil preparatından əvvəl istifadə edilməlidir.
3. Anesteziya zamanı anestezioloji risklər dəyərləndirilməmiş və çətin intubasiya alqoritminə uyğun anesteziya icra edilmə mişdir. 4.Xəstəyə əməliyyatdan əvvəl həkimanestezioloq Şahid8 tərəfindən baxış keçirilmiş və Mallampati İV, qısa boyun qeyd edilmişdir. Əməliyyata həkim-anestezioloq Şahid6 hazırlaşmış, lakin anesteziyanı həkim Şahid5 və Məhkum tərəfindən icra edilmişdir. Anesteziya tibbi sənədlərlə lazımi qaydada tanış olunmadan və anestezioloqlar tərəfindən razılaşdırılmış qaydada məlumat ötürülmədən həyata keçirilib. 5.Şahid6 tərəfindən əməliyyatdan əvvəl tibbi sənədlərə baxış keçirilməmiş və anestezioloji risklər qiymətlənidirilməmişdir. Bundan əlavə, səhhətində olan problemlərlə bağlı Şahid6 tərəfindən anesteziyanın icra edə bilməyəcəyi bildirilmiş, lakin xəstədə anestzioloji risklər haqqında həkim Şahid5 və Məhkum məlumat verilməmişdir.
6. Çətin anesteziya olduğu haqqında həkim-anestezioloq Şahid8 və Şahid6 tərəfindən şöbə müdiri Şahid5 vaxtında, yəni əməliyyatdan əvvəl məlumat verilməmişdir. Göründüyü kimi "xxxx" Publik Hüquqi Şəxsin Tabeliyində Olan Tibb Müəssisələrində Şəxslərə Göstərilən Tibbi Xidmətin Keyfiyyətinin Qiymətləndirilməsi və Ölüm Hallarının Təhlili Üzrə Komissiyanın qərarında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 210/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyində konkret olaraq Məhkum təqsirli olması müəyyən edilməmişdir. Kassator hesab edir ki, Məhkum heç bir mötəbər sübut olmadan törətmiş olduğu hər hansı bir cinayət əməli müəyyən olunmadığı vəziyyətdə ona CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi nə yuxarıda təsvir edilən cinayət mühakimə icraatının pr insiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, nə də ki, (nəticə etibarı ilə) İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə cavab verən mühakimə prosesi kimi qiymətləndirilməməlidir. Bu isə onu gösətirir ki, baxılan işdə məhkəmə tərəfindən məhkəmə hökmünün apellyasiya qaydasında ləğv edilməsini şərtləndirən pozuntulara yol verilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in norma larının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq, barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız imtina etmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq, qanunsuz olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən dəlillərin əsaslılığını müzakirə edərək, şikayətdə istinad edilən xüsusatlarla bağlı cinayət prosesini tənzimləyən qanun normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 140.0.1-ci maddəsinin tələblərinə görə cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsinə əs asən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin bu Məcəllənin 145-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs M.O.Süleymanlının ölümünün səbəbini, habelə ölümün baş verməsi ilə məhkumun əməlləri arasında səbəbli əlaqənin olmasını müəyyən etmək üçün cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası, komisyon və təkrar komisyon ekspertizaları təyin etmişdir. Həmin ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin ölümü kəskin tənəffüs çatışmamazlığı nəticəsində baş vermiş, tənəffüs çatışmazlığı isə intubasion anesteziya zama nı məhkum tərəfindən yol verilmiş səhv nəticəsində baş vermişdir. Belə ki, ekspertlər rəylərdə qeyd etmişlər ki, həkim-anestezioloq Məhkum tərəfindən intubasion boru xəstə zərərçəkmiş şəxsin səs yarığından traxeyaya deyil, qida borusuna yeridilmiş, alternativ intubasiya (traxeostomiya) metodu ilə intubasiya gecikdirilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müdafiə tərəfinin vəsatətinə əsasən cinayət işi üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə icraatı zamanı keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 01 aprel 2024-cü il tarixli rəyindən də görünür ki, xəstə M.O.Süleymanlının ölümü kəskin tənəffüs çatışmamazlığı nəticəsində baş vermiş, tənəffüs çatışmazlığı isə intubasion anesteziya zamanı tərəfindən yol verilmiş səhv nəticəsind ə baş vermişdir. Həkimanestezioloq tərəfindən intubasion boru xəstə zərərçəkmiş şəxsin səs yarığından traxeyaya deyil, qida borusuna yeridilmiş, alternativ intubasiya (traxeostomiya) metodu ilə intubasiya gecikdirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən dəlilləri qiymətləndirərək iş materiallarına əsasən qeyd edir ki, məhkum V.A. Babayev Azərbaycan Respublikası CMin 314.2-ci maddəsi ilə özünü qismən təqsirli hesab etsə də, onun xəstə M.O. Süleymanlıya intubasiya anesteziyası yerinə yetirilən zaman intubasion borunu səhvən zərərçəkmiş şəxsin qida borusuna yerləşdirməsi və alternativ intubasiya traxeostomiyasının aparılması barədə göstərişi gec verməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla –şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertiza rə yləri və digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında zərərçəkmiş şəxsin ölümünün intubasion anesteziya zamanı yol verilmiş səhvlərin nəticəsində baş verməsi və həmin səhvlərin məhkum tərəfindən törədilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişlər. Sübutların məcmusu bu barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələr işin faktiki halları və iş üzrə toplanmış sübutlarla təkzib edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar itt ihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökm dən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə, hazırkı cinayət işi üzrə məhkum V.A. Babayevin intubasion anesteziya zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əməlləri törətməsi tam sübuta yetirilmişdir. Kassasiya şikayətinin V.A. Babayevin bu əməlləri törətməsinin sübutlarla təsdiq olunmadığına dair dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum məhkəmənin hökm və qərarında təsvir edilmiş əməli törətməsi sübutlarla təsdiq edilmiş, cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq nor malarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respub likası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum Aİmaz oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlində qeyd edilən cəzanı yüngülləşdirən hallar müəyyən etməmişdir. Bu səbəbdən, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən CM-in 60.1-ci maddəsinin nəzərə alınmalı olduğunu əsassız hesab edərək, “Məhkum cəza təyin edilərkən, CM-in 60.1-ci maddəsinin tələblərinin nəzərə alınmasına dair” müddəaları hökmdən xaric etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 22 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.