Məhkəmə qərarları › İş №1(102)-374/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-374/2019

19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-374/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 374/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Məhkum, Müdafiəçi Süleyman oğlunun iştirakları ilə, Lənkərаn rayon Məhkəməsinin 05 iyun 2018- ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarından Müdafiəçi Süleyman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkərаn rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İsayev Mütəllim Allahverdi oğlu) xx.xx.1955-ci ildə Lənkəran rayonunun Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Lənkəran şəhər İHB-nın Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla orada yaşayanMəhkum, Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmdən müdafiəçitərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə) 25 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarından Müdafiə çi Süleyman oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: Hökmə əsasən Lənkəran şəhər İHB-nın Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Məhkum öz qulluq mövqeyindən istifadə edib 24 sentyabr 2017-ci il tarixdə, saat 18 radələrində Lənkəran rayonu Separadi kəndi ərazisində, həmin kənddən Lənkəran rayonu Tükəvilə kəndinə gedən yolun sağ tərəfindəki tarla qoruyucu zolaqda yerləşən, meşə fonduna daxil olmayan, balansında və Separadi kənd bələdiyyəsinin mülkiyyətində olan tarla qoruyucu zolağında əkilmiş ağcaqayın cinsinə mənsub diametrləri 28 sm 1 (bir) ədəd, 24 sm 1 (bir) ədəd, 20 sm 1 (bir) ədəd və küknar cinsinə mənsub diametrləri 44 sm 1(bir) ədəd, 40 sm 2 (iki) ədəd, 36 sm 2 (iki) ədəd, 32 sm 8 (səkkiz) ədəd, 24 sm 5 (beş) ədəd, 28 sm 5 (beş), 20 sm 4 (dörd) ədəd, ümumilikdə 30 (otuz) ədəd yaş halda ağacı kök boğazından kəsilməsi barədə Lənkəran rayonu, Zövlə kənd sakini X22 tapşırıq verib bu işin qanuni olduğuna inandırmaqla, əvəzində sonuncuya X7 vasitəsi ilə 40 manat zəhmət haqqı kimi verməklə qanunsuz kəsilməsinə və oduncaq halına gətirilməsinə nail olduqdan sonra, həmin ağaclardan əvəzsiz olaraq 6 ədədini Lənkəran rayonu Separadi kənd sakini X10, 1 ədədini Lənkəran rayonu Separadi kənd sakini X11, digərlərini isə istintaqla müəyyən edilməsi mümkün olmayan başqa şəxslərə qış tədarükü üçün verməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin fonduna külli m iqdar hesab edilən 8.100 (səkkiz min yüz) manat ziyan vurmuş, 18 oktyabr 2017-ci il tarixdə həmin ağaclara məxsus kəsilmiş və doğranmış oduncaqların bir hissəsi qeyd olunan şəxslərin yaşadığı ev və həyətyanı sahələrində, həmin ağaclara məxsus kəsildikdən sonra kökdən çıxarılan hissələri isə qeyd edilən ərazidən bir qədər aralıdakı sututarlarının kənarındakı böyürtkən kollarına atılmış halda aşkar edilərək bu barədə müvafiq rəsmiləşdirmə aparılmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiə tərəfi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsində birinci instansiya məhkəməsində yol verilmiş maddi və prosessual qanun pozuntularına əhəmiyyət verilməmiş, hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan qərar qəbul edilmişdir. Hesab edir ki, Məhkum cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilmədən onun barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini, xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protesti nə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun öz ifadəsi, birinci instansiya məhkəməsində zərər çəkmiş şəxsin nümayəndəsi X4, şahidlər X27, X25, X12, X23, X19, X9, X5, X6 və digərlərinin ifadələri, məhkəmə-bioloji ekspertizanın 29 dekabr 2017-ci il tarixli 31135/36 saylı rəyi, Lənkəran rayon Separadi Bələdiyyəsinin 19 oktyabr 2017-ci il tarixli 75 saylı arayışı, 02 mart 2018-ci il tarixli Məhkum ağacların kəsilməsi ilə bağlı “xxxx” ASC-nin Lənkəran filialına 8112.15 manat məbləğində ziyan pulu ödənilməsi barədə qəbzlə tam sübuta yetirilmişdir. Belə ki, şahid X27 birinci instansiya məhkəməsindəki ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayında günorta saatlarında Separadi kənd icra nümayəndəsi Məhkum onu Separadi kəndində görüb yaxınlaşaraq bildirmişdir ki, «qış tədarükündən ötrü kənddəki kasıblara odun vermək üçün ağac kəsmək istəyir gəl kəs, dövlət səviyyəsində olan işdir heç bir şikayət olmaz». O, həmin şəxsin vəzifəsinə görə, onun icra nümayəndəsi olduğunu nəzərə alaraq sözünə inanmış və ona razılıq vermişdir. Məhkum həmin vaxt onun nömrəsini götürmüş və onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra həmin gün, axşamüstü X6 ona zəng edərək onu ağacları kəsməyə çağırmış və o, bu zəngdən sonra əmisi oğlu Bayramın motosikleti ilə Separadi-Tükəvilə yoluna tərəf getmişdir. Ora çatanda icra nümayəndəsi Məhkum ona ağacları kəsməyə göstəriş vermişdir. O, ağacları kəsdiyi zaman Separadi icra nümayəndəliyində işləyən X9 adlı şəxs ona hansı ağacları kəsməli olduğun u göstərmiş və o, da X9in dediyi ağacları kəsmişdir. Həmin gün o, təxminən 20-30 ədəd arasında yaş halda ağacı kök boğazından kəsmiş və kəsmiş olduğu ağaclar kəsdiyi yerdə də yaş vəziyyətdə qalmışdır. İşini bitirdikdən sonra Separadi kənd icra nümayəndəliyində işləyən X9 ona 20 manat pul vermiş və həmin pulun Süleyman tərəfindən verildiyini ona bildirmişdir. X9 həmçinin ona Süleymanın səhər gəlib həmin ağacları aparıldıqları ünvanlarda hissələrə bölməsini dediyini bildirmişdir. Səhəri gün o, X9gilə getmiş və ondan ağacları kəsməli olduğu ünvanların yerini soruşmuşdur. X9 onu ağacların aparıldığı x8in evinə aparmış və ona həmin yerdə olan 5-6 ədəd kəsilmiş bütöv halda ağacları doğratdırmışdır. Lakin şahid X27 apelyasiya məhkəməsində Məhkum göstərişi ilə 2 ədəd yaş halda ağacı kök boğazından kəsməsini bildirmişdir. İş materialları ilə müəyyən edilmişdir ki həmin vaxt Separadi kənd Bələdiyyəsinin mülkiyyətində olan tarla qoruyucu zolağında əkilmiş ağcaqayın cinsinə mənsub diametrləri 28 sm 1 (bir) ədəd, 24 sm 1 (bir) ədəd, 20 sm 1 (bir) ədəd və küknar cinsinə mənsub diametrləri 44 sm 1(bir) ədəd, 40 sm 2 (iki) ədəd, 36 sm 2 (iki) ədəd, 32 sm 8 (səkkiz) ədəd, 24 sm 5 (beş) ədəd, 28 sm 5 (beş), 20 sm 4 (dörd) ədəd, ümumilikdə 30 (otuz) ədəd yaş halda ağacı kök boğazından kəsilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi X13 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsində ətraf mühitin mühafizəsi sektorunda məsləhətçi müfəttiş vəzifəsində çalışır. İşi ətraf mühit və ekoloji problemlə rlə bağlı müraciətlərə baxmaqdır. 25 sentyabr 2017-ci il tarixdə təxminən saat 10-11 aralığında fəaliyyət göstərdiyi şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında o, şöbənin digər əməkdaşları X28 və X1 rayonu Separadi- Tükəvilə kənd yolunda yerləşən tarla qoruyucu zolağın yerləşdiyi əraziyə getmişlər. Həmin əraziyə çatdıqda kütləvi halda ağacların yaş halda kök boğazından kəsildiyinin şahidi olmuşlar. Ağacların kəsilməsi ilə təbiətə dəymiş ziyanı və kəsilmiş ağacların kəsilmə səbəbinin müəyyən edilməsi üçün araşdırma aparmağa başlamışdırlar. Məhkəmələr hesab etmişlər ki, 24 sentyabr 2017-ci il tarixdə, saat 18 radələrində Lənkəran rayonu Separadi kəndi ərazisində, həmin kənddən Lənkəran rayonu Tükəvilə kəndinə gedən yolun sağ tərəfindəki tarla qoruyucu zolaqda yerləşən, meşə fonduna dax il olmayan, balansında və Separadi kənd bələdiyyəsinin mülkiyyətində olan tarla qoruyucu zolağında əkilmiş ağcaqayın cinsinə mənsub diametrləri 28 sm 1 (bir) ədəd, 24 sm 1 (bir) ədəd, 20 sm 1 (bir) ədəd və küknar cinsinə mənsub diametrləri 44 sm 1(bir) ədəd, 40 sm 2 (iki) ədəd, 36 sm 2 (iki) ədəd, 32 sm 8 (səkkiz) ədəd, 24 sm 5 (beş) ədəd, 28 sm 5 (beş), 20 sm 4 (dörd) ədəd, ümumilikdə 30 (otuz) ədəd yaş halda ağacı kök boğazından kəsilməsinə məhz Separadi kənd icra nümayəndəsi Məhkum göstəriş verməsi danılmazdır. X2 apelyasiya məhkəməsində Məhkum göstərişi ilə 30 ədəd deyil, 2 ədəd yaş halda ağacı kəsməsi digər sübut növləri ilə təkzib edildiyindən inandırıcı hesab edillməmişdir. Məhkəmə Kollegiyasının qənaətinə görə məhkəmələr qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Məhkum ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir.. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzr ə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar