Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-374/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum müdafiəçisi Feyzullayev Xəyal Yusif oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhk əməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 214-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Feyzullayev Xəyal Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər Ağayev Zeynal Qurban oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə i şləməyən, ünvan 1-də yaşamış, CM-nin 214-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X11 CM-nin 214-1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə və X24 CM-nin 214-1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikasının vətəndaşları X24, X12, X11 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ağır və xüsusilə ağır cinayə tlər törətmək məqsədilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “İraq-X40” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərini qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmişdir. Belə ki, İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən X22 əvvəlcədən tanıdığı əqidə yoldaşları ilə birgə qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudl arından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə 2016-cı ilin avqust ayının 22-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Şıxlı” sərhəd nəzarət buraxılış məntəqəsi vasitəsilə Gürcüstan ərazisindən keçməklə Türkiyə Respublikasına, oradan isə dövlət sərhədini qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək orada ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qanunsuz yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyindəki silahlı birləşmələrin tərkibinə daxil olmuş və hazırkı vaxtadək həmin dövlətin ərazilərində aparılan silahlı münaqişələrdə iştirak etmişdir. X22 “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyindəki silahlı birləşmələrin tərkibində silahlı münaqişələrdə iştirak etməklə yanaşı, özü və dini düşmə nçilik zəminində onunla birlikdə həmin münaqişələrdə iştirak edən şəxslərin, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində terrorçuluq cinayətlərinin törədilməsi məqsədi ilə yaradılan qrupun (dəstənin, təşkilatın) Azərbaycan Respublikası və digər ölkə vətəndaşlarından ibarət üzvlərinin və onların həmin fəaliyyətlərinin təmin edilməsi üçün 2017-ci ilin avqust ayında Azərbaycan Respublikasında eyni təriqətdən olan tanışı X23 və qardaşı X24la əlaqə saxlayıb, onlara həmin şəxslərin Azərbaycan Respublikasında yaşayan qohum və tanışlarından pul vəsaitlərinin toplanılması, eləcə də müxtəlif ölkələrdən ayrı-ayrı şəxslər tərəfindən eyni məqsədlə beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə adlarına pul vəsaitləri göndəriləcək etibarlı şəxslərin tapılması, bu pul vəsaitlərinin banklarda n məxaric edilərək toplanılması və həmin məqsədlə göndərilməsini tapşırmışdır. Bundan sonra X23 və X31 müntəzəm əlaqə saxlayaraq qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində cinayətkar birlik (təşkilat) halında Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən İslam dininin Əhlisünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən Azərbaycan Respublikası, eləcə də Rusiya Federasiyası, Norveç, İsveş, Finlandiya, Almaniya və digər ölkə vətəndaşlarının maliyyələşdirilməsi məqsədilə sonuncuların bu ölkələrdə yaşayan ailə üzvləri, tanışları və eyni təriqətdən olan başqa şəxslərdən 2017-ci ilin sentyabr ayından 2018-ci ilin fevral ayınadək olan müddətdə əvvəlcə hər b iri ayrı-ayrılıqda və müxtəlif vaxtlarda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrə uyğun olaraq - X23 135.000 ABŞ dolları (229.500 manat dəyərində), X24 isə 35.799 ABŞ dolları (60.858,3 manat dəyərində) və 430.000 RUB (12.457 manat dəyərində) məbləğində pul vəsaitini, 2018-ci ilin mart-aprel aylarında isə artıq birlikdə ümumilikdə 135.000 ABŞ dolları (229.500 manat ekvivalentində) məbləğində pul vəsaitini qəsdən toplamış və Türkiyə Respublikasındakı eyni təriqətə ibadət edən şəxsiyyətləri istintaqla araşdırılan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasındakı “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən X22a göndərmiş, sonuncu həmin pul vəsaitlərini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştir ak edən cinayətkar birliyin Azərbaycan Respublikası və digər ölkələrdən olan üzvlərinə çatdırmaqla və digər formada cinayətkar birliyin (təşkilatın) terrorçuluq cinayətləri ilə bağlı fəaliyyətinə yönəltməklə həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsini, yəni terrorçuluğu maliyyələşdirmişdir. Daha sonra X23 qrupun üzvləri X22 və X24la birlikdə cinayətkar fəaliyyətlərin i davam etdirərək 2018-ci ilin may ayının ortalarında qabaqcadan əldə edilmiş ümumi cinayətkar razılaşmaya uyğun olaraq, İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən tanışı Məhkum Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə cinayətkar birlik (təşkilat) halında iştirak edən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən şəxslərinin və onların həmin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə sonuncuların müxtəlif ölkələrdə yaşayan ailə üzvləri, tanışları və eyni təriqətə etiqad edən digər şəxslər tərəfindən onun adına beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə müxtəlif məbləğlərdə pul vəsaitləri göndərilməsini və həmin vəsaitləri banklardan məxaric edərək ona çatdırmasını təklif etmiş, Məhkum Şahid21 Ağayevin bu təklifinə öz ra zılığını vermişdir. Bundan sonra ümumi vahid niyyətə uyğun olaraq Məhkum adına 2018-ci ilin may ayının 13-dən iyun ayının 25-dək olan müddətdə Rusiya Federasiyası, Qırğızıstan Respublikası və İspaniya Krallığından “Zolotaya Korona” və “Western Union” beynəlxalq sürətli pul köçürmələri vasitəsilə 20 halda ümumilikdə 9.516,12 ABŞ dolları (16.177,4 manat dəyərində), 350 Avro (700,21 manat dəyərində) və 705.000 RUB (19.330,45 manat dəyərində) məbləğində pul vəsaitləri göndərilmiş və Məhkum həmin pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən müxtəlif banklardan məxaric edərək X23ə təhvil vermişdir. Sonuncu isə həmin pul vəsaitlərini qrupun digər üzvü X24la bərabər eyni məqsədlər üçün ayrı-ayrı mənbələrdən topladıqları digər pul vəsaitlərinə əlavə etməklə, 2018-ci ilin may ayında 50.000 ABŞ dolları (85.000 manat dəyərində) və həmin ilin iyun ayında 73.589 ABŞ dolları (125.101,3 manat dəyərində) məbləğində pul vəsaitlərini Türkiyə Respublikasındakı eyni təriqətə etiqad edən şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasındakı “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən X22a göndərmiş, sonuncu həmin pul vəsaitlərini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən cinayətkar birliyin Azərbaycan Respublikası və başqa ölkələrdən gəlmiş üzvlərinə çatdırmaqla və digər formada cinayətkar birliyin (təşkilatın) terrorçuluq cinayətləri ilə bağlı fəaliyyətinə yönəltməklə həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsini, yəni terrorçuluğu maliyyələşdirmişdir. Bundan başqa, Məhkum ümumi vahid niyyətə uyğun olaraq eyni məqsədlə adına istintaqa məlum olmayan bank və pul köçürməsi vasitəsi ilə şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən göndərilmiş 1.411 ABŞ dolları (2398,7 manat dəyərində) məbləğində pul vəsaitini Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə cinayətkar birlik (təşkilat) halında iştirak edən İslam dininin Əhl i-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən şəxsiyyəti istintaqa məlum olmayan X33 adlı tanışına çatdırılması üçün xx xxxx 2018-ci il tarixdə X23ə vermişdir. X23 də həmin pul vəsaitini qrupun digər üzvü X24la bərabər eyni məqsədlər üçün ayrı-ayrı mənbələrdən topladıqları digər pul vəsaitlərinə əlavə etməklə 2018-ci ilin iyun ayında X33 adlı şəxsə çatdırılmasından ötrü Türkiyə Respublikasında eyni təriqətə etiqad edən şəxsiyyətləri istintaqla araşdırılan şəxslərin vasitəsi ilə Suriya Ərəb Respublikasında “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində silahlı münaqişələrdə iştirak edən X22a göndərmişdir. Hökmdən Məhkum müdafiəçisi Feyzullayev Xəyal Yusif oğlu, məhkumun müdafiəçisi Hüseynzadə Vüqar Səbuhi oğlu, məhkum X38, həmçinin məhkumlar X38un və Məhkum müdafiəçisi Bağırova Janna Mirzə qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020ci il tarixli hökmü məhkum edilmiş X18 aid hissədə dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən X18 təqsirli bilindiyi CM-nin 228.4-cü maddəsi ilə cəzanın və CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair hissələr hökmdən xaric edilmiş, X14 üzərində CM-nin 214-1-ci maddəsi ilə təyin edilmiş 11 (on bir) il 6 (altı) ay müddətə aza dlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi X.Y.Feyzullayev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi X.Y.Feyzullayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum və qeyrilərinin barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmişdir. Belə ki, cinayət işinin materiallarında Məhkum X1 əvvəllər tanımasına və digər hər hansı bir formada cinayət əlaqəsində olmasına dair heç bir sübut yoxdur. Bundan başqa cin ayət işi üzrə şahid qismində dindrilmiş 36 nəfər şahidlərdən heç biri Məhkum tanımadığını və ona hər hansı məbləğdə pul vəsaiti vermədiklərini bildirmişlər. Eyni zamanda müdafiəçi öz kassasiya şikayətində bildirir ki, Məhkum adına göndərilmiş 1411 ABŞ dolları pul vəsaitinin X33 adlı tanışına göndərməkdə məqsədi sonuncunun xahişi ilə onun övladının Türkiyə Respublikasında əməliyyat olunmasına kömək etməkdən ibarət olmuşdur. Bundan başqa, Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən onun dindirmə protokolunda təqsirsirsizliynə dəlalət edən ifadələri qeyd edilməmiş, dindirmə protokolunda olan bəzi ifadələri onun sözləri ilə eyniyyat təşkil etmir və həmin protokolları azərbaycan dilini yaxşı bilmədiyi və tərcüməçi təyin edilmədiyi üçün oxumadan imzalamışdır. Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair olan protokollarının səhifələrində olan imzalar Məhkum məxsus deyil və həmin imzaların Məhkum məxsus olmasının yoxlanılması üçün ekspertiza təyin edilməsinə dair vəsatətlər əsassız olaraq məhkəmə tərəfindən təmin edilməmişdir. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müdafiəçi tərəfindən «şübhəli şəxsi dindirmə» protokolunda «təqsirləndirilən şəxsi dindirmə» protokolunda olan imzaların Məhkum məxsus olub-olmamasının yoxlanılması məqsədilə müvafiq ekspertizanın keçirilməsi zərurəti yarandığından məhkəmə baxışının məhkəmə istinatqı ilə aparılmasının təmin edilməsi xahiş olunmuşdur. Buna baxmayaraq həmin vəsasətlər işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq təmin edilməmişdir. Cinayət işi üz rə sübutların tam və hərtərəfli araşdırılmamasını, buna görə də məhkəmələrin gəldikləri nəticələrin düzgün olmamasını, Məhkum ona ittiham olunmuş cinayəti törətmədiyini iddia edən müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Məhkum aid olan hissədə ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum müdafiəçisi X.Y.Feyzullayevin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, həm ibtidai araşdırma orqanı, həm də işə baxmış məhkəmələr Məhkum təqsirsizliyinə dəlalət edən sübutların tədqiqindən imtina etmiş, əldə olunmuş sübutlara isə düzgün qiymət verilməyərək yolverilməz sübutlar əsasında sonuncunun barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmış, apellyas iya instansiyası məhkəməsi də əsassız olaraq bu hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması və Məhkum bəraət verilməsi barədə tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə m əhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Məhkəmə kollegiyası müdafiəçinin müraciətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakılar qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mür aciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetir ilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icras ı qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və az adlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini y aradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndir irlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin ş ikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) İş materiallarının təhlili göstərir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı h ər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum Azərbaycan Respublikasının vətəndaşları X24, X12, X11 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “İraq-X40” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində qəsdən dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikası və xarici ölkə vət əndaşlarının, eləcə də həmin şəxslər tərəfindən bu ölkənin ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törədilməsinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün ist ifadə olunacağını bilərək müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaitlərini qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutl arın qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdırma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsi ni və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Araşdırılmış sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda məhkumun kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən hazırki qərarın “İşin halları” hisəsində təsvir edil ən cinayət əməllərini törətməsini etiraf edərək həmin cinayətlərin törədilməsi halları barədə sərbəst şəkildə ifadələr vermiş və bildirmişdir ki, 2018-ci ilin may ayının ortalarında Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində, tələbə yataqxanasının yaxınlığında yerləşən kafedə çay içdiyi zaman orada təsadüfən təxminən 2 il əvvəl “Ləzgi məscidi”ndə namaz qılarkən tanış olduğu, əslən Ağdam rayonundan olan X23lə rastlaşmış və birlikdə çay içərək ümumi biri-birindən hal-əhval tutmuşlar. Söhbət əsnasında İlqar ona razılıq verəcəyi təqdirdə Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrin tərkibində döyüşmüş və Türkiyə Respublikasında məskunlaşmış maddi cəhətdən çətinliyi olan İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətindən olan şəxslərə və onların ailə üzvlərinə çatdırılması məqsədi ilə xarici ölkələrdən adına pul göndərilməsini və həmin pulları banklardan qəbul edib ona çatdırmasını təklif etmişdir. O da əqidə yoldaşlarına köməklik edilməsini özünə borc bildiyi üçün X23in bu təklifinə təmənnasız olaraq razılıq vermiş və sonuncu onun soyadı, atasının adı və təvəllüdü barədə özündə müvafiq qeydlər aparmışdır. Bundan sonra onun adına: - xx xxx 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından İdrisov X77 tərəfindən 250.000 RUB; - xx xxx 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X78 tərəfindən 789,33 ABŞ dolları; - xx xxx 2018-ci il tarixdə məlum olmayan beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X79 tərə findən 848,06 ABŞ dolları; - xx xxx 2018-ci il tarixdə məlum olmayan beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X80 tərəfindən 500 ABŞ dolları; - xx xxx 2018-ci il tarixdə məlum olmayan beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X81 tərəfindən 710,17 ABŞ dolları; - xx xxx 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X82 tərəfindən 550 ABŞ dolları; - xx xxx 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X77 tərəfindən 150.000 RUB; - xx xxx 2018-ci il tarixdə məlum olmayan beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X83 tərəfindən 961,56 ABŞ dolları; - xx xxx 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X84 tərəfindən 357 ABŞ dolları; - xx xxx 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X85 tərəfindən 400 ABŞ dolları; - xx xxx 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X86 tərəfindən 300 ABŞ dolları; - xx xxxx 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X87 tərəfindən 10.500 RUB; - xx xxxx 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X89 tərəfindən 200 ABŞ dolları və - xx xxxx 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasınd an X90 tərəfindən 44.500 RUB; - xx xxxx 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X90 tərəfindən 1204,87 AZN; - xx xxxx 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Qırğızıstan Respublikasından X91 tərəfindən 350 Avro; - xx xxxx 2018-ci il tarixdə “Western Union” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə İspaniya X92 tərəfindən 1.000 ABŞ dolları; - xx xxxx 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından İdrisov X77 tərəfindən 250.000 RUB; - xx xxxx 2018-ci il tarixdə “Zolotaya Korona” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Rusiya Federasiyasından X93 tərəfindən 2200 ABŞ dolları; - xx xxxx 2018-ci il tarixdə “Western Union ” beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə Özbəkistan Respublikasından X94 tərəfindən 600 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş və o, da X23in bu köçürmələrə dair verdiyi göndəriş kodlarına əsasən həmin pulları Bakı şəhərində fəaliyyət göstərən “xxxx” ASC-nin “Əcəmi” filialı, “xxxx” ASC-nin “Azneft” filialı və “xxxx” ASC-nin “Binəqədi” filialı, “Bank VTB”-nin “Əcəmi” filialı, “Bank BTB”-nin “Avropa” otelinin yaxınlığında yerləşən filialından, eləcə də xatırlamadığı digər banklardan qəbul edərək gətirib X23in özünə vermişdir. X23 ondan qəbul etdiyi pulları “x97” dini ləqəbli X98 adlı şəxs vasitəsi ilə Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrinin tərkibində döyüşmüş və Türkiyə Respublikasında məskunlaşmış maddi cəhətdən çətinlik çəkən İslam dininin Əhli-sünnə məzh əbinin vəhhabi təriqətindən olan şəxslərə və onların ailə üzvlərinə çatdırmışdır. X23in sözlərinə əsasən, adına pul göndərmiş şəxslər onunla “Abu İbrahim” ləqəbli X98 adlı şəxsin tanışları, eləcə də Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrinə qoşulmuş maddi cəhətdən çətinlik çəkən şəxslərin ailə üzvləri və tanışları olmuşlar. Məhkum daha sonra göstərmişdir ki, Rusiya Federasiyasının Tümen Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil aldığı zamanlar təxminən 2013-cü ildə eyni fakültənin tələbəsi əslən azərbaycanlı, İslam dininin Əhli Sünnə məzhəbinin vəhhabi təriqətindən olan Rusiya Federasiyasının vətəndaşı X22 adlı şəxslə tanış olmuş və həmin vaxtdan onların dostluq münasibətləri yaranmışdır. Ali təhsilini başa vurduqdan sonra o, 2015-ci ilin sonlarında Azərbaycan Re spublikasına geri qayıtmış, bundan sonra X22la istifadələrində olan mobil telefondakı “Whatsapp” proqramı vasitəsilə vaxtaşırı əlaqə saxlayıb hal-əhval tutmuşlar. 2016-cı ilin təxminən ortalarında isə X22 onun “Whatsapp” profilinə Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrinə qoşularaq döyüşlərdə iştirak etməsi barədə məlumat yazıb göndərmişdir. Onlar bundan sonra da əvvəlki qaydada “Whatsapp” proqramı vasitəsi ilə vaxtaşırı əlaqə saxlayıb biri-birindən xəbər tutmuşlar. 2018-ci ilin iyun ayının ortalarında X22 onunla əlaqə saxlayaraq tanışlarından birinin bank vasitəsilə adına pul köçürəcəyini demiş və həmin pulu qəbul edib X23 vasitəsilə ona göndərməsini xahiş etmiş, o da X22a bunun problem olmadığını bildirmişdir. Həmin ayın 13-də X22 yenidən onunla əlaqə saxlayaraq adını dem ədiyi tanışı tərəfindən onun adına beynəlxalq sürətli pul köçürməsi vasitəsi ilə 1.411 ABŞ dolları məbləğində pul göndərildiyini bildirib göndəriş kodunu demiş, qeyd edilən pul vəsaitini bankdan qəbul edərək ona göndərməsi üçün X23ə çatdırmasını xahiş etmişdir. O, da qeyd edilən tarixdə adına göndərilmiş 1.411 ABŞ dollarını X22ın xahişi ilə xatırlamadığı bankların birindən qəbul edərək elə həmin gün X23ə çatdırmış və göstərilən pul vəsaitini Suriya Ərəb Respublikasında “İŞİD” silahlı birləşmələrinin tərkibində döyüşən X22 adlı tanışına göndərməsini xahiş etmişdir. X23 etiraz etməmiş və 1.411 ABŞ dollarını ondan qəbul etmiş, təxminən 1-2 gün sonra isə artıq həmin pulu X22 adlı tanışına göndərdiyini bildirmişdir. O da öz növbəsində “Whatsapp” proqramı vasitəsi ilə bu barədə X22a məlumat ve rmişdir. İyun ayının sonlarında isə sonuncu onunla əlaqə saxlayaraq göndərdiyi 1.411 ABŞ dollarının ona çatmadığını demiş və bununla bağlı X23lə danışıb səbəbini öyrənməsini xahiş etmiş, eləcə də maddi vəziyyətinin yaxşı olmadığını bildirib, həm özü və həm də X32 Federasiyasında yaşayan tanışlarından, eləcə də ona köməklik etmək istəyən digər şəxslərdən pul toplayıb ona göndərmələrini xahiş etmişdir. O, xahişi ilə bağlı X23lə danışıb nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra xx xxxx 2018-ci il tarixdə istifadəsində olan +**********60 mobil nömrəsindəki “Məhkum” adlı “Whatsapp” profili ilə X23in istifadəsindəki +**********7 mobil nömrəsində olan “X43” adlı “Whatsapp” profilinə yazaraq verdiyi 1.411 ABŞ dollarının X22 adlı tanışına çatmadığını demiş, X23 də bununla bağlı maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Bir qədər sonra X23 ona mesaj yazaraq verdiyi 1.411 ABŞ dollarının hələ Türkiyə Respublikasında olduğunu, “içəri keçmədiyini”, yəni Suriya Ərəb Respublikasına çatmadığını demiş, o da X23dən pulun X22a nə vaxt çatacağını soruşmuşdur. X23 pulun X22a yaxın günlərdə çatacağını bildirib, həmin şəxsin özünün bu məsələ ilə əlaqədar “X67” ləqəbli X68 adlı şəxslə əlaqə saxlamasını tapşırmışdır. O, həmçinin X21 maddi vəziyyətinin ağır olmasını deyib ona köməklik göstərilməsi barədə xahişini çatdırmış, X23 də sonuncuya imkan daxilində köməklik edəcəyinə söz vermişdir. 2018-ci ilin iyul ayının əvvəllərində X22 “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq göndərdiyi 1.411 ABŞ dollarının ona çatması xəbərini vermişdir. Həmin ayın sonlarında isə o, xatırlamadığı tanışından X29 Respublikasında gedən döyüşlərdə həlak olduğunu eşitmişdir. O, pulların Suriyaya göndərilməsindən məlumatsız olmuşdur. Eyni zamanda İlqarın deməsinə görə böyük miqdarda pullar eyni adamın adına daxil olan zaman vergi çox tutulduğu üçün İlqarın xahişi ilə onun adına xaricdən pul köçürülməsinə razılıq vermişdir. Bu ifadələrin alınması zamanı Məhkum hər hansı şəxs, o cümlədən müstəntiq tərəfindən təzyiqin, fiziki və ya psixi zorakılığın tətbiq edilməsi, aldadılması, nəyəsə inandırılması və sair bu kimi qanunsuz hərəkətlərin edilməsi iş materialları ilə müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası həmin ifadələrin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusu ilə üst-üstə düşməsini nəzərə alaraq hesab edir ki, həm birinci, h əm də apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq Məhkum ibtidai araşdırma zamanı verdiyi bu ifadələrini sübut növü kimi qəbul edərək onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V Baş idarəsindən daxil olmuş xx xxxxxx 2018-ci il tarixli 7-2331 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tərəflərindən “X91” ləqəbli şəxsin xx xxxxxx 1994-cü il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında qeydiyyatda olan X4, Məhkum adlı şəxsin xx xxxx 1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum, X54 adlı şəxsin xx xxxxxxx 1988-ci il təvəllüdlü, Q usar şəhəri, Çiligər kəndində qeydiyyatda olan Şahid13, X66 adlı şəxsin xx xxxxxxx 1991-ci il təvəllüdlü, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan Şahid8, X88 adlı digər şəxsin xx xxxxxx 1988-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Bağ 167/267 ünvanında qeydiyyatda olan Şahid23, Sənan adlışəxsin xx xxxx 1993-cü il təvəllüdlü, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan Şahid3, X46 adlı şəxsin xx xxxx 1992-ci il təvəllüdlü, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan Şahid6, X77 adlı şəxsin isə xx xxxxxx 1991-ci il təvəllüdlü, Ağdam rayonu, Saraclı kəndində qeydiyyatda olan Şahid10 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx xxxxxx 2018-ci il tarixli 7-3864 nömrəli məktubla daxil ol muş xx xxxxxx 2018-ci il tarixli 30983 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Princo” markalı CD diskdə olan məlumatlar fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunan diktorun səsi və nitqi – Məhkum məxsusdur. N.M.Məmməov istifadəsində olmuş +**********60 saylı mobil nömrəsindəki “Məhkum” adlı “Whatsapp” profili vasitəsi ilə digər təqsirləndirilən şəxs X14 istifadəsində olmuş +**********7 saylı mobil nömrəsində olan “X43” adlı “Whatsapp” profili arasında 2018-ci il iyun ayının 30-da saat 11:55 dəqiqədən saat 17:21 dəqiqəyədək olan müddətdə bir neçə dəfə Suriya Ərəb Respublikasında qanunsuz silahlı münaqişələrdə iştirak edən tanışı X22 adlı şəxsin maliyyələşdirilməsi məqsədilə ona göndərdiyi 1411 ABŞ dolları ilə bağlı s əsli yazışmalar aparmışdır. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən xx xxxxxx 2019-cu il tarixli 7-557 saylı məktubla daxil olmuş 1 ədəd CD diskə, eləcə də cinayət işinin materiallarında olan Azərbaycan Respublikasında fəaliyyət göstərən ayrı-ayrı banklardan iş üzrə təqsirləndirilən şəxslər X11, X24, Məhkum, eləcə də onların yaxınlarının adlarına terrorçuluğun maliyyələşdirilməsi məqsədilə xarici ölkələrdən beynəlxalq sürətli pul köçürülmələri vasitəsilə daxil olmuş pul vəsaitləri barədə məlumatlara dair sənədlərə xx xxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, beynəlxalq sürətli pul köçürülmələri vasitəsilə xarici ölkələrdən iş üzrə təqsirləndirilən şəxs X11, Məhkum, Şahid14, X19, Şahid13, Şahid23, Şahid20, Şahid8, Şahid6, Şahid10 və Şahid3 adına 2017-ci ilin av qust ayının 12-dən 2018-ci ilin iyun ayının 27-dək olan müddətdə ayrı-ayrı vaxtlarda 214.479,1 manat dəyərində xarici valyuta ilə pul vəsaitləri köçürülmüşdür. Həm göstərilən, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla təsdiq edilir ki, Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə cinayətkar birlik (təşkilat) halında iştirak edən İslam dininin Əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən şəxslərinin və onların həmin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə sonuncuların müxtəlif ölkələrdə yaşayan ailə üzvləri, tanışları və eyni təriqətə etiqad edən digər şəxslər tərəfindən Məhkum adına beynəlxalq sürətli pul köçürmələri vasitəsi ilə müxtəlif məbləğlərdə pul vəsaitləri göndərilmiş və həmin vəsa itləri banklardan məxaric edərək X23ə çatdırmaq üçün Məhkum onunla müxtəlif yerlərdə görüşmüş, həmçinin Suriyə döyüşlərində iştirak etmiş X22 adlı şəxslə istifadəsində olan telefon nömrəsindəki “Watsapp” proqram vasitəsi ilə mütamadi olaraq əlaqə saxlamış və ona Suriya Respublikasına çatması üçün pul köçürməklə köməklik göstərmişdir. Məhkum törətdiyi və sübuta yetirilmiş bu əməli barəsində cinayət qanunu normasının tətbiq edilməsinə münasibət bildirən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkumun təqsirli bilindiyi CM-nin 214-1-ci maddəsində əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinin birinci bəndinə görə, pul vəsaitlərinin və ya digər əmlakın terror aktlarının törədilməsində və ya törədilməsinə cəhddə faktiki istifadə olunmaması və ya konkret terror aktı ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini aradan qaldırmır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını bir daha nəzərdən keçirib qanunvericiliyin göstərilən normasına əsaslan araq hesab edir ki, Məhkum sübuta yetirilmiş əməlləri CM-nin 214-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və həmin əməllərin başqa cür ixtisaslaşdırılması, yaxuda bu məsələ ilə bağlı həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin gəldikləri nəticənin düzgün hesab edilməməsi üçün əsaslar görmür. Buna görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində müdafiəçi X.Y.Feyzullayev Məhkum barəsində onun təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi haqqında tələb irəli sürməsə də, həmin şikayətə məhkəmə baxışı iclasında xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Məhkum cəza təyini zamanı məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında onun cəzasını yüngülləşdirən halların olmamasını qeyd etmişlər, halbuki Məhkum himayəsində iki azyaşlı uşaqları var və bu hal cəza tədbirinin seçilməsi zamanı CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı idi. Müdafiəçi öz ərizəsinə xx xxxxx 2016-cı il tarixdə anadan olmuş X8 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X15 doğum haqqında şəhadətnamələrinin surətlərini əlavə etmiş və həmin şəhadətnamələrdə uşaqların atası qrafasında Məhkum göstərilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin təqdim etdiyi ərizədə göstərilən dəlillə razılaşaraq, hesab edir ki, Məhkum himayəsində azyaşlı uşaqlarının olması CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı və bu hala görə ona təqsirli bilindiyi CM-nin 214-1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçinin kassasiya şikayətinin dəlillərini və onun ərizəsini əlavə edilmiş sənədlə birgə nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi haqqında müdafiəçi X.Y.Feyzullayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçinin ərizəsi ilə birlikdə kassasiya şikayəti üzrə tələbi qismən təmin edilməli, Məhkum CM-nin 214-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə və ərizəyə münasibətdə Məhkum təyin edilmiş cəza yüngülləşdirilməklə ona aid hissədə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti ərizə ilə birlikdə qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı müdafiəçi X.Y.Feyzullayevin kassasiya şikayətinə və ona əlavə edilmiş ərizəyə münasibətdə və Məhkum aid hissədə dəyişdirilsin. Məhkum onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2141-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il 9 (doqquz) ayadək endirilsin. Qərar kassasiya müraciətlərinə münasibətdə və Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-374/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-374/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver