Məhkəmə qərarları › İş №1(102)-374/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-374/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-374/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(104)-363/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Alıkişiyev Rəş ad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 1(100)-22/2023 nömrəli hökmü ilə (hakimlər: M.M.Məmmədzadə (sədrlik edən), R.N.Ələkbərli və A.E.Məmmədov) xx.xx.1998-ci il tarixdə Samux rayonu İnstitut qəsəbəsində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, X yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hə min hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarı ilə, (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham sürülmüşdür ona görə ki, onun qəsdən sağlamlığa ağır zər ər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum tanışı Samux rayonu Bağmanlar kənd sakini 08 mart 1995-ci il təvəllüdlü X9 26 avqust 2021-ci il tarixdə özünə məxsus olan “YouTube” sosial şəbəkə kanalındakı canlı efirində “SahibDost” istifadəçi adı ilə qeydiyyatdan keçmiş 06 noyabr 1983-cü il təvəllüdlü X5 ilə sonuncunun x təhqir etməsi səbəbindən yaranmış mübahisəni aydınlaşdırmaq üçün Gəncə şəhəri, Natəvan qəsəbəsi ərazisində yerləşən “Şans” ərzaq mağazasının yanında görüş yeri təyin etməsi ilə əlaqədar, həmin gün saat 23:50 radələrində X birgə qeyd olunan yerə gələrək X5 ilə dayanıb söhbət edərkən sosial şəbəkə hesabında nalayiq ifadələr istifadə etməsini sonuncuya irad tutduqda, X onun haqlı iradına məhəl qoymayaraq onu da nalayiq ifadələr ilə təh qir etdiyi üçün aralarında yaranmış mübahisə zamanı şəxsi münasibətlər zəminində X sifət nahiyəsinə qəsdən bir dəfə sağ əli ilə yumruq zərbəsi vuraraq sağlamlığa zərər vurmayan xəsarət olduğundan ağırlıq dərəcəsi təyin edilməyən “üst, alt dodaqların sol yarısının selikli səthlərində olan qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrıqları” xəsarətlərini yetirdikdən sonra, sonuncunun öz boyu hündürlüyündən yıxılması zamanı sağ gicgah nahiyəsinin hamar səthli beton-asfalt örtüklü səkiyə dəyməsi nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bərk küt əşya(lar)nın təsirindən əmələ gələn və birbaşa ölümünə səbəb olmuş sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumaların hematoması ilə əlaqədar ba ş beyin sıxılması ilə nəticələnən xəsarətlər alması nəticəsində X 29 avqust 2021-ci il tarixdə stasionar müalicədə olduğu Gəncə şəhər X adına 1 nömrəli şəhər xəstəxanasında ölümünə səbəb olmaqla, ehtiyatsızlıqdan X öldürmüşdür. Birinci instansiya məhkəməsi isə müəyyən etmişdir və apellyasiya instansiyası məhkəməsi razılaşmışdır ki, təsvir edilən hadisə zamanı Məhkum ehtiyatsızlıqdan Xi öldürmüşdür, yəni Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum zərərçəkmiş Xə qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan öldürdüyü halda, onun əməli əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən 124.1-ci maddəsinə tövsif edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilən apellyasiya protestini təmin etməyib, hökmü dəyişdirilmədən saxlamış, beləliklə, birinci instansiya məhkəməsinin yol verdiyi pozuntular aradan qaldırılmamışdır. Kassasiya protestinin müəllifi iddia edir ki, Məhkum konkret olaraq hərəkətlə ifadə edilən aktiv zor tətbiq etməklə-yumruqla vurub Xə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və vurulmuş həmin yumruq zərbəsinin nəticəsində Xin sağlamlığına ağır zərər vurmuş və nəticədə sonuncu ölmüşdür. Məhkum törətdiyi əməl hərəkətlə ifadə olunur və ölümdən ibarət ictimai təhlükəli nəticə mövcuddur, belə olan halda yetirilən anda xəsarətin dərəcəsinin nədə ifadə olunmas ından asılı olmayaraq əməldə qəsdin əqli momenti təzahür edir. Nəticənin arzu edilməsi qəsdin iradi momentini təşkil edir ki, bu da Məhkum CM-in 126.3-cü maddəsi ilə verilmiş ittihamın tərkib əlaməti kimi çıxış etmir. Cinayətin motiv və məqsədindən də aydın görünür ki, Məhkum onu söydüyünə görə Xə xəsarət yetirmək üçün sonuncunun üz nahiyəsindən yumruqla vurmuş, zərbənin kifayət qədər təsirli olması səbəbindən X yerə yıxılmış və ağır xəsarət almışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15 maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qəymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayə t işi üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cina yət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsi finin əsassız olaraq Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən 124.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.2.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıda kıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hi ssəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkum ibtidai istintaq tərəfindən irəli sürülmüş hazırkı kassasiya protestində də şamil olunması iddia olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin dispozisiyasına görə (əsas tərkibi təsbit edən CM-in 126.1-ci maddəsi ilə birlikdə götürülməklə), həmin norma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Göründüyü kimi bu cinayət özündə təqsirin hər iki formasını əks etdirməklə, sağlamlığa zərər vurmaya münasibətdə - qəsdən, nəticəyə (zərərçəkmişin ölümünə) münasibətdə ehtiyatsızlıqdan törədilir. Məhkum məhkəmələr tərəfindən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 124-cü maddəsində isə təsbit edilmiş ehtiyatsızlıqdan adam öldürmə cinayətində zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurmanın qəsdən yetirilməsi istisna edilir. Hazırki iş üzrə müəyyən olunmuş faktiki hallardan müəyyən olunur ki, Məhkum cəmi bir dəfə üzbəü z dayanan zaman zərərçəkmiş Xə sol yanaq nahiyəsinə yumruqla zərbə yetirmiş və həmin zərbənin təsiri nəticəsində sonuncuya ümumilikdə canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən üst dodağın sol yarısının selikli səthinin və alt dodağın sol yarısının selikli səthinin alt damağa keçən qançırları xəsarətini yetirmişdir. Qeyd edilən hal həm təqsirləndirilən Məhkum, həm iş üzrə şahid qismində dindirilmiş X9, X6, X10, X7 və X12 ifadələri, həm də ki işdə olan 29 avqust 2021-ci il tarixli, 53 nömrəli məhkəmə-tibbi ekspertizasının və komisyon məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2021-ci il tarixli, 974/KEŞ nömrəli rəyləri ilə tam təsdiq olunmuşdur. Xin ölümünə səbəb olan aldığı ağır zərərvurmaya aid sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematom ası, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumalarının hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması xəsarətləri isə sonuncunun sərxoş olması və Məhkum onun sol yanaq nahiyəsinə cəmi bir dəfə zərbə yetirdikdən sonra müvazinəti itirib öz boyu hündürlüyündən yıxılması zamanı sağ gicgah nahiyəsinin hamar səthli beton-asfalt örtüklü səkiyə dəyməsi nəticəsində əmələ gəlmişdir. Digər tərəfdən Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə diqqət etdikdə sonuncu öz hərəkətlərində daha təhlükəli niyyətinin olması və ya zərərçəkmiş Xə ağır zərər yetirməsi, onun ölümünü qabaqcadan görməsi barədə heç bir məlumat verməmişdir. Həmçinin məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, Məhkum Xi əvvəllər tanımamış, sonuncu ilə aralarında əvvəllər hər hansı m ünaqişə, ədavət və ya düşmənçilik olmamış, Məhkum hər hansı döyüş sənətinə və ya hər hansı xüsusi bacarıqlara sahib olmamış, hadisəni törədərkən o, yalnız bir yumruq vurmuş və heç bir kənar əşyadan istifadə etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən ölümün səbəbi, bədən xəsarətlərinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Məhkəmələrin zərərçəkmiş şəxsin ölümünün məhz Məhkum vurduğu bir zərbə ilə səbəbli əlaqədə olmayıb, onun ehiyatsızlığından törəməsi haqqında nəticələri də digər sübutlarla yanaşı məhz məhkəmə-tibbi ekspertizanın 29 avqust 2021-ci il tarixli, 53 nömrəli və komisyon məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2021-ci il tarixli, 974/KEŞ nömrəli rəylərinə əsaslanır. Göründüyü kimi zərərçəkmiş şəxs Xin baş nahiyəsində qapalı kəllə-beyin travması kimi sağlamlığa ağır zərər vuran xəsarətin əmələ gəlməsinə səbəb qeyd olunan xəsarətin Məhkum zərbəsindən deyil, sonuncunun zərbənin təsirindən sərxoş zərərçəkmiş Xin sonra müvazinəti itirib öz boyu hündürlüyündən yıxılması zamanı yaranmışdır ki, bu da öz növbəsində Məhkum zərərçəkmiş şəxs Xin sağlamlığına ağır zərərin - dolayı qəsdlə yəni ağır zərərin vurulmasını birbaşa arzu etməsə də, hərəkətinin belə nəticəyə də səbəb ola biləcəyini (dərəcəsi təyin edilməyən zərbənin yekunda Xin ölümünə səbəb olacağını) qabaqcadan görməklə və buna şüurlu surətdə yol verməsinin mümkünlüyünü istisna edir. Sadalanan hallar məhkumun əməlində Cinayət Məcəlləsinin 124-cü maddəsində göstərilən ehtiyatsızlıqdan adam öldürmə cinayətinin tərkibinin olmasını təsdiq etməklə yanaşı, işin digər xüsustları ilə birlikdə götürülməklə dövlət ittihamçısının təqsirkarın əməlində Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibinin olması, yəni zərərçəkmiş şəxsin ölümündə ifadə olunmuş nəticəyə münasibətdə Məhkum dolayı qəsdən hərəkət etməsi haqqında iddiasını təkzib edir. Belə ki, Cinayət Məcəlləsinin 25.1-ci maddəsinə görə şəxsin qəsdən cinayət törətdiyini iddia etmək üçün onun əməlində birbaşa və yaxud dolayı qəsd müəyyən olunmalıdır. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət Məcəlləsinin 25.3-cü maddəsinə əsasən “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhülükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur”. Həmçinin törədilən əməlin faktiki hallarının dərk edilməsi, ilk növbədə cinayət tərkibinə daxil edilən cinayətin obyektiv elementlərinin – obyektin və obyektiv cəhətin ünsürlərinin şüurla əhatə edilməsini nəzərdə tutur. Təqsirkarın şüuru ilə əhatə olunan obyektə və obyektiv cəhətə aid faktiki halların həcmi onun qəsd inin predmet məzmununu müəyyən edir. Yuxarıda qeyd olunduğu kimi CM-nin 126.3-cü maddəsində sağlamlığa ağır zərərvurmaya münasibətdə şəxsin təqsiri qəsddən, nəticə münasibətdə isə ehtiyatsızlıqdan ibarətdir. CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan adam öldürmə zamanı isə cinayət törədən şəxsin təqsiri yalnız ehtiyatsızlıqdan ibarətdir, yəni o, nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulacağını da qabaqcadan görmür, lakin lazımı diqqət və ehtiyatlıq göstərərək baş verəcək nəticəni qabaqcadan görməli idi və görə bilərdi. Hazırki işdə Məhkum həm ilkin hərəkətə (sağlamlığa ağır zərərvurmaya münasibətdə), həmdə baş vermiş nəticəyə (zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə) münasibətdə qarışıq qəsdlə hərəkət etdiyini göstərən h eç bir hal müəyyən edilməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Məhkum Xi əvvəllər tanımamış, sonuncu ilə aralarında əvvəllər münaqişə, ədavət və ya düşmənçilik olmamış, o, hər hansı döyüş sənətinə və ya hər hansı xüsusi bacarıqlara sahib olmamış, hadisə vaxtı da, Məhkum zərərçəkmiş Xin ölümü səbəb ola biləcək heç bir əşyadan istifadə etməyərək sonuncuya cəmi bir zərbə vurmuş, vurduğu yumruq zərbəsi sərxoş halda olan zərərçəkmiş şəxs Xin sol yanaq nahiyəsinə tuş gəlmişdir ki, bu da Məhkum niyyətinin bilavasitə Xə ağır xəsarət, həmçinin ölümünə səbəb olan hərəkətlərin deyil məhz sonuncunun cinayətkarcasına etinasizlıqlıqdan ibarət olan hərəkətlərə yol verməsinə dəlalət edir. Təqsirkar şəxsin hərəkəti əhatə olunan ilkin nəticə - yəni Məhkum zərərçəkmiş Xin sol yanaq nahiyəsinə yetirilə n zərbəsi yekunda dərəcəsi təyin edilməyən xəsarətə səbəb olmuş, baş vermiş ölüm isə dərəcəsi təyin edilməyən xəsarət nəticəsində sərxoş Xin yıxılaraq başının yer səthinə dəyib ağır dərəcəli bədən xəsarəti almasından ibarət nəticədir ki, təqsirkarın həmin nəticəni qabaqcadan görməsi və həmin nəticəni arzu etmə də, şüurlu şəkildə buna yol verməsi inandırıcı deyil. Məhkum yetirdiyi yumruq zərbəsinin nəticəsində Xin yerə yıxılaraq ağır dərəcəli bədən xəsarəti alması imkanını qabaqcadan görməsi və həmin nəticəni arzu etməsə də, şüurlu şəkildə buna yol verməsi halında onun CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinməsi mümkün olardı ki, hazırkı halda isə Məhkum lazımi diqqət və ehtiyatlılıq göstərərək yekun nəticənin baş verməsini görməli və görə bilməli olduğu halda həmin nəticəyə ehtiyatsızlıq dan yanaşaraq onu görməmişdir. Bu isə Məhkum əməlində zərərçəkmiş şəxsin ölümünə münasibətdə ehtiyatsızlığın cinayətkarcasına etinasızlıq formasının olduğuna dələt edən haldır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26.3-cü maddəsinə əsasən “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasizlıq nəticəsində törədilmiş cinayət hesab olunur”. Birinci instansiyası məhkəməsinin Məhkum zərərçəkmiş Xə sol yanaq nahiyəsinə yetirdiyi yumruq zərbəsinin yekunda dərəcəsi təyin edilməyən xəsarətə səbəb olmasının, dərəcəsi təyin edilməyən xəsarətin sonuncunun ölümü nə səbəb olmamasının, baş vermiş ölümün isə həmin xəsarət nəticəsində sərxoş halda olan Xin yıxılaraq başının yer səthinə dəyib ağır dərəcəli bədən xəsarəti almasından ibarət olmasının və Məhkum sadalanan hərəkələrində zərərçəkmiş şəxsin ölümünə münasibətdə ehtiyatsızlığın cinayətkarcasına etinasızlıq formasının olmasına dair qənaəti kassasiya protestində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü, 143-146-cı maddələrini) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara əsaslanır (aşağı instansiya məhkəmələrinin yekun qərarında həmin sübutlar ətr aflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (mübahisələndirilən əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci instansiya məhkəməsinin çıxardığı, apellyasiya məhkəməsinin razılaşdığı nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən dövlət ittihamçısının kassasiya protesti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini, yəni həmin kassasiya müraciətinin təmin edilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 11 iyul 2023-cü il tarixli, 1(104)363/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Alıkişiyev Rəş ad Nizami oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(104)-363/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar