Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-374/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2024-cü il tarix li hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2024-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Anar Böyükkişi oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə) X7, 26 noyabr 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, faktiki evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı ol an, əvvəllər Nəsimi Rayon Məhkəməsinin 5 sentyabr 2013cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 sentyabr 2013-cü tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə CM-in 186.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2 mart 2018-ci il tarixli qərarı ilə hökmdən CM-in 186.1-ci maddəsi xaric edilmiş, azadlıqdan məhrum etmə cəzasının müddəti isə 5 (beş) ilədək endirilmiş, Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 11 (on bir) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X11, həmin İdarənin 7-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X4, sahə inspektoru Şahid2 və Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 barəsində xüsusi qərar çıxarılaraq həmin qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. İşi n halları: İbtidai araşdırma orqanı tərəfindən X7a qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, X7 27 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 5,650 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 mart 2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində yerləşən “Əli” adlı mərasim evinin qarşısında Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ün van 3 ünvanda yerləşən Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17:20 dəqiqədə Polis bölməsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 5,650 qram olan açıq qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən X7un ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 27 may 2024-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Yaqubov Tural Qaraxan oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) 24 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, ibtidai araşdırma orqanı tərəfindən X7a qarşı irəli sürülmüş ittihama, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və X7nin təqsirsizliyi barədə yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamçısının ehtimallar üzərində qurulmuş mövqeyinə görə, X7nin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi ibtidi araşdırma zamanı toplanmış sübutlarla – bəraət almış şəxsin həmin dövrdə verdiyi etirafedici ifadələri ilə yanaşı şahidlər Şahid1 və Şahid2 ifadələri ilə, şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2023-cü il tarixli protokolla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə tam sübuta yetirildiyi halda məhkəmələr iş üzrə gəldikləri nəticələrini yalnız X7nin məhkəmə iclasında verdiyi özünü müdafiə xarakterli ifadələri üzərində qurmuş və müdafiə funksiyasını öz üzərinə götürərək digər sübutların araşdırılmasını da məhz bu istiqamətdə aparmış, lakin digər sübutları nəzərə almayaraq sonuncunun təqsirsizliyi b arədə yanlış nəticəyə gəlmişlər. Bu zaman məhkəmələr nəzərə almamışlar ki, X7nin həm ilkin izahatında, həm də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiyi xüsusatlar oxşarlıq təşkil etmiş, məhkəmə iclasında verdiyi özünü müdafiə xarakterli ifadələri isə ibtidai istintaq dövründə göstərdiklərinə ziddiyyətli olmuşdur. Eyni zamanda məhkəmələr öz qənaətlərini X7nin barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməmələri barədə şahidlərin bundan 8-9 ay sonra məhkəmə iclasında verdikləri ifadələrinə də əsaslanmış, lakin onların cinayət təqibinin müxtəlif mərhələlərində verdikləri ifadələr arasında müəyyən edilmiş ziddiyətləri aradan qaldırmamışlar. Xüsusilə vurğulanmalıdır ki, məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclas ında əlavə şahid qismində dindirilmiş, hazırki işin ibtidai istintaqını aparmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X11 Şahid1 dediyi qaydada onun ifadəsinin alınmamasının mümkün olmadığını, əksinə, sonuncunun ibtidai araşdırma zamanı şahid qismində dindirilməsini və bu dindirmə zamanı onun X7yə qarşı irəli sürülmüş ittihamın hallarına uyğun olan ifadələr verməsini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 məhkəmə iclasında X7nin evinə gedib onu polis bölməsinə dəvət etdiyini, sonuncunun ondan ailə üzvləri ilə görüşmək üçün icazə istədiyini, daha sonra evinə daxil olduğunu, təxminən 3-5 dəqiqə sonra geri gəldiyini, bundan sonra birlikdə polis bölməsinə getdiklərini göstərsə də, onun bu ifadələrinin ibtidai araşdırma zamanı verdiyi ifadələr ar asında müəyyən edilmiş ziddiyyətlər də məhkəmələr tərəfindən aradın qaldırılmamışdır. Dövlət ittihamçısının mövqeyinə görə, məhkəmələr iş üzrə gəldikləri nəticəni müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X12 və X13 ifadələri ilə də əsaslandırmağa çalışmış, lakin həmin şəxslərin birinin X7nin qardaşının qızı, digərinin isə onun arvadı olmasını, birgə təsərrüfatda yaşamaqla iş üzrə maraqlı şəxslər olmalarını, bəraət almış şəxsin mənafeyi naminə ifadə verə biləcəkləri ehtimalını və onların verdikləri ifadələrin mötəbərliyinin şübhə altında olmasını nəzərlərindən qaçırmışlır. Əsasən iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı toplanmış sübutlar üzərində qurduğu dəlillərə əsaslanaraq dövlət ittihamçısı M.İ.Vəliyev Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarından verdiyi kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı M.İ.Vəliyev həmin protestində məhkəmələrin X7nin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verildiyini, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilm əsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəm bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yeku n məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə gö rə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyas iya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilm əsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit ed ir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövl ət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış v əsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsir i səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habel ə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətləri n mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habel ə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi?,u isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutu lan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkə tsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqs irləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədi lməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə topla nmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azad lıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aş ağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələ rinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nətic əsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanıl masından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzə rdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsub iyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə p redmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dai r yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxs in təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 2 1 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblər inə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxs in təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsas şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı mü xtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin y erli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qə rəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələr ini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-c i il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. X7nin cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanların ın müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125 -ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsi rləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblər inə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən ittiham və müdafiə tərəflərinin vəsatətləri əsasında əldə edilmiş əlavə sübutlar məhkəmə iclasında tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdır ılmış, məhkəmə çıxardığı hökmdə məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X7nin ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırmalar zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən dövlət ittihamçısı M.İ.Vəliyevin bununla bağlı vəsatətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan baxaraq X7nin barəsindəki bəraət hökmünün qan uni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları ittihamın sübuta yetirilməsi məqsədilə ittiham aktında göstərilən sübutlardan başqa əlavə sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyətinin kobud qanun pozuntularına, o, cümlədən X7nin müdaf iə hüququnun pozulmasına yol verilməklə əldə olunması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası X7nin barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı M.İ.Vəliyev məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclasında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 27 may 2024cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutları hazırki qərarda da təhlil etməyi zəruri sayır. Belə ki, hazırki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən X7 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə günorta saat 3 radələr ində o, evdən küçəyə çıxarkən ona sahə müvəkkili Şahid2 yaxınlaşmış və 7-ci Polis Bölməsinin rəisinin onu görmək və profilaktik söhbət etmək istədiyini bildirmişdir. O, Şahid2 onun barəsində şikayət olub-olmadığını soruşduqda, sonuncu ona rəisinin onunla sadəcə profilaktik söhbət etmək istədiyini demişdir. O, bu təklif barədə ailə üzvlərinə xəbər vermək üçün Şahid2 icazə alıb yaşadığı mənzilə qayıtmış, polis bölməsinə gedəcəyi barədə ailə üzvlərini məlumatlandırdıqdan sonra isə sahə müvəkkili ilə birlikdə onun idarə etdiyi avtomaşında bölməyə getmişdir. Polis Bölməsində onu rəis qəbul etmiş, ərazisində yaşadığını və barəsində hər hansı şikayət olmadığını deyərək “yuxarıdan” onun bölməyə gəlməsi ilə bağlı tapşırıq olduğunu bildirmiş, sonra isə bir qədər gözləməsini tapşırmışdır. Saat təxmin ən 21 radələrində o, gözlədiyi otağa kostyumda olan bir nəfər və mülki geyimdə olan 10-15 nəfər hündürboylu şəxslər gəlmiş və otağa daxil olan kimi heç nə izah etmədən onu təpik və yumruqla döyməyə başlamış və ona 1 kiloqram çəkidə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına, habelə silah əldə edərək saxlamasına dair sənədləri imzalamasını tələb edərək bu əməllərə görə həbs olunacağı ilə hədələmişlər. O, həmin şəxslərə himayəsində 3 uşağının olmasını, heç bir cinayət əməli törətməməsini və bu haqda məlumatının olmadığını bildirdikdə göstərilən şəxslər ona əvvəllər bir dəfə məhkum olunduğunu və ona hörmət edərək onun CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə dair rəsmiləşdirmə aparılacağını bildirmiş, bununla razılaşmadığı təqdirdə isə onu Baş Mütəşəkk il Cinayətkarlıqla Mübarizə İdarəsinə aparacaqlarını və orada külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinə görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini, bunun üçün 2 nəfər şahidin üzünə duracaqlarını söyləmişlər. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmış və sonuncuların ona verdikləri narkotik vasitəni şəxsi axtarış zamanı təhqiqatçıya təqdim edərək həmin vasitəni özünün istifadəsi üçün “Papanin” deyilən ərazidə 150 manata alması barədə həqiqətə uyğun olmayan izahat vermişdir. Halbuki o, sahə müvəkkili ilə birlikdə Polis Bölməsinə gedərkən onun üzərində narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya olmamışdır. X7 həmçinin qeyd etmişdir ki, o, üzərində şəxsi axtarış keçirilməzdən əvvəl müdafiəçidən imtina etməmiş, bu haqda onun adından yazılmış ərizəni oxumadan imzalamış, latın qrafikası ilə oxumağı bacarsa da, həmin qrafika ilə yaza bilmir, ona təyin edilmiş müdafiəçi isə yalnız video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparıldıqdan sonra gəlmiş, həmçinin şəxs axtarışda iştirak etmiş əməliyyat müvəkkili və Şahid2 da ona narkotik vasitə verildikdən sonra gəlmişlər. Eyni zamanda o, analiz verdikdən sonra bu haqda tərtib olunmuş sənəddə qanında narkotik vasitənin aşkar edilməməsinin qeyd olunmasını görsə də, polis əməkdaşları məhkəmə-narkoloji ekspertizasının rəyində onların dediklərinin yazılacağını bildirmişlər. Daha sonra X7 birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, əvvəllər narkotik v asitənin istifadəsi ilə bağlı məhkumluğu olmuş, onun polis əməkdaşları ilə hər hansı ədavəti və düşmənçiliyi yoxdur və hesab edir ki, hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilməsi onun əvvəlki məhkumluğu ilə əlaqədardır, onun üzərinə şəxsi axtarış Polis Bölməsinə gəldikdən təxminən 6-7 saat sonra, axşam saat 22 radələrində aparılmış həmin istintaq hərəkətinin aparıldığı otaqda o, müdafiəçini görmüş, lakin sonuncu otaqdan çıxarılmış və şəxsi axtarışın aparılmasında iştirak etməmişdir. O, izahatında və ifadələrində bunu göstərsə də, 26-28 mart 2023-cü il tarixlərində "Papanin” adlanan ərazidə olmamış, polis bölməsinə aparılarkən özü ilə telefon götürməmiş, Polis Bölməsində fiziki və psixi təsir və təzyiqlərə məruz qalmış, lakin ona məhkəmə-tibbi müayinədən keçməsi təklifi tutulduqdan x eyli vaxt keçdikdən sonra edildiyinə görə o, belə müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə müvəkkili Şahid2 göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə rəhbərlik tərəfindən ona "Ramil” adlı şəxsin bölməyə gətirilməsi tapşırıldığına görə, o, həmin tapşırığı icra etməkdən ötrü X7nin yaşadığı əraziyə getmiş və orada sonuncunun evinin yaxınlığında siqaret çəkdiyini görüb onunla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getməsini təklif etmişdir. X7 üzərində mobil telefonu olmadığı üçün bölməyə getməsi barədə ailə üzvlərinə məlumat vermək istədiyini bildirib yaşadığı mənzilə getmiş, o, isə təxminən 3-5 dəqiqə onu gözləmişdir. Həmin vaxtdan sonra Ramil qayıtmış və o, öz avtomaşınında onu Binəqədi RPİ-nin 7-ci PB-nə aparmış və orada onu növbətçi hissəyə təhvil vermişdir. Bundan təxminən 5-6 saat sonra X7nin üzərində şəxs axtarış aparılmış, o, və əməliyyat müvəkkili Şahid1 həmin istintaq hərəkətinin aparılmasında iştirak etmiş və bu zaman Ramilin üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu hadisədən xeyli vaxt keçdiyinə görə o, X7nin bununla bağlı hansı izahat verməsini xatırlamır, lakin dəqiqliklə deyə bilər ki, sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Polis Bölməsinə heç bir əməliyyyat məlumatı daxil olmamışdır. Qeyd olunmalıdır ki, X7nin 28 mart 2023-cü il tarixdə saat 15 radələrində sahə müvəkkili Şahid2 tərəfindən Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aparılması hallarını həmçinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X20 və X21 d a təsdiq etmişlər. Kassasiya protestində bu şəxslərin X7nin yaxın qohumları olduqlarına görə işdə maraqlı olmaları iddia olunsa da, məhkəmə kollegiyası dövlət ittihamçısı M.İ.Vəliyevin bunu təsdiq edən hər hansı sübuta istinad etməməsini, digər tərəfdən isə adları göstərilən şahidlərin ifadələrində göstərdikləri halların həm X7nin, həm də Şahid2 ifadələrində əksini tapmış hallarla üst-üstə düşməsini qeyd edir. Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilərkən göstərmişdir ki, o, əvvəllər X7ni tanısa da, onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ona heç bir əməliyyat məlumatı daxl olmamış və o, sonuncunun 28 mart 2023-cü il tarixdə saxla nılmasında, habelə ona münasibətdə hər hansı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində iştirak etməmişdir. Həmin tarixdə o, xidməti vəzifələrinin icrası ilə bağlı başqa ərazidə olmuş və həmin vaxt onu Binəqədi RPİ-nin 7-ci PB-nə çağıraraq bir nəfərin üzərində şəxsi axtarışın aparılmasında iştirak etməsi təklif edilmişdir. O, həmin Polis Bölməsinə gəlib şəxsi axtarışın aparılacağı otağa daxl olmuş və orada X7ni görmüşdür. Bundan sonra həmin otaqda video çəkilişdən istifadə edilməklə X7nin üzərində şaxsi axtarış aparılmış və bu zaman sonuncu ona edilmiş təklifə əsasən cibindən bir bükümdə narkotik vasitə olan heroini çıxarıb təhqiqatçıya təqdim etmişdir. Həmin vaxt onun diqqəti yayındığına görə o, X7nin bununla bağlı hansı izahat verməsinə fikir verməmiş, lakin bundan sonra o, ibtid ai araşdırma zamanı dindirilməmişdir. Buna baxmayaraq o, ibtidai istintaq zamanı ona təqdim olunmuş sənədləri, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş dindirmə protokolunu oxumadan imzalamış, lakin şahid qismində dindirilmədiyindən protokolda yazılanlara uyğun ifadələr verməmişdir. Bu halı isə Şahid1 təcrübəsizliyi ilə əlaqələndirmişdir. Yuxarıda adları göstərilən şahidlərin məhkəmə iclasında verdikləri ifadələrinin təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Şahid1 ilə yanaşı eyni ilə Şahid2 da ibtidai araşdırma zamanı müstəntiq tərəfindən dindirilməmişdir, çünki əvvəla onun dindirilməsi haqqında 10 iyul 2023-cü il tarixli protokolda onun adından yazılmış ifadələr birə-bir Şahid1 dindirilməsi haqqında 9 iyul 2023-cü il tarixli protokolda yazılanlarla eynilik təşk il edir (onların vəzifələri və anket məlumatları istisna olmaqla) və həmin şahidlər hər ikisi ayrı-ayrılıqda məhkəmə iclasında tamamilə başqa məzmunda ifadələr vermişlər. Kassasiya protestində ibtidai araşdırma zamanı Şahid2 və Şahid1 adlarından yazılmış ifadələrə mötəbər sübutlar kimi istinad olunsa da, məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçsı M.İ.Vəliyevin dəlilləri ilə qəti razılaşmır və onları qəbul edilməz sayır ona görə ki, saxtakarlıq edilməklə dindirilməmiş şahidin adından yazılmış ifadələrdən heç bir halda şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübut kimi istifadə oluna bilməz (CPM-in 125.2-ci maddəsi). Kassasiya protestinin müəllifi isə öz müraciətində bunun əksinə olan heç bir dəlil irəli sürməmişdir. Eyni zamanda, kassasiya protestinin dəlillərinin əksinə olaraq, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən adları göstərilən şahidlərin dindirilməsi zamanı proses iştirakçılarına onların ifadələri arasında müəyyən edilmiş ziddiyyətlərin aradan qaldırılması istiqamətində öz suallarını vermək üçün kifayət qədər şərait və imkanlar yaradılmış, lakin həmin şahidlər israrla yalnız məhkəmə iclasında verdikləri ifadələrinin həqiqətə uyğun olmasını bildirmişlər. Apellyasiya protestinə məhkəmə baxışı iclasında da Şahid2 və Şahid1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrini təkzib edən hər hansı sübutu kassasiya protestinin müəllifi məhkəməyə təqdim etməmiş, belə sübutların araşdırılması barədə heç bir vəsatət qaldırmamış, bu müraciətə ilkin baxış və məhkəmə baxışı iclaslarında isə işə əlavə sübutlar tələb edilmədən və m əhkəmə istintaqı aparılmadan baxılmasını mümkün bilərək belə təkliflə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da vurğulayır ki, məhkəmələrin əsas sübut kimi istinad etdikləri X7nn məhkəmə iclasında verdiyi ifadələri araşdırılmış digər sübutlarla, xüsusilə şahidlər H.F.Həsənovun və Şahid1 həmin iclasda ayrı-ayrılıqda verdikləri ifadələr ilə üst-üstə düşdüyündən təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin sonradan bəraət almış şəxsin həmin ifadələrinin yekun məhkəmə aktlarının əsası kimi qəbul etmələrində heç bir nöqsan, çatışmazlıq və ya pozuntu görmür və hesab edir ki, onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri iş üzrə araşdırılmış digər sübutlarla uzlaşmadığından məhkəmələr haqlı olaraq bu ifadələri mötəbər sübut kimi qiymətləndirməkdən imtina etmiş, bununla da yuxarıda təsvir edilən qanınvericilik normalarının tələblərinə, xüsusilə də qanunçuluq və təqsirsizlik prezumpsiyası prinsiplərinə əməl etmiş, eyni zamanda onu da nəzərə almışlar ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutla rla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Odur ki, cinayət təqibi orqanının cinayət-prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittihamedici süb utlarla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərin və ya şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğv edilməsinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmamasına gəlməyə səbəb olur. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, həm X7nin, həm də şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasında verdikləri ifadələrin fonunda X7un narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə (Şahid1 icraatına) əməliyyat məlumatının daxil olması, bu məlumata əsasən əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 28 mart 2023-cü il tarixli qəra rın qəbul edilməsi və əməliyyat qrupunun yaradılması, keçirilmiş tədbirlər nəticəsində onun həmin tarixdə saat 16 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən “Əli” mərasim evinin qarşısında saxlanılaraq Bölməyə gətirilməsi heç də həqiqəti əks etdirmir və bu baxımdan onun sonradan bölmədə şübhəli şəxs qismində tutulmasının və üzərində şəxsi axtarışın keçirilməsi kimi istintaq hərəkətlərinin aparılmasının qanunsuz yolla əldə edilmiş sübutlar kimi qiymətləndirilməsi üçün əsas yaratmışdır. Belə qənaətə gəlməyə əsas verən digər hallar həmçinin ondan ibarətdir ki, əldə olunmuş sübutlara əsasən, X7 polis əməkdaşının nəzarəti altında Polis Bölməsinə gətirildikdən sonra bir müddət (bəraət almış şəxsin və Şahid2 ifadələrinə görə təxminən 6 saat ərzində) orada onun la heç bir hərəkət edilmədən yenə də polis əməkdaşlarının nəzarəti altında saxlanılmış, yalnız bundan sonra şübəhli şəxs qismində tutulmuş və onun müdafiə hüququ da kobud surətdə pozularaq üzərində şəxsi axtarış aparılmışdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, X7 şübhəli şəxs qismində tutulmazdan əvvəl onun maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunması haqqında ərizə tərtib edilmiş və eyni zamanda müəyyən edilmişdir ki, o, latın qrafikası ilə oxumağı bacarsa da həmin qrafikada yaza bilmir. X7nin bu ərizəsinə əsasən onun hüquqlarının müdafiə olunması üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 Polis Bölməsinə dəvət edilərək ona təqdim olunmuş, tərtib edilmiş sənədlərə əsasən X7 onun iştirakı ilə şübhəli 16.50-də şübhəli şəxs qismində tutulmuş, lakin bundan sonra şübhəli şəxsin üzərində axtarışın müdafiəçinin iştirakı olmadan aparılmasına etirazının olmaması barədə kompyuterdə onun adından ərizə tərtib edilərək həmin ərizə cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti isə təhqiqatçı X4 tərəfindən saat 17.25-dən 17.45-dək müdafiəçinin iştirakı olmadan və X7un saxlanılmasında iştirak etməmiş polis əməkdaşları Şahid2 və Şahid1, habelə video çəkiliş aparmış Binəqədi RPİ-nin KTQ-nın inspektor-kriminalisti polis mayoru X2 iştirakları ilə keçirilmişdir. Ümumiyyətlə təhqiqat zamanı sübutların qanunsuz yolla əldə edilməsi ilk növbədə onda ehtiva olunur ki, faktiki olaraq Binəqədi RPİ-nin 7-ci PB-nə X7un narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasa da heç bir əsas olmadan əməliyyat müvəkkili Şahid1 adından əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuş və həmin qərar formal xarakteri daşısa da, onun nəticəvi hissəsində həmin qərarın surətinin 48 saat ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi nəzərdə tutulmuş, lakin istər bu qərarın, istərsə də onun əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin müvafiq qaydada qanuna uyğunluğunun yoxlanılması üçün nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurora, nə də ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin yerləşdiyi ərazidə fəaliyyət göstərən Binəqədi Rayon Məhkəməsinə göndərilməmiş, m əhkəmə tərəfindən də məhkəmə nəzarəti qaydasında belə yoxlama aparılmayaraq heç bir qərar qəbul edilməmişdir. Hərçənd, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.1.1-445.1.6-cı maddələrində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat-axtarış tədbirləri həyata keçirilir: - telefon danışıqlarına qulaqasma; - poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; - texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; - binaya, o cümlədən yaşayış yerlərinə, hasarla nmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; - texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; [570] - insanların güdülməsi. CPM-in 445.2-ci maddəsinin tələbinə görə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıl dıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin İİİ bəndinə əsasən, bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinin V bəndində göstərilmişdir ki, bu maddənin İV hissəsin də nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdı r, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası, CPM-in tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra həmin Qərarda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin son radan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədq iq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashad ze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılma lıdır. Qanunvericiliyin təsvir edilmiş tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında yuxarıda göstərilən 28 mart 2023-cü il tarixli qərarın və onun əsasında keçirilmiş müvafiq tədbirlərin qanunauyğunluğu istər məhkəmə tərəfindən məhkəmə nəzarəti qaydasında, istərsə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən yoxlanılmadığından məhkəmələrin onun əsasında əldə edilmiş materialların X7nin təqsirliliyinin müəyyən edilməsi üçün sübut kimi qəbul edilməsindən imtina etməsi barədə iş üzrə gəldikləri nəticə tamamilə qanuni və əsaslı nəticə kimi qiymətləndir ilməlidir. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək həmçinin qeyd edir ki, X7 onun maddi imkanı olmadığını görə dövlət hesabına müdafiəçi ilə təmin edilməsi haqqında müraciəti əsasında hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkil X9un iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan 30 dəqiqə sonra onun üzərində şəxsi axtarış aparılmış, bu istintaq hərəkətinin aparılmasında isə, hələ də polis bölməsində olan müdafiəçi X9 iştirak etməmiş (həmin istintaq hərəkəti aparıldıqdan sonra sonuncu X7nin izahatının alınmasında iştirak edərək bu haqda tərtib edilmiş sənədi imzalamışdır) və bunun əsası kimi X7nin kompyuterdə icra olunmuş və 7-ci Polis Bölməsinin rəisinə ünvanlanmış ərizəsi, yəni şəxsi axtarışın müdafiəçinin iştirakı olmada n keçirilməsinə etiraz etməməsi barədə müraciəti nəzərə alınmış, lakin həmin ərizəni də müdafiəçi sadəcə imzalamış, eyni zamanda bununla əlaqədar tərtib olunmuş protokola görə, müdafiəçi özü də şəxsi axtarışın aparılmasında iştirak etməkdən imtina etmişdir. Eyni zamanda X7nin qeyd olunan ərizəsinin kim tərəfindən və nə vaxt alınması da müəyyən edilmir, şəxsi axtarışın aparılması zamanı isə X7yə CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələrinin izah olunması 28 mart 2023-cü il tarixli protokolda göstərilsə də, ona müdafiəçinin xidmətlərindən “müvəqqəti olaraq” imtina etməsinin səbəbləri, bu halın hansı məntiqi zərurətdən irəli gəlməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Cinayət işinin materialları ilə həmçinin müəyyən edilir ki, 26 noyabr 1979-cu il təvəllüdlü və orta təhsilli X7nin orta məktəbdə oxuduğu dövrdə (XX əsrin 80-ci illərində) azərbaycan dilində təhsil kiril qrafikası ilə aparılmış və təsadüfi deyil ki, o, məhkəmə iclasında latın qrafikası yaza bilmədiyini bildirmişdir, bu hal isə həmçinin onun izahatının və ifadələrinin alınması haqqında tərtib edilmiş sənədlərdə özünün kiril qrafikası ilə apardığı qeydlərlə də təsdiq olunur. Həm bu halın mövcudluğuna, həm də maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin edilməsi haqqında müraciətinə baxmayaraq X7nin adından kompyuterdə yazılmış ərizə təhqiqatçı tərəfindən qəbul edilmişdir ki, məhkəmə kollegiyası da bu ərizədə əksini tapmış xahişin X7nin özünün iradə ifadəsi kimi qiymətləndirilməsinə, habelə tərtib edilmiş ilkin sənədlərlə onun tanış olmasına, o cümlədən öz hüquqla rını bilməsinə şübhə ilə yanaşır ona görə ki, azərbaycan dilini mükəmməl bilməyərək və latın qrafikalı əlifba ilə yazmağı bacarmayan və maddi imkansızlığı səbəbindən vəkillə müqavilə bağlaya bilməyərək dövlət hesabına müdafiəçi ilə təmin edilməsini tələb edən X7lə bütün prosessual hərəkətlərin aparılmasında müdafiəçinin iştirakı məcburi şərt olmuşdur. Belə ki, CPM-in 92.3.1 və 92.3.4-cü maddələrinə şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə və cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində (bütün prosessual hərəkətlərin aparılmasında – m.k.) müdafiəçinin iştirakı təmin olunmalıdır. CPM-in 92.6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-in 92.12-ci maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5 (o cümlədən 92.3.4-m.k.), 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Bu tələblərə baxmayaraq təhqiqatçı X7nn ərizəsini qanunsuz olaraq qəbul etmiş və müdafiəçinin iştirakı mütləq şəkildə təmin olunmalı olduğu halda şəxsi axtarış istintaq hərəkətini müdafiəçinin iştirakı olmadan, yəni şübhəli şəxsin müdafiə hüququnun kobud şəkildə pozmaqla aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu baxımdan da latın qrafikası ilə yazmağı bacarmayan X7nin 28 mart 2023-cü il tarixli ərizəni öz təşəbbüsü ilə könüllü yazması inandırıcı və qanuni müraciət kimi qəbul edilə bilməz. Qeyd olunan hallar qanunvericiliyin aşağıdakı tələbləri baxımından təhlil edildikdə X7nin üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı həmçinin digər qanun pozuntula rına da yol verilməsi müəyyən edilir. Belə ki, həm CPM-in 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak eməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da X7nin hazırki iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-in 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Göründüyü kimi, qanunun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun və zifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin, bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştirakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Eyni zamanda müdafiəçinin bu və ya digər istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində iştirakdan imtina etmək hüququ isə yoxdur. İş materiallarından göründüyü kimi, X7nin üzərində şəxsi axtarış aparılmazdan əv vəl təhqiqatçı onun müdafiəçisinə müraciət edərək, lakin şübhəli şəxsin latın qrafikası ilə yazmağı bacara bilməməsi və maddi imkansızlığı səbəbindən müdafiəçi ilə müqavilə bağlamaq imkanında olmaması barədə məlumat verməyərək bu istintaq hərəkətinin aparılmasında mütləq şəkildə iştirak etmək vəzifəsini ona izah etməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol verməklə qüvvəsi olmayan ərizəyə və müdafiəçi X9un imtinası barədə 28 mart 2023-cü il tarixli protokola əsaslanaraq şübhəli şəxsin üzərində şəxs axtarış aparmış, ibtidai araşdırma zamanı başqa sübutlar da məhz kobud qanun pozuntuları ilə həmin istintaq hərəkətinin aparılmasının nəticələrinə, habelə X7nin ilkin və ibtidai araşdırma zamanı verdiyi, lakin digər sübutlarla təkzib edilən və həqiqətə uyğun olmayan izahatın a və ifadələrinə əsasən toplanmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsinin tələbinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliy yəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkət inin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-in 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdaf iəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-in 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilm əsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-in 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıld ıqda CPM-in imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-in 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razı laşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir ki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzərdə tutulduğu hallarda, hətta şübhəli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla belə imtina təhqiqatçı və ya müstəntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə c inayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosessual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). Bütün göstərilənləri nəzərə alaraq Konstitusiya M əhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-in 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsi baxımından və CPM-in 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəx sin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-in 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-in 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstit usiya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası X7nin 28 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yalnız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr bu hala da diqqət yetirməklə, ona qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət vermişlər. Məhkəmə kollegiyası müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı X7nin hüquqlarının müdafiə olunması 11 saylı Vəkil Bürosunun vəkili X9a həvalə edilərək sonradan o, təhqiqat və ibtidai araşdırma zamanı müxtəlif isintaq hərəkətlərinin aparılmasında iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış və sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş və yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdir. Belə olan halda vəkil X9 tərəfindən X7nin hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, X7 CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən ibtidai araşdırma orqanı ilə yanaşı dövlət ittihamçısı M.İ.Vəliyevin də əsas və mötəbər sübut hesab etdiyi şəxsi axtarışın və götürmənin aparılması haqqında 28 mart 2023-cü il tarixli protokoldan daha sonra görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı X7nin üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə heroin olması ilk olaraq yalnız şübhəli şəxsin izahatına əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin növlərini ayırd edə bilməs i isə müəyyən edilməmişdir. Buna görə təsadüfi deyil ki, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamə tləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-in 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. CPM-in 245.8-ci maddəsində isə axtarış v ə ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, X7un şübhəli şəxs qismində tutulması 28 mart 2023-cü il tarixdə saat 16.50-də rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 29 mart 2023-cü il tarixdə saat 16.10-dan 17.20-dək, yəni təxminən iyirmi dörd saat keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmişdir. Halbuki, CPM-in 232.1-ci mad dəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin, bu haqda tərtib edilmiş 28 mart 2023-cü il tarixli protokolun, habelə bundan sonra məhz bu istintaq hərəkətinə əsasən ibtidai araşdırma zamanı yenə də qanun pozuntuları ilə toplanmış bütün sübutların CPM-in 125.2-ci maddəsinin tələbləri baxımından yolverilməz sübutlar olması barədə nəticəyə gəlmək üçün əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, X7nin həqiqətən ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən qərəzsiz və mötəbər sübutlar (ekspertiza rəyləri istisna olmaqla) m əhkəmələrə təqdim olunmamış, qalan digər sübutlar isə prosessual qanunvericiliyinin tələblərinin pozulması və yuxarıda göstərilən başqa pozuntularla əldə edilmişdir. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə X7nin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaətlə tam razılaşır və qeyd edir ki, onu bu ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamış, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları isə kifayət qədər əsaslandırılmışdır. Həmçinin, apellyasiya instan siyası məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə də öz məzmununa görə kassasiya protesti ilə eynilik təşkil edən apellyasiya protestinin bütün dəlillərinə ətraflı cavab vermiş və düzgün olaraq X7yə yuxarıda göstərilən əsasla bəraət verilməsi ilə razılaşaraq CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir k, X7nin CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haq da məhkəmələrin iş üzrə gəldikləri nəticə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntuların yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125-ci maddəsində göstərilən yolve rilməz sübutlardan istifadə etmədiklərini, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X7a təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərd ə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi haqda isə bəraət almış şəxs X7nin çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X7yə CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2024-cü il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-374/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-374/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver