Məhkəmə qərarları › İş №1(102)-375/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-375/2019

17.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-375/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 17 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim A.K.Orucov, hakimlər M.A.Bayramov və R.V.Salmanov) 25 may 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X10 və X11 ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İŞİN H A L L A R İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmünə əsasən X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, həmçinin narkotik vasitənin satışından əldə olunacaq qazancı aralarında bölmək barədə tanışları Təqsirləndirilən şəxs, X12 və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 540,0 qram çəkidə tiryəkdən kust ar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib cinayət əlaqəsində olduğu R6 və Təqsirləndirilən şəxsla 08 noyabr 2015-ci il tarixdə təxminən saat 12- 13 radələrində Cəlilabad rayonu ərazisində görüşərək həmin narkotik vasitə heroini satışından əldə olunacaq qazancı sonradan aralarında bölmək şərti ilə onlara vermiş, R6 və Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitə heroini S6 götürüb Cəlilabad rayonundan Bakı şəhərinə qanunsuz daşıyaraq gətirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 18 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində R6 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, "Binə" ticarət mərkəzini n yaxınlığındakı Salyan yolunun 14-cü kilometrliyində yerləşən dairənin yanında saxlanılaraq üzərilərinə keçirilən baxış zamanı həmin külli miqdarda, yəni 540,0 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan torbada aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və V.K.Məmmədovdan ibarət tərkibdə) 23 iyun 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 23 iyun 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qeyd olunan qərarı ləğv etməklə, məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkumun Müdafiəçi kassasiya şikayətini verərək qeyd etmişdir ki, məhkum barəsində çıxarılmış qərar qərəzli və ədalətsizdir. Belə ki, birinci instansiyası məhkəməsində məhkum ona verilmiş ittihamla özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq və işgəncə altında imzaladığını bildirmişdir. Digər məhkumlar da ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələri təzyiq və işgəncə altında imzaladıqlarını bildirmişlər. Müdafiəçi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi də bu faktları ar aşdırmadan birinci instansiya məhkəməsinin mövqeyini təsdiqləmişdir. Müdafiəçi qeyd edir ki, məhkəmələr məhkumun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş himayəsində iki azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alsa da, həmin məcəllənin 59.2-ci maddəsinə əsasən, ailənin yeganə qazanc gətirəni, yaşlı və xəstə valideynlərinin onun himayəsində olması kimi halları nəzərə almamışdır. Məhkəmənin cəza təyin edərkən məhkuma təyin etdiyi cəza ədalətsiz və qeyri-bərabər olmaqla onun şəxsiyyətinə uyğun olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsini, məhku ma bəraət verilməsini, məhkəmə iclası zamanı isə məhkuma bəraət verilməsi mümkün olmadıqda, məhkumun təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə gö rə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin müvafiq maddələrinə tövsif ed ilmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilibverilmədiyi yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkumun Müdafiəçi kassasiya şikayətində məhkəmələrin qərarını düzgün və ədalətli hesab etmədiyini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə isə məhkumun təqsirli bilinmədiyini qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsini, məhkuma bəraət verilməsini, məhkəmə iclası zamanı isə məhkuma bəraət verilməsi mümkün olmadıqda, məhkumun təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin məhkuma bəraət verilməsi barədə kassasiya tələbini müzakirə edərək, iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu və işin digər halları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarını, uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən hadisəyə heç bir aidiyyatı olmadığı və bu əməli törətmədiyi halda, onun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunması barədə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır və məhkumun məsuliyyətdən yaxa qurtarmaq məqsədini daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən X16 ifadəsində göstərmişdir ki, 08 noyabr 2015-ci il tarixdə baş idarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs və X6 qanunsuz olaraq narkotik vasitə olan heroinin dövriyyəsi ilə məşğul olmaları bildirilmişdir. Həmin məlumatın yoxlanılması ilə əlaqədar Baş İdarənin əməkdaşlarından B6 və N6 olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 08 noyabr 2015-ci il tarixdə saat 17:30 radələrində dəvət edilmiş hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs və R6un olması ehtimal olunan Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzinin yaxınlığındakı, Salyan yolunun 14-cü kilometr dairəsinə gedib orada dairənin kənarında müşahidə mövqeyi seçib dayanmışlar. Saat 18:15-də həmin yerə zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs və X8 oxşayan iki nəfər şəxsin gəldiyi müşahidə olunaraq həmin şəxslərə yaxınlaşmış və qeyd edilən şəxsləri saxlamışlar. Sorğu zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs və X10 olduqları müəyyən edilmişdir. İlk əvvəl saxlanılan şəxslərə üstlərində qeyri-qanuni əşya və predmetin olub-olmaması ilə bağlı sorğu edilmiş və onlardan belə bir əşya və ya predmetin olduğu halda təqdim etmələri xahiş olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan torbanı çıxarıb hal şahidlərinin iştirakı ilə əməliyyat qrupunun üzvlərinə təqdim etmişdir. Həmin torbaya hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı torbanın içərisindən kəskin spesifik qoxuya malik, toz şəki lli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş maddə hal şahidlərinin iştirakları ilə qablaşdırılıb DİN-in möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yanındakı şəxsin tanışı R6 olduğunu, ondan aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroinin onlara məxsus olmaqla hər ikisi birlikdə şərikli olaraq heroini Cəlilabad rayonunda “Z6” adlı şəxsdən 2000 (iki min) manat müqabilində ədə edib satmaq məqsədilə müştəri tapmaq üçün Bakı şəhərinə gətirdiklərini bildirmişdir. Bundan başqa o, heroinin təxmini çəkisinin 500 qramdan artıq olduğunu bildirmişdir. R6 da öz növbəsində Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir. Bundan əlavə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd ağ rəngli alışqan, 01 “Kent” ma rkalı siqaret qutusu, 01 ədəd ”Samsung”, 01 ədəd “Bakcell” markalı mobil telefonlar, R6 isə üzərindən 01 ədəd qara rəngli alışqan, 01 ədəd “MM” markalı siqaret qutusu, 01 ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilən alışqan və siqaret qutuları əməliyyat marağı kəsb etmədiyindən saxlanılan şəxslərin özlərinə qaytarılmışdır. Ətrafda çoxlu sayda vətəndaşların toplanmasını və sənədləşmə işlərinin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq iştirakçılar Baş İdarəyə dəvət olunmuş, orada saxlanılan şəxslərə hüquqlarının müdafiəsi üçün vəkillər dəvət edilərək onlara təqdim olunmuşdur. Bundan sonra, baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X7 və X3 da X9 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyət yaranmışdır və bu hal da yuxarıda qeyd edildiyi kimi məsuliyyətdən yaxa qurtarmaq məqsədini daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş materiallarında olan şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu ilə və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilir. Məhkumun heç bir cinayət törətməməsi barədə kassasiya şikayətlərində əks edilmiş mövqe isə həqiqəti əks etdirmir və məhkumun cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası məhkumun təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində təyin edilməsi barədə kassasiya tələbini müzakirə edərək, iş materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. Məhkumun müdafiəçisinin məhkumun təqsirləndirildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində təyin edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edər kən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə almış və birinci instansiya məhkəməsi qanuni və ədalətli cəza təyin etmiş, məhkumun təqsirləndirildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində təyin edilməsi üçün əsaslar tapmamışdır. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmi şdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həc mini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd olun anlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: Məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar