Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-375/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi X4 iştirakları ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019 -cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X5) Məhkum- xx xxxxxx 1990-cı ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərlizinqin Zərdab filialında gözətçi işləyən, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, ü1 yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdır ılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Ağaisa oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, oğurluq etmiş, yəni özgənin saxlanc yeri hesab edilən, fərdi yaşayış evindən xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Belə ki, Məhkum, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 20:00 radələrində qonşusu Ü2 yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə hasardan qanunsuz keçməklə, fərdi yaşayış evinin mətbəxinin pəncərəsini özü ilə gətirdiyi bıçaqla zor tətbiq edib açmış, həmin pəncərədən gizli evə daxil olub, saxlanc yeri hesab edilən, evin yataq otağında olan kiçik ölçülü dolabdan 249.00 manat dəyərində 4,98 qram kütləli 583\585 əyarlı qızıl üzüyünü, 922,00 manat dəyərində 12,30 qram kütləli 75 0 əyarlı qızıldan hazırlanmış sırğa cütü-üzük dəsitini, 3115 manat dəyərində 26,45 qram kütləli 750 əyarlı sarı rəngli, əsas hissəsi qızıldan hazırlanmış, gümüşü rəngli hissələri 583\585 əyyərlı qızıldan hazırlanmış, 60 ədəd qaşları brliyant olmaqla hər birinin ölçüləri 0,035 karat olmaqla ümumilikdə 3\2 keyfiyyətdə sırğa cütü-üzük dəstini, 1476,00 manat dəyərində 19,68 qram kütləli 750 əyarlı qızıldan hazırlanmış kulonu, 7508,00 manat dəyərində 100,11 qram kütləli 750 əyarlı qızıldan hazırlanmış boyunbağısını və 3283,00 manat dəyərində 67,01 qram kütləli 750 əyarlı qızıldan hazırlanmış qolbağı hissəsini oğurlamaqla ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 16553,00 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyevdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi onun hüquqi cəhətdən savadsız olduğunu, imzaladığı ibtidai istintaq protokollar ının mahiyyətinin ona aydın olmadığını, imzaladığı protokollarla birinci instansiya məhkəməsi iclasındakı ifadəsi arasında ziddiyyətlər olmasını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi iddiasını rədd edərkən təqsirləndirilən şəxsin əməlindən peşiman olmasını, dəymiş ziyanı ödəmək niyyətində olmasını, lakin buna maddi imkanının olmamasına dair apellyasiya məhkəməsində təkrarladığı ifadəyə heç bir əsas olmadan sübut kimi istinad edərək təqsirləndirilən şəxsə təyin edilmiş yüngül cəzaya haqq qazandırmış, apellyasiya şikayətinin həmin dəlilini də rədd etmişdir. A pellyasiya şikayətində oğurlanmış qızıl-zinət əşyalarını qiymətinin düzgün müəyyən edilmədiyini, əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Bunun nəticəsində təqsirləndirilən şəxsin əməlinin CM-n in daha ağır maddəsinə tövsif edilməli olması müəyyən edilə bilərdi. Ona görə kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndənin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiy a protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkuma elan edilmiş ittihamda cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərər 16553,00 manat məbləğində xeyli miqdarda müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; Cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsi iclaslarının gedişi zamanı zədələn miş qızıl əşyasının bərpası xərclərini tələb etsə də, məhkəməyə müvafiq qaydada mülki iddia verməmiş və məhkuma verilmiş ittihamdan daha ağır ittiham elan edilməli olması barədə vəsatət verməmişdir. Ona görə də məhkəmələr mülki idda verilmədiyindən bu məsələyə baxmamışlar. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Göstərilən qanunun mənasına görə zərərçəkmiş şəxsə izah edilir ki, oğurluq nəticəsində əvvəlki keyfiyyətini itirmiş qızıl əşyasının bərpasına çəkilən xərclərin ödənməsi barədə Məhkum Ağaisa oğluna qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ vardır. Məhkuma təyin edilmiş cəzanın yüngüllü yünə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin bu dəlilinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsi Məhkum Ağaisa oğlunun əməlindən peşimançılıq hissi keçirməsini, iş yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qızılları naturada qaytarmaqla ödəməsini cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının orta həddində cəza təyin etmişdir. Cəzanın ağırlaşdırılmasına əsas verən hallar müəyyən edilmədiyindən qərar dəyişdirilmədən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsi üçün qanuni əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Məhkum Ağaisa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişikliksiz
Məhkəmə qərarları › İş №1(102)-375/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-375/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver